Patent haqqında azərbaycan respublikasinin qanunu



Yüklə 259,86 Kb.
Pdf görüntüsü
səhifə7/10
tarix11.04.2018
ölçüsü259,86 Kb.
#37875
1   2   3   4   5   6   7   8   9   10

M a d d ə   2 1 .   ixtira, faydalı model və sənaye nümunələri ndən istifadənin 

dövlət tərəfindən həvəsləndirilməsi 

Dövlət ixtira,  faydalı  model  və  sənaye  nümunəsinin  yaradılması və istifadəsini 

həvəsləndirir,  müəlliflərə,  patent  sahiblərinə və təsərüfat  subyektlərinə güzəştlər,  o 

cümlədən güzəştli kreditlər müəyyən edə bilər. 

V   f ə s i l  

 PATENT HÜQUQLARININ POZULMASI 

M a d d ə   2 2 .   Patent sahibinin müstəsna hüquqlarının pozulması 

1.  Patentlə  mühafizə  edilən  ixtira,  faydalı  model  və  sənaye  nümunəsi 

obyektlərindən bu Qanunun müddəalarının pozulması ilə istifadə edilməsi, təsərrüfat 

dövriyyəsinə  başqa  şəkildə  daxil  edilməsi  və  ya  bu  məqsədlə  saxlanması  patent 

sahibinin müstəsna hüququnun pozulması sayılır. 

2. Mülki mühakimə icraatının məqsədləri üçün patent sahibinin bu Qanunun 14-

cü  maddəsinin  2-ci  bəndində  göstərilən  hüquqlarının  pozulması  zamanı  patentin 

predmeti  məhsulun  alınma  üsulu  olarsa,  məhkəmə  məhsulun  alınması  üçün  istifadə 

edilən  üsulun  patentləşdirilmiş  üsuldan  fərqlənməsinə  dair  dəlillərin  təqdim 

edilməsini cavabdehdən tələb edə bilər. Təkzibedici dəlillər təqdim olunanadək patent 

sahibinin razılığı olmadan alınan istənilən məhsul patentləşmiş üsulla alınmış hesab 

edilir, əgər: 

a) patentləşmiş üsulla alınan məhsul yeni olarsa; 

b) bu məhsulun patentləşmiş üsulla alınması ehtimalı yüksəkdir və patent sahibi 

ağlabatan tədbir görməklə onun alınmasında hansı üsulun tətbiq edildiyini müəyyən 

edə bilmirsə. 

3.  Bu  maddənin  2-ci  bəndinin  birinci  abzasında  göstərilənlərin  sübut  edilməsi 

patent  sahibinin  hüquqlarının  pozulmasında  təqsirləndirilən  şəxsin  üzərinə  o  halda 

düşür ki, a) və ya b) yarımbəndlərində göstərilən şərtlər yerinə yetirilsin. 




4.  Əks  dəlilləri  təqdim  edən  cavabdehin  istehsalat  və  kommersiya  sirrinin 

qorunması sahəsində qanuni maraqları nəzərə alınır.  

M a d d ə   2 3 .   Patent sahibinin müstəsna hüquqlarının pozulması 

sayılmayan hallar 

Aşağıdakı hallar patent sahibinin müstəsna hüquqlarının pozulması sayılmır: 

tərkibində patentləşdirilmiş ixtira,  faydalı  model  və  sənaye  nümunəsi olan 

vasitələrdən qeyri-kommersiya məqsədləri üçün gəlirsiz istifadəsi; 

patentlə  mühafizə  edilən ixtira,  faydalı  model və  sənaye  nümunəsi obyektlərinin 

elmi,  eksperiment,  tədqiqat  və  həmin  obyektlərin  yoxlanılması  məqsədləri  üçün 

patentin qüvvədə olma müddəti bitənədək böyük həcmdə istehsala və ya məhsulların 

toplanmasına gətirib çıxarmaması şərti ilə istifadəsi;  

həkimin resepti üzrə birdəfəlik istifadə üçün dərman haırlanması; 

Azərbaycan  Respublikasının  nəqliyyat  vasitələri  sahiblərinə eyni  hüquqlar  verən 

xarici ölkələrin  hüquqi  və ya  fiziki şəxslərinə məxsus  olan,  müvəqqəti  və ya 

təsadüfən  Azərbaycan  Respublikasınınərazisinə gətirilmiş nəqliyyat  vasitələrinin 

ehtiyacları üçün  patentləşdirilmiş ixtira,  faydalı  model  və  sənaye  nümunəsindən 

həmin nəqliyyat vasitələrinin konstruksiyasında və ya istismarı zamanı istifadə. 

M a d d ə   2 4 .   Patentin pozulması 

1.  Patent hüquqlarını  pozan  şəxslər  Azərbaycan  Respublikasının  İnzibati  Xətalar 

Məcəlləsinə  və  Azərbaycan  Respublikasının  Cinayət  Məcəlləsinə  uyğun  məsuliyyət 

daşıyırlar.  

2.   Patent 

sahibi 


patenti 

pozmuş hüquqi 

və ya 

fiziki şəxslə ona 



dəymiş zərərin ödənilməsi  barədə razılığa gəlmədiyi  halda  mübahisələrə Azərbaycan 

Respublikasının  Mülki  Prosessual  Məcəlləsi  iləmüəyyən  edilmiş qaydada 

məhkəmədə baxılır.  

V I   f ə s i l  



 İDDİA SƏNƏDİNİN VERİLMƏSİ VƏ PATENT ALINMASI 


M a d d ə   2 5 .   Milli təhlükəsizliklə bağlı ixtira, faydalı model və sənaye 

nümunələri 

ixtira,  faydalı  model  və  sənaye  nümunəsi barəsində iddia  sənədində göstərilən 

məlumatın  açıqlanması Azərbaycan  Respublikasının  milli  təhlükəsizliyinə xələl 

gətirə bilərsə,  həmin  iddia  sənədinəmüvafiq  icra  hakimiyyəti  orqanı tərəfindən 

müəyyənləşdirilən qaydada baxılır. 

M a d d ə   2 6 .   Beynəlxalq iddia sənədi 

1.   Beynəlxalq 

iddia 


sənədi 

müvafiq 


icra 

hakimiyyəti 

orqanına 

verildikdə Azərbaycan Respublikasının iştirak etdiyi beynəlxalq müqavilələrə əsasən 

həmin  iddia  sənədinin  müvafiq  icra  hakimiyyəti  orqanına  daxil  olduğu  gündən  2 

ay ərzində, 

iddiaçı onun  düsturunun,  referatının  və təsvirinin  Azərbaycan 

dilində tərcüməsini təqdim etməlidir. 

2.   Azərbaycan  Respublikasının  hüquqi  və ya  fiziki şəxsləri  beynəlxalq  iddia 

sənədini Azərbaycan Respublikasının iştirak etdiyi beynəlxalq müqavilələrə müvafiq 

qaydada verə bilərlər. 

3.   Müvafiq  icra  hakimiyyəti  orqanı bu  maddənin  2-ci  bəndinə uyğun  verilən 

beynəlxalq iddia sənədini alan orqan kimi çıxış edir. 

M a d d ə   2 7 .   Patent almaq üçün iddia sənədinin verilməsi 

1.   ixtira,  faydalı  model  və  sənaye  nümunəsi üçün  patent  almaq  istəyən  hüquqi 

və ya fiziki şəxs müvafiq icra hakimiyyəti orqanına iddia sənədi verməlidir. Müvafiq 

icra hakimiyyəti orqanının vəzifəli şəxsləri öz vəzifələrini yerinə yetirərkən və həmin 

orqanla əmək  münasibətlərinə xitam verildikdən sonra 1 il ərzində patent barəsində 

iddia sənədi verə bilməzlər.  

2.   İddiaçı  iddia  sənədini  müvafiq  icra  hakimiyyəti  orqanına  bilavasitə  və  ya 

müvafiq  icra  hakimiyyəti  orqanında  qeydiyyata  alınmış  patent  müvəkkili  vasitəsilə 

verir.  


bilavasitə özü; 


Yüklə 259,86 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə