Pediatriya


) Göstərilən xəstəliklərdən hansı qida allergiyasının nəticəsi deyildir?



Yüklə 1,38 Mb.
səhifə2/14
tarix20.09.2017
ölçüsü1,38 Mb.
#904
1   2   3   4   5   6   7   8   9   ...   14

74) Göstərilən xəstəliklərdən hansı qida allergiyasının nəticəsi deyildir?
A) Seboreyalı dermatit

B) Atopik dermatit

C) Kvinke ödemi

D) Övrə


E) Rinit
Ədəbiyyat: М. Я. Студеникина «Аллергические болезни у детей» 1998г
75) Aşağıdakılardan hansı tədbir allergik rinitlərin müalicəsində əsaslandırılıb və təhlükəsizdir?
A) Allergenin eliminasiyası

B) Antihistamin preparatlar

C) İnhalyasion kortikosteroidlər

D) İnfuzion müalicə

E) Hiposensibilızasıya edici tədbirlər
Ədəbiyyat: Шабалов Н.П. «Детские болезни» 2006г

Bölmə 3. Neonatologiya.

76) Ölkədə səhiyyənin vəziyyətini hansı göstərici daha dəqiq əks etdirir?
A) Doğum səviyyəsi

B) Ölüm səviyyəsi

C) Adambaşına düşən həkimlərin sayı

D) Uşaq ölümü

E) Körpə ölümü
Ədəbiyyat: Шабалов Н.П. Неонатология. Москва. 2003.
77) Doğum evində qruplaşmış yoluxucu xəstəlik əmələ gələndə xəstə yenidoğulmuşlara qarşı hansı tədbir həyata keçirilir?
A) Оbservasiya şöbəsinə köçürmək və müalicə təyin etmək

B) Bütün cavablar düzgündür

C) Yerində saxlayaraq müalicə təyin etmək

D) Infeksionisti çağırmaq

E) Dərhal uyğun stasionara köçürmək
Ədəbiyyat: Володин Н.Н. Неонатология. Москва. 2005.
78) Xəstəxanadaxili infeksiyanın əsas yoluxma yolları?
A) Paltar ilə

B) Işçilərin əlləri vasitəsi ilə

C) Tibbi ləvazimatlar ilə

D) Gida məhsulları ilə

E) Qulluğ əşyaları ilə
Ədəbiyyat: Цинзерлинг В.А. Перинатальные инфекции. С.-Петербург, 2002.
79) Əks göstəriş olmadıqda sağlam yenidoğulmuş nə vaxt döşə qoyulmalıdır?
A) 8-12 saatdan sonra

B) 3-4 saatdan sonra

C) növbəti günlər

D) 4-6 saatdan sonra

E) 30 dəq.- 2 saat ərzində
Ədəbiyyat: Tağıyev N.Ə. Neonatologiya. Bakı. 2007.
80) Anadangəlmə məxmərək üçün ən çox xas olan fəsad hansıdır?
A) Miokardit

B) Hemorragik sindrom

C) Tuberoz skleroz

D) Katarakta

E) Xorioretinit
Ədəbiyyat: Цинзерлинг В.А. Перинатальные инфекции. С.-Петербург, 2002.
81) Koksaki enterovirus infeksiyası üçün xas olan fəsad hansıdır?
A) Hemorragik sindrom

B) Xorioretinit

C) Katarakta

D) Stomatit

E) Miokardit
Ədəbiyyat: Цинзерлинг В.А. Перинатальные инфекции. С.-Петербург, 2002.
82) Hansı bətndaxili infeksiya zamanı konyuktivit ən çox rast gəlir?
A) Xlamidioz

B) Sitomegaliya

C) Herpes

D) Mikoplazmoz

E) Toksoplazmoz
Ədəbiyyat: Цинзерлинг В.А. Перинатальные инфекции. С.-Петербург, 2002.
83) Bətndaxili infeksiya klinikasını əsasən nə muəyyən edir?
A) Dölün reaktivliyinin vəziyyəti

B) Törədicinin toksikiliyi

C) Sadalananların heç biri

D) Yoluxma yolları

E) Bətndaxili zədələnmənin muddəti
Ədəbiyyat: Tağıyev N.Ə. Neonatologiya. Bakı. 2007.
84) Ananın şəkərli diabeti dölün insulyar aparatına necə təsir edir?
A) Antiinsulyar anticisim əmələ gətirir

B) Insulyar aparatının hüceyrələrini aktivləşdirir

C) Insulyar aparatın atrofiyasını törədir

D) Heç bir təsir etmir

E) Dölün insulyar aparatının hüceyrələrinin funksiyasını ləngidir
Ədəbiyyat: Tağıyev N.Ə. Neonatologiya. Bakı. 2007.
85) Bətndaxili listeriozun diagnostikasında nəyin daha çox əhəmiyyəti var?
A) Hamiləlik zamanı ananın hərarətinin qalxması, pielit əlamətləri və üşütmə

B) Ananın heyvanlarla təmasının anamnestik aşkarlanması

C) İgG va İgM səviyyəsi

D) Anamnezdə hamiləliyin 5-ci ayından sonra özbaşına düşüq

E) Bütün sadalananlar
Ədəbiyyat: Цинзерлинг В.А. Перинатальные инфекции. С.-Петербург, 2002.
86) Bətndaxili infeksiyanın klinik formaları hansı ola bilər?
A) Sepsis

B) İrinli leptomeningit, osteomielit

C) Xoralı-nekrotik ezofaqit, qastroenterit,peritonit

D) Aspirasion pnevmoniya

E) Bütün sadalananlar
Ədəbiyyat: Цинзерлинг В.А. Перинатальные инфекции. С.-Петербург, 2002.
87) Anada aktiv vərəm zamanı dölün əsas yoluxma yolu hansıdır?
A) Transplasentar

B) Döl doğuş yollarını keçən zaman

C) Ata və ananın cinsi hüceyrələri vasitəsi ilə

D) Qalxan

E) Bronx-agciyər yolu
Ədəbiyyat: Цинзерлинг В.А. Перинатальные инфекции. С.-Петербург, 2002.
88) Anadangəlmə hipotireoza xas olmayan hansıdır ?
A) Uzanmış sarılıq

B) Kobud səs

C) Bradikardiya

D) Doğularkən iri çəki

E) Taxikardiya
Ədəbiyyat: Tağıyev N.Ə. Neonatologiya. Bakı. 2007.
89) Anadangəlmə sifilis zamanı döldə birincili olaraq nə zədələnir?
A) Qara ciyər

B) Mərkəzi sinir sistemi

C) Sümüklər

D) Böyrəklər

E) Dəri və selikli qişalar
Ədəbiyyat: Шабалов Н.П. Неонатология. Москва. 2003.
90) Hamilə qadın tetrasiklin qəbul etdikdə döldə nə baş verə bilər?
A) Bütün sadalananlar

B) Anemiya

C) Dişlərin mayasının zədələnməsi

D) Skeletin zədələnməsi

E) Gözün zədələnməsi
Ədəbiyyat: Шабалов Н.П. Неонатология. Москва. 2003.
91) Hialin membran xəstəliyi üçün xas olmayan hansıdır?
A) Sianoz

B) Metabolik asidoz

C) Taxipnoe və tənəffüsdə yardımçı əzələlərin iştirakı

D) Tənəffüs çatışmamazlığı

E) Hipokapniya və hiperoksemiya
Ədəbiyyat: Шабалов Н.П. Неонатология. Москва. 2003.
92) Dölün dəmirə ehtiyacı nə vaxt xeyli artır?
A) 20 həftədən başlayaraq

B) 12 həftədən başlayaraq

C) 28 həftədən başlayaraq

D) Bütün hamiləlik zamanı eyni səviyyədə galır

E) 36 həftədən başlayaraq
Ədəbiyyat: Шабалов Н.П. Неонатология. Москва. 2003.
93) Valideynin ikisi də xroniki alkoqolizmlə xəstə olan ailədə yetkin oğlan doğulub. Çəkisi 2200 q, boyu 48 sm. Klinikası: mikrosefaliya, sifət dismorfiyası, artan sinir-reflektor oyanıqlıqla dəyişən süstlük sindromu. Sizin diaqnozunuz?
A) Dölün alkoqollu sindromu, mikrosefaliya

B) Embriofetopatiya, bətndaxili hipotrofiya

C) Bütün cavablar düzdür

D) Mikrosefaliya, dizembriogenezin küllü stigmaları, bətndaxili hipotrofiya

E) MSS perinatal zədələnməsi
Ədəbiyyat: Шабалов Н.П. Неонатология. Москва. 2003.
94) Doğuş zamanı asfiksiya keçirən yetkin yenidoğulmuşlarda MSS-in ən çox əmələ gələn zədələnmə variantı hansıdır?
A) Subdural qansızma

B) Meninqoensefalit

C) Beyin ödemi

D) Periventrikulyar qansızma

E) Periventrikulyar leykomalyasiya
Ədəbiyyat: Яцык Г.В. Руководство по неонатологии. Москва, 1998.
95) Qanın “ilk kəsişməsi” vaxtından əvvəl doğulmuşlarda nə vaxt baş verir?
A) Həyatın 6-cı günü

B) Həyatın 21-ci günü

C) Həyatın 5-ci günü

D) Həyatın 4-ci günü

E) 7-10 gündən sonra
Ədəbiyyat: Tağıyev N.Ə. Yarımçıq doğulmuş uşaq. Bakı. 2005.
96) Göbək yarası normada nə vaxt tam epitelizə olur?
A) 2-ci həftənin axırına

B) Həyatın 3-cü ayında

C) 1-ci həftənin axırına

D) Həyatın 2-ci ayında

E) 1-ci ayın axırına
Ədəbiyyat: Tağıyev N.Ə. Neonatologiya. Bakı. 2007.
97) Ana südü ilə qidalanan yetkin yenidoğulmuşun zülala tələbatı?
A) 5,0 -5,5 q/kq sutkada

B) 4,5 – 5 q/kq sutkada

C) 1,5-2 q/kq sutkada

D) 2,25-3,5 q/kq sutkada

E) 3,6 – 4 q/kq sutkada
Ədəbiyyat: Tağıyev N.Ə. Neonatologiya. Bakı. 2007.
98) Ana südünün karbohidratlarında hansı şəkər üstündür?
A) Maltoza

B) Qalaktoza

C) Glükoza

D) Saxaroza

E) Beta-laktoza
Ədəbiyyat: Ладодо К.С. Руководство по лечебному питанию детей. Москва, 2000.
99) Ana südü ilə qidalanan yenidoğulmuşlarda gəyirmənin səbəbi?
A) Bütün sadalananlar

B) Fermentlərin fizioloji defisiti

C) Mədənin pilorik hissəsinin nisbi hipertonusu

D) Qısa qida borusu

E) Mədənin kardial hissəsinin kifayət qədər inkişaf etməməsi
Ədəbiyyat: Ладодо К.С. Руководство по лечебному питанию детей. Москва, 2000.
100) Yenidoğulmuşun mədə-bağırsağında dəmir harada sorulur?
A) Nazik bağırsağın yuxarı hissələrində

B) Mədədə

C) Acı bağırsaqda

D) Yoğun bağırsaqda

E) Bütün hissələrdə bərabər
Ədəbiyyat: Ладодо К.С. Руководство по лечебному питанию детей. Москва, 2000.
101) Yenidoğulmuşa BSJ peyvəndi etdikdən sonra papula nə vaxt əmələ gəlir?
A) 4-6 aydan sonra

B) 2-3 aydan sonra

C) 2-3 həftədən sonra

D) 1 həftədən sonra

E) 4-6 həftədən sonra
Ədəbiyyat: Яцык Г.В. Руководство по неонатологии. Москва, 1998.
102) Şəkərli diabetli analardan yenidoğulmuşlarda qıcolma sindromunun əsas səbəbi?
A) Hiperbilirubinemiya

B) Hiperglikemiya

C) MSS-n inkişaf güsurları

D) Hipoglikemiya və hipokalsiemiya

E) Asfiksiya və doğuş travması
Ədəbiyyat: Барашнев Ю.И. Перинатальная неврология. Москва, 2001.
103) Yenidoğulmuşların hemolitik xəstəliyinin sarılıq formasında ən ağır fəsad hansıdır?
A) Qara ciyərin zədələnməsi

B) Ürək çatışmamazlıgı

C) Böyrəklərin zədələnməsi

D) MSS-nin zədələnməsi

E) Anemiya
Ədəbiyyat: Барашнев Ю.И. Перинатальная неврология. Москва, 2001.
104) Koproqramda neytral yağlar nə vaxt çoxlu miqdarda tapılır?
A) Laktaz çatışmamazlığında

B) Bütün cavablar düzdür

C) Eksudativ enteropatiyada

D) Mukovissidozda

E) Qalaktozemiyada
Ədəbiyyat: Ладодо К.С. Руководство по лечебному питанию детей. Москва, 2000.
105) Mukovissidozun müalicəsi zamanı seçim preparatı hansıdır?
A) Pankreatin

B) Triferment

C) Oraza

D) Abomin

E) Mezim-forte
Ədəbiyyat: Ладодо К.С. Руководство по лечебному питанию детей. Москва, 2000.
106) Doğulandan dərhal sonra hansı patologiya aşkar sianozla təzahür edir?
A) Magistral damarların transpozisiyası

B) Qulaqcıq arası çəpərin defekti

C) Tetrada Fallo

D) Açıq arterial axacaq

E) Mədəcikarası çəpərin defekti
Ədəbiyyat: Прахов А.В. Болезни сердца плода и новорожденного ребенка.Н.Новгород. 2001.
107) Sepsisin əsas differensial-diaqnostik əlamətləri hansılardır?
A) Immunitet pozulmaları və hemostazın dərin dəyişiklikləri

B) MSS-n ağır zədələnməsi

C) Çoxlu miqdarda ardıcıllıqla əmələ gələn iltihab ocaqları

D) Aşkar bağırsaq sindromu

E) Pnevmoniya
Ədəbiyyat: Tağıyev N.Ə. Neonatologiya. Bakı. 2007.
108) Yenidoğulmuşlarda sepsisin klinik sindromları hansılardır?
A) Hipertermiya, toksikoz

B) Hipertermiya, huşun sönməsi, dispeptik pozğunluqlar

C) Çoxlu miqdarda irinli ocaqların olması

D) Ağır ürək çatışmamazlığı

E) Termorequlyasiyanın pozulması, dispeptik pozğunluqlar, nevroloji simptomlar, dövr edən qanın həcmi və laxtalanma pozulması
Ədəbiyyat: Tağıyev N.Ə. Neonatologiya. Bakı. 2007.
109) Ağuz südü ilə müqayisədə yetkin ana südündə nə daha çoxdur?
A) Zülal

B) Qalaktoza

C) A və E vitaminləri

D) İgA


E) Laktoza
Ədəbiyyat: Ладодо К.С. Руководство по лечебному питанию детей. Москва, 2000.
110) 5-6 günlük yenidoğulmuş uşaqda qıcolma sindromu əmələ gələndə ilk növbədə nəyi inkar etmək lazımdır?
A) Virus ensefalitini

B) MSS-n doğuş travmasını

C) Irinli meningiti

D) Metabolik pozğunluqları

E) Baş beyinin inkişaf qüsurunu
Ədəbiyyat: Барашнев Ю.И. Перинатальная неврология. Москва, 2001.
111) Fibroelastoz zamanı ən çox ürəyin hansı hissəsi zədələnir?
A) Bütün hissələr

B) Sol qulaqcıq

C) Sağ mədəcik

D) Sağ qulaqcıq

E) Sol mədəcik
Ədəbiyyat: Прахов А.В. Болезни сердца плода и новорожденного ребенка.Н.Новгород. 2001.
112) Yenidoğulmuş qızda adrenogenital sindrom üçün patognomonik əlamət hansıdır?
A) Viril xarici cinsi üzvlər pigmentasiya ilə

B) Diarreya

C) Ginekomastiya

D) Dərinin mərmər şəkili

E) Doğulandan sonra gusma
Ədəbiyyat: Tağıyev N.Ə. Neonatologiya. Bakı. 2007.
113) Yenidoğulmuşlarda dərinin irinli zədələnməsinin ən çox rast gəlinən forması?
A) Vezikulopustulyoz

B) Psevdofurunkulyoz

C) Pemfigus

D) Layel sindromu

E) Ritter xəstəliyi
Ədəbiyyat: Tağıyev N.Ə. Neonatologiya. Bakı. 2007.
114) Yenidogulmuşlarda sərbəst bilirubinemiyanın müalicəsində ən effektli üsul hansıdır?
A) Sadalanan üsulların kombinasiyası

B) Fototerapiya

C) Fenobarbitalla müalicə

D) Enterosorbentlər

E) Infuzion müalicə
Ədəbiyyat: Tağıyev N.Ə. Neonatologiya. Bakı. 2007.
115) Doğularkən hansı klinik simptomlara görə hipotireozdan şüphələnmək olar?
A) Makroqlossiya, səsin zəif olması, bradikardiya

B) Kiçik bədən kütləsi, bradikardiya

C) Dəri quruluğu, əzələ hipotonusu, qəbzliyə meyillik

D) Doğularkən spesifik əlamət yoxdur

E) Uzun sürən sarılıq
Ədəbiyyat: Tağıyev N.Ə. Neonatologiya. Bakı. 2007.
116) Disaxaridaza çatışmamazlığında nəcisin xarakteri necə olur?
A) Duru, yağlı, üfunətli

B) Homogen, sarı, selikli

C) Kiçik porsialarla selikli

D) Çoxlu miqdarda, yapışqanlı, axolik

E) Sulu, turş, səsli
Ədəbiyyat: Ладодо К.С. Руководство по лечебному питанию детей. Москва, 2000.
117) Yenidoğulmuşlarda trombositopeniya nə vaxt müşahidə olunur?
A) Anadangəlmə sifilis

B) Anadangəlmə sitomegaliya

C) Bütün sadalanan hallarda

D) Anadangəlmə məxmərək

E) Anadangəlmə herpes infeksiyası
Ədəbiyyat: Мурзин А.В. Герпетическая инфекция. 2001.
118) Vaxtından əvvəl doğulan uşaqda hansı əlamət mədəcikdaxili qansızmadan şüphələnməyə imkan verir?
A) Taxikardiya

B) Təngnəfəslik

C) Taxipnoe

D) Apnoe


E) Ətraflarda tremor
Ədəbiyyat: Барашнев Ю.И. Перинатальная неврология. Москва, 2001.
119) Bilirubin ensefalopatiyasının inkişafına nə imkan yaradır?
A) Asidoz

B) Vaxtından əvvəl doğulma

C) Hipoqlikemiya

D) Bütün sadalananlar

E) Hipoksiya
Ədəbiyyat: Барашнев Ю.И. Перинатальная неврология. Москва, 2001.
120) Erkən neonatal dövrdə vaxtından əvvəl doğulanların ölümünü ən çox nə törədir?
A) Doğuş travması

B) Anadangəlmə inkişaf güsurları

C) Asfiksiya və pnevmopatiyalar

D) Sepsis

E) İnfeksiyalar
Ədəbiyyat: Tağıyev N.Ə. Neonatologiya. Bakı. 2007.
121) Vaxtından əvvəl doğulanların pnevmoniyasında ən çox rast gələn fəsad hansıdır?
A) Sepsis

B) Meningit

C) Ürək çatışmamazlığı

D) Absesləşmə

E) Plevrit
Ədəbiyyat: Tağıyev N.Ə. Neonatologiya. Bakı. 2007.
122) Daha yüksək dərəcə intranatal asfiksiya riski nə vaxt rast gəlinir?
A) Vaxtında olan doğuşda

B) Vaxtından əvvəl doğusda

C) Sağrı gəlişində

D) Gecikmiş doğuşda

E) Ayaq gəlişində
Ədəbiyyat: Tağıyev N.Ə. Neonatologiya. Bakı. 2007.
123) Mamalıq şipsləri qoyulduqda daha çox hansı patologiya rast gəlinir?
A) Üz sinirinin mərkəzi parezi

B) Üz sinirinin periferik parezi

C) Psevdabulbar iflic

D) Onurğanın boyun hissəsinin travması

E) Bazunun sınığı
Ədəbiyyat: Tağıyev N.Ə. Neonatologiya. Bakı. 2007.
124) Göbək ciyəsinin hansı patologiyası intranatal dövrdə döl üçün daha təhlükəlidir?
A) Bir göbək arteriyasının inkişafdan qalması

B) Göbək ciyəsinin boyun ətrafına dolanması

C) Göbək ciyəsinin uzun olması

D) Göbək ciyəsinin qısa olması

E) Göbək ciyəsinin qişalarla birləşməsi
Ədəbiyyat: Володин Н.Н. Неонатология. Москва. 2005.
125) Sağlam vaxtında doğulmuş körpənin göbəyini nə vaxt bağlamaq lazımdır?
A) Doğumdan dərhal sonra

B) Doğumdan 1-2 dəqiqə sonra

C) Doğumdan 3 -5 dəqiqə sonra

D) Doğumdan sonra ilk 30 saniyyə ərzində

E) Doğumdan 5-6 dəqiqə sonra
Ədəbiyyat: Шабалов Н.П. Неонатология. Москва. 2003
126) Intranatal dövrdə dölün infeksiya ilə əsas yoluxma yolu hansıdır?
A) Qarışıq

B) Enən yol

C) Qalxan yol

D) Sadalananların hamısı

E) Hematogen
Ədəbiyyat: Tağıyev N.Ə. Neonatologiya. Bakı. 2007.
127) Apqar cədvəli ilə aşağı göstərici hansı halda asfiksiya ilə əlaqədar olmaya bilər?
A) Mamalıq şipslərinin istifadəsi zamanı

B) Gecikmiş doğuşda

C) Vaxtında olan doğuşda

D) Vaxtından əvvəl doguşda

E) Dərman depressiyasında
Ədəbiyyat: Яцык Г.В. Руководство по неонатологии. Москва, 1998.
128) Oksitosinin doğuşu oyatmanın mənfi effektinə aid olan hansıdır?
A) Qanaxma

B) Sürətli doğuş

C) Yenidoğulmuşun uzun sürən sarılığı

D) Uşaqlığın cırılması

E) Sadalananların hamısı
Ədəbiyyat: Шабалов Н.П. Неонатология. Москва. 2003
129) Epiziotomiyada məqsəd nədir?
A) Dölün doğuş travmasından müdafiyəsi

B) Doğuşun fəsadsız başa çatması

C) Sadalananların hamısı

D) Aralığın ağır zədələnmədən qorunması

E) Dölün başlanmış hipoksiyasında doğuşun tezləşdirilməsi
Ədəbiyyat: Яцык Г.В. Руководство по неонатологии. Москва, 1998.
130) Çoxdöllü hamiləlik zamanı doğuş daha çox nə ilə fəsadlaşır?
A) Göbək ciyəsi ilgəyinin düşməsi

B) Vaxtından əvvəl başlanğıcla

C) Sadalananların hamısı

D) Ciftin vaxtından əvvəl soyulması

E) Bir və ya hər iki dölün patoloji gəlişi
Ədəbiyyat: Володин Н.Н. Неонатология. Москва. 2005.
131) Doğuş zamanı dölün normal ürək fəaliyyəti üçün nə xarakterikdir?
A) Ritmin yaxşı variabelliliyi ilə

B) Sadalananların hamısı

C) Desellerasiyanın olmaması

D) Aksellerasiya istisna olmaqla uşaqlığın yığılması zamanı ritmdə dəyişikliyin olmaması

E) Dəqiqədə 120-160 vurğu olmaqla bazal ritmlə
Ədəbiyyat: Прахов А.В. Болезни сердца плода и новорожденного ребенка.Н.Новгород. 2001.
132) Dölün bətndaxili hipoksiyası zamanı qanda pH-ın azalması nəyin nəticəsində olur?
A) Metabolik asidozun getdikcə artması

B) Laktatın miqdarının artması

C) Sadalananların hamısının

D) pCO2 – nin yüksəlməsi

E) pO2 – nin azalması
Ədəbiyyat: Tağıyev N.Ə. Neonatologiya. Bakı. 2007.
133) İlk doğan qadınlarda doğuşun ikinci dövrünün orta müddəti nə qədərdir?
A) 10-20 dəq.

B) 30-40 dəq.

C) 20-30 dəq.

D) 40-50 dəq.

E) 60 dəqiqədən çox
Ədəbiyyat: Яцык Г.В. Руководство по неонатологии. Москва, 1998.
134) Təkrar doğan qadınlarda doğuşun ikinci dövrünün orta müddəti nə qədərdir?
A) 30-40 dəq.

B) 10-20 dəq

C) 20-30 dəq.

D) 60 dəqiqədən çox

E) 40-50 dəq.
Ədəbiyyat: Яцык Г.В. Руководство по неонатологии. Москва, 1998.
135) Vaxtında olan hamiləlik zamanı ciftin orta hesabla çəkisi nə qədər olur?
A) Döl kütləsinin 1/6hissəsi

B) Döl kütləsinin 1/4 hissəsi

C) Döl kütləsinin 1/2 hissəsi

D) Döl kütləsinin 1/3 hissəsi

E) Döl kütləsinin 1/8 hissəsi
Ədəbiyyat: Володин Н.Н. Неонатология. Москва. 2005.
136) Göbək ciyəsi ilgəyinin sallanmasının səbəbi nə ola bilər?
A) Çanaq gəlişi

B) Dölün köndələn vəziyyəti

C) Çoxdöllü hamiləlik

D) Sadalananların hamısı

E) Çox mayelilik
Ədəbiyyat: Прахов А.В. Болезни сердца плода и новорожденного ребенка.Н.Новгород. 2001.
137) Silverman cədvəli nə üçün lazımdır?
A) Sadalananların hamısı üçün

B) Yarımçıq doğulmuşlarda tənəffüs çatışmamazlığının ağırlıq dərəcəsini təyin etmək üçün

C) Yenidoğulmuşun yetkinlik dərəcəsini təyin etmək üçün

D) Vaxtında doğulanlarda tənəffüs çatışmamazlığının ağırlıq dərəcəsini təyin etmək üçün

E) Yenidoğulmuşda asfiksiyanın dərəcəsini təyin etmək üçün
Ədəbiyyat: Яцык Г.В. Руководство по неонатологии. Москва, 1998.
138) Dauns cədvəli nə üçün lazımdır?
A) Vaxtında və / və ya vaxtından gec doğulanlarda tənəffüs çatışmamazlığının ağırlıq dərəcəsini təyin etmək üçün

B) Sadalananların hamısı üçün

C) Yenidoğulmuşda asfiksiyanın dərəcəsini təyin etmək üçün

D) Yarımçıq doğulmuşlarda tənəffüs çatışmamazlığının ağırlıq dərəcəsini təyin etmək üçün

E) Yenidoğulmuşun yetkinlik dərəcəsini təyin etmək üçün
Ədəbiyyat: Володин Н.Н. Неонатология. Москва. 2005.
139) Vaxtında doğulan yenidoğulmuş uşağın böyrək kanalcıqlarından nə tam reabsorbsiya olur?
A) Qlükoza

B) Kiçik molekullu zulallar

C) Kalium ionları

D) Aminturşular

E) Natrium ionları
Ədəbiyyat: Ладодо К.С. Руководство по лечебному питанию детей. Москва, 2000.
140) Yenidoğulmuşlarda sidikdə zulalların miqdarı nə qədər olduqda proteinuriya hesab olunur?
A) 0,33 q/l

B) 0,066 q/l

C) 0,03 q/l

D) Zülalın izi

E) 3,3 q/l
Ədəbiyyat: Яцык Г.В. Руководство по неонатологии. Москва, 1998.
141) Sağlam yenidoğulanlarda hematuriyanın icazə verilən həddi hansıdır?
A) 1 ml cidikdə 1000 eritrosit

B) 1 ml cidikdə 4000 eritrosit

C) 1ml sidikdə tək-tək eritrositlər

D) 1 ml cidikdə 100 eritrosit

E) Eritrositlər görmə sahəsini tam örtür
Ədəbiyyat: Tağıyev N.Ə. Neonatologiya. Bakı. 2007.
142) Yenidoğulma dövründə sidik sistemi üzvləri xəstəliklərindən hansı daha çox rast gəlinir?
A) Hipoksik nefropatiya

B) Kəskin böyrək çatmamazlığı

C) Sidik sistemi üzvlərinin infeksiyaları

D) Anadangəlmə inkişaf qüsurları

E) Metabolik nefropatiya
Ədəbiyyat: Володин Н.Н. Неонатология. Москва. 2005.
143) Yenidoğulmuşlarda pielonefritin klinik şəklində dominantlıq nə təşkil edir?
A) Ödem

B) Diurez pozğunluğu

C) İntoksikasiya əlamətləri

D) İshal


E) Qusma
Ədəbiyyat: Шабалов Н.П. Неонатология. Москва. 2003
144) Yenidoğulmuşlarda böyrək çatmamazlığının daha dürüst laborator meyarına nə aiddir?
A) Hipernatremiya

B) Hiperkalemiya və metabolik asidoz

C) Qan zərdabında sidik cövhəri və kreatinin artması

D) Qan zərdabında kalium və sidik cövhərinin artması

E) Metabolik asidoz və qan zərdabında sidik cövhərinin yüksəlməsi
Ədəbiyyat: Шабалов Н.П. Неонатология. Москва. 2003
145) Yenidoğulmuşlarda obstruktiv uropatiya nəticəsində yaranan oliquriya zamanı hansı tədbir göstərişdir?
A) Hemodializin aparılması

B) Cərrahi müalicə

C) Sidik qovucu yeridilməsi

D) İnfuzion müalicə

E) Antibakterial müalicə
Ədəbiyyat: Tağıyev N.Ə. Neonatologiya. Bakı. 2007.
146) İnterstisial pnevmoniya hansı üçün xarakterdir?
A) Mukovissidoz üçün

B) Pnevmosistoz üçün

C) Sadalanan xəstəliklərin hamısı üçün

D) Stafilokokk üçün

E) Sitomeqalovirus üçün
Ədəbiyyat: Tağıyev N.Ə. Neonatologiya. Bakı. 2007.
147) Pnevmosist pnevmoniyasını hansı ilə differensasiya etmək lazımdır?
A) Stafilokokk pnevmoniyası ilə

B) Göstərilən bütün pnevmoniyalarla

C) Pnevmokokk pnevmoniyası ilə

D) Psevdomonas etiologiyalı pnevmoniya ilə

E) Sitomeqalovirus pnevmoniyası ilə
Ədəbiyyat: Tağıyev N.Ə. Neonatologiya. Bakı. 2007.


Yüklə 1,38 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə