Pediatriya


) Yenidoğulmuşlarda dərinin irinli zədələnməsinin ən geniş yayılmış forması hansıdır?



Yüklə 1,38 Mb.
səhifə4/14
tarix20.09.2017
ölçüsü1,38 Mb.
#904
1   2   3   4   5   6   7   8   9   ...   14

222) Yenidoğulmuşlarda dərinin irinli zədələnməsinin ən geniş yayılmış forması hansıdır?
A) Pemfiqus

B) Furunkulyoz

C) Ritter xəstəliyi

D) Psevdafurunkulyoz

E) Vezikulopustulyoz
Ədəbiyyat: Яцык Г.В. Руководство по неонатологии. Москва, 1998.
223) Həyatın ilk 3 günündə hansı diaqnozu qoymaq olar?
A) Fenilketonuriya

B) İrsi nefrit

C) Qlisinuriya

D) Tey-Saks sindromu

E) Mukovissidozun formalarından biri( mekonial ileus)
Ədəbiyyat: Володин Н.Н. Неонатология. Москва. 2005.
224) Şereşevski-Terner sindromu olan yenidoğulmuşda daha xarakter olan əlamət hansıdır?
A) Makroqlossiya

B) Əzələ hipotoniyası

C) Əldə və pəncədə lokal ödemlər

D) Sianoz

E) Əzələ hipertonusu
Ədəbiyyat: Шабалов Н.П. Неонатология. Москва. 2003
225) Maddələr mübadiləsinin irsi pozğunluğu hansı növlə ötürülür?
A) Dominant, X- xromosomla ilişikli

B) Autosom-resessiv

C) Y-xromosomu ilə

D) Resessiv, X- xromosomla ilişikli

E) Autosom- dominant
Ədəbiyyat: Володин Н.Н. Неонатология. Москва. 2005.
226) Daun xəstəliyinin neçə forması var?
A) Dörd

B) İki


C) Bir

D) Üç


E) Beş
Ədəbiyyat: Шабалов Н.П. Неонатология. Москва. 2003
227) Daun xəstəliyində xromosom aberasiyası (toplusu) necə olur?
A) 18p trisomiya

B) 13p trisomiya

C) Kariotip 47XXY

D) 17p trisomiya

E) 21p trisomiya
Ədəbiyyat: Яцык Г.В. Руководство по неонатологии. Москва, 1998.
228) Şereşevski-Terner sindromunda kariotip necə olur?
A) 45 YO

B) 47 XY+18p

C) 47 XXY

D) 47 XYY

E) 45 XO
Ədəbiyyat: Яцык Г.В. Руководство по неонатологии. Москва, 1998.
229) Klaynfelter sindromunda kariotip necə olur?
A) 47 XXY

B) 47 XYY

C) 47 XY+18p

D) 45 XO


E) 45 YO
Ədəbiyyat: Яцык Г.В. Руководство по неонатологии. Москва, 1998.
230) Cinsin ekspress diaqnostikası üçün doğum evlərində hansı halda cinsi xromatinin təyin edilməsi məqsədə uyğundur?
A) Xarici cinsi üzvlərin formalaşmasının pozulmasında

B) Göstərilən bütün hallarda

C) Şereşevski Terner sindromunda

D) Adrenogenital sindromda

E) Qız uşaqlarında qasıq yırtığı olduqda
Ədəbiyyat: Tağıyev N.Ə. Neonatologiya. Bakı. 2007.
231) Şəkərli diabetli anadan olan yenidoğulmuşda qıcolma sindromu əsasən nə vaxt əmələ gəlir?
A) Hipoqlikemiya və hipokalsiemiyada

B) Hiperbilirubinemiyada

C) MSS-nin inkişaf qüsurunda

D) Əmələ gəlmir

E) Asfiksiya və doğuş travmasında
Ədəbiyyat: Tağıyev N.Ə. Neonatologiya. Bakı. 2007.
232) Həyatının 5-6 günündə yenidoğulmuş uşaqda qıcolma olduqda ilk növbədə nəyi inkar etmək lazımdır?
A) Anadangəlmə infeksiyanı

B) Baş beynin inkişaf qüsurunu

C) Metabolik pozğunluğu

D) İrinli meningiti

E) Kəllədaxili qansızmanı
Ədəbiyyat: Володин Н.Н. Неонатология. Москва. 2005.
233) Adreno-genital sindrom (AGS)- bu necə xəstəlikdir?
A) İrsi

B) Ailəvi

C) Yüngül

D) Anadangəlmə

E) Qazanılma
Ədəbiyyat: Яцык Г.В. Руководство по неонатологии. Москва, 1998.
234) AGS necə ötürülür?
A) Dominant, X- xromosomu ilə ilişikli

B) Dominant, Y- xromosomu ilə ilişikli

C) Autosom-dominant tiplə

D) Poligen tipli

E) Autosom-resessiv tiplə
Ədəbiyyat: Володин Н.Н. Неонатология. Москва. 2005.
235) AGS-nin ən çox rast gəlinən formalarının sayı neçədir?
A) 1

B) 5


C) 2

D) 4


E) 3
Ədəbiyyat: Володин Н.Н. Неонатология. Москва. 2005.
236) Adreno-genital sindromun patomorfoloji əlamətinə hansı aiddir?
A) Böyrəküstü vəzə qansizması

B) Hipofizin hiperfunksiyası

C) Böyrəküstü vəzin qabıq maddəsinin hiperplaziyası

D) Böyrəküstü vəzin qabıq maddəsinin hipoplaziyası

E) Böyrəküstü vəzin adenomatozu
Ədəbiyyat: Шабалов Н.П. Неонатология. Москва. 2003
237) Adreno-genital sindromu olan qız uşağında patoqnomonik əlamətə nə aiddir?
A) Xarici cinsi üzvlərin virilliyi piqmentasiya ilə

B) Dərinin mərmər şəkili

C) Ginekomastiya

D) İri kütlə ilə doğulma

E) Doğum anindan qusma
Ədəbiyyat: Яцык Г.В. Руководство по неонатологии. Москва, 1998.
238) Böyrəküstü vəzin qabıq maddəsinin anadan gəlmə hiperplaziyası daha çox kimlərdə rast gəlinir?
A) Qız uşaqlarında

B) Oğlan və qızlarda eyni dərəcədə

C) AGS –nin duzitirmə forması yalnız oğlanlarda rast gəlir

D) AGS-nin duzitirmə forması yalnız qızlarda rast gəlinir

E) Oğlan uşaqlarında
Ədəbiyyat: Шабалов Н.П. Неонатология. Москва. 2003
239) Böyrəküstü vəzin funksiyasını dəstəkləmək üçün müalicə kompleksində (əvəzedici hormonal müalicə ilə yanaşı) nə təyin olunması məqsədə uyğundur?
A) Vitamin D

B) Vitamin E

C) Vitamin A

D) B qrupu vitaminləri

E) Vitamin C
Ədəbiyyat: Яцык Г.В. Руководство по неонатологии. Москва, 1998.
240) Böyrəküstü vəzin zədələnməsinin bütün formalarında ümumi klinik əlamət hansıdır?
A) Eritrodermiya

B) Hemangioma

C) Dəridə depiqmentasiya sahələri

D) Əzələ hipertonusu

E) Əzələ hipotoniyası
Ədəbiyyat: Яцык Г.В. Руководство по неонатологии. Москва, 1998.
241) Dörd kiloqramdan artıq doğulan uşaqlarda (makrosomiya) nəyin səviyyəsi dinamik nəzarətdə olmalıdır?
A) Qan zərdabında qlükozanın

B) Qan zərdabında kalsiumun

C) Qan zərdabında zulalların

D) Qan zərdabında kaliumun

E) Qan zərdabinda natriumun
Ədəbiyyat: Шабалов Н.П. Неонатология. Москва. 2003
242) Anadangəlmə hipotireozda əvəzedici müalicənin optimal başlanma müddəti?
A) Həyatın 1-ayına qədər

B) Həyatın 2-ayına qədər

C) Həyatın 6 ayına qədər

D) Həyatın 14-gününə qədər

E) Həyatın 3-ayına qədər
Ədəbiyyat: Володин Н.Н. Неонатология. Москва. 2005.
243) Doğularkən hipotireozdan şübhə yaradan kliniki əlamətlər hansılardır?
A) Doğularkən spesifik əlamətlər yoxdur

B) Asfiksiya ilə doğulma

C) Dərinin quru olması, əzələ hipotoniyası, qəbizliyə meyillik

D) Uzunsürən sarılıq

E) Makroqlossiya, səsin aşağı olması, bradikardiya
Ədəbiyyat: Tağıyev N.Ə. Neonatologiya. Bakı. 2007.
244) Adrenogenital sindromun müalicəsində hormonal terapiya kursunun müddəti nə qədərdir?
A) Krizin davam etmə müddətində

B) 2 ay


C) Ömür boyu

D) 1 ay


E) 6 ay
Ədəbiyyat: Шабалов Н.П. Неонатология. Москва. 2003
245) Hepatit zamanı qara ciyərin zədələnməsinin morfoloji xarakteri hansıdır?
A) Öd çıxarıcı yolların hipoplaziyası

B) Piy infiltrasiyası

C) Sirroz

D) Qlikogenin toplanması

E) Hepatositlərin nekrozu
Ədəbiyyat: Яцык Г.В. Руководство по неонатологии. Москва, 1998.

Bölmə 4. Erkən yaşlı uşaqların patologiyası

246) ABO sistemi üzrə yenidoğulan körpələrdə hemolitik xəstəliyi təsdiq edən ən əhəmiyyətli parametr hansıdır?
A) Uşaqda mikrosferositoz

B) Ananın qanında anti – A və anti- B immun anticisimlərinin aşkarlanması

C) Düz Kumbs sınağı

D) Uşaqda eritrositlərin osmotik rezistentliyinin azalması

E) Anada – O qan qrupunun olması, uşaqda – A(II) və ya B(III) qan qrupunun olması
Ədəbiyyat: Н.П.Шабалов. Неонатология. «Специальная литература», С. Петербург, 1997
247) Vaxtında doğulmuş uşağın həyatının birinci həftəsində əmələ gələn sarılıq getdikcə artmış və stabil olaraq 4 həftə ərzində davam etmiş, qəbizlik və bradikardiya inkişaf etmişdir. Sizin ilkin diaqnozunuz hansıdır?
A) Pilorostenoz

B) Yenidoğulmuşun fizioloji sarılığı

C) Sepsis

D) Hipotireoz

E) ABO – hemolitik xəstəlik
Ədəbiyyat: Н.П.Шабалов. Неонатология. «Специальная литература», Санкт-Петербург, 1997
248) ABO antigen sistemi üzrə yeni doğulmuş körpədə hemolitik xəstəlik nə zaman müşahidə olunur?
A) O(I) qan qruplu anadan doğulan A(II) qan qruplu uşaqlarda

B) O(I) qan qruplu uşaqlarda

C) Yalnız vaxtında doğulmuş sağlam uşaqlarda

D) Müsbət rezuslu atadan olan uşaqlarda

E) Yalnız təkrar hamiləlikdən olan uşaqlarda
Ədəbiyyat: Шабалов Н.П. Неонатология. Москва. 2003.
249) Yeni doğulmuşlarda hialin membran xəstəliyi üçün tipik olmayan simptom hansıdır?
A) Sianoz

B) Taxipnoe

C) Asidoz

D) Tənəffüs çatışmazlığının olmaması

E) Döş qəfəsinin gərilməsi
Ədəbiyyat: Tağıyev N.Ə. Neonatologiya. Bakı. 2007.
250) Anadangəlmə toksoplazmozun kəskin dövrünün ən etibarlı əlaməti hansıdır?
A) Hepatomeqaliya

B) İgG tərkibli anticismlərin yüksək titri

C) Toksoplazmoz əleyhinə İgM tərkibli anticisimlərin aşkarlanması

D) Mikrosefaliya

E) Görmə sinirinin atrofiyası
Ədəbiyyat: Цинзерлинг В.А. Перинатальные инфекции. С.-Петербург, 2002.
251) Uşaqlıq həyatının I ilində bətndaxili infeksiyanı təsdiqləyən göstərici hansıdır?
A) İgM-in artması

B) 80% neytrofilyoz

C) Leykositoz – 20x10 9 /l

D) Temperatur reaksiyasının 37,2 0 həddində olması

E) İgG-nin artması
Ədəbiyyat: Цинзерлинг В.А. Перинатальные инфекции. С.-Петербург, 2002.
252) Qan zərdabında qeyri-düz bilirubinin səviyyəsini hansı preparat azaldır?
A) Maqnezium

B) Askorbin turşusu

C) Droperidol

D) Prednizalon

E) Lüminal (fenobarbital)
Ədəbiyyat: Шабалов Н.П. Неонатология. Москва. 2003.
253) Yeni doğulmuşların reaktiv vəziyyətinə nə aid deyil?
A) Vaginal qanaxma

B) Fizioloji eritema

C) Melena

D) Miliya

E) Süd vəzilərinin şişməsi
Ədəbiyyat: Володин Н.Н. Неонатология. Москва. 2005.
254) Anadangəlmə sitomeqaliyanın səhih əlaməti hansıdır?
A) Meninqoensefalit

B) Osteoparoz

C) Mikroftalmiya və xorioretinit

D) Beyin maddəsində kalsifikatlar

E) Sidikdə, tüpürcəkdə, likvorda xarakterik hüceyrələrin aşkarlanması
Ədəbiyyat: Цинзерлинг В.А. Перинатальные инфекции. С.-Петербург, 2002.
255) Yenidoğulmuşun fizioloji sarılığının əsas səbəbi hansıdır?
A) Hemoliz

B) Hipoqlikemiya

C) Qanın qatılaşması

D) Qlükuronizasiyanın kifayət olmaması

E) Xolestaz
Ədəbiyyat: Шабалов Н.П. Неонатология. Москва. 2003.
256) Vaxtından əvvəl doğulmuşlarda retrolental fibroplaziyanın inkişafına səbəb nədir?
A) Qidalanmanın kifayət qədər olmaması

B) Hipoqlikemiya

C) Soyudulma

D) Hipoksiya

E) Oksigenoterapiyanın həddindən artıq istifadəsi
Ədəbiyyat: Шабалов Н.П. Неонатология. Москва. 2003.
257) İmmunopatoloji səbəblərdən asılı olmayan hiperbilirubinemiyaya daha çox nə vaxt rast gəlinir?
A) Ürək qüsuru olan uşaqlarda

B) Asfiksiyalı yenidoğulmuşlarda

C) Vaxtından əvvəl doğulmuşlarda

D) Yetkin yenidoğulmuşlarda

E) Vaxtından gec doğulmuşlarda
Ədəbiyyat: Володин Н.Н. Неонатология. Москва. 2005.
258) Anadangəlmə hipotireoz üçün nə xarakterik deyil?
A) Uzun müddət davam edən sarılıq

B) Makroqlossiya

C) Böyük əmgəyin vaxtından əvvəl bağlanması

D) Hipotermiyaya meyllilik

E) Qəbizlik
Ədəbiyyat: Шабалов Н.П. Неонатология. Москва. 2003.
259) Mukovissidoz diaqnozunu aşağıdakılardan hansı təsdiq edir?
A) Sümük iliyinin müayinəsi

B) Tərdə elektrolitlərin təyini

C) Döş qəfəsinin rentgenoqrafiyası

D) Sidik çöküntüsünün mikroskopiyası

E) Nazik bağırsağın biopsiyası
Ədəbiyyat: В. К. Таточенко «Практическая пульмология детского возраста» 2000г.
260) 36 yaşlı qadın tipik Daun xətəliyi olan uşaq dünyaya gətirmişdir. Genetik konsultasiya üçün aşağıdakılardan hansı vacibdir?
A) Ananın sağlamlıq durumu

B) Ananın yaşı

C) Atanın genotipi

D) Ananın genotipi

E) Yüksək radiasiya fonu
Ədəbiyyat: Н. П. Бочков «Медицинская генетика» 1994г.
261) Rezus faktora görə hemolitik xəstəliyin yüngül variantını hansı hallarda gözləmək olar?
A) Uşağın atası rezus faktor üzrə homoziqotdur

B) Ana tərəfdən nənəsi müsbət rezusludur

C) Anada atopik xəstəlik var

D) Uşağın anasına uşaqlıqda qan köçürülüb

E) Ananın və uşağın qan qrupu üst-üstə düşür
Ədəbiyyat: Tağıyev N.Ə. Neonatologiya. Bakı. 2007.
262) Dodaq və yumşaq damağın aralı qalması sindromu aşağıdakılardan hansı üçün spesifikdir?
A) G trisomiyası

B) D trisomiyası ( Patau sindromu)

C) Alport sindromu

D) E trisomiyası

E) Şereşevski – Terner xəstəliyi
Ədəbiyyat: Н. П. Бочков «Медицинская генетика» 1994г.
263) I dərəcəli hipotrofiyada kütlə defisiti nə qədər olmalıdır?
A) 10%-dən 20%-ə qədər

B) 3%-ə qədər

C) 30%-dən 40%-ə kimi

D) 40%-dən çox

E) 40%-dən 50%-ə kimi
Ədəbiyyat: Н.П. Шабалов «Детские болезни» 2005
264) 2 günlük uşaqda aydın şəkildə təzahür edən kraniotabes aşkarlanmışdır.Nə etməli?

A) Lümbal punksiya etmək

B) Turşu-qələvi müvazinətinin müəyyən edilməsi

C) Dərhal ilk gündən 5000 BV vitamin D təyin etmək

D) Kəllənin rentgenoqrafiyasını etmək

E) Müşahidə ilə məhdudlaşmaq


Ədəbiyyat: Н.П. Шабалов «Детские болезни» 2005
265) Hansı hal üçün karpopedal srazm xarakterikdir?
A) Hipokalsemiya

B) Febril qıcolmalar

C) Episindrom

D) Dəmir defisiti

E) Hipofosfatemiya
Ədəbiyyat: Н.П. Шабалов «Детские болезни» 2005
266) Hansı preparatın uzun müddət istifadəsi raxitin inkişafına səbəb olur?
A) Qlisin

B) Fenobarbital

C) Piridoksal fosfat

D) Papaverin

E) Penisillin
Ədəbiyyat: Tağıyev N.Ə. Neonatologiya. Bakı. 2007.
267) D vitamini aşağıdakılardan hansına səbəb olur?
A) Qanda qələvi fosfatazanın səviyyəsini qaldırır

B) Parathormonun hasilatını artırır

C) Kalsiumun kanalcıq reabsorbsiyasını blokada edir

D) Göstərilən bioloji effektlərə vitamin D təsir etmir

E) Mədə- bağırsaq traktından kalsiumun sorulmasına kömək edir
Ədəbiyyat: Н.П. Шабалов «Детские болезни» 2005
268) Kraniotabes nə vaxt müşahidə olunmur?
A) Hipotrofiya və D defisitli raxit zamanı

B) Osteoparoz zamanı

C) D-dən asılı raxit zamanı

D) D defisitli raxit zamanı

E) Vaxtında doğulmayan və yetişməmiş uşaqda
Ədəbiyyat: Н.П. Шабалов «Детские болезни» 2005
269) Parotit infeksiyası üçün nə xarakter deyil?
A) Nefrit

B) Submandibulyar və sublinqval vəzilərin zədələnməsi

C) Pankreatit

D) Orxit ( və ya adneksit)

E) Ensefalit
Ədəbiyyat: В.Ф. Учайкин Детские инфекционные болезни . «Медицина» . Москва. 2004
270) Uşağın yaşı ilə obstruktiv bronxitin tezliyinin azalmasının səbəbi nədir?
A) Bronxların mənfəzinin böyüməsi

B) Limfatik toxumaların reaktivliyinin azalması

C) Bronxial ağacın selikli qişasının sekresiyasının azalması

D) Tənəffüs əzələlərinin gücünün artması

E) Bakterial allergiyanın azalması
Ədəbiyyat: В. К. Таточенко «Практическая пульмология детского возраста» 2000г.
271) Eksudativ plevrit zamanı sadalanan kliniki əlamətlərdən hansı olmur?
A) Perkutor səsin kütləşməsi

B) Tənəffüsün bronxial tipi

C) Tənəffüsün zəifləməsi

D) Taxipnoe

E) Zəifləmiş səs titrəməsi
Ədəbiyyat: В. К. Таточенко «Практическая пульмология детского возраста» 2000г.
272) Hemolitiko-uremik sindrom üçün hansı tipik deyil?
A) Düz hiperbilirubinemiya

B) Proteinuriya

C) Anemiya

D) Oliquriya

E) Trombositopeniya
Ədəbiyyat: Шабалов Н.П. Неонатология. Москва. 2003.
273) Ağır pnevmoniya zamanı hipoksemiyanın yaranmasının başlıca amili hansıdır?
A) Temperaturun artması

B) Anemiya

C) Səthi tənəffüs

D) Taxikardiya

E) Metobolizmin artması
Ədəbiyyat: В. К. Таточенко «Практическая пульмология детского возраста» 2000г.
274) Erkən yaşlı uşaqlarda bronxiolit necə gedişə malikdir?
A) Erkən yaşlı uşaqlarda bronxiolit olmur

B) Allergik komponenet ilə şərtlənib

C) Bronxial astmanın erkən əlamətidir

D) Ağ ciyərlərdə elastikliyin uzun müddətli itirilməsinə və obstruktiv vəziyyətə gətirir

E) Yüngül və qısa müddətli xəstələnmə
Ədəbiyyat: В. К. Таточенко «Практическая пульмология детского возраста» 2000г.
275) Hansı xəstəlik zamanı uşaqlarda narahatlıq zamanı selikli qişalarda və dəri örtüklərində sianoz qeyd edilmir?
A) Anadangəlmə ürək qüsuru

B) Pnevmoniya

C) Atelektaz

D) İnağ


E) Methemoqlobinemiya
Ədəbiyyat: В. К. Таточенко «Практическая пульмология детского возраста» 2000г.
276) Erkən yaşlı uşaqlarda hansı praktiki olaraq rast gəlmir?
A) Bronxopnevmoniya

B) Absesləşən pnevmoniya

C) Pnevmosist pnevmoniyası

D) Lobar pnevmoniya

E) Aspirasion pnevmoniya
Ədəbiyyat: В. К. Таточенко «Практическая пульмология детского возраста» 2000г.
277) Gərgin pnevmotoraks zamanı başlıca tədbir hansıdır?
A) Zədələnmiş tərəf üzərinə uzatmaq

B) Plevral punksiya və drenaj

C) Aktiv oksigen terapiyası

D) İntubasiya və süni tənəffüs

E) Hündür vəziyyət
Ədəbiyyat: В. К. Таточенко «Практическая пульмология детского возраста» 2000г.
278) Səs titrəməsi nə vaxt güclənir?
A) İnfiltrativ ağ ciyər prosesində

B) Pnevmotoraksda

C) Ağ ciyər emfizemasında

D) Atelektazda

E) Plevritdə
Ədəbiyyat: В. К. Таточенко «Практическая пульмология детского возраста» 2000г.
279) Dəmir defisitli anemiyanın əlamətlərinə hansı aid deyil?
A) Eritrositlərin sayının azalması

B) Eritrositlərin hipoxromiyası

C) Zərdabda birləşmiş dəmirin azalması

D) Trombositopeniya

E) Qanda bilirubinin artması
Ədəbiyyat: Н.П. Шабалов «Детские болезни» 2005
280) Koaqulopatiya ilə eyni vaxtda qanaxma müddətinin uzanması nə zaman müşahidə edilir?
A) Afibrinogenemiyada

B) Sadalanan xəstəliklərin hamısında

C) VII amilin çatışmazlığında

D) A hemofiliyasında

E) XIII amilin çatışmazlığında
Ədəbiyyat: Шабалов Н.П. Неонатология. Москва. 2003.
281) Mukovissidoz üçün sadalanan əlamətlərdən hansı xarakterik deyil?
A) Hipernatremiya

B) Mekonial ileus

C) Polifekaliya

D) Atelektazlar

E) Steatoreya
Ədəbiyyat: В. К. Таточенко «Практическая пульмология детского возраста» 2000г.
282) Fruktozaya qarşı dözümsüzlüyə aşağıdakılardan hansı vəziyyət uyğun gəlmir?
A) Hiperglikemiya ilə müşayiət olunur

B) Fruktozanın yeridilməsi vəziyyətin tez pisləşməsinə səbəb olur

C) Xəstəlik qara ciyər fermentinin defekti ilə bağlıdır

D) Tərkibində fruktoza olmayan müalicəvi qatışıqların istifadəsindən müalicəvi effekt

E) Xəstə psixo-motor inkişafdan geri qalır
Ədəbiyyat: Шабалов Н.П. Неонатология. Москва. 2003.
283) Seliakiya üçün xarakter olan hansıdır?
A) Güclənən bronxoektaziya nəticəsində ölümə gətirib çıxarır

B) Körpənin həyatının 2-ci ilindən sonra öz-özünə sağalır

C) İkincili laktaza çatışmazlığı ilə müşayiət olunmur

D) Nazik bağırsaq xovlarının xarakterik atrofiyası ilə müşayiət olunur

E) Əksər hallarda həyatın ilk 3 ayında inkişaf edir
Ədəbiyyat: Н.П. Шабалов «Детские болезни» 2005
284) Qlüten-induktə olan seliakiya zamanı qida hazırlamaq üçün hansı ərzağın istifadəsi məsləhətdir?
A) Yulaf lopası

B) Mannı yarması

C) Buğda unu

D) Çovdar unu

E) Qarğıdalı unu
Ədəbiyyat: Н.П. Шабалов «Детские болезни» 2005
285) Hüceyrə dehidratasiyası üçün sadalanan kliniki əlamətlərdən ən çox səciyyəvi olanı hansıdır?
A) Əzələ hipotrofiyası

B) Susuzluq (yanğı) hissi

C) Qıcolma

D) Arterial təzyiqin yüksəlməsi

E) Ödemlər
Ədəbiyyat: Шабалов Н.П. Неонатология. Москва. 2003.
286) Hipokalsemik qıcolma sindromunun inkişafına nə səbəb olur?
A) Hipoproteinemiya

B) Asidoz

C) Hipoventilyasiya

D) Hiperkaliemiya

E) Alkaloz
Ədəbiyyat: Шабалов Н.П. Неонатология. Москва. 2003.
287) Alkaloz vəziyyəti aşağıdakılardan hansı üçün xarakterikdir?
A) Şəkərli diabet

B) Massiv pnevmoniya

C) Pielonefrit

D) Raxit


E) Residivləşmiş qusma ilə gedən beyin şişləri
Ədəbiyyat: Шабалов Н.П. Неонатология. Москва. 2003.
288) Sadalanan sindromlardan metabolik alkaloza gətirib çıxaran hansıdır?
A) Anadangəlmə karbohidrataza defisiti sindromu

B) Pilorostenoz

C) Karbohidrataza inhibitorlarının dozadan artıq yeridilməsi sindromu

D) Profuz ishal

E) Tənəffüs çatışmazlığı sindromu
Ədəbiyyat: Шабалов Н.П. Неонатология. Москва. 2003.
289) Hipotonik duz defisitli dehidratasiya üçün hansı xarakterikdir?
A) AT və MVT aşağı olması

B) Bradikardiya

C) Arterial hipertoniya

D) Hiperrefleksiya

E) Polidipsiya
Ədəbiyyat: В.Ф. Учайкин Детские инфекционные болезни . «Медицина» . Москва. 2004
290) Hipertonik su defisitli dehidratasiyaya hansı uyğun gəlir?
A) Selikli qişaların quruluğu

B) Hiponatriemiya

C) Hipotermiya

D) AT enməsi

E) Əmgəyin qabarması
Ədəbiyyat: В.Ф. Учайкин Детские инфекционные болезни . «Медицина» . Москва. 2004
291) Uşaqlarda qəfləti ölüm sindromu üçün hansı xarakterikdir?
A) Qəfləti ölümə ailəlikcə meyllilik

B) Ölüm əsasən gündüz vaxtları uşaq oyaq olarkən baş verir

C) Sindrom əsasən 3 yaşdan yuxarı uşaqlarda rast gəlinir

D) Həmişə klinik morfoloji yetkinsizliyin əlamətləri aşkar edilir

E) Ölümün konkret səbəbi həmişə aşkar edilir
Ədəbiyyat: Шабалов Н.П. Неонатология. Москва. 2003.
292) Uşağın 2 yaşı var, vəziyyəti ağırdır, hərarəti 390 C , yuxululuq, ənsə əzələlərində gərginlik və dəridə xırda qansızmalar qeyd edilir. Likvorda 600 hüceyrəyə qədər qranulositlər, şəkər azalıb, zülal artıb. Meningitin daha çox ehtimal olunan törədicisi hansıdır?
A) Meninqokokk

B) Vərəm mikobakteriyası

C) Qızılca virusu

D) Koksaki qrupundan olan viruslar

E) Pnevmokokk
Ədəbiyyat: В.Ф. Учайкин Детские инфекционные болезни . «Медицина» . Москва. 2004
293) Südəmər uşaqlarda kəskin pielonefritin aparıcı əlamətinə hansı aiddir?
A) Dizurik təzahürlər

B) Subfebrilitet

C) Qaytarma sindromu

D) Ümumi intoksikasiya

E) Ağrı sindromu
Ədəbiyyat: Н.П. Шабалов «Детские болезни» 2005
294) Yenidoğulmuşda sidik kisəsinin həcmi nə qədərdir?
A) 10-dan 15 ml-ə qədər

B) 250-dan 300 ml –ə qədər

C) 30-dan 50 ml-ə qədər

D) 100-dan 200 ml-ə qədər

E) 100-dan 150 ml-ə qədər
Ədəbiyyat: Шабалов Н.П. Неонатология. Москва. 2003.


Yüklə 1,38 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə