Pediatriya


) Duodenitin diaqnostikasında üçün hansı müayinə daha az informativdır?



Yüklə 1,38 Mb.
səhifə8/14
tarix20.09.2017
ölçüsü1,38 Mb.
#904
1   ...   4   5   6   7   8   9   10   11   ...   14

507) Duodenitin diaqnostikasında üçün hansı müayinə daha az informativdır?
A) Rentgenoskopiya

B) Qanın biokimyəvi analizi

C) Biopsiya ilə endoskopiya

D) Mədənin, 12-barmaq bağırsağın maye ilə USM

E) Koproqramma
Ədəbiyyat: Ю.Ю. Елисеева. «Полный справочник гастроэнтеролога» 2005.
508) Duodenitin kəskinləşməsinin qeyri-dürüst endoskopik əlaməti hansıdır?
A) Şişkinlik

B) “Mannı yarması “ fenomeni

C) Selikli qişaların hiperemiyası

D) Seliyin hipersekresiyası

E) “ Qənbər körpü “ mənzərəsi
Ədəbiyyat: Ю.Ю. Елисеева. «Полный справочник гастроэнтеролога».2005.
509) Duodenitin gedişi ilə bağlı patologiya hansıdır?
A) Kolitlər

B) Piblonefrit

C) Biliar disfunksiya sindromu

D) Xroniki tonzillit

E) Ezofaqit
Ədəbiyyat: Ю.В.Белоусов. « Педиатрическая гастроэнтерология» 2006.
510) Xora xəstəliyinin dürüst kliniki əlaməti hansidir?
A) Açqarına epiqastriyada ağrılar

B) Aşkar xoradan qanaxma

C) Mədə qıcqırması

D) Ağrıların fəsli xarakter daşıması

E) Residivləşən qusma
Ədəbiyyat: Ю.В.Белоусов. « Педиатрическая гастроэнтерология» 2006.
511) 12-barmaq bağırsağın xora xəstəliyinə şübhə olduqda hansı müayinəni aparmaq lazım deyil ?
A) Nəcisdə gizli qanın təyini

B) Qastroduodenoskopiya

C) Qanın kliniki müayinəsi

D) Rentgenokontrast müayinə

E) Duodenal zondlanma
Ədəbiyyat: Ю.В.Белоусов. « Педиатрическая гастроэнтерология» 2006.
512) Uşaqlarda xora xəstəliyinin daha çox rast gələn fəsadı hansidir?
A) Perforasiya

B) Keçməməzlik

C) Qanaxma

D) Maliqnizasiya

E) Mədəaltı vəziyə penetrasiya
Ədəbiyyat: М.Ю.Денисов. «Болезни органов пищеварения у детей и подростков»2005
513) Aşağıdakılardan hansı reparativ təsir göstərmir?
A) Venter

B) Solkoseril

C) Ranitidin

D) Almagel

E) Çaytikanı yağı
Ədəbiyyat: М.Ю.Денисов. «Болезни органов пищеварения у детей и подростков»2005
514) Xora xəstəliyinin arasıkəsilmədən residivləşən gedişi zamanı hansı az effektlidir?
A) Antasidlər

B) Endoskopik sanasiya

C) Hiperbarik oksigenasiya

D) Akupunktura

E) Lazeroterapiya
Ədəbiyyat: М.Ю.Денисов. «Болезни органов пищеварения у детей и подростков» 2005.
515) Xolepatiyanın inkişafına hansı xəstəlik xüsusilə meyillidir?
A) Xroniki tonzillit

B) 12-barmaq bağırsağın xəstəliyi

C) Pnevmoniya

D) Qastrit

E) Pankreatit
Ədəbiyyat: М.Ю.Денисов. «Болезни органов пищеварения у детей и подростков» 2005
516) Xoleastazın inkişafına nə təsir etmir?
A) Çox yağlı qida

B) Öddaşı xəstəliyi

C) Biliar yolların patologiyası

D) Hepatositin zədələnməsi

E) Disbakterioz
Ədəbiyyat: Ю.В.Белоусов. « Педиатрическая гастроэнтерология» 2006.
517) Aşağıdakı hallardan hansında hepato- və xolepatiyanın inkişaf təhlükəsi olmur?
A) Virus hepatitin keçirilməsi

B) Öddaşı xəstəliyi

C) Disbakterioz

D) Hava-damcı infeksiyası

E) Irsi
Ədəbiyyat: Ю.В.Белоусов. « Педиатрическая гастроэнтерология» 2006.
518) Aşağıdakılardan hansı öd yollarının diskineziyası ilə əlaqədar deyil?
A) Sağ qabırğaaltında ağrı

B) Dəridə teleangioektaziya

C) Ağızda acılıq

D) Skleranın subikterikliyi

E) Dilin ərplə örtülməsi
Ədəbiyyat: Ю.В.Белоусов. « Педиатрическая гастроэнтерология» 2006.
519) Duodenal möhtəviyyatın mikroskopik müayinəsinə əsaslanaraq öd kisəsinin hansı xəstəliyini diaqnozlaşdırmaq olar?
A) Xolesistiti

B) Diskineziyanı

C) Anomaliyanı

D) Disxoliyanı

E) Kalkulyoz xolesistiti
Ədəbiyyat: Ю.В.Белоусов. « Педиатрическая гастроэнтерология» 2006.
520) Disxoliya üçün duodenal möhtəviyyatın çöküntüsünün komponentləri hansıdır?
A) Kalsium bilirubinat kristalları

B) Leykositlər

C) Lipid hissəcikləri , qranulalar

D) Lyambliya

E) Xolesterin kristalları
Ədəbiyyat: Ю.В.Белоусов. « Педиатрическая гастроэнтерология» 2006.

Bölmə 8. Sidik sistemi xəstəlikləri

521) Böyrək kanalcıqlarının fəaliyyətinə bilavasitə təsir edən hormon hansıdır?
A) Qonadotropin

B) Insulin

C) Tiroksin

D) Androgenlər

E) Aldesteron
Ədəbiyyat: С. И. Рябов. «Нефрология» 2000г.
522) Turşu-qələvi müvazinəti aşağıdakılardan hansı ilə tənzimlənir?
A) Kanalcıqlar vasitəsi ilə turşu valentliklərin xaric edilməsi və qələvi valentliklərin ləngiməsi

B) Kanalcıqlarda ammoniumun sintezi

C) Turşu valentliklərin kanalcıqlar vasitəsi ilə xaric edilməsi

D) Qanın bufer sistemləri ilə

E) Sadalananların hamısı ilə
Ədəbiyyat: С. И. Рябов. «Нефрология» 2000г.
523) Proteinuriyanın selektivliyini müəyyənləşdirməklə nəyin vəziyyətini qiymətləndirmək olar?
A) Henle ilgəyinin

B) Distal kanalcıqların epitelisinin

C) Yumaqcıq membranınin

D) Proksimal kanalcıqların epitelisinin

E) Sadalananların hamısı
Ədəbiyyat: Э. А. Юрьева. «Диагностический справочник нефролога» 2007г.
524) Aşağıdakılardan hansı böyrəyin konsentrasiyon funksiyasını xarakterizə etmir?
A) Sidiyin osmolyarlığı

B) Zülal və zülal fraksiyaları

C) Qanın elektrolitləri

D) Sidiyin xüsusi çəkisi

E) Zimnitski sınağı
Ədəbiyyat: Э. А. Юрьева. «Диагностический справочник нефролога» 2007г.
525) Aşağıdakılardan hansı böyrəyin filtrasiyon xassəsini xarakterizə etmir?
A) Qanda kreatinin

B) Sidiyin osmolyarlığı

C) Qanda sidik cövhərinin səviyyəsi

D) Endogen kreatinin klirensi

E) Proteinuriyanın selektivliyi
Ədəbiyyat: Э. А. Юрьева. «Диагностический справочник нефролога» 2007г.
526) Aşağıdakı simptomlardan hansı biri irsi nefrit diaqnozunu təsdiq etmək üçün hematuriyalı uşağın qohumlarında rast gəlinmir?
A) Erkən yaşda XBÇ-nın inkişafı

B) Görmə patalogiyası

C) Hematuriya

D) Bud-çanaq oynağının displaziyası

E) Ağır eşitmə
Ədəbiyyat: С. И. Рябов. «Нефрология» 2000г.
527) Aşağıdakılardan hansı üçün torpid gediş xarakterikdir?
A) Pielonefrit

B) Qurdeşənəyi nefriti

C) Qlomerulonefritin nefrotik forması

D) Sistit

E) Irsi nefrit
Ədəbiyyat: С. И. Рябов. «Нефрология» 2000г.
528) Erkən mərhələlərdə arterial təzyiqin yüksəlməsi hansı hal üçün xarakterikdir?
A) Qlomerulonefrit

B) Pielonefrit

C) Tubulopatiya

D) Irsi nefrit

E) Dismetabolik nefropatiya
Ədəbiyyat: С. И. Рябов. «Нефрология» 2000г.
529) Kiçik anomaliyaların olması (displastik əlamətlər) aşağıdakılardan hansı üçün xarakterik deyil?
A) Qlomerulonefrit

B) Irsi nefrit

C) Tubulopatiya

D) Dismetabolik nefropatiya

E) Böyrəklərin kistozu
Ədəbiyyat: С. И. Рябов. «Нефрология» 2000г.
530) Sidiyi əkmək üçün hansı üsulla yığmaq məsləhətdir?
A) Sutkalıq sidikdən

B) Sidik kisəsinin punksiyası

C) Axıntının orta porsiyasını steril qaba yığmaqla

D) Neçiparenko üsulu ilə

E) Sidik kisəsinin kateterizasiyası
Ədəbiyyat: С. И. Рябов. «Нефрология» 2000г.
531) Sidik çöküntüsündə neytrofillərin çoxluğu daha çox hansı hal üçün xarakterikdir?
A) Irsi nefrit

B) Amiloidoz

C) Pielonefrit

D) Tubulointerstitsial nefrit

E) Qlomerulonefrit
Ədəbiyyat: С. И. Рябов. «Нефрология» 2000г.
532) Hansı hal iltihabi prosesin aktivliyini əks etdirmir?
A) Qanın elektrolitləri

B) Qanda fibrinogen

C) Seromukoid

D) Zülal fraksiyaları

E) S-reaktiv zülal
Ədəbiyyat: С. И. Рябов. «Нефрология» 2000г.
533) Hiperlipidemiya daha çox hansı hal üçün xarakterikdir?
A) Tubulointerstitsial nefrit üçün

B) Pielonefrit üçün

C) Nefrotik formalı qlomerulonefrit üçün

D) Hematurik formalı qlomerulonefrit üçün

E) Tubulopatiya üçün
Ədəbiyyat: С. И. Рябов. «Нефрология» 2000г.
534) Yüksək fibrinogenemiyanı nə zaman müşahidə etmək olar?
A) Dismetabolik nefropatiyada

B) Sistitdə

C) Irsi nefritdə

D) Nefrotik formalı qlomerulonefritdə

E) Pielonefritdə
Ədəbiyyat: С. И. Рябов. «Нефрология» 2000г.
535) Sidikdə oksalat və uratların ekskresiysı adətən necə təyin olunur?
A) Sadalananların hamısında

B) Sidiyin səhərki porsiyasında

C) Sutkalıq sidikdə

D) Üç saatdan bir yığılan sidikdə

E) Axıntının orta porsiyasından
Ədəbiyyat: В. В. Длин. «Лечение дизметаболитической нефропатии и мочекаменной болезни у детей» 2004г.
536) Qanda sidik turşusunun artması nəyin göstəricisidir?
A) Atopik dermatit

B) Sistin mübadiləsinin pozulması

C) Kalsium mübadiləsinin pozulması

D) Oksalat turşusu mübadiləsinin pozulması

E) Purin mübadiləsinin pozulması
Ədəbiyyat: В. В. Длин. «Лечение дизметаболитической нефропатии и мочекаменной болезни у детей» 2004г.
537) Uşaq yaşlarında hiperurikemiya nə zaman müşahidə edilə bilər?
A) Sadalanan bütün hallarda

B) Tiazid qrupundan olan sidikqovucuların qəbulu zamanı

C) Sulfanilamidlərin qəbulu zamanı

D) Sitostatiklərin qəbulu zamanı

E) Podaqrada
Ədəbiyyat: С. И. Рябов. «Нефрология» 2000г
538) Qanda IgG-in xeyli artması hansı halda müşahidə edilir?
A) Sistem qırmızı qurdeşənəyində

B) Sistitdə

C) Nefrotik formalı qlomerulonefritdə

D) Tubulointerstitsial nefritdə

E) Pielonefritdə
Ədəbiyyat: С. И. Рябов. «Нефрология» 2000г
539) 10 yaşında uşağın sidik kisəsində qalıq sidiyin yol verilən miqdarı nə qədər olmalıdır?
A) 100 ml

B) 120 ml

C) 20-30 ml

D) 40-60 ml

E) 80 ml
Ədəbiyyat: С. И. Рябов. «Нефрология» 2000г
540) Sistoqrafiya müayinəsi ilə hansı patalogiyanı dəqiqləşdirmək olmaz?
A) Qalıq sidiyin miqdarını

B) Detruzorun vəziyyətini

C) Reflyuksların olmasını

D) Uretranın vəziyyətini

E) Böyrəklərin funksional vəziyyətini
Ədəbiyyat: Э. А. Юрьева. «Диагностический справочник нефролога» 2007г
541) Aşagıdakı patalogiyalardan hansı venadaxili uroqrafiyanın aparılımasına göstəriş deyil?
A) Qəfil yaranan hematuriya

B) Qarında naməlum etiologiyalı ağrılar

C) Qlomerulonefritin kəskin mərhələsi

D) Sidik ifrazının ləngiməsi ilə gedən qarın boşluğunun travmaları

E) Davamlı leykosituriya
Ədəbiyyat: Э. А. Юрьева. «Диагностический справочник нефролога» 2007г
542) Dinamiki nefrosintiqrafiya ilə nəyi aşkara çıxarmaq olar?
A) Böyrəklərin topoqrafiyası və ölçüsünü

B) Yumaqcıqların funksiyasını

C) Sadalananların hamısı

D) Hər bir ayrı-ayrılıqda yumaqcıq filtrasiyasının sürətini

E) Böyrəyin ayrı-ayrı funksiyasını
Ədəbiyyat: Э. А. Юрьева. «Диагностический справочник нефролога» 2007г
543) Aşağıdakılardan hansı qlomerulonefritin daha ağır morfoloji variantı sayılır?
A) Yumaqcıların minimal dəyişilıkləri

B) Ekstrakapilyar proliferativ qlomerulonefrit

C) Fokal-seqmentar qlomerulonefrit

D) Yarımayparalı ekstrakapilyar qlomerulonefrit

E) Sadalananların hamısı
Ədəbiyyat: Э. А. Юрьева. «Диагностический справочник нефролога» 2007г
544) Qəfil yaranan makrohematuriya zamanı müayinəni nədən başlamaq məqsədəuyğundur?
A) Sidik sisteminin ultrasəs müayinəsi

B) Angioqrafiya

C) Sistoqrafiya

D) Kompyuter tomoqrafiyası

E) Böyrəklərin radionuklid müayinəsi
Ədəbiyyat: Э. А. Юрьева. «Диагностический справочник нефролога» 2007г
545) Böyrəklərin biopsiyasına hansı əks göstəriş sayılmır?
A) Böyrəklərin polikistozu

B) Kəskin poststreptokokk qlomerulonefriti

C) Tək böyrək

D) Böyrəklərin vərəmi

E) Hormonorezistent qlomerulonefrit
Ədəbiyyat: Э. А. Юрьева. «Диагностический справочник нефролога» 2007г
546) Qlomerulonefrit nə cür xəstəlik sayılır?
A) Mikrob-iltihabi

B) Virus


C) Infeksion

D) Qeyri-immun

E) Immunokompleks
Ədəbiyyat: С. И. Рябов. «Нефрология» 2000г
547) Qlomerulonefritin əsas kliniki sindromlarına hansı aid deyil?
A) Sidik

B) Hipertenzion

C) Abdominal

D) Ödem


E) Oliqouriya
Ədəbiyyat: С. И. Рябов. «Нефрология» 2000г
548) Qarışıq formalı qlomerulonefrit daha çox hansı yaşda rast gəlir?
A) 1 yaşa qədər;

B) 1 yaşdan 2 yaşa qədər;

C) 8-10 yaşdan sonra

D) 3-5 yaşda;

E) Istənilən yaşda;
Ədəbiyyat: С. И. Рябов. «Нефрология» 2000г
549) Qlomerulonefritin nefrotik forması hansı yaşda daha çox rast gəlir?
A) Istənilən yaşda

B) 1 yaşdan 7 yaşa qədər

C) 11-12 yaş

D) Pubertat yaşda

E) 1 yaşa qədər
Ədəbiyyat: С. И. Рябов. «Нефрология» 2000г
550) Nefrotik sindrom üçün xarakterik olan nədir?
A) Hipolipidemiya

B) Hipertoniya

C) Hematuriya

D) Xeyli dərəcədə proteinuriya, hipoalbuminemiya

E) Hipofibrinogenemiya
Ədəbiyyat: С. И. Рябов. «Нефрология» 2000г
551) Qlomerulonefritin başlanğıcı üçün daha çox hansı xarakterikdir?
A) Kataral əlamətlər

B) Abdominal reaksiya

C) Oliqouriya

D) Dizuriya

E) Temperatur reaksiyası
Ədəbiyyat: С. И. Рябов. «Нефрология» 2000г
552) Hematurik formalı qlomerulonefritin aktivlik göstəricisinə hansı aid deyil?
A) Hematuriya

B) Ürəkdə dəyişikliklər

C) Hiperkoaqulasiya

D) Hipertenziya

E) Oliqouriya
Ədəbiyyat: С. И. Рябов. «Нефрология» 2000г
553) Hematurik formalı qlomerulonefrit zamanı aktivliyin laborator

göstəricilərinə hansı aiddir?
A) EÇS yüksəlməsi

B) Hiperfibrinogenemiya

C) Mikroproteinuriya

D) Sadalananların hamısı

E) Makrohematuriya
Ədəbiyyat: С. И. Рябов. «Нефрология» 2000г
554) Qarışıq formalı qlomerulonefrit üçün aşağıdakılardan hansı daha çox xarakterikdir:
A) Leykosituriya, bakteriuriya

B) Hematuriya proteinuriya ilə

C) Izolyasiyalı proteinuriya

D) Abakterial leykosituriya

E) Uzunmüddət davam edən hematuriya
Ədəbiyyat: С. И. Рябов. «Нефрология» 2000г
555) Qarışıq formalı qlomerulonefrit üçün xarakterik olan hansıdır?
A) Hipertenziya

B) Proteinuriya

C) Hematuriya

D) Hematuriya, proteinuriya, abakterial leykosituriya

E) Sadalananların hamısı
Ədəbiyyat: С. И. Рябов. «Нефрология» 2000г
556) Nefrotik formalı qlomerulonefritin aparıcı simptomlarına aşağıdakılardan hansı aid deyil?
A) Hiperlipidemiya

B) Ödem sindromu

C) 3 q/l-dən yüksək proteinuriya

D) Abdominal sindrom

E) Oliqouriya
Ədəbiyyat: С. И. Рябов. «Нефрология» 2000г
557) Nefrotik formalı qlomerulonefritin aktivlik göstəricisinə hansı aid deyil?
A) Disproteinemiya

B) Yüksək proteiuriya

C) Ödem sindromu

D) Oliqouriya

E) Anemiya
Ədəbiyyat: С. И. Рябов. «Нефрология» 2000г
558) Qlomerulonefritin hansı formasının başlanğıcında abakterial leykosituriya müşahidə edilə bilər?
A) Hematurik formalı

B) Minimal morfoloji dəyişiliklərlə olan formada

C) Bütün formalarda

D) Nefrotik formalı

E) Qarışıq formalı
Ədəbiyyat: С. И. Рябов. «Нефрология» 2000г
559) Sidikdə fermentlərin aktivliyinin artması hansı patologiya üçün xarakterikdir?
A) Qlomerulonefrit

B) Xroniki sistit

C) Uretrit

D) Kəskin sistit

E) Sidik kisəsinin neyrogen disfunksiyası
Ədəbiyyat: С. И. Рябов. «Нефрология» 2000г
560) Hiperqammaqlobulinemiya nəyə xarakterikdir?
A) Nefrotik formalı qlomerulonefrit

B) Qurdeşənəyi nefriti

C) Qarışıq formalı qlomerulonefrit

D) Kəskin nefrit

E) Tubulointerstitsial nefrit
Ədəbiyyat: С. И. Рябов. «Нефрология» 2000г
561) Nefrotik formalı qlomerulonefritin aktivliyini aşağıdakılardan hansı sübut etmir?
A) Hipoalbuminemiya

B) Proteinuriya

C) Hiperlipidemiya

D) EKQ-da T dişciyinin düşməsi

E) Disproteinemiya
Ədəbiyyat: С. И. Рябов. «Нефрология» 2000г
562) Qarışıq formalı qlomerulonefritin aktivliyini aşağıdakılardan hansı sübut etmir?
A) Hematuriya

B) Anemiya

C) Proteinuriya

D) Arterial təzyiqin yüksəlməsi

E) Hiperkoaqulasiya
Ədəbiyyat: С. И. Рябов. «Нефрология» 2000г
563) Kəskin qlomerulonefritin fəsadlarına aid deyil?
A) Qan dövranı çatmamazlığı

B) Hipertonik ensefalopatiya

C) Böyrək çatmamazlığı

D) Eşitmənin zəifləməsi

E) Trombotik ağırlaşmalar
Ədəbiyyat: С. И. Рябов. «Нефрология» 2000г
564) Hematurik formalı qlomerulonefritin fəsadlarından tez-tez rast gəlinəni hansıdır?
A) Qanaxma

B) Abdominal kriz

C) Ağciyərlərin ödemi

D) Ürək çatmamazlığı

E) Hipertonik ensefalopatiya
Ədəbiyyat: С. И. Рябов. «Нефрология» 2000г
565) Hipertonik ensefalopatiya üçün xarakterik sayılır?
A) Təngnəfəslik, ağciyərlərdə xırıltılar

B) Ürək çatmamazlığı

C) Qıcolmalar, huşun itməsi

D) Anasarka

E) Ürək ritminin pozulması
Ədəbiyyat: С. И. Рябов. «Нефрология» 2000г
566) Aşağıdakı vəziyyətlərin hansı biri üçün duzların məhdudlaşdırılması göstəriş deyil?
A) Ödem sindromu

B) Oliqoanuriya

C) Mikroproteiuriya

D) Arterial hipertenziya

E) Kəskin qlomerulonefrit
Ədəbiyyat: Т. В. Сергеева. «Лечение гломерулонефрита у детей» 2001.г.
567) Yüngülləşdirilmiş pəhriz nə zaman göstərişdir?
A) Qlomerulonefritin remissiyası zamanı

B) Qlomerulonefritin bütün sadalanan mərhələlərində

C) Prossesin aktivliyinin sönməsi zamanı

D) Qlomerulonefritin kəskin dövründə

E) Mininmal sidik sindromunda
Ədəbiyyat: Т. В. Сергеева. «Лечение гломерулонефрита у детей» 2001.г.
568) Qlomerulonefritli xəstəyə nə zaman antibakterial terapiya təyin edilmir?
A) Streptokokk qlomerulonefriti zamanı

B) Qlukokortikoidlərlə mualicə fonunda

C) Prednizolonun saxlayıcı, kəsilən kursu zamanı

D) Xroniki infeksiya ocaqlarının olması zamanı

E) Immunisupressiv terapiya zamanı
Ədəbiyyat: Т. В. Сергеева. «Лечение гломерулонефрита у детей» 2001.г.
569) Qlomerulonefrit zamanı antibakterial terapiyaya hansı preparat daxil edilmir?
A) Gentamitsin

B) Nitrofuran preparatları

C) Penisillin

D) Makrolidlər

E) Sefalosporinlər
Ədəbiyyat: Т. В. Сергеева. «Лечение гломерулонефрита у детей» 2001.г.
570) Kapoten hansı qrup dərmanlara aiddir?
A) Qanqlioblokatorlara

B) Miotrop hipotenziv maddələrə

C) β-adrenoblokatorlara

D) Angiotenzin-çevirici fermentin ingibitorlarına

E) α- adrenoblokatorlara
Ədəbiyyat: Т. В. Сергеева. «Лечение гломерулонефрита у детей» 2001.г.
571) Hansı maddə su-elektrolit balansını dəyişməklə arterial təzyiqi azaldır?
A) Dibazol

B) Hipotiazid

C) Qanqlioblokatorlar

D) Rezerpin

E) Natrium nitroprussid
Ədəbiyyat: Т. В. Сергеева. «Лечение гломерулонефрита у детей» 2001.г.
572) Angitenzin-II sintezinin ingibitoru aşağıdakılardan hansıdır?
A) Apressin

B) Dibazol

C) Enalopril

D) Propranolol

E) Verapamil
Ədəbiyyat: Т. В. Сергеева. «Лечение гломерулонефрита у детей» 2001.г.
573) Hansı preparat antihistamin təsirə malik deyil?
A) Metandrostenolon

B) Prednizolon

C) Ketotifen

D) Tavegil

E) Stugeron
Ədəbiyyat: Т. В. Сергеева. «Лечение гломерулонефрита у детей» 2001.г.
574) Qlukokortikoidlərin istifadəsinə aşağıdakılardan hansı göstərişdir?
A) Dismetabolik nefropatiya

B) Tubulopatiya

C) Nefrotik formalı qlomerulonefrit

D) Tubulointerstitsial nefrit

E) Hematurik formalı qlomerulonefrit
Ədəbiyyat: Т. В. Сергеева. «Лечение гломерулонефрита у детей» 2001.г.
575) Hansı preparat qlukokortikoidlərə aid deyil?
A) Hidrokortizon

B) Betametazon

C) Metandrostenolon

D) Deksametazon

E) Triamsinalon
Ədəbiyyat: Т. В. Сергеева. «Лечение гломерулонефрита у детей» 2001.г.
576) Qlukokortikoidlər hansı təsirə malikdir?
A) Qanda eozinofillərin sayını yüksəldir

B) Qanda qlükozanın miqdarını artırır

C) Zülal sintezini yüksəldir

D) Immunostimulyator sayılır

E) Qanda limfositlərin sayını yüksəldir
Ədəbiyyat: Т. В. Сергеева. «Лечение гломерулонефрита у детей» 2001.г.
577) Antibiotikləri təyin edən zaman nə nəzərə alınır?
A) Böyrəklərin funksional vəziyyəti

B) Nefrotoksikliyi

C) Sidiyin mikroflorasının xarakteri

D) Sadalanaların hamısı

E) Sidiyin pH
Ədəbiyyat: Т. В. Сергеева. «Лечение гломерулонефрита у детей» 2001.г.
578) Böyrək çatmamazlığı zamanı əks göstəriş sayılır?
A) Klaritromitsin

B) Laziks

C) Oksasillin

D) “Müdafiə olunmuş penisilinlər”

E) Gentamitsin
Ədəbiyyat: Т. В. Сергеева. «Лечение гломерулонефрита у детей» 2001.г.
579) Qeyri-düz antikoaqulyantlara hansı aiddir?
A) Dipiridamol

B) Trental

C) Heparin

D) Tiklid

E) Fenilin
Ədəbiyyat: Т. В. Сергеева. «Лечение гломерулонефрита у детей» 2001.г.
580) Antikoaqulyantlar nə zaman göstəriş sayılmır?
A) Kəskin böyrək çatmamazlığında

B) Hemorragik vaskulitdə

C) Verlqof xəstəliyində

D) Hiperkoaqultasiyada

E) Kəskin qlomerulonefritdə
Ədəbiyyat: Т. В. Сергеева. «Лечение гломерулонефрита у детей» 2001.г.
581) Dezaqreqasion xassəyə hansı malik deyil?
A) Tiklid

B) Eufillin

C) Mezaton

D) Kurantil

E) Trental
Ədəbiyyat: Т. В. Сергеева. «Лечение гломерулонефрита у детей» 2001.г.
582) Daha tez effekt almaq üçün hansı diuretikdən istifadə etmək məqsədəuyğundur?
A) Laziks

B) Veroşpiron hipotiazidlə müştərək

C) Triampur

D) Uregit

E) Veroşpiron
Ədəbiyyat: Т. В. Сергеева. «Лечение гломерулонефрита у детей» 2001.г.
583) Hiperkaliemiya üçün xarakterik olmayan əlamət hansıdır?
A) Bradikardiya

B) Taxikardiya

C) EKQ-da T dişciyinin dəyişməsi

D) Ürək tonlarının karlaşması

E) Paresteziya
Ədəbiyyat: Т. В. Сергеева. «Лечение гломерулонефрита у детей» 2001.г.
584) Uşağın 6 yaşı var və bugün göz qapaqlarının, baldırın ödemi yaranmışdır, sidik ifrazı azalmışdır, hansı pəhrizi təyin etmək məqsədəuyğundur?
A) Meyvəli-şəkərli

B) Vegetarian pəhriz

C) Duzsuz, ətsiz pəhriz

D) Zülal məhdudiyyətli pəhriz

E) Hipoxlorid pəhriz
Ədəbiyyat: С. И. Рябов. «Нефрология» 2000г


Yüklə 1,38 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə