Prezident: “Maliyyə vəziyyətimiz kifayət qədər möhkəmdir” İstehlak bazarında monitorinq: nazirlik cəzalar tətbiq edəcək


İngilis dili metroda həmişəlik oldu



Yüklə 402,37 Kb.
səhifə3/17
tarix04.02.2018
ölçüsü402,37 Kb.
#23643
1   2   3   4   5   6   7   8   9   ...   17

İngilis dili metroda həmişəlik oldu


10.07.2015

metroBu yay Bakıda keçirilmiş ilk Avropa Oyunlarının paytaxtımıza gətirdiyi bir yenilik də metro stansiyalarında anonsların iki dildə olmasıdır. İyun ayından Bakı metrosunda elanlar həm də ingilis dilində verilir. Avropa Oyunları başa çatandan sonra da belədir.

İyulun 10-da “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bu məsələ ilə bağlı Transparency.az-a özəl açıqlama verib. O deyib ki, metro stansiyalarında anonsların ingilis dilində verilməsi müvəqqəti nəzərdə tutulmayıb: “Avropa Oyunları ərəfəsində tətbiq olunan bu yenilik həmişəlikdir”.

1967-ci ildə istifadəyə verilən Bakı metrosunun stansiyalarında anonslar 24 il Azərbaycan və rus dillərində verilib. Ötən əsrin 90-cı illərinin əvvəlindən – Azərbaycan dövlət müstəqilliyini bərpa edəndən 2015-ci ilin iyun ayına kimi metro qatarlarında anonslar yalnız Azərbaycan türkcəsində olub.

Əhməd Davudoğlu koalisiya müzakirələrinin təqvimini açıqlayıb


10.07.2015

ehmed davudoglu

Türkiyənin baş naziri, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədri Əhməd Davudoğlu iyulun 10-da koalisiya müzakirələrinin təqvimini açıqlayıb. O deyib ki,  AKP sədri olaraq öncə Cümhuriyyət Xalq Partiyası (CHP) lideri Kamal Kılıcdaroğlu ilə bir araya gələcək. Görüş iyulun 13-ü saat 14-ə nəzərdə tutulub.

Əhməd Davudoğlunun ikinci görüşü iyunun 14-ü eyni vaxtda Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxçalı ilə olacaq.

Üçüncü və sonuncu görüş iyulun 15-i saat 11-də Xalqların Demokratik Partiyasının (HDP) liderləri Səlahəddin Dəmirtaş və Figən Yüksəkdağla keçiriləcək.

İyunun 7-si Türkiyədə yeni parlament seçilib. 2002-ci ilin noyabrından təkbaşına hakimiyyətdə olan AKP bu dəfə 550 yerlik parlamentə 258 deputat keçirə bilib.

7 iyun seçkisində CHP 132 deputat yeri götürüb, MHP və HDP hərəyə 80 mandat alıblar.

Hökumət qurmaq üçün azı 276 səs lazım olduğundan AKP koalisiya ortağı axtarışına çıxıb. İyulun 9-da Türkiyə prezidenti Rəcəb Teyyub Ərdoğan Əhməd Davudoğluna hökumət qurmaq səlahiyyəti verib. Türkiyə Konstitusiyasına görə, hökumət həmin gündən başlayaraq 45 gün ərzində qurulmalıdır.

Elman Rüstəmov bank rəhbərləri ilə kredit faizlərini müzakirə edib


10.07.2015

elman_rustemovMərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov bank rəhbərləri ilə görüşüb. İyulun 9-da keçirilmiş görüşdə bank sektorunun aktual məsələləri, o cümlədən maliyyə xidmətlərinə çıxış, faiz dərəcələri və məsuliyyətli kreditləşmə ətraflı müzakirə olunub.

Mərkəzi Bankdan Transparency.az-a bildiriblər ki, Elman Rüstəmov kredit faizləri və onunla əlaqəli digər xidmət haqlarının azaldılması templərinin qaneedici olmadığını vurğulayıb, bəzi tapşırıqlar verib. İstehlak kreditləşməsi zamanı komisyon haqlarının 1 faizlə məhdudlaşmasının kreditlər üzrə real effektiv faiz dərəcəsini əhəmiyyətli azaldacağı qeyd olunub.

Xəbərdə qeyd olunur ki, banklar tapşırıqları anlaşıqlı qarşılayıblar, konstruktiv mövqe nümayiş etdiriblər, kompleks  işlərin görüləcəyini vurğulayıblar. Görüşdə bankların resurslarının dəyərinin ucuzlaşdırılması, risklərin azaldılması, xərclərin optimallaşdırılması və onların faiz dərəcələrinə təsiri kimi məsələlər təhlil edilib.

Qərar qüvvəyə mindi, uçot dərəcəsi dəyişdi


13.07.2015

merkezi bankİyulun 13-dən Mərkəzi Bankın qərarı qüvvəyə minib və uçot dərəcəsi 3,5%-dən 3%-ə enib. Bankın İdarə Heyətinin iclasında çıxarılmış bu qərar qeyri-neft sektorunda iqtisadi artıma maliyyə dəstəyini gücləndirmək, kredit faizlərinin enməsini sürətləndirməklə investisiyaları stimullaşdırmaq, kiçik və orta biznesin maliyyələşməsinin və əhalinin ipoteka kreditləşməsinin dəyərinin optimallaşmasına monetar zəmin yaratmaq məqsədilə əsaslandırılıb.

Transparency.az-ın məlumatına görə, Mərkəzi Bank açıqlama yayaraq qeyd edib ki, Azərbaycan iqtisadiyyatı qlobal iqtisadiyyat və bölgədə baş verən son proseslər fonunda öz dayanıqlığını qoruyur və sabit inkişaf kursunu davam etdirir, həyata keçirilən məqsədyönlü məzənnə siyasəti iqtisadiyyatın beynəlxalq rəqabət qabiliyyətinin güclənməsinə və tədiyyə balansının strateji dayanıqlığına müsbət təsir edib: “Makroiqtisadi sabitlik qorunub, 2015-ci ilin birinci yarısında inflyasiya aşağı təkrəqəmli səviyyədə qalıb. Son 2 ayda valyuta bazarı və manatın məzənnəsi əhəmiyyətli dərəcədə stabilləşib, Mərkəzi Bankın valyuta ehtiyatlarında artım müşahidə olunub.

Azərbaycan Mərkəzi Bankı ölkədə makroiqtisadi sabitliyin qorunması ilə yanaşı iqtisadi artımın və milli iqtisadiyyatın şaxələnməsi proseslərinin dəstəklənməsi istiqamətində də məqsədyönlü fəaliyyətini davam etdirib. Bu sahədə ən mühüm fəaliyyət istiqamətlərindən biri bank xidmətlərinin ucuzlaşması, xüsusilə faiz dərəcələrinin enməsinin təşviq olunmasıdır. Bununla bağlı son vaxtlar bank sektorunun fəaliyyətinin tənzimlənməsi üzrə həyata keçirilən tədbirlər faizlərin aşağı düşməsinə şərait yaradır. Eyni zamanda inflyasiyanın məqbul səviyyəsini və pul təklifinin dinamikasını nəzərə alaraq pul siyasətinin daha da yumşaldılması imkanları yaranır”.

Devalvasiyadan sonra dollar və avro nə qədər bahalaşıb?


13.07.2015

dollar_avro_001Devalvasiyanın baş verdiyi fevral ayından iyun ayının 1-dək ölkədə avro 19,7% bahalaşıb. Eyni müddətdə Azərbaycanda dolların rəsmi orta məzənnəsi 21,8% artıb.

APA-Economics Mərkəzi Banka istinadla bildirir ki, may ayı ərzində avronun Azərbaycan manatına qarşı kursu 3%-dən artıq yüksəlib. Statistikaya əsasən, may ayında avronun manata qarşı rəsmi orta məzənnəsi 1,1712 manat olub ki, bu da aprel ayı ilə müqayisədə 3,4% çoxdur. Aprel ayında avronun rəsmi orta məzənnəsi 1,1331 manat təşkil edib.

Dolların rəsmi orta məzənnəsi may ayı ərzində 0,2% ucuzlaşıb. Aprel ayında ABŞ-ın milli valyutasının rəsmi orta məzənnəsi 1,0503 manat olduğu halda, may ayında bu göstərici 1,0484 manata enib.


Yüklə 402,37 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə