Prezident: “Maliyyə vəziyyətimiz kifayət qədər möhkəmdir” İstehlak bazarında monitorinq: nazirlik cəzalar tətbiq edəcək


Məsələ razılaşdırıldı: Yunanıstana 86 milyard avro yardım ediləcək



Yüklə 402,37 Kb.
səhifə5/17
tarix04.02.2018
ölçüsü402,37 Kb.
#23643
1   2   3   4   5   6   7   8   9   ...   17

Məsələ razılaşdırıldı: Yunanıstana 86 milyard avro yardım ediləcək


13.07.2015

yunanBrüsseldə bir araya gələn avro zonası ölkələrinin liderləri Yunanıstanla bağlı yekun qərar çıxarıblar. Transparency.az-ın məlumatına görə, iyulun 13-də jurnalistlərə açıqlama verən Almaniya kansleri Angela Merkel bəyan edib ki, 2015-2018-ci illərdə Yunanıstana 86 milyard avro yardım ediləcək. Kansler avro zonası ölkələrinin Yunanıstana borc güzəştləri etməyə hazır olduğunu, ancaq borcların tam silinməsinin mümkün olmadığını deyib.

İyulun 15-dək Yunanıstan parlamenti islahat paketinə dair əsas qanunları qəbul etməlidir. İslahat paketi vergilərin artırılmasını, hökumətdə struktur dəyişikliklərini, pensiya yaşının tədricən artırılmasını və başqa məsələləri nəzərdə tutur.

Yunanıstanın Avropa Sabitlik Mexanizminə, Avropa Mərkəzi Bankına, Beynəlxalq Valyuta Fonduna, ayrı-ayrı Avropa ölkələrinə, o cümlədən Almaniyaya, Fransaya, bəzi şəxsi kreditorlara üst-üstə 312 milyard avro borcu var.

Nazirlər Kabinetinin iclası keçirilib


13.07.2015

İyulun 13-də prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.

AZƏRTAC  xəbər verir ki, dövlət başçısı iclası giriş nitqi ilə açıb, sonra maliyyə naziri Samir Şərifov, rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov ilin altı ayının yekunlarına dair məruzələrlə çıxış ediblər.

Prezident iclasda yekun nitqi söyləyib.


Mərkəzi Bank iki bankı cəzalandırıb


13.07.2015

Mərkəzi Bankın İdarə Heyəti “EvroBank” ASC-nin bank lisenziyasını məhdudlaşdırıb, “Azərbaycan Kredit Bankı” ASC-yə isə müvəqqəti inzibatçı təyin edib. Qərarlar İdarə Heyətinin 10 iyul iclasında çıxarılıb.

Transparency.az-a Mərkəzi Bankdan verilən məlumatda “EvroBank”la bağlı deyilir: “EvroBank” ASC Mərkəzi Bankın minimum məcmu kapitalın artırılması üzrə tələblərinə əməl etmir. Banka kapitallaşma və fəaliyyətində mövcud olan digər çatışmazlıqların aradan qaldırılması ilə bağlı göstərişlər verilməsinə baxmayaraq onlar icra edilməyib. Fəaliyyəti prudensial tələblərə cavab vermədiyinə görə banka təshih və təsir tədbirləri tətbiq edilərək lisenziyası məhdudlaşdırılıb, əmanətlərin qəbul edilməsi və hesabların aparılması, kreditləşmə fəaliyyəti qadağan edilib. Bank sektorda və maliyyə vasitəçiliyində hər hansı əhəmiyyətli bir paya malik deyil. Hazırda bankda əhalinin əmanətləri də yoxdur”.

“Azərbaycan Kredit Bankı” ilə isə bunlar qeyd olunur: “Bankın fəaliyyətində ciddi nöqsan və çatışmazlıqlar mövcuddur, bank qeyri-prudensial idarə olunur və Mərkəzi Bankının məcburi göstərişlərini icra etmir. Bankın kapitalı Mərkəzi Bankın minimum kapital tələblərindən aşağıdır. “Azərbaycan Kredit Bankı” ASC-nin də fəaliyyəti məhdudlaşdırılıb. Bankda əhalinin əmanətlərinin həcmi kiçikdir və onların tam icrası üçün bankda yetərli likvid vəsaitlər mövcuddur”.


Kənd Təsərrüfatı Nazirliyi: “Rekord orta məhsuldarlığa nail olunub”


13.07.2015

kend teserrufatiKənd Təsərrüfatı Nazirliyi 2015-ci ilin birinci yarısında bitkiçilik sahəsində görülmüş işlərlə bağlı hesabat yayıb. Transparency.az-ın məlumatına görə, hesabatda qeyd olunur ki, payızlıq əkinlər üçün 1016991 hektar sahədə şum qaldırılıb. 892253 hektarda dən və yaşıl yem, o cümlədən 875686 hektarda dən üçün payızlıq bitkilər səpilib, onun da 537231 hektarını buğda, 338444 hektarını arpa təşkil edib.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, bu ilin məhsulu üçün 26362 hektarda yazlıq dənli və dənli paxlalılar (qarğıdalısız), 36433 hektarda dən üçün qarğıdalı, 18778 hektarda pambıq, 10683 hektarda dən üçün günəbaxan, 1362 hektarda tütün, 60974 hektarda kartof, 77082 hektarda tərəvəz, 27847 hektarda bostan bitkiləri, 4922 hektarda emal üçün şəkər çuğunduru və 99545 hektarda yem bitkiləri əkilib.

Artıq əksər bitkilərin yığımına başlanılıb. Dövlət Statistika Komitəsinin 2015-ci il iyulun 6-na olan məlumatına əsasən, dənli və dənli paxlalıların (qarğıdalısız) əkildiyi 915212 hektar sahənin 780932 (88,8 faiz) hektarı biçilib. Hər hektarda məhsuldarlıq orta hesabla 30,3 sentner təşkil edib və 2368900 ton taxıl əldə olunub. O cümlədən 539715 hektar buğda sahəsinin 425379 hektarı (78,8 faiz) biçilərək hər hektardan 31,7 sentner olmaqla 1349900 ton məhsul yığılıb. Beləliklə, cari mövsüm respublika tarixində ilk olaraq rekord (30 sen/hektardan yuxarı) orta məhsuldarlıq göstəricisinə nail olunub. Bu tarixədək taxıl üzrə məhsuldarlıq ötən mövsümə nisbətən 34 faiz, o cümlədən buğda üzrə 33,8 faiz yüksəkdir.

İyulun 1-nə olan məlumata görə, 288663 ton kartof, 382930 ton tərəvəz, 93140 ton meyvə, 273,4 ton yaşıl çay yarpağı və 76,5 ton tütün məhsulu yığılıb. Kartof, tərəvəz, meyvə, yaşıl çay yarpağı və tütünün istehsal həcmi ötən illə müqayisədə müvafiq olaraq 10,7, 11,8, 2,6, 18,7 və 30,5 faiz artıb.


Avropa İttifaqı ilə assosiasiya sazişi bizim maraqlarımıza uyğun gəlmir”


14.07.2015

presidentİyulun 13-də Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında danışan prezident İlham Əliyev Avropa qurumları ilə münasibətlərə də toxunub. Transparency.az AZƏRTAC-a istinadla xəbər verir ki, dövlət başçısı deyib ki, dünyanın müxtəlif yerlərində çox xoşagəlməz proseslər gedir: “Yaxın Şərqdə vəziyyət həddindən artıq çox gərginləşib. Qanlı toqquşmalar dayanmır, qan tökülür və yeni müharibə ocaqları yaranır. Avropa dərin iqtisadi böhran içindədir və bu böhrandan hələ ki, çıxış yollarını tapa bilməyib. Eyni zamanda biz mənəvi böhranın təzahürlərini də görürük və bu, bizi çox narahat edir.

Azərbaycan artıq uzun illərdir çalışır ki, bölgədə multikulturalizm dəyərləri üstünlük təşkil etsin. Bölgədə sülh, əmin-amanlıq, mehriban qonşuluq meylləri güclənsin və bildiyiniz kimi, Azərbaycan tərəfindən bu istiqamətdə həm ölkə daxilində, həm də beynəlxalq müstəvidə çox önəmli addımlar atılır. Ancaq bununla bərabər biz bəzi Avropa ölkələrində tam başqa mənzərəni görürük və bu, bizi narahat edir.

Mənəvi böhran, iqtisadi böhran bu gün artıq Avropada reallıqdır və əlbəttə ki, bu, bizi düşünməyə vadar edir və bu amilləri gələcək fəaliyyətimizdə mütləq nəzərə alacağıq. Azərbaycan Avropa qurumlarına nə dərəcədə inteqrasiya etməlidir? İnteqrasiya etməlidir, yoxsa etməməlidir? Yoxsa biz əməkdaşlıq formatına üstünlük verməliyik? Bu barədə mən şəxsən artıq neçə vaxtdır düşünürəm və hesab edirəm ki, gələcək aylarda yeni əməkdaşlıq mexanizmi, formatı və konsepsiyası hazırlanmalıdır.

Əslində, bu barədə biz artıq önəmli addımlar atmışıq. Bildiyiniz kimi, Azərbaycan Avropa İttifaqı ilə assosiasiya sazişinə qoşulmayıb. Ona görə ki, bu saziş bizim maraqlarımıza uyğun gəlmir. Orada sadəcə olaraq bir mexanizm təklif olunurdu ki, bu, ikitərəfli əməkdaşlıqdan çox birtərəfli əməkdaşlığa bənzəyirdi və elə bil ki, o saziş bir göstəriş vərəqəsi idi. Bizə isə bu, əlbəttə ki, yaramır. Çünki Azərbaycan bütün ölkələrlə, bütün beynəlxalq təşkilatlarla bərabərhüquqlu münasibətlər qurur və biz fəaliyyətimizi bu prinsip üzərində davam etdiririk.

Digər məqamlar var idi ki, bizi qane etmirdi. Ona görə biz Avropa İttifaqına əməkdaşlıq təkliflərini irəli sürmüşük. Bu, tərəfdaşlıq müqaviləsi, strateji tərəfdaşlıq müqaviləsi ola bilər. Sadəcə olaraq əməkdaşlıq, yaxud da ki, tərəfdaşlıq müqaviləsi ola bilər. Ancaq bu, bərabərhüquqludur və Azərbaycanın milli maraqları o sazişdə maksimum dərəcədə təmin olunmalıdır və dəyərlərimiz də, əlbəttə ki, bizim üçün ən önəmli yerdədir.

Hesab edirəm ki, bu gün müasir dünyada mənəvi dəyərlər haqqında daha çox danışmaq lazımdır. Çünki həm Yaxın Şərqdə, həm Avropada, MDB məkanında yaşanan böhranlı vəziyyət o cümlədən mənəvi dəyərlər üzərində yaranıb. Münaqişələr bir çox hallarda bu səbəbdən qaynaqlanır. Ona görə biz Azərbaycanda, əlbəttə ki, bütün məsələləri dərindən təhlil edərək ölkəmiz üçün, xalqımız üçün ən məqbul, ən yaxşı variantı seçirik və seçəcəyik.

MDB məkanında vəziyyət gördüyünüz kimi, o qədər də ürəkaçan deyil. Bir çox ölkələr böhranla bacara bilmirlər. Ukraynada böhran davam edir. Ermənistan demək olar ki, çöküb, iqtisadiyyatı çöküb. Ermənistanın kriminal diktatura rejimi artıq öz xalqını o qədər əzib ki, xalq buna dözə bilmir. Onu da qeyd etməliyəm ki, Ermənistan xuntası xalq hesabına varlanır. Bəlkə bir çoxları bunu bilmir. Ancaq Ermənistan dünya miqyasında bəlkə də xaricdən ən aşağı qiymətə qaz alan ölkədir. Ancaq öz əhalisinə bunu üç dəfə baha satır. Elektrik enerjisi də, yanacaq da həmçinin. Yəni bu kriminal rejim xalqın qanını sorur. Əlbəttə ki, xalq buna dözə bilmir.

Belə bir mənzərə yaranıb. Yunanıstan böhranı hələ ki, davam edir. Hələ ki, heç bir nəticə əldə edilməyib. Əlbəttə, biz bilirik ki, vaxtilə Yunanıstanda müəyyən səhvlər buraxılıb və həddindən artıq borclanma gedib. Bunun da səbəbi yəqin ondan ibarətdir ki, siyasətçilər öz işlərinə o qədər də məsuliyyətlə yanaşmırdılar. Mən həmişə demişəm və bu gün də deyirəm, Azərbaycanda xarici dövlət borcumuz minimum səviyyədə olmalıdır, hazırda təqribən 10-11 faiz civarındadır. Biz onu daha da aşağı salmalıyıq. Biz borc götürə bilərik. Ancaq bu, bizə lazım deyil. Sabah bu, bizə problem yarada bilər.

Ona görə Yunanıstanla bağlı vəziyyət, əlbəttə ki, bu səbəblərdən qaynaqlanır. Eyni zamanda biz görürük ki, Avropanın bəzi ölkələri, xüsusilə özləri üçün xüsusi yer əldə etmək istəyən ölkələr Yunanıstanı, sadəcə olaraq, alçaldırlar. Xalqı, dövləti alçaldırlar. Bax, budur, bugünkü reallıqlar.

Mən bəzi hallarda dövlət məmurlarından, deputatlardan, ictimai xadimlərdən eşidirəm ki, biz Avropaya inteqrasiya etməliyik. Siz bunu deyəndə bir düşünün. Birincisi, prezidentin mövqeyini bilməlisiniz. İkincisi, siz necə inteqrasiya edəcəksiniz, hansı formada inteqrasiya edəcəksiniz? Bu inteqrasiya sizə lazımdırmı, yoxsa yox? Hansı simada Azərbaycanı orada qəbul etmək istəyirlər? İkinci dərəcəli üzv kimi, assosiativ üzv kimi, yaxud da kənardan sanki yapışan bir ölkə kimi? Bu format bizə lazım deyil. Biz hara lazımdırsa inteqrasiya etmişik. O illərdə etmişik ki, o vaxt Avropada vəziyyət fərqli idi. Mən hesab edirəm ki, əgər bu gün biz bu vəziyyəti nəzərə alaraq seçim etməli olsaydıq, bəlkə də Avropa Şurasına da üzv olmazdıq. Azərbaycanı nə qədər təhqir etmək olar? Bizi nə qədər alçaltmaq cəhdləri göstərilə bilər? Artıq bizim hövsələmiz tükənib. Biz Avropa Şurasız da yaxşı yaşaya bilərik, yaşamışıq da. 2001-ci ilə qədər yaşamışıq. O vaxt Azərbaycanda vətəndaş müharibəsi, erməni işğalı, siyasi böhran, iqtisadi tənəzzül yaşanırdı. Yaşamışıq, ölməmişik.

Biz oraya üzv olmuşuq ki, ilk növbədə Qarabağ problemi həll edilsin. Məsələ bunda idi. Biz bilirdik ki, Ermənistan Avropa Şurasına üzv olmağa can atır. Biz istəyirdik ki, biz də orada olaq və bu məsələ ədalətli şəkildə həll edilsin. Ancaq biz nəyi görürük: ədalətsizlik, ikili standartlar, islamofobiya, paxıllıq, bədniyyət. Bax, bu yaxınlarda Avropa Oyunları zamanı qətnamə qəbul edirlər. Qətnamənin məruzəçilər tərəfindən təklif edilmiş mətnində yazılmışdı ki, assambleya nəzərə alır ki, Azərbaycan torpaqları işğal altındadır. Götürüb o cümləni dəyişirlər, yazırlar ki, assambleya nəzərə alır ki, Dağlıq Qarabağ münaqişəsi mövcuddur. Yəni bu nə deməkdir?! Bu, açıq-aydın anti-Azərbaycan mövqeyidir. Ona görə yenə də bu mövzuya qayıdıram. Biz heç yerə inteqrasiya olmuruq. Hara olmuşuq, kifayətdir. Lazım olarsa, yenə də başqa birliklərə də üzv olarıq, ancaq bərabərhüquqlu tərəfdaş kimi, ləyaqətli ölkə kimi”.


Yüklə 402,37 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə