Prof. ġərifov Famil Həsən



Yüklə 4,4 Mb.
Pdf görüntüsü
səhifə13/207
tarix30.04.2018
ölçüsü4,4 Mb.
#40643
növüDərs
1   ...   9   10   11   12   13   14   15   16   ...   207

 

27 


Fərman  bundan  əvvəlki  «Üzümçülük  və  şərabçılıq»  haqqında  qanundan  da  böyük 

əks-səda  vеrdi.  Yеni  üzümlüklərin  salınmasına  dеmək  оlar  ki,  еlliklə  başlanıldı. 

Qazaхda,  Tоvuzda,  Şəmkirdə,  Gəncədə,  Kürdəmirdə  və  Cəlilabadda  iri  miqyaslı 

üzümlüklər salmağa başladılar.  

Gəncədə «Şərab- 2» Açıq Tipli Səhmdar Cəmiyyəti yalnız 2004-cü ilin fеvral-mart 

aylarında  60  hеktar  yеni  üzümlük  saldı.Üzümlük  üçün  Fransadan  calaq  əkin  matеrialı 

gətirildi.Üzümlüklər  müasir  bağsalma  еlminin  tələbatına  uyğundur.  Söz  yох  ki, 

üzümlüklərin  salınması  işi  bundan  sоnra  daha  böyük  vüsət  alacaq.  Bağsalma  işində 

mütəхəssisin rоlu əvəzеdilməzdir. 

Hazırda  Respublikamızda  yeni  üzümlüklərin  salınması  işi  geniş  vüsət  almışdır. 

2005-ci  ildə  Göygö  rayonunda  fəaliyyət  göstərən  Aqro-Azərinvest  respublikanın  5 

rayonunda böyük ərazilərdə yeni üzümlüklər təşkil etməyə başladı (cəmi üzümlüklərin 

sahəsi 1000 hektara yaxın olmalı idi). əkin materialı əsasən Gürcüstandan və Fransadan 

gətirilmişdir.  Üzümlüklərin  təşkili  və  sonrakı  inkişafı  elmi  əsaslar  üzərində  qurulmalı 

idi.  Hətta  2005-ci  ildə  Yaltadan  100-ə  yaxın  çox  qiymətli  üzüm  sortları  gətirilmişdir. 

Məqsəd bu sortlardan və yerli sortlardan ibarət genofond yaratmaq idi, yarımçıq da olsa 

bu genofond yaradıldı.  

2004-cü  ildən  etibarən  Respublikanın  bir  çox  rayonlarında  hər  il  yeni-yeni 

üzümlüklər salınması işi davam etdirilir. Saatlı rayonunda ilk sənaye üzümlükləri 2007-

ci  ildə  tərəfimizdən  salınmışdır.  Abşeron  yarımadasının  yeni-yeni  ərazilərində  sənaye 

üzümlükləri salınmaqda davam edir. Qusar rayonunda heç vaxt indiki qədər üzümlüklər 

olmamışdır. Hazırda bu rayonda sənaye üzümlükləri mövcuddur. 

Üzümçülüyün bu cür inkişafı fövqündə təəssüflə qeyd etmək lazımdır ki, müəyyən 

məsələlər hələ öz həllini tapmamışdır. Yeni üzümlüklərin salınmasında demək olar ki, 

əsasən xarici ölkələrin üzüm sortlarından istifadə edilir. Xarici ölkələrin bir çox klassik 

üzüm  sortları  vardır  ki,  yüksək  keyfiyyəti  danılmazdır.  Bu  sortların  hər  birinin  yeni 

şəraitdə  yoxlama  sınaqdan  keçirilməsi  vacibdir.  Bundan  başqa  bu  vaxta  qədər 

respublikada istər calaq, istərsə də öz kökü üstündə olan əkin materialı istehsalı bərpa 

edilməmişdir. Vaxtı ilə hər iki növ əkin materialı respublikamızda istehsal edilmişdir. 

Yeni istehsal texnologiyası tətbiq edilmədən ting istehsalında dönüş yaradıla bilməz.  

Üzümlüklərin becərilməsində və məhsulun yığılmasında işlərin mexanikləşdirilməsi 

səviyyəsi çox aşağıdır və hətta 20-30 il bundan əvvəlki səviyyədən də aşağıdır. 

Respublikanın suvarılan torpaqları alaq otları ilə zəngindir və onlara qarşı mübarizə 

bir xüsusilik təşkil edir. Ancaq xarici ölkələrdə - xüsusilə Avropa ölkələrində bu məsələ 

üzrə mövcud təcrübələrdən istifadə etmək mümkündür. 

Respublika üzümçülüyünün son inkişafında müsbət meyllər müşahidə edilməkdədir. 

əvvəlki  illərdən  fərqli  olaraq  üzümlüklərin  böyük  əksəriyyəti  özəl  təsərrüfatlara 

məxsusdur  və  onlar  bazar  əldə  etmək  məqsədilə  daha  keyfiyyətli  emal  məhsulları 

(xüsusilə şərab) əldə etmək arzusu ilə fəaliyyət göstərirlər. 

Azərbaycan  xalqı  üzümdən  və  sirabdan  daha  böyük  iqtisadi  fayda  əldə  etməyin 

sirlərinə  yaxşı  bələddir  və  bu  sahədə  xüsusi  təcrübəyə  malikdir.  Ümid  etmək  olar 

ki,respublikamızda  üzümçülük  və  şərabçılığın  inkişafı  bundan  sonra  da  davam 

etdiriləcəkdir. Buna bizim nümunə olaraq 2011-ci il martın 1-də ölkə Pezidenti Cənab 

İlham  Əliyevin  Nazirlər  Kabinetinin  illik  toplantısındakı  məruzəsində  ölkədə 

üzümçülüyün  gələcək  inkişafından  bəhs  etməsidir.  Məruzədə  göstərilir  ki,  respublika 



 

28 


iqtisadiyyatının  möhkəmləndirilməsində  üzümçülüyün  inkişafına  bundan  sonra  da 

diqqət artırılmalıdır. 

Çox  çəkmədi  ki,  2011-ci  il  dekabrın  15-  də  ―2012-2020-ci  illərdə  Azərbaycan 

respublikasında  üzümülüyün  inkişafına  dair  Dövlət  Proqramı‖  haqqında  ölkə 

prezidentinin  cərəncamı  verildi.  Dövlət  Proqramında  üzümçülüyün  hazırkı  vəziyyəti 

təhlil  olunmuş  və  onun  gələcək  inkişaf  yolları  göstərilmişdir.  Proqramda  göstərilir  ki, 

respublika  ərazisində  mövcud  400  aborigen,  200  introduksiya  edilmiş  üzüm  sortları 

xeyli  azalmışdır.  Bunların  qorunub  saxlanması  qayğısına  qalınmalıdır.  2010-cu  ilin 

statistik məlumatına əsasən üzümlüklərin sahəsi 15, 4 min hektar, məhsul istehsalı 129, 

5 min ton, təzə və qurudulmuş üzüm idxalı 5,5 min ton, ixracı isə 24,1 ton olmuşdur. 

2010- cu ildə üzüm şərabı istehsalı 1070,7 min dekalitr təşkil etmişdir ki, onun da 21%-i 

və ya 224 min dekalitri ixrac edilmişdir. 

Proqramda  göstərilir  ki,  Azərbaycanın  təbii-iqlim  şəraiti  üzümçülüyün  daha  da 

inkişaf etdirilərək istehsalın artırılmasına, əhalinin  müxtəlif çeşidli,  yüksək keyfiyyətli 

süfrə  üzümünə,  şərabılıq  və  digər  müəssisələrin  isə  xammala  olan  tələbatının  yerli 

istehsal hesabına ödənilməsinə imkan verir. 

Dövlət Proqramı aşağıdakı vəzifələrin yerinə yetirilməsini nəzərdə tutur: 

-süfrə  (o  cümlədən  kişmiş)  və  texniki  üzüm  sortlarının  əkin  sahələrinin 

geniləndirilməsi, yeni üzümlüklərin salınması; 

- tinglik təsərrüfatlarının yaradılmasının dəstəklənməsi

-  üzümçülük  təsərrüfatları  üçün  əsas  və  köməkçi  materialların  istehsalının 

dəstəklənməsi; 

-  üzümçülüyün  və  şərabçılığın  elmi  təminatının  və  kadr  potensialının 

gücləndirilməsi; 

-  üzüm  istehsalı  və  emalı  sahəsində  innovativ  texnologiyaların  tətbiqinin 

dəstəklənməsi və s. 

 



Yüklə 4,4 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə