Prof. ġərifov Famil Həsən



Yüklə 4,4 Mb.
Pdf görüntüsü
səhifə16/207
tarix30.04.2018
ölçüsü4,4 Mb.
#40643
növüDərs
1   ...   12   13   14   15   16   17   18   19   ...   207

 

34 


       Şərqi  Asiya  növləri  keçmiş  SSRİ-nin  cənub  rayonları  (Moldova, 

Ukrayna,  Rusiyanın  cənubu,  Zaqafqaziya  Respublikaları,  Orta  Asiya 

Respublikaları ), Çin, Yaponiya, Koreya və Hindistanda yayılmışdır. 

Amerika  növləri  Meksikadan  Kanadaya  qədər  yayılmışdır.  Mədəni  üzüm 

növlərinin  bioloji  və  təsərrüfat  xüsusiyyətlərinin  öyrənilməsi  onların 

becərilməsinin  elmə  əsaslanan  texnoloqiyasının  işlənib  hazırlanması, 

üzümlüklərin  məhsuldarlığının  artırılması və  keyfiyyətli  calaqaltı  material 

alınmasına yönəlmişdir. Bu sahədə işlər hazırda da davam etdirilməkdədir. 

 

               



Vitis cinsinin mədəni növlərinin bioloji xüsusiyyətləri və təsərrüfat 

xarakterizəsi. 

  

Bu  mövzuya  aid  indiyə  qədərki  dərsliklərdə  (A.M.Neqrul- 



vinoqradarstvo    1959,Q.T.Bolqarev-  vinoqradarstvo  -1960,  A.C.Uinkler  – 

vinoqrodarstvo         SŞA, 1966 L.M.Maltabar – vinoqrodarstvo Moldavii – 

1968, CŞ. Suleymanov və R.Ə.Məmmədov üzümçülük  -1982, L.Kolesnik 

– vinoqradarstvo -1968 , F.H.Şərifov – üzümçülük -1988). Vitis cinsinin 70 

növü olduğu göstərilir. Ancaq K.V.Smirnov və başqaları – vinoqradarstvo 

kitabında  bu  cinsin  1000  –  yaxın  növü  olduğu  göstərilir.  Görünür  bu 

məsələ  üzrə  son  məlumat  adları  çəkilən  müəlliflərin  əlində  olmayıb.  Bu 

baxımdan sözü gedən mövzu işlənərkən ən çox K.V.Smirnov və başqaları - 

vinoqradarstvo  1987 kitabına istinad edilmişdir. 

        Yer  kürəsinin  müxtəlif  qitələrində  yayılan  vitis  cinsinin  çoxsaylı 

növlərindən  ancaq  20-nin  prakti  əhəmiyyəti  vardır  ki,  dekorativ  bitkilər, 

fillokseraya  davamlı  calaqaltılar,  təzə  halda  istifadə  və  emal  üçün  yararlı 

məhsul alınması məqsədi ilə mədəniləşdirilmişdir. 

        Avropa  –  Asiya  üzümü  (  Vitis  Vinifera  L  )  çox  vaxt  avropa  üzümü 

adlandırılır  ancaq,  bu  ad  şərtidir.  Bu  üzümlər  nəinki  Avropada,  eyni 

zamanda  Asiya  və  Afrikanın  şərq  və  qərb  hissələrində  bitir.  Ən  geniş 

yayılan və böyük praktiki əhəmiyyət kəsb edən üzümün gilələri yüksək dad 

keyfiyyətinə  malikdir.  Becərilən  mədəni  üzüm  sortlarının  əksəriyyəti  bu 

növə  daxildir.  Vitis  vinifera  son  dərəcə  polimorfdur.  O  iki  yarım  növə 

bölünür:  V.Vinifera  SSP,  Silvestris  Gmel  (yabanı  üzüm)  və  yaxud  qısa 

olaraq V.nifera silvestris adlandırılır və V.Vinifera SSP, sativa D.S (mədəni 

üzüm)  və  yaxud  vitis  sativa.  Professor  A.M.Neqrulun  yazdığına  görə 

V.Silvestrisin  yarpaq  və toxumlarının daşlaşmış qalıqları  (yuxarı  Pleiosen 

dövrünə  aid)  Naxçıvanda  Araz  çayı  (  Azərbaycan  )  sahillərində,  cənubi 

Fransada  və  İtaliyada  tapılmışdır.  V.vinifera  SSP,  silvestrisin  öz 



 

35 


növbəsində 2 növ müxtəlifliyi vardır: var. tipika Neqr – tipik yabanı meşə 

üzümüdür,  daha  şimal  və  qərb  rayonlarında  bitir.  Bu  formanın  bitkiləri 

polimorfdur, gilələrin rənginə və çiçəyin tipinə görə fərqlənir.  

      Morfoloji əlamətlərinə görə yabanı üzümlər bir-birinə çox oxşardırlar.  

      Vitis cinsi öz inkişafında 3 mərhələ keçmişdir: 

1.

 



Cinslərin  başlanğıc  formaları  Şimal  yarımkürəsində  ümumi  areala 

malik  olmuşdur.  Üzümün  müasir  növlərinin  ümumi  əlamətlərinə 

görə fikir söyləmək olar ki, onların uzaq keçmiş nəsilləri xırda, şirəli 

və  qara  giləyə  malik,  kifayət  qədər  şəkər  toplayan  olmuşdur. 

Filloksera və göbələk xəstəliklərinə davamlı olmamışlar.   

2.

 



Bitdiyi  yerin  qeyri  -bərabər  ekoloji  şəraitində  (iqlim  və  torpaq 

şəraitinə  uyğunlaşması,  göbələk  xəstəliklərinə  və  zərərvericilərə 

qarşı  davamlılığı)  müxtəlif  bioloji  xüsusiyyətləri  ilə  fərqlənən  yeni 

növlərin yaranması. 

3.

 

İnsanlar tərəfindən süni seçmə yolu ilə yeni formaların yaradılması. 



Avropa-Asiya  üzümlərinin  bir  çox  becərilən  sortları  yarpaq,  salxım  və 

gilələrin kəskin dəyişkənliyi ilə xarakterizə olunur. Onlar fillokseraya

göbələk xəstəliklərinə və şaxtaya davamlı deyildir. Bu üzümün meyvəsində 

kənar dad yoxdur, şəkər və turşuluğun nisbətinə və ahəngdar dadına görə 

istifadə üçün yararlıdır.  

Yabanı  üzümlə  (silvestris)  mədəni  üzüm  (sativa)  arasında  fərq  az 

görünən və az hiss olunandır və bu fərqlər aşağıdakılardan ibarətdir: yabanı 

üzüm kifayət qədər yekcinsdir (salxım, gilə və toxum ), mədəni üzümlər isə 

bu göstəricilər üzrə çox dəyişkəndir. Mədəni üzüm sortlarının çiçəyi özü-

özünü tozlayan və funksional dişi tiplidir, yabanı üzümlərinki isə erkək və 

funksional dişi tiplidir. Mədəni üzümlərdə erkək tipli çiçəklər olmur.  

Yabanı üzüm fillokseraya tam davamsızdır, göbələk xəstəliklərindən 

çox  zədələnir.  Meyvəsinin  keyfiyyətinə  görə  şərqi  asiya  və  amerikan 

üzümlərindən  üstündür.  Şirələrində  amerika  üzümlərində  olduğu  kimi 

xoşagəlməyən dad yoxdur. 

Mədəniləşdirilənə  qədər  yabanı  üzüm  insanlar  tərəfindən  şərab 

hazırlanmasında  və  təzə  halda  yeyilməkdə  istifadə  edilmişdir.  Üzümün 

yabanı formalarından təbii forma əmələ gəlmə prosesində yabanı üzümdən 

yaranmış  formalardan  istifadə  edərək  insanlar  yeni  sortlar  seçmişdir. 

Mədəni  üzümlərin  toxumları  quşlar  vasitəsilə  meşələrə  gətirilmiş  və 

bunlardan  əmələ  gələn  üzümlər  müəyyən  nişanələrinə  görə  yabanı 

üzümdən  müsbət  istiqamətdə  fərqlənmişdir.  Onlar  yabanı  üzümlə  və  öz 

aralarında  tozlanmış,  nəticədə  yeni  formaların  başlanğıcının  əsasını 

qoymuşdur.  Forma  əmələ  gəlmə  prosesi  cənub  üzümçülük  rayonlarında 




Yüklə 4,4 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə