Prof. ġərifov Famil Həsən



Yüklə 4,4 Mb.
Pdf görüntüsü
səhifə17/207
tarix30.04.2018
ölçüsü4,4 Mb.
#40643
növüDərs
1   ...   13   14   15   16   17   18   19   20   ...   207

 

36 


daha  intensiv  getmiş  və  indinin  özündə  də  yabanı  cəngəlliklərdə  mədəni 

üzümə  çox  yaxın  formalar  aşkar  edilməkdədir.  Bu  bitkilər  yeni  sortların 

seçilməsində başlanğıc material kimi iştirak etmişlər. Uzun müddət ərzində 

seçmə  prosesi  getmiş  və  nəticədə  mədəni  üzümün  yeni  sortları 

yaradılmışdır.  Yabanı  üzümlər  arasında  yeni  sortların  axtarılması  işi 

hazırda da davam etdirilir. 

Yabanı  üzümlərdən  başqa  yabanılaşmış  üzüm  ifadəsi  də  mövcuddur. 

Yabanılaşmış 

üzüm 

mədəni 


üzümlərdən 

əmələ 


gəlir. 

SSRİ 


Ampeloqrafiyasının birinci cildində verilən məlumata görə vaxtı ilə yaşayış 

məskəni  olan  məntəqə  müəyyən  səbəblərdən  insanlar  tərəfindən  tərk 

edilmiş  və  orada  olan  mədəni  üzümlər  baxımsızlıqdan  yabanılaşmışdır. 

Ancaq  bu  yabanılıq  onlarda  dominantlıq  təşkil  etmir.  Onlara  qulluq  işləri 

aparıldıqda  mədənilik  xüsusiyyəti  yenidən  bərpa  olunur.  Adı  çəkilən 

mənbədə  göstərilir  ki,  Kopetdağda  çəkisi  400  qram  olan  nüsxələrə  rast 

gəlinmişdir. 

       Yabanı  və  yabanılaşmış  üzümlər  haqqında  Dnepr  çayı  sahilində 

professor D.Qaçoski tədqiqat apararaq mədəni üzümlərin formalaşmasında 

təbii hidridləşmə işində onların rolunu xüsusi qeyd etmişdir. Azərbaycanda 

yabanı üzümlərin öyrənilməsi üzrə çox az tədqiqat işləri aparılmışdır. 

      A.M.Neqrula  görə  ilkin  mədəniləşdirilən  üzümlərin  mənşəi  Ön  Asiya, 

sonralar  isə  Orta  Asiya  reqionu  olmuşdur.  Uzun  müddətli  seçmələr  və 

ekoloji təsirlər nəticəsində üzüm becərilən rayonların özünün yerli sortları 

formalaşmışdır. 

      A.M.Neqrulun  təsnifatına  görə  avropa-asiya  üzümlərinin  becərilən 

sortları 3 ekoloji –coğrafi qrupa bölünür (konvar və yaxud proles ); Convar 

orientalis  neqr  şərq  üzümləri;  Convar  pontika  neqr  –  Qara  dəniz  hövzəsi 

ətrafı  üzümləri;  Convar  occidentalis  Neqr-qərbi  avropa  üzümləri.  Keçən 

əsrin  70  –ci  illərində  ampeloqraf  F.M.Qramotenko  tərəfindən  dördüncü 

ekoloji-coğrafi qrup – Convar Nord Afrika Gram – Şimali Afrika üzümləri 

ayrılmışdır.  Hər  bir  ekoloji  –coğrafi  qrupa  mənsub  olan  üzümlərin 

fərqləndirici morfoloji əlamətləri və bioloji xüsusiyyətləri vardır.  

       Şərq  üzümləri  qrupuna  daxil  olan  sortları  əsasən  Orta  Asiya, 

Azərbaycan,  Gürcüstanın  şərq  rayonları,  İran,  Əfqanıstan  və  Yaxın  şərq 

ölkələrində  yayılmışdır.  Bu  ölkələrin  hər  bir  rayonunun  özünün  yerli 

sortları  vardır.  Bu  sortlar  aşağıdakı  əlamətlərlə  xarakterizə  olunur: 

yarpaqları çılpaq, cod tüklü, kənarları yuxarıya qatlanmış olur. Salxımı çox 

iri  və  əksər  hallarda  budaqlıdır.  Gilələri  iri  və  yaxud  çox  iri,  oval, 

yumurtavari,  tərs  yumurtavari,  uzanmış,  ləti  ətli-şirəli  və  yaxud 

xırtıldayandır. 



 

37 


Əksər  sortlarında  gilələri  ağ  və  cöhrayıdır.Yerli  təbii  şəraitə  uyğun 

olaraq  bu  sortlar  uzun  veqetasiya  müddətli,  aşağı  səviyyədə  şaxtaya 

davamlı, bəzən yüksək dərəcədə quraqlığa davamlı, isti səhra küləklərinə, 

eləcə də duza nisbətən davamlıdır.  

      Bu  sortların  kolları  çox  güclüdür,  barlı  zoğların  miqdarı  azdır,  bar 

əmsalı  aşağıdır,  biz  zoğda  bir  az  hallarda  iki  salxım  olur.  Salxımın  orta 

kütləsi çox, məhsuldarlığı yüksəkdir. Kollar güclü formaları tələb edir. 

      Şərq  qruplu  sortlar  2  yarımqrupa  bölünür:  subconvar  caspika  Neqr  və 

subconvar  antraktika  Neqr.  Birinci  yarım  qrupun  sortları  çox  qədimdir  və 

ən  çox  Azərbaycanda,  ondan  da  az  Şərqi  Gürcüstanda  intişar  tapmışdır. 

İstifadə  istiqamətinə  görə  əsasən  aşağıdakı  sortlar  daxildir:  Bayanşirə, 

Soyaki, Terbaş, Xindoqnı, Kuidcinski, Voskeat, Haçabaş,və.s. İkinci qrupa 

(bu  eyni  zamanda  gənc  qrup  adlanır)  əsasən  süfrə  və  süfrə-mouz  sortları 

daxildir,bir  qayda  olaraq  bunların  ləti  xırtıldayan,  bərk  lətli  və  lətlidir. 

Bunlara  Hüseyni, Nimrəng, Kafta-Kurqan, Tayfilər, Qaraburnu, Kardinal, 

İtaliya, Parkent və s. daxildir. 

      Şərqdə  İslam  dininin  yayılması  ilə  əlaqədar  olaraq  şəraba  qadağa 

qoyulmuş  beləliklə  də  texniki  sortlar  minimuma  endirildikdən  sonra  xalq 

seleksiyası  nəticəsində  bərk  lətli  iri  giləli  süfrə  və  toxumsuz  sortların 

seçilməsinə və yaradılmasına geniş yer verilmişdir.  

     Qara  dəniz  hövzəsi  ətrafı  üzümlər  əsasən  Moldova,  Gürcüstan(  qədim 

Kolxida ) Rumıniya, Bolqarıstan, Yunanıstan və Türkiyədə yayılmışdır. Bu 

sortlar  aşağıdakı  əlamətlərlə  xarakterizə  olunur:  yarpaqları  alt  tərəfdən 

qarışıq  tükcüklə  (cod  və hörümçək toruna  bənzər)  örtülüdür. Salxımı  orta 

irilikdə, sıx, az halda seyrəkdir. 

Gilələri  girdə,  az  hallarda  oval,  orta  iri,  ləti  şirəli,  qara  və  ağ  rəngli,  az 

hallarda  cöhrayıdır.  Toxumları  orta  irilikdədir.  Bu  qrupun  sortları  Qara 

dəniz  hövzəsi  ölkələrində  yerli  yabanı  üzümlərin  seçilməsi  və  uzun 

müddətli  xalq  seleksiyası  nəticəsində  alınmışdır.  Morfoloji  əlamətlərinə 

görə yabanı üzümlərə yaxındır.  

     Birinci  qrupa  nisbətən  bu  qrupun  veqetasiya  müddəti  qısadır,  şaxtaya 

nisbətən  davamlı,  quraqlığa  davamlılığı  azdır.  Kolları  orta  və  güclüdür. 

Barlı  zoğların  miqdarı  birinci  qrupa  nisbətən  çox,  onların  üzərində 

salxımlar  da çoxluq təşkil  edir.  Bir  çox  sortları  yüksək  məhsuldardır.  Bar 

əmsalı  0,6-0,8  və  daha  çoxdur.  Əksər  sortları  texniki  istiqamətlidir- 

Rkasiteli, Saperavi, Ocelaşi, Çinuri, Aleksandrouli, Mtsvane, texniki  süfrə 

istiqamətliləri isə  aşağıdakılardır: Ağ Çauş, Şabaş, Qalan və s. Tam süfrə 

istiqamətli sortlar azdır. Gilələri az noxudlanan (partenokarp)və çox obliqat 

noxudlanan  (korinka  qrupu).  Gilələrin  rəngi  əksər  sortlarda  qaradır. 



Yüklə 4,4 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə