Prof. ġərifov Famil Həsən



Yüklə 4,4 Mb.
Pdf görüntüsü
səhifə25/207
tarix30.04.2018
ölçüsü4,4 Mb.
#40643
növüDərs
1   ...   21   22   23   24   25   26   27   28   ...   207

 

53 


etmək üçün yerüstü hissələri xeyli azaltmaq lazım gəlir. 

Göstərilən xoşa gəlməz hadisə baş verməsin deyə üzümçülər çox qədimdən hər il və 

yaxud iki ildən bir səthi köklərin kəsilməsini aqrotexniki tədbirlərə daxil etmişlər. 

Yan  köklər  yeraltı  ştambın  orta  buğumlarında  çıxır,  səthi  köklərə  nisbətən  güclü, 

əsas köklərdən zəif olur. Bunlar sayca da əsas köklərdən çox olur. Torpaq becərmə işləri 

əsasən  yan  köklər  yerləşən  qatda  aparılır  və  bitkiyə  verilən  qidanın  da  çox  hissəsi  bu 

köklərin hesabınadır. 

Əsas, yaxud daban kökləri yearltı ştambın dabanından ayrılır və yuxarıda göstərilən 

köklərin  hər ikisindən  güclüdür. Bu köklər miqdarca az, çox dərinliyə  gedən və  geniş 

radiusludur.  Bu  köklərin  bir  qismi  kolun  özü  qədər  yaşayır.  Üzümlükdə  kolların 

çoxunda  bu  köklər  müəyyən  vaxt  keçdikdən  sonra  təzələnir  (plantaj  təzələndikdə  və 

yaxud  başqa  səbəblərdən).  Kolun  yaşı  artdıqca  əsas  köklərin  miqdar  azalır  və  onlarda 

çoxdərəcəli budaqlanmalar gedir. 

 

Kök sisteminin inkiĢafının əsas qanunauyğunluqları. 

 

Üzüm  bitkisinin  həyatında  kök  sisteminin  əhəmiyyətinin  izahından  aydın  olur  ki, 



onun  həyat  tərzi  haqqında  hansı  səviyyədə  bilik  tələb  olunur.  Torpaq  şəraitində  baş 

verən hər hansı dəyişkənlik kök sisteminə, nəticə etibarı ilə isə bitkinin qidalanmasına 

zərərli  təsiri  böyükdür.  Bitkinin  böyüməsinə  və  məhsul  verməsinə  yönəldilən 

aqrotexniki tədbirlərin çoxu birbaşa kök sisteminə qulluq kimi qəbul edilməlidir. Üzüm 

bitkisinin  kök  sistemi  yazda  havanın  temperaturu  müsbət  10-12°C  olduqda  fəaliyyətə 

başlayır. Bu norma üzümün növ və sortlarının hamısı üçün norma hesab edilə bilməz. 

Köklərin  böyüməyə  başlamasından  4-5  gün  keçmiş  yan  köklər  inkişaf  etməyə 

başlayır.  Hər  bir  kökün  qurtaracağında  yeni  kök  tükcükləri  əmələ  gəlir  ki,  onların 

miqdarı  əsasən  torpağın  nəmliyindən  asılıdır.  Nəmlik  artdıqca  kök  tükcükləri  azalır, 

quru  torpaqda  isə  artır.  Hər  bir  kökcüyün  qurtaracağında  tükcük  olan  məsafə  1-1,5sm 

məsafə tutur. Kök qurtaracağı uzandıqca kök tükcüklərinin yeri dəyişir, yeni kökün ucu 

irəlilədikcə yeni hissədə yeni tükcüklər əmələ gəlir, köhnə isə ölür. 

Köklərin  böyüməsi  xüsusilə  çiçəkləməyə  qədər  (kökün  böyüməsinin  birinci 

dalğası),  bir  də  gilənin  yetişməyə  başlamasından  yarpağın  tökülməsinə  qədər  (kökün 

böyüməsinin  ikinci  dalğası  )  güclü  olur.  Yarpaq  töküldükdən  sonra  əgər  temperatur 

10°C-dən aşağı düşmürsə köklər qışda da öyüməkdə davam edir. Torpağın temperaturu 

8°C-ə düşdükdə kök tükcükləri, ondanda aşağı düşdükdə xırda kökcüklərin ucundakı ağ 

hissə də ölür. 

Üzüm  bitkisinin  kök  sistemi  son  dərəcə  plastikdir,  mühit  şəraitinə  o  asanlıqla 

uyğunlaşır.  Köklərin  torpaqda  yayılmasının  və  inkişafının  xarakterini  müəyyən  edən 

amillər  əsasən  aşağıdakılardır:  torpağın  nəmliyi,  fiziki  xüsusiyyətləri,  kimyəvi  tərkibi, 

oksigenin və mikroorqanizmlərin olması . 

Torpaqda  temperatur  yüksəldikcə  köklər  güclü  böyüyür  və  oksigenə  təlabat  artır. 

Quraqlıq şəraitində kök sistemi daha dərinə gedir və yayılması geniş radiuslu olur. Bu 

vəziyyətdə skelet kökləri gücləni ancaq onun budaqlanması zəifləyir. Normal nəmli və 

qidalı torpaqlarda kök sisteminin skelet hissəsinin inkişafı zəifləyir, ancaq budaqlanma 

və kök ucluqları artır. 

Kök  sisteminin  ümumi  gücünə  təkcə  torpaq  şəraiti  yox,  sortların  bioloji 




 

54 


xüsusiyyətləri  də  təsir  göstərir.  Müəyyən  edilmişdir  ki,  inkişafının  üçüncü  ilindəki 

köklərin miqdar təqribən onun sonrakı illərindəki köklərinə bərabər olur. 

Növ  və  sortların  əlverişsiz  mühit  şəraitinə  davamlılığı  onların  kök  sisteminin 

xüsusiyyətləri ilə şərtləndirilir. 

Hər  hansı  bir  çox  qiymətli  üzüm  sortunun  çoxaldılması  lazım  gəldikdə  və  onun 

bütün lazımı keyfiyyətləri (xloroza davamlılıq, şaxtaya davamlılıq və duza davamlılıq ) 

olmadıqda onları müvafiq calaqaltına calamaq lazımdır. 

Ona  görə  də  üzümlük  üçün  sahə  seçdikdə  göstərilən  xüsusiyyətlər  nəzərə 

alınmalıdır.  Yadda  saxlamaq  lazımdır  ki,  torpaq  seçimində  buraxılan  səhvlər  nəinki 

böyümə və məhsuldarlığa ziyandır, həm də üzümlüyün məhv olması ilə nəticələnə bilər. 

 

Üzüm bitkisinin quruluĢu və onun həyatı. 

 

Üzüm  bitkisinin  xarakterik  əlamətlərindən  biri  onun  gövdəsinin  uzun  və  nazik 



olmasıdır.  Gövdənin  torpaq  səthindən  birinci  budaqlanmaya  qədər  olan  hissəsi  ştamb 

adlanır.  Bəzi  formalarda  ikinci  və  üçüncü  budaqlanmalara  qədər  ştamb  davam  edir 

(məs.  şaquli  və  maili  kordonlar).  Torpaq  səthindən  axırıncı  budaqlanmaya  qədər  olan 

hissə  gövdə  adlanır.  Yabanı  üzümlərdə  gövdə  nazik,  uzun  və  yığcam  olur.  Kəsmə 

vasitəsi ilə gövdə müxtəlif vəziyyətə salınır, bəzən heç olmur. Bütün bu müxtəliflik çox 

şərtdən  asılıdır:  becərmə  sistemləri,  becərmə  şəraiti,  sortun  böyümə  xüsusiyyətləri, 

temperatur və s. 

Cərgədə  bitki  arası  məsafənin  becərilməsinin  mexanikləşdirilməsi  məsələsində 

bəzən ştambın iki ədəd götürmək lazım gəlir. Ştambın torpaq səviyyəsindən hündürlüyü 

çox  diqqət  çəkən  məsələdir.  Bütün  bunlar  ―üzüm  bitkisinin  kəsilməsi  və 

formalaşdırılması‖ bəhsində izah ediləcəkdir. 

 Ştamb aşağıdakı vəzifələri yerinə yetirir: 

1) məhsul verən hissəni torpaqdan müəyyən məsafədə saxlayır. 

2) torpaqdan udulmuş su və mineral maddələri yerüstü hissəyə ötürür. 

3) yerüstü hissədə hazırlanmış üzvi maddələri yeraltı hissəyə ötürür. 

Ümumiyyətlə,  mədəni  üzümçülükdə  kolun  ştambı  və  forması  məsələsi  kəsmə  ilə 

həll olunur. Ştambdan yuxarıda birinci budaqlanmada ayrılan hissə çoxillik qol adlanır. 

Çoxillik qol müxtəlif hallarda bir və yaxud iki ola bilər. Çoxillik qolun özü uzun qısa, 

güclü - zəif ola bilər. Ştamb və qol üzüm kolunda ikinci qida ambarı adlandırılır. Birinci 

qida  ambarı  kök  sistemidir.  Çoxillik  qollara  da  münasibət  müxtəlifdir  və  bir  çox 

şərtlərdən asılıdır. 

Üzümçülük  üzrə  ədəbiyyatın  çoxunda  çoxillik  qollar  ―daimi  qollar  ‖  adlandırılır. 

Kolun özü daimi  deyil,  çoxillik qol  haradan daima ola bilər. Kolun həyatında çoxillik 

qol 1-2 dəfə dəyişə bilər. 

Üzümçülük üzrə mövcud ədəbiyyatda üzüm bitkisinin orqanlarından bəhs edərkən ― 

başcıq  ‖  adında  bir  orqanın  da  adı  çəkilir.  Ancaq  hansı  halda  və  şəraitdə  bu  orqan  öz 

yerini  tapır,  bu  barədə  məlumat  yoxdur.  Qışda  üzümlükləri  basdırılan  şəraitdə  ştamb 

torpaq səthinə yaxın (qısa ) kəsilirsə, çoxillik qollar da qısa kəsilir. Vaxt keçdikcə ştamb 

və çoxillik qolların birləşdiyi hissə böyüyür, şişir və ― başçığa‖ çevrilir. Bu vəziyyətdə 

kolun  kəsilməsinə,  formasına,  orqanlara,  yük  məsələsinə  münasibət  dəyişir.  Başcıq 

formalı kollar tez qocalır. 



Yüklə 4,4 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə