Prof. ġərifov Famil Həsən



Yüklə 4,4 Mb.
Pdf görüntüsü
səhifə23/207
tarix30.04.2018
ölçüsü4,4 Mb.
#40643
növüDərs
1   ...   19   20   21   22   23   24   25   26   ...   207

 

49 


Toxumdan  əmələ  gələn  əsas-mil  kök  üzüm  bitkisinin  uzun  ömürlü  olmasını  təmin 

edir.  Müəyyən  edilmişdir  ki,  vegetasiya  dövründə  kökün  iki  böyümə  dalğası  vardır  - 

birinci,  iyulun  ortalarına  qədər,  ikinci  sentyabrda.  Köklərin  çox  yayılan  təbəqəsində 

temperatur  17-21°C-ə  çatanda-  təqribən  iyul  ayının  ikinci  yarısında  köklər  maksimum 

böyümə  həddinə  çatır.  Böyümənin  ikinci  dalğası  sentyabrda  başlayır,  torpaqda 

temperatur müsbət 8°C-ə çatana (enənə) qədər davam edir. Böyümənin yaz dövrü payız 

dövrünə nisbətən uzun müddətlidir. 

Üzümün  kök  sisteminə  təsir  edən  xarici  amillərdən  ən  başlıcası  temperaturdır. 

Ripariya  x  Rupestris101-14  -də  kök  sisteminin  fəaliyyəti  +6°C-də  başlayır  və  bu 

göstərilən  calaqaltı  üçün  bioloji  sıfır  hesab  edilir.  Kök  fəaliyyətinin  başlanğıcı  6-9°C 

amplitudasında,  zəif  regenerasiya  9-13°C-də,  fəal  kök  əmələ  gəlmə  13-18°C,  intensiv 

böyümə  18-24°C  və  böyümənin  ən  yüksək  surəti  24-36°C-də  baş  verir.  Daha  yüksək 

teperaturda  (36-45°C)  köklərin  böyüməsi  zəifləyir  46°C-dən  çox  olduqda  köklər 

zədələnir və məhv olur. 

Köklərin böyüməsi üçün optimal temperatura 28-32°C hesab edilir. Bu şəraitdə kök 

sutkada 12mm böyüyə bilir. 

Torpaqda  kök  sisteminin  yayılmasına  bir  çox  amillərin  təsiri  vardır:  sort,  torpağın 

mexaniki  tərkibi  və  becərilməsi,  əkilmə  dərinliyi,  suvarma,  ekspozisiya,  yamaclardan 

istifadənin öyrənilməsi və s. 

Üzüm bitkisinin kök sistemi ilə yerüstü hissə arasında qarşılıqlı əlaqə vardır.Yarpaq 

səthi  üzvi  maddələrlə  yerüstü  hissəni  təmin  etdiyi  kimi  kök  sistemini  də  təmin  edir. 

Yeraltı  hissə  isə  öz  növbəsində  yerüstü  hissəni  su  və  mineral  maddələrlə  təmin  edir. 

Müəyyən edilmişdir ki, yerüstü hissə nə qədər güclü olursa yeraltı hissə də bir o qədər 

güclü böyüyər və inkişaf edər. 

Müvafiq tədbirlərin tədbiqi ilə plantaj, əkin qatının dərinləşdirilməsi, kübrələmə və 

s.  ilə  kök  sistemini  nizamlamaq  mümkündür.Yerüstü  hissələrin  güclü  boyüməsi  kök 

sisteminin  güclü  böyüməsini  təmin  edir.  Yerüstü  hissə  ilə  kök  sisteminin  nisbətinin 

artırılması  yarpaq  səthinin  artırılmasına,  köklərin  diametrinin  və  uzunluğunun 

artırılmasına səbəb olur. 

Tədqiqatlarla  müəyyən  olunmuşdur  ki,  zoğların  ucunun  qoparılması  və  cavan 

kollarda  yükün  artırılması  və  başqa  tədbirlərlə  kök  sisteminin  böyüdülməsini 

stimullaşdırmaq mümkündür. 

K.Stoyevin  tədqiqatlarına  görə  kök  sistemi  vegetasiya  fazalarına  və  vegetasiya 

dövrünə  əhəmiyyətli  dərəcədə  təsir  göstərir.  Məlumdur  ki,  vegetasiya  dövrü  calanmış 

tənəklərdə  öz  kökü  üstündə  olanlardan  8-10  gün  tez  başlayır.  Tumurcuqların 

açılmasında  da  bu  fərqlər  müşahidə  edilir.  Çiçəkləmə  fazasından  etibarən  göstərilən 

əlamətlər  calaq  tənəklərdə  geriləməyə  başlayır.  Öz  kökü  üstündə  olan  tənəklərdə 

yarpaqlar  6-13  gün  tez  tökülür.  Beləliklə,  nəticədə  kök  sisteminin  təsiri  ilə  vegetasiya 

müddəti  calaq  tənəklərdə  vegetasiya  dövrü  15-19  gün  qısalır.  Ən  incə  köklər  kökcük 

adlanır (sorucu köklər). Bunların əksəriyyəti çox qısa müddətdə fəaliyyətini dayandırır, 

bəziləri  isə  cəmi  18  saat  yaşayır.  Vegetasiya  dövrü  boyunca  yeni  köklər  əmələ 

gəlməkdə  davam  edir.  Ölməmiş  kökcüklər  inkişaf  edib  yan  köklərə  çevrilir.  Orta 

irilikdə olan kol on minlərlə kökcüklər əmələ gətirir. 

Fəal böyümə vaxtında kökcüyün ucu sarımtıl rəngdə olur, kökcüyün uzunluğu çox 

kiçik ölçüdə 25mm olur. Bu hissədə uducu zona, boy zonası, boy nöqtəsi və kök üsküyü 



 

50 


yerləşir.  Kök  üsküyü  kökün  yuxarı  meristemini  qoruyur.  Bitkiyə  daxil  olan  böyük 

miqdarda su və mineral maddələrin sorulmasını öz üzərinə götürür. Bu hissədən sonra 

kök  mantar  qatı  ilə  örtülü  olur.  Lazım  olduqda  bu  hissə  suyun  bitkiyə  daxil  olmasını 

ləngidir və yaxud tamamilə dayandırır. Kökcükdə uducu zonadan sonrakı hissənin su və 

mineral maddələri sorma qabiliyyəti yoxdur. 

Əksər bitkilərdə kökcüyün uducu hissəsi kök tükcükləri ilə əhatə olunmuşdur. Kök 

tükcükləri epidermiş hüceyrəsinin çıxıntılarıdır.  

Üzüm  bitkisinin  kök  sisteminin  gücünün  öyrənilməsində  bir  çox  metodikalar 

mövcuddur. Tədqiqatçıların çoxu qazmaq və köklərin yuyulmasından istifadə etmişlər. 

K.Stoyev  qeyd  edir  ki,  qəbul  olunan  metodikaların  çoxu  təkmil  deyildir.  Sorucu 

köklərin yoğunluğunun öyrənilməsində də müəlliflərin fikir ayrılığı vardır. Ona görə də 

üzüm bitkisində kök sisteminin öyrənilməsinə aid metodikalar dərinləşdirilməlidir. 

Üzüm  bitkisinin  kök  sisteminin  gücünün  öyrənilməsində  şirə  hərəkətindən  istifadə 

edilmişdir. Bu təcrübə ilə müəyyən edilmişdir ki, üzüm bitkisindən axan şirənin miqdarı 

kök  sisteminin  gücünü  göstərir.  Kökün  çəkisi  ilə  axan  şirənin  tam  uyğunluğu  olmur. 

Müəlliflərin fikrincə ―ağlama‖ kök sisteminin fəaliyyəti haqqında təsəvvür yaradır. Kök 

sisteminin  gücü  ilə  axan  şirənin  miqdarına  aid  təcrübələrdə  Rkasiteli  və  Saperavi 

sortlarında  yük  və  əkin  sıxlığına  aid  təcrübə  tənəklərində  köklərin  çəkisi  və  həcmi 

müəyyən  edilmişdir.  Belə  nəticəyə  gəlinmişdir  ki,  kök  sisteminin  gücü  ilə  bitkinin 

―ağlama‖sı arasında paralelizm vardır. Kökün əsas vəzifələri aşağıdakılardır: 

 1) su və mineral qida maddələrinin udulması; 

 2) ehtiyat qida maddələrinin toplanması: 

 3) bitkinin torpağa bərkidilməsi.  

Bunlardan  başqa  torpaqdakı  mineral  maddələrin  həll  oluna  bilməyən  şəkildən  həll 

oluna  bilən  şəklə  salınması,torpağın  üzvi  qalıqlarla  zənginləşdirilməsi  və  udulan 

maddələrin  yüksək  təzyiqlə  yuxarı  orqanlara  ötürülməsi  kimi  məsələlər  də  kökün 

vəzifələrinə daxildir. 

Üzüm  bitkisinin  həm  yerüstü,  həm  yeraltı  hissəsində  polyarlıq  vardır.  Kök 

sistemində polyarlığı onda görmək olur ki, budaqlanma ən çox kökün ucunda baş verir. 

Bu  mənzərəni  ən  çox  kökün  ucunda  baş  verir  və  ən  çox  da  köhnə  kollarda  görmək 

mümkündür.  Bu  kollarda  kökün  çılpaqlaşması  kökün  əsasından  müəyyən  məsafədə 

görünür.  Polyarlığın  təsiri  altında  yeraltı  ştambın  ancaq  aşağı  hissəsində  nazik  köklər 

birbaşa ştambdan ayrılmış olur. 

Polyarlıq  kolun  şaquli  vəziyyətində  üfüqi  vəziyyətdə  olduğundan  daha  çox  özünü 

göstərir. 

Bir vaxtlar bizim respublikada da bağsalmada əkin materialı (ting və çubuq) çalada 

maili əkilirdi. 

Polyarlığa  görə  ilk  vaxtlar  köklər  ən  çox  gövdənin  maili  tərəfindən  əmələ  gəlirdi. 

Köklər böyüyüb şaxələndikcə yeni köklər şaquli yönəlir. 

Əkin  vaxtı  çubuq  və  yaxud  qələm  buğumun  altından  (2-3  mm  aşağı)  kəsildikdə 

kökvermə  yaxşılaşır.  Bu  halda  kök  qütbü  buğuma  köçürülmüş  olur.  Basmalarda  kök 

qütbü olmadığından burada hər buğumunda saçaqlı köklər əmələ gəlir. 

Müxtəlif növ və sortlarda kök sistemi köklərin uzunluğu və yoğunluğu, dərinliyi və 

yayılma  radiusu,  budaqlanma  qabiliyyəti  və  qidalandırıcı  incə  köklərin  dəstə  şəklində 

çıxması  ilə  fərqlənir.  Məsələn,  V.  Ripariada  köklər  V.Viniferadan  nazik  və  uzundur. 



Yüklə 4,4 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə