Prof. ġərifov Famil Həsən



Yüklə 4,4 Mb.
Pdf görüntüsü
səhifə26/207
tarix30.04.2018
ölçüsü4,4 Mb.
#40643
növüDərs
1   ...   22   23   24   25   26   27   28   29   ...   207

 

55 


Çoxillik  qollar  üzərində  çoxillik  qısa  qollar  olur  ki,  bar  manqası  onların  üstündə 

oturur.  Əksər  ədəbiyyatda  ―  buynuzcuq‖  adında  orqanın  da  adı  çəkilir.  Əslində  bar 

barmağı ilə əvəzedici çilik (bar barmağı qısa kəsiləndə) bir yerdə malın qoşa buynuzunu 

xatırladır. Kolun formalaşdırılmasının ilk vaxtlarında bar manqası həqiqətən çoxillik qol 

üzərində  oturur,  ancaq  vaxt  keçdikcə  bar  manqasının  oturduğu  qısa  hissə  uzanır  və 

ayrıca orqana çevrilir. Bu orqanı biz qısa çoxillik qol adlandırırıq. Məsələn; 10-15 illik 

kolda  qısa  qol  adlandırdığımız  hissə  25-30  sm  uzanmış  olur,  bar  manqası  isə  bunun 

üstündə oturur. Onda  25-30smlik hissə adsız qalır və mövcud  ədəbiyyatın heç birində 

bu  məsələnin  şərhinə  yer  verilmir.  İlk  dəfə  bu  orqanın  adını  bizim  1988-ci  ildə  dərc 

etdirdiyimiz ―Üzümçülük ‖ kitabında çəkmişik. 

Tumurcuqdan  çıxan  və  üzərində  yarpaq  olan  orqan  yaşıl  zoğ,  onlar  yetişdikdə  və 

yarpağını tökdükdə birillik zoğ adlanır. Bunların ikisi də gövdə quruluşuna malikdir. 

Tənək  zoğunun  buğumları  və  buğumaraları  vardır.  Buğumaralarınln  orqanı  olmur. 

Üzüm bitkisində zoğ toxmacardan və yaşlı tənəkdə isə müxtəlif adda olan tumurcuqdan 

çıxır. Toxmacarda olan zoğ başlanğıcını toxumun rüşeymindən alır və filqə yarpaqları 

arasından qalxmağa başlayır. Üzüm bitkisindəki yaşıl zoğlar muxtəlif mənşəlidir, yəni 

onların əmələ gəldiyi tumurcuğun özü müxtəlif bioloji xüsusiyyətli və adda olur: Əsas 

zoğ  qışlayan  gözcükdəki  əsas  tumurcuqda  (mərkəzi  tumurcuqdan),  əlavə  zoğ  qışlayan 

gözcükdəki  bir  neçə  əvəzedici  tumurcuğun  birində  (şərait  yarandıqca  onlar  bir  –bir 

oyanır), haramı adlandırılan zoğ kolun çoxillik hissələrindəki yatmış tumurcuqdan, bic 

zoğu  yarpaq  qoltuğunda  qışlayan  gözcüklə  bir  sırada  (onun  yanında  )  ancaq  4-5  gün 

ondan  gec  əmələ  gələn  bic  tumurcuğundan  əmələ  gəlir.  Bunlardan  başqa  üzüm 

bitkisində adı  tez- tez çəkilən sulu  zoğ da vardır. Göstərilən dörd adda zoğun hər biri 

özlüyündə sulu zoğa çevrilə bilər, deməli sulu zoğ xüsusi adda olan tumurcuqdan əmələ 

gəlmir.  Torpaq  normal  nəmlikdə  olduqda,  qida  maddələri  ilə  tam  təmin  olduqda  və 

kolun  yükü  (zoğ  və  salxım  )  çox  az  olduqda  məlum  zoğlar  sulu  zoğlara  çevrilir.  İlk 

növbədə  haramı  və  əsaszoğlar  sulu  zoğlara  çevrilir.  Sulu  zoğlarda  salxım  başlanğıcı 

olan tumurcuqlar bir qədər gec, yəni 3-4-cü buğumdan yox, 6-7-ci buğumdan başlayır. 

Kolda  sulu  zoğların  olması  yaxşı  əlamət  kimi  qiymətləndirilmir,  yəni  adi  zoğlara 

nisbətən,  eyni  uzunluqda  olan  bar  barmağından  məhsulu  az  olur.  Ancaq  sulu  zoğların 

biologiyasına və onların bar vermə potensialına diqqət yetirdikdə görünür ki, b heç də 

belə deyildir. Əksinə sulu zoğlarda daha çox məhsul potensialı vardır. 

Üzümçülük  üzrə  mövcud  ədəbiyyatda  sulu  zoğların  məhsuldarlığının  artırılması 

barədə  heç  bir  məlumat  yoxdur.  Öz  tədqiqatlarımızda  bu  məsələnin  müsbət  həlli 

yollarını aşkar etmişik. 

Hər bir zoğun özünə məxsus bioloji xüsusiyyətləri, o cümlədən böyümə tərzi vardır. 

Şərq  ekoloji-coğrafi  qrupa  mənsub  olan  üzüm  sortlarının  çox  qismində  haramı 

zoğlar  məhsulsuz  olur.  Bu  sortların  içərisində  istisnalıq  təşkil  edənləri  də  vardır.  Bu 

baxımdan  Bayanşirə  sortunun  haramı  zoğları  məhsuldardır.  Ancaq  Təbrizi,  Ağadayı, 

Tayfilər, Parkent,  Nimrəng və s. Sortlarda haramı zoğlar məhsulsuzdur.  Göstərilən bu 

sortlarda  əsas  zoğda  ikidən  artır  salxım  olmur.  Ancaq,  Qərbi  Avropa  sortlarından 

pinolarda, Kabernedə, Kaberbe-Sovinionda, Alikant, Petit Verdo, Sira və s. Sortlarda və 

şərq  üzümlərindən  Bayanşirədə  becərildiyi  mühit  şəraitindən  və  tədbiq  edilən 

aqrotexnikanın  səviyyəsindən  asılı  olaraq  bir  zoğda  4-5-ə  qədər  salxım  olur.  Ancaq 

Vitis Labruska mənşəli sortlarda (İzabella, Lidiya, Noa, Kuderk, Zeybellər) salxımların 



 

56 


sayı 7-ə qədərdir. Adi becərmə texnologiyasında bu sortlarda bir zoğda 2-3 salxım var. 

Üzüm  bitkisində  zoğlarda  budaqlanma  müxtəlif  xarakterlidir.  Şərq  ekoloji-coğrafi 

qrupa mənsub olan sortların çoxunda simpodial budaqlanma 5-6 –cı buğumdan, Qərbi 

Avropa  üzümlərində  3-4  –cü  buğumdan,  Qara  dəniz  hövzəsi  ətrafı  üzümlərdə  4-5–ci 

buğumdan başlayır. 

Üzüm  bitkisinin  zoğlarında  budaqlanma  monopodial  və  simpodialdır.  Monopodial 

budaqlanmada  yarpağın  qarşı  tərəfində  meyvə  orqanı  olmur.  Bir  zoğda  həm 

monopodial,  həmdə  simpodial  budaqlanma  vardır  və  bunlar  zoğ  boyu  bir 

qanunauyğunluqla  davam  edir.  Zoğda  simpodiallıq  neçənci  buğumdan  başlamasından 

asılı  olmayaraq  iki  simpodial,  bir  monopodial  düzülüşü  ilə  davam  edir.  Bu 

qanunauyğunluq  ekoloji-coğrafi  qrupların  hamısına  aiddir.  Ancaq  şimali  Amerika 

üzümlərində bu qayda pozulur. Vitis Labruska növünün özündə və təbii törəmələrində 

zoğda hər 3,4,5 və 6 fasıləsiz gələn simpodiallıqdan sonra bir monopodial budaqlanma 

gəlir. Zoğun ucuna doğru budaqlanma qanunauyğunluğu pozula-pozula davam edir. 

İki  simpodialdan  yuxarıdakı  bığcıqdırsa  ondan  sonra  həmin  zoğda  salxım 

gözlənilmir.  Zoğun  əsasında  birinci  iki  bığcıqlı  buğumdan  sonra  da  salxım  olmur. 

Bunları bilmək ona görə lazımdır ki, yaşıl əməliyyat zamanı kolda saxlanan və kəsilib 

atılan  hissəyə  qəti  münasibət  göstərilə  bilsin.  Üzüm  bitkisinə  məxsus  iki  cür 

budaqlanma  -monopodial  və  simpodial  budaqlanma  haqqında  müəyyən  bilgi  verdik. 

Ancaq  üçüncü  növ  budaqlanma  üzrə  üzləşdiyimiz  bir  məsələ  haqqında  da  məlumat 

verməyi  lazım  bilirik.  Bu  növ  budaqlanma  dixotomik  budaqlanmadır  və  meşə 

bitkilərinə  və  tək-tək  meyvə  cinslərində  rast  gəlinir.  20  il  öncə  seleksiya  yolu  ilə 

aldığımız  Nail  adında  üzüm  sortunda  zoğların  60-70  %  -də  dixotomik  budaqlanma 

müşahidə  edilmişdir.  Eynilə  belə  yox,  ancaq  fassasiya  (anamoliya)  nəticəsində  çox  az 

hallarda  haçalanmış  zoğlara  rast  gəlinir.  Bu  barədə  üzümçülük  üzrə  mövcud 

ədəbiyyatda  məlumat  vardır.  Ancaq  Nail  sortunda  budaqlanma  tamamilə  başqa 

xarakterlidir. İkinci və yaxud üçüncü buğumda zoğ haçalanır və haçalanmış hər bir zoğ 

özünü  müstəqil zoğ  kimi  aparır,  belə  ki,  hər  bir  zoğda  2-3  salxım  olur. Elə  buğumlar 

olur ki, onda 8-9 ədəd orqan vardır. Dünyada mövcud üzüm sortlarının hamısı haqqında 

müfəssəl məlumatımız olmasa da bizə bəllidir ki, belə xarakterli üzüm sortları yoxdur. 

Salxımın  sayı  dünyada  ən  məhsuldar  sortlardan  biri  hesab  edilən  Bayanşirə  sortundan 

çoxdur.  Sorta  aid  problem  odur  ki,  salxım  hamısı  kolda  saxlandıqda  onlar  yaxşı 

yetişmir. Bu cür budaqlanmanın mexanizmini aça bilən tədqiqat işlərinin aparılmasına 

ehtiyac vardır. 

Haramı zoğlar kolun çoxillik hissələrindəki yatmış tumurcuqdan çıxır. Zoğun adı nə 

qədər xoş səslənməsə də xalq tərəfindən qəbul olunmuş sözdür. Yəqin ki, gələcəkdə bu 

ad daha bir uyar adla əvəz edilər. Haramı sözü yaxşı mənada işlənən söz deyil, ancaq 

müəyyən  mənada  doğruluğa  yaxınlığı  vardır.  İlk  yazda  kolun  yeraltı  və  yerüstü 

ştambından,  eləcə  də  digər  çoxillik  hissələrindən  çoxlu  haramı  zoğları  çıxır,  bunların 

çox  cuzi  hissəsi  müxtəlif  məqsədlər  üçün  seyrəkliyin  aradan  qaldırılmasında,  kolun 

bərpa edilməsində, cavanlaşdırılmasında, kola forma verilməsində, çox məhsul olduqda 

yarpaq səthinin nizamlanmasında və s. istifadə edilir. Bu məqsədlər üçün lazım olmayan 

zoğlar kəsilib  atılmadıqda onlar kolu  zəiflədir. Belə məna çıxır ki,  lazımsız zoğ kolda 

saxlandıqda onların aldığı qida haram kimi qəbul edilir, başqa sözlə desək onların aldığı 

qida havayı mənimsənilmiş olur. Bəzi müəlliflər bu zoğu yay zoğu adlandırır və bu adda 



Yüklə 4,4 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə