Prof. ġərifov Famil Həsən



Yüklə 4,4 Mb.
Pdf görüntüsü
səhifə27/207
tarix30.04.2018
ölçüsü4,4 Mb.
#40643
növüDərs
1   ...   23   24   25   26   27   28   29   30   ...   207

 

57 


heç bir uyarlıq yoxdur. 

Üzüm  bitkisi  qocalıqda  haramı  zoğ  əmələ  gətirmə  qabiliyyəti  azalır.  Bunu  iki 

səbəblə izah etmək olar: 

1) kolun yaşı artdıqca yatmış tumurcuqların miqdarı azalır. 

2) qalan az miqdarda yatmış tumurcuqların oyadılmasına kolun enerjisi çatmır. 

Üzüm  kolunun  yeraltı  ştambından  çıxan  zoğlar  ən  nüfüzlu  müəlliflər  tərəfindən 

səhvən  pöhrə  adlandırılır.  Bu  yanlış  fikirdir,  çünki  üzüm  bitkisinin  kök  sistemində 

yatmış tumurcuq olmur. Bir çox meyvə cinslərinin köklərində kök tumurcuğu olduğuna 

görə  gövdədən  5-10  metr  aralıda  kök  pöhrələri  olur.  Üzüm  bitkisində  isə  ştambın  ( 

gövdənin  )  dibindən  çıxan  zoğ  pöhrə  yox,  haramı  zoğdur  və  bunun  mənşəi  yeraltı 

ştambdakı yatmış tumurcuqdur. Bu zoğlardan üzüm bitkisinin həyatında bir çox xeyirli 

məqsədlər  üçün  istifadə  olunur.  Bu  məsələni  ilk  dəfə  biz  1988-ci  ildə  çapdan  çıxmış 

üzümçülük dərsliyində qaldırmışıq. 

Üzümçülükdə  seyrəkliyin  aradan  qaldırılmasında  və  üzüm  kolunun  bərpa 

edilməsində  yeraltı  ştambdan  çıxan  haramı  zoğlardan  istifadə  olunur.  Bu  zoğların 

enerjisi də digər zoğlardan üstündür. Çoxillik təcrübələrimizdə müəyyən etmişik ki, bu 

zoğların  çox  yüksək  enerjisindən  istifadə  etməklə  ən  mürəkkəb  formalı  kolun  itmiş 

yerüstü hissəsini tezliklə bərpa etmək mümkündür. Bu iş üçün üzümçüdə yüksək nəzəri 

bilik və səriştə lazımdır. 

Bizim Bayanşirə sortunda və bir çox Qərbi Avropa sortlarında bu zoğlar barlı olur. 

Əsas,  əlavə  və  haramı  zoğlardan  budaqlanmalar  olur  və  onlar  cari  vegetasiya 

dövründə  yarpaq  qoltuğunda  qışlayan  gözcüklə  bir  sırada  formalaşan  bic 

tumurcuğundan  əmələ  gəlir.  Buna  görə  də  bu  zoğa  belə  ad  veririk.  Cari  ildə  yarpaq 

qoltuğundan çıxan zoğ bic zoğu adlanır. 

Üzümçülükdə bic zoğların qoparılması aqrotədbir kimi qəbul edilir. Bir vegetasiya 

dövründə biclər məhsul verən üzümlüklərdə 2-3, fillokseraya davamlı calaqaltılarda 5-6 

dəfə vurulur. 

Bic  zoğu  ilə  əsas  zoğu  bir-birindən  fərqləndirən  əlamətlər  və  xüsusiyyətlər  vardır. 

Yarpaq  qoltuğunda  qışlayan  gözcük  girdə  uzundursa  bic  tumurcuğu  uzundur.  Əsas 

zoğda simpodiallıq gec başlayır (3-5 –ci buğumlar), həm də bucaq tumurcuğu olur, bic 

zoğunda  bucaq  tumurcuğu  olmur,  simpodiallıq  isə  bir  qayda  olaraq  2-ci  buğumdan 

başlayır. Bic zoğundakı qışlayan gözcükdən çıxan zoğun bütün əlamət və xüsusiyyətləri 

əsas  zoğdan  çıxan  əlamət  və  xüsusiyyətləri  ilə  eynidir.  Bic  zoğların  əsas  bioloji 

xüsusiyyətlərindən  onun  tumurcuğunun  istirahət  etməməsi,  yarpağının  nisbətən  xırda 

olması,  fotosintetik  fəaliyyətinin  əsas  zoğ  yarpağından  5-6  dəfə  artıq  olması,  soyuğa 

nisbətən davamlı olması və məhsul vermə qabiliyyətinin olmasıdır. Çox güclü kolu və 

yüksək bic əmələ gətirmə qabiliyyəti olan sortlarda 7-ci  dərəcəyə qədər (budaqlanma) 

bic  zoğu  verən  sortlarda  elə  6-7  ci  məhsuluda  görmək  olur.  Ancaq  2-ci  məhsulun 

yetişməsi  adi  hal,  az  hallarda  3-cü  məhsulun  da  yetişməsini  müşahidə  etmək 

mümkündür. Hər iki halda məhsulun  yetişdirilməsi istiqamətli  becərmənin  nəticəsində 

mümkün ola bilər. 

Bic zoğu və onun məhsulunu əmələ gətirmək qabiliyyətinə görə üzüm sortları bir-

birindən çox fərqlidir. Təbrizi, Rkasiteli , Nail, Mədrəsə və Çaus sortlarının bic əmələ 

gətirmə  qabiliyyəti  zəif,  Şamaxı  Mərəndisi,  Saperavi,  Bayanşirə,  Tavkveri,  Ağ  şanı 

sortları  güclüdür.  Fillokseraya  davamlı  calaqaltıların,  xüsusilə  Montikolada  (Rupestris 



 

58 


dyu  Lo)daha  güclüdür.  Montikolada  hər  bir  yarpağın  qoltuğundan  bic  zoğu  çıxır  və 

bicvurma əməliyyatında onun 6 dəfə vurulması normalaşdırılır. 

Deyilənlərə istinadən demək olmaz ki,  bic zoğu  üzüm  bitkisində parazit xarakterli 

orqandır. Onlar üzüm bitkisinin həyatında mühüm əhəmiyyətə malikdir. 

Üzüm  bitkisində  ―  artıq  zoğ  ‖  termini  də  işlənir.  Artıq  zoğ  kola  lazım  olmayan 

zoğdur və göstərilən növ zoğların hər biri lazımsız zoğa çevrilə bilir. Kolun gücündən 

üzərindəki  məhsulun  miqdarından,  eləcə  də  kola  verilən  formadan  asılı  olaraq  haramı 

zoğ  ,  əsas  və  əlavə  zoğlar,  bic  zoğların  bir  qismi  saxlana  və  qoparılıb  atıla  bilər.  Bu 

məsələ  yüksək diqqət çəkən olduğundan üzümçü bu işi məsuliyyətlə  yerinə  yetirməyə 

çalışır.  

Üzüm  bitkisinin  itmiş  yerüstü  hissəsinin  bərpasında  və  kola  sürətli  forma 

verilməsində bic zoğlarından istifadə olunur. 

Zoğda və tənəkdə çiçək topasının miqdarına görə bar əmsalı müəyyən edilir.Üç cür 

bar əmsalını fərqləndirmək lazımdır: 1) gözcüyün bar əmsalı, bu eyni zamanda kolun və 

yaxud sortun bar əmsalıdır. 2) yaşıl zoğun bar əmsalı. 3) barlı zoğun bar əmsalı  

Koldakı ümumi çiçək qrupunun (salxım) gözcüyə nisbəti gözcüyün və yaxud sortun 

bar əmsalıdır. Ümumi çiçək qrupunun ümumi yaşıl zoğa nisbəti yaşıl zoğun bar əmsalı, 

ümumi çiçək qrupunun barlı zoğa nisbəti barlı zoğun bar əmsalıdır. Bar əmsalının ölçü 

vahidi ədədlə ifadə olunur. Bunları konkret misalla da izah etmək olar. Tutaq ki, kolda 

gözcüyün miqdarı 80 ədəd, yaşıl zoğ 72 ədəd, barlı zoğun çiçək qrupu 80 ədəddir. Çiçək 

topası ayrı-ayrılıqda həmin rəqəmlərə bölünür. Nəticədə gözcüyün bar əmsalı 1,0, yaşıl 

zoğun bar əmsalı 1,1-ə, barlı zoğun bar əmsalı isə 1,4-ə bərabərdir. Bu rəqəmlər orta və 

yuxarı göstəricilərdir. Aşağı göstəricilər 0,2-0,3,yuxarı göstəricilər 1,6-1,7 ola bilər. Bu 

göstəricilər birinci növbədə sortun bioloji xüsusiyyətlərindən, torpaq-iqlim şəraitindən, 

qida ilə təmin olunma dərəcəsindən və aqrotexnikanın səviyyəsindən asılıdır. Elə sortlar 

var  ki,  salxımın  azlığı  onların  bioloji  xüsusiyyətləri  ilə  əlaqədardır.  Aqrotexniki 

tədbirlərin səviyyəsini qaldırmaqla onların bar əmsalını çox cuzi artırmaq mümkündür. 

Ümumiyyətlə  bar  əmsalı  ekoloji-coğrafi  qruplardan  da  asılıdır.  Bar  əmsalı  Qərbi 

Avropa  üzümlərində  çox,  Qara  dəniz  hövzəsi  ətrafı  üzmlərdə  orta,  Şərq  üzümlərində 

azdır. 


Bar  əmsalı  üzrə  çoxillik  müşahidələrimizdə  başqa  mənzərənin  də  şahidi  olmuşuq. 

Bayanşirə  və  Nail  (şərq  ekoloji-coğrafi  qrupu),  Rkasiteli  (Qara  dəniz  hövzəsi  ətrafı), 

Alikant, Şardone və Pino qrupu (Qərbi Avropa ekoloji-coğrafi qrupu) sortlarının cavan 

kollarında  gözcüyün  bar  əmsalı  2-2,5-ə  çatmışdır.  Belə  məlumat  heç  bir  ədəbiyyatda 

yoxdur.  Bir  qayda  olaraq  üzüm  kolu  yaşlandıqca  onda  çiçək  qruplarının  (salxımın) 

miqdarı  azalır.Görünür  mövcud  ədəbiyyatda  göstərilən  bar  əmsalları  yaşlı  tənəklərdə 

aparılan  müşahidələrin  nəticəsidir.  Barlı  zoğların  miqdarı  bir  göstərici  kimi  üzüm 

bitkisinin  vacib  bioloji  göstəricilərin  -dəndir.  Ekoloji-coğrafi  qruplardan  üzüm 

sortlarından və kolun becərildiyi şəraitdən asılı olaraq kolda barlı zoğların miqdarı 20-

25%-dən  70-80  %-  ə  qədər  olması  haqqında  mövcud  ədəbiyyatda  olan  məlumatlar  o 

qədər  də  həqiqətə  uyğun  deyildir.  Ədəbiyyatın  verdiyi  məlumata  görə  barlı  zoğların 

miqdarı Qərbi Avropa üzümlərindən çox (30- 40%-yuxarı ), Qara dəniz hövzəsi və Qara 

dəniz ətrafı üzümlərdə orta miqdarda (25-30 %), şərq üzümlərində azdır (15-20%). Bu 

baxımdan yeni üzümlüklər üçün sortlar seçildikdə bunlar nəzərə alınmalıdır. 

Üzüm  bitkisinin  məhsuldarlıq  göstəriciləri  haqqında  ədəbiyyatda  müfəssəl 



Yüklə 4,4 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə