Prof. ġərifov Famil Həsən



Yüklə 4,4 Mb.
Pdf görüntüsü
səhifə24/207
tarix30.04.2018
ölçüsü4,4 Mb.
#40643
növüDərs
1   ...   20   21   22   23   24   25   26   27   ...   207

 

51 


Tək-tək  güclü  böyüyən  sortlarda  -  Təbrizi,  Kəberne  -Sovinyon,  Çauş  daha  yoğun  və 

uzun köklərə malikdir. Müxtəlif amerika calaqaltılarında əsas köklərin  geotropizminin 

öyrənilməsi  üzrə  aparılan  təcrübələrdə  müəyyən  olmuşdur  ki,  Vitis  cinsinin  və  onun 

hibridlərinin  özünə  məxsus  bucaqlı  geotrpizmi  vardır,  məsələn:  Ripariya  Qluar  de 

Monpelye  köklərini  əsasən  üfüqi  istiqamətləndirir.  Geotropizmi  bucağı  80

0

olur. 



Buradan  belə  nəticə  çıxarmaq  olur  ki,  yeni  üzümlüklər  salınarkən  torpağın  və 

calaqaltının bütün xüsusiyyətləri nəzərə alınmalıdır. Torpaq var ki, orada köklər şaquli 

yox, üfüqi istiqamətləndirilməlidir və yaxud tərsinə. Rupestris dyu Lo-da bu rəqəm 20°-

dir (təxminən şaquli). 

Yadda saxlamaq lazımdır ki, köklərin geotropizminə uyğun olmayan torpaq tipinin 

seçilməsi  gələcəkdə  üzüm  bitkisinin  böyüməsi  və  ömrü  qeyri-  müəyyən  olur.  Su 

keçirmə  qabiliyyəti  pis  olan  torpaqlarda  Ripariya  Qluar  de  Monpelye  tipli  calaqaltılar 

seçilməlidir.  Kök  sisteminin  böyüməsinə  və  onun  yayılma  radiusuna  kompleks  xarici 

şəraitinin böyük təsiri vardır. Torpağın həmcins olmayan mexaniki tərkibi, nəmliyin və 

mineral  qida  maddələrin  qeyri-bərabər  paylanması,  böyümənin  əsas  amillərinin 

müxtəlifliyi  və  dəyişkənliyi  üzümlükdə  kolların  bütün  göstəricilərində  müxtəliflik 

yaradır. 

Xarici amillərin kök sisteminə təsirinə üç tərəfdən baxmaq lazımdır: 

1)  ayrı-ayrı  kölərin  istiqaməti;  2)  onların  böyümə  gücü;  3)  kök  sisteminin 

budaqlanması. 

Əlverişli  mühit  şəraitinin  böyüməyə  birtərəfli  təsiri  köklərin  istiqamətini  müəyyən 

edir.  Məsələn:  torpağın  bir  hissəsində  normal  nəmlik  olduqda  köklər  bu  istiqamətə 

yönəlir.  Başqa  bir  misal,  torpağın  bir  hissəsində  normal  miqdarda  qida  maddələri  və 

havalanma  olduqda  köklər  həmin  səmtə  yönəlir.  Bunlar  müsbət  tropizmlərdir.  Kök 

sisteminin böyüməsində mənfi tropizmlər də vardır. Mənfi tropizmlər iki səbəbdən baş 

verir.  Məsələn:  nəmliyin  normada  artıqlığından  və  azlığından  kök  sistemi  böyüyərkən 

əks  istiqamətə  yönəlir.  Bu  misal  qida  maddələrinə  də  aiddir.  Qida  maddələri  az  olan 

tərəfdən  əks  istiqamətə  yönəlir.  Qida  maddələrinin  çoxluğundan  (onun  yandırıcı 

xususiyyətindən) köklər əks istiqamətə yönəlir. 

Üzümlük torpağında qrunt suları yaxın olduqda köklər ya üfüqi istiqamətə və yaxud 

torpağın səthinə istiqamətlənir. Bütün bunlar torpağa qulluq işlərinin nə dərəcədə elmli 

və səriştəli olmasından xəbər verir. 

Xarici şəraitin kökün böyümə gücünə təsiri vardır. Bir çox müəllifin yazdığına görə 

bioloji  sıfır  adlandırılan  müsbət  8°C  təqribidir.  Bu  məsələ  tam  dəqiqliyi  ilə 

öyrənilməmişdir. Əlverişli şərait kökün budaqlanmasını təmin edir. Kifayət qədər nəmli 

və  məhsuldar  torpaqda  köklər  daha  çox  budaqlı,  nazik  və  qısa  qidalandırıcı  köklərlə 

zəngin  olur.  Əksinə,  quru  və  qida  maddələrindən  kasıb  torpaqlarda  köklərin 

budaqlanması  zəif,qidalandırıcı  nazik  köklər  az  olur.  Bu  şəraitdə,  xüsusilə  torpağın 

qeyri  məhsuldar  qatlarında  çılpaqlaşır  və  dərin  qatlara  gedir.  Bu  fikir  onu  göstərir  ki, 

qida  tapana  qədər  kök  öz  axtarışlarını  davam  etdirir.  Əksinə,  nəmlik,  qida,  hava  və 

əlverişliliyi  təmin  edən  digər  amillər  normal  olduqda  köklər  dərinə  getmir  və  çox 

yayılmır. Xırda budaqlanmanın maksimum həddini torpağın əlverişli şərait olan qatında 

müşahidə  etmək  olar.  Ayrı-ayrı  mineral  qida  maddələrinin  artıqlığı  və  çatışmazlığı 

kökün budaqlanmasına əhəmiyyətli dərəcədə təsir göstərir. Torpağın müxtəlif qatlarında 

qidalandırıcı nazik köklərin yayılması öyrənilərək belə qənaətə gəlinmişdir ki, köklərin 




 

52 


uzunluğu və çəkisi eyni ola bilməz. 

Kök sisteminin böyüməsinə və yayilmasına aqrotexniki tədbirlərin təsiri böyükdür. 

Kəsilərkən  kolda  yarpaq  səthi  kəskin  azaldığından  yeraltı  hissə  ilə  yerüstü  hissə 

arasında  asılılıq  pozulur.  Nəticədə  bir  neçə  uzun  köklər  lazımı  miqdarda  plastik 

maddələr  ala  bilmədiyindən  köklər  budaqları  ilə  birlikdə  məhv  olur  və  yaxud  onların 

ucu və çox nazik budaqlar quruyur. 

Dərin  plantaj  əsas  köklərin  daha  dərinə  getməsini  təmin  edir.  Kök  sisteminin 

budaqlanmasına  və  dərinə  getməsinə  əkin  materialı  kimi  istifadə  edilən  çubuğun 

uzunluğunu,  təsiri  vardır.  Gödək  çubuqlarda  kök  sistemi  ağac  görkəmini  alır. 

Uzunçubuqlarda  kök  sistemi  ağac  formasından  uzaqlaşır,  buğumlarda  dəstə  şəklində 

köklər əmələ gəlir və onların içərisində nazik köklər üstünlük təşkil edir. 

Kolun  ətrafında  torpağın  becərilməsi  kökün  böyüməsinə,  yayılmasına  və 

budaqlanmasına təsir göstərir. Cərgə arasında torpaq dərin becərildikdə üzdəki köklərin 

kəsilməsi  digər  köklərin  dərinə  getməsinə  səbəb  olur.  Torpağın  üzdən  becərilməsi 

həmin  qatda  nəmlik  qorunub  saxlandığına  görə  köklər  dərinə  getmir.  Bundan  başqa, 

yaşlı  tənəklərdə  çılpaqlanmış  uzun  köklər  plantaj  kotanı  ilə  kəsilir.  Bu  kəsilmə  kökün 

həmin  hissədə  yeni  budaqlanmanı  təmin  edir.  Bu  məsələyə  görə  üzümlüklərdə  hər  5 

ildən bir plantajın təzələnməsi aqrotədbir kimi həyata keçirilməlidir. Bu baxımdan səthi 

köklərin də kəsilməsi əsas köklərin dərinə işləməsinə şərait yaradır. 

Üzümlüklərin  kübrələnməsi  də  köklərin,  xüsusilə  də  qidalandırıcı  köklərin 

böyüməsinə şərait yaradır. 

Üzüm  kökünün  su  və  mineral  qida  maddələrini  sorma  qabiliyyəti  çox  güclüdür. 

Bunun  sorma  qabiliyyəti  digər  meyvə  bitkilərindəkindən  yüksəkdir.  Kökün  yüksək 

təzyiqi (1,5 atm) alınmış su və qida maddələrinin daha yüksəklərə qaldırılmasını təmin 

edir. Üzüm bitkisinin ilk yazda ―ağlama‖ sı da yüksək təzyiqin nəticəsidir. Belə güclü― 

ağlama‖ təkcə üzüm bitkisinin kök sisteminin yaratdığı adsorbsiya zonası ilə deyil, kök 

hüceyrələrinin güclü sorma qabiliyyəti ilə izah olunur. 

Üzüm bitkisinin kökündə, xüsusilə onun yetişmiş hissəsində su oduncaqdan çoxdur. 

Təzə  köklərdə  su  40-  60%  olur.  Əlbəttə  suyun  miqdarı  kökün  yaşından,  onların 

yoğunluğundan,  torpağın  nəmliyindən,  mexaniki  tərkibindən  və  sortdan  asılı  olaraq 

dəyişir. 

Vegetativ  üsulla  artırılan  tənəyin  kök  sistemində  yeraltı  ştamb  (yeraltı  ştambın 

davamı)  və  onun  buğumlarından  çıxan  köklər  müxtəlif  adlar  daşıyır.  10-15  sm  torpaq 

səthindən  aşağıda  yerləşənlər  səthi  yaxud  şeh  kökləri  (şeh  toplayan  )  20-30sm 

dərinlikdə  yerləşənlər  yan köklə , kök dabanından (yeraltı  ştambın qurtaracağı  ) çıxan 

köklə əsas köklər adlanır. Səthi köklər torpağın 10-15 sm dərinliyində yerləşir. Torpağın 

bu qatındakı əlverişli şəraitdən (torpağın bu qatında istilik havalanma və nəmlik ) daha 

yaxşı  olur.  Yaz-yay  aylarında  səhərlər  torpağın  səthinə  düşən  şehdən  səthi  köklər 

istifadə  edir  və  çox  hallarda  kolun  suya  olan  tələbinin  çox  hissəsini  ödəyir.  Belə  olan 

halda, yəni kolun suya olan tələbinin çox qisminin ödənildiyi tərzdə yan köklər-xüsusilə 

əsas  köklər  aşağılara  gedib  su  axtarmaq  fəaliyyətini  zəiflədir.  Bu  əlverişli  şəraitdən 

istifadə edən səthi köklər güclü böyüyür. Qəflətən baş vermiş  yay quraqlığında və qış 

şaxtalarında  səthi  köklər  məhv  olur.  Bu  hadisə  üzüm  bitkisinə  zərbə  endirir.  Belə  ki, 

müvəqqəti  əlverişli  şəraitdən  istifadə  edən  şeh  kökləri  sıradan  çıxdıqda  funksiyasını 

tədricən zəiflədən köklər tezliklə özünə gələ bilmir. Belə tənəklərin kök sistemini bərpa 



Yüklə 4,4 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə