Prof. ġərifov Famil Həsən



Yüklə 4,4 Mb.
Pdf görüntüsü
səhifə32/207
tarix30.04.2018
ölçüsü4,4 Mb.
#40643
növüDərs
1   ...   28   29   30   31   32   33   34   35   ...   207

 

67 


itirməsi  nəticəsində  hüceyrə  şirəsində  həll  olunmuş  maddələrin  qatılığını  artırır. 

Bununla  yanaşı  həll  olunan  və  yarım  həll  olunan  maddələrin  suda  müəyyən  qədər 

azaldığından köklərin udma qabiliyyəti azalır. Suyu azalmış hüceyrələrin ksilemadan su 

udma  qabiliyyəti  güclənir.  Su  malekulları  arasındakı  zəncirlərin  böyük  gücü  onları 

qopmaqdan qoruyur. Nə qədər ki bitkinin transpirasiyası fəaldır, uzun məsafəyə suyun 

çatdırılması  işində  qarşıya  çıxan  maniələri  dəf  etməkdə  sorma  gücünün  böyük 

əhəmiyyəti vardır. 

Transpirasiya  ilə  güc  azaldıqda  (gecə  vaxtı,  yaxud  nisbi  nəmlik  çox  olduqda)  su 

ocmos  vasitəsilə  sorulur.  Bu  halda  canlı  hüceyrənin  enerjisindən  istifadə  edilir. 

Transpirasiya vaxtı sorma gücü maksimuma çatır. 

C.  Uinklerin  yazdığına  görə  tənəkdə  hər  gün  kəsmə  aparakən  müəyyən  edilmişdir 

ki,  bir  kol  19  litrdən  26,51  l-ə  qədər  su  itirə  bilir.  Onu  qeyd  edək  ki,  bu  məlumat 

tamamilə  yenidir.  Üzümçülük  üzrə  mövcud  ədəbiyyatda  bir  kolun  "ağlama"  fazasında 

5-6 litr şirə axıtması məlum idi. Koldan axan şirədə həll olunan maddələr olmur. Əgər 

şirə hərəkəti aşağı temperaturda baş tutursa onda şirədə şəkər ola bilər. 

Kök  tükcüklərinin  yüksək  seçmə  qabiliyyəti  vardır,  təmiz  su  və  yaxud  torpaq 

məhlulu  hansının  kök  tükcüyünün  təlabatına  uyğundursa  onu  seçir.  Bundan  başqa 

torpaq suyu həll olunmayan maddələri həll oluna bilən şəklə çevirmək qabiliyyətinə də 

malikdir. Kökləri böyüməsinin fəal vaxtında ehtiyat qida maddələri normal olduqda kök 

hüceyrələri torpaq məhlulunun təzyiqini dəf edərək suyu udmaq qabiliyyəti vardır. Bu 

vəziyyət  kolda  yarpaq  olmayan  vaxtda  baş  verir,  ancaq  bu  vaxta  köklər  fəal  olur.  Bu 

vaxt  köklərin  ucu  qoparılarsa  və  yaxud  isti  su  ilə  suvarılma  aparılarsa  bitkidə  şirə 

hərəkəti başlaya bilər (bu fikirlər nisbi istirahət dövrünə aiddir). 

Eynilə  bu  vəziyyət  üzüm  bitkisinin  inkişafının  fəal  dövründə  səhər  tezdən  yarpaq 

pəncəsinin  dişciklərinin  kənarlarından  suyun  axmasında  görünür.  Bu  hadisə  quttasiya 

adlanır. Quttasiya yolu ilə bitki sudan azad olur. 

Torpaqdan suyun sorulmasının surəti müəyyən amillərdən məsələn, transpirasiyaya 

göstərilən  təsirlərdən,  eləcə  də  kök  sisteminin  inkişafının  intensivliyindən  asılıdır. 

Torpaqda  suyun  yerdəyişməsi  yavaşdırsa  və  yaxud  tamam  hərəkətsizdirsə  köklər  onu 

tezliklə  qəbul  edir.  Bitkinin  çox  su  udması  üçün  torpaq  qatında  o  köklərini 

irəlilətməlidir.  Beləliklə  ,  köklərin  böyüməsinə  təsir  göstərən  şərait  kökün  suyu  udma 

surətində də özünü göstərir. 

Üzüm  kolunun  transpirasiyanı  nizamlamaq  qabiliyyəti  vardır.  Yarpaqda  suyun 

buxarlanması  çox  saylı  ağızcıqlar  vasitəsilə  həyata  keçirilir  (ağızcıq  transpirasiyası). 

Ağızcıqların  tezliklə  qapanma  qabiliyyəti  vardır.  Üzüm  bitkisi  müstəqil  olaraq 

transpirasiyanı  idarə  edə  bilir.  Çox  su  itirildikdə  və  su  çatışmazlığında  ağızcıqlar 

qapanır və assimilyasiya məhdudlaşır.  

 

Gözcük və tumurcuğun quruluĢu. 



 

Cari  ilin  zoğunun  yarpaq  qoltuğunda  əmələ  gələn  tumurcuq  zoğda  qarşı-qarşıya 

növbə  ilə  yerləşir  və  az  keçmiş  mürəkkəb  quruluşa  malik  gözcük  adlanan  bir  orqana 

çevrilir (eyni zamanda qışlayan gözcük). Bu gözcükdəki tumurcuqlar zoğ başlanğıcıdır. 

Belə  tumurcuqları  prof.  A.  M.  Neqral  rüşeym  halında  zoğ  adlandırır.  Bu  orqanın 

uzununa  kəsiyinə  mikroskop  altında  baxıldıqda  ümumi  örtük  altında  azı  üç  tumurcuq 




 

68 


görünür. Onlardan biri digərindən iridir və mərkəzdə yerləşir. Adından göründüyü kimi 

bu əsas və yaxud mərkəzi tumurcuq adlanır. 

Yarpaq  qoltuğunda  qışlayan  gözcüklə  bir  sırada  və  bir  qədər  gec  ikinci  tumurcuq 

əmələ  gəlir,  bu  bic  tumurcuğudur.  Nə  anatomik,  nə  də  morfoloji  cəhətdən  bic 

tumurcuğu  ilə  qışlayan  gözcüyün  heç  bir  əlaqəsi  yoxdur.  Ancaq  onların  ikisi  də 

başlanğıcını döşənək qatının meristemindən götürür. 

Üzümçülük  sahəsində  dərin  biliyə  malik  məşhur  prof.  L.  Kolesnikin  bir  fikri  ilə 

razılaşmaq olmur ki, qışlayan gözcük bic tumurcuğundan sonra əmələ gəlir 

Qışlayan  gözcüyün  və  bic  tumurcuğunun  ayrı-ayrılıqda  pulcuqdan  ibarət  örtüyü 

olur. Örtüyün altındakı sıx tük təbəqəsi tumurcuğu əlverişsiz şəraitdən qoruyur. 

Yuxarıda qeyd etdik ki, qışlayan gözcükdə azı üç tumurcuq olur, ancaq göclü və çox 

güclü kollarda onların sayı 5-6 və yaxud 9-10-a çatır. 

L.  Kolesnik  qeyd  edir  ki,  pulcuqlar  altında  rüşeym  halında  zoğ,  yarpaq,  biclər, 

bığcıq və çiçək qrupları yerləşir. Göstərilən orqanların hamısı rüşeym halında hazır olur, 

ancaq bic zoğları rüşeym halında yox, sonradan əmələ gəlir. 

Yazda  qışlayan  gözcükdəki  tumurcuqlardan  ilk  oyanıb  zoğ  verəni  əsas  tumurcuq 

olur.  Digər  tumurcuqlardan-əvəzedici  tumurcuqlardan  əlverişli  şəraitdə  1-2-i  oyanır, 

qalanı yatır. Bu tumurcuqlar yatmış tumurcuqlar adlanır. İllər keçdikcə oduncağın dərin 

hissələrinə gedir. 

Kolda  boy  nöqtələri  korlandıqda,  dayandıqda,  lazımı  miqdarda  yük  olmadıqda 

yatmış  tumurcuqlar  oyanır.  Meyvə  bitkilərindən  fərqli  olaraq  üzümdə  yatmış 

tumurcuğun  yatma  müddəti  qısa  olur,  çünki,  hər  il  budanır  və  bir  ildə  bir  neçə  dəfə 

budama aparılır. 

Üzüm  bitkisində  tumurcuğa  təkcə  boy  nöqtəsi  kimi  baxmaq  olmaz.  Orada  bir  çox 

orqanların embrion halında əsası qoyulur, kolun potensial məhsuldarlığı da tumurcuqda 

formalaşır.  Bu  baxımdan  gələcək  məhsulun  əsası  qoyulan  məqamda  əlverişli  şəraitin 

olması diqqət mərkəzində olmalıdır. 

Əsas  tumurcuqdan,  bic  tumurcuğundan  və  yatmış  tumurcuqdan  çıxan  zoğlarda 

tumurcuğun  formalaşma  dinamikası  üzrə  aparılan  təcrübələrdən  müəyyən  olunmuşdur 

ki, tumurcuqlar zoğun əsasından uzaqlaşdıqca daha qısa müddətdə formalaşır. Belə çıxır 

ki,  tumurcuqların  formalaşması  nə  qədər  gec  başlayırsa  proses  bir  o  qədər  də  qısa 

müddətli olur. 

Tumurcuğun  formalaşmasına  dair  aparılan  başqa  təcrübədə  tumurcuğun  uzunluğu 

ilə onun əsasının diametrinin nisbəti yoxlanılmışdır. Müəyyən olunmuşdur ki, 1,0 –dən 

çox  olduqda  tumurcuq  məhsulsuzdur,  əksinə  tumurcuğun  əsasının  diametri  onun 

uzununa nisbəti 1,0-dən  azdırsa onda tumurcuqda məhsul vardır.  K. Stoyevin  fikrincə 

gözcüyün böyüməsi təqribən avqustun axırına qədər davam edir. 

K.  Stoyevin  kitabında  (1983)  göstərilir  ki,  1892–ci  ildə  bu  sahədə  aparılan  ilk 

tədqiqatlara  görə  qışlayan  gözcükdə  emrional  çiçək  qrupunun  əsası  avqust  ayında 

qoyulur.Ancaq Respublikamızda aparılan və bizim apardığımız analizlərə görə rüşeym 

halında çiçək qrupunun əsası may ayının axırlarında qoyulur. 

Qışlayan  gözcükdə  çiçək  qrupunun  əsasının  iyul  ayının  əvvəllərində  qoyulması 

haqqında çoxsaylı məlumatlar vardır. 

V. Kolesnikin tədqiqatına görə Odessa şəraitində qışlayan gözcükdə çiçək qrupunun 

əsası mayın axırları, iyulun əvvəllərinə, daha doğrusu çiçəkləmə ilə bir vaxta düşür. 



Yüklə 4,4 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə