Prof. ġərifov Famil Həsən



Yüklə 4,4 Mb.
Pdf görüntüsü
səhifə31/207
tarix30.04.2018
ölçüsü4,4 Mb.
#40643
növüDərs
1   ...   27   28   29   30   31   32   33   34   ...   207

 

65 


hidrogeni  və  karbonu  ilə  birləşərək  su  və  karbon  qazı  əmələ  gətirir  və  enerji  ayrılır. 

Qida maddələrinin sintezi kimi bu proses ardıcıl xarakter daşıyır və fermentlərin təsiri 

altında baş verir. 

Aydındır ki,  insan iş  görəndə, məsələn, üzüm  qutularının  yüklənməsinə enerji sərf 

edir. Ancaq bir qism insanlar təsəvvür edə bilmir ki, hərəkətsiz üzüm kolu enerjini necə 

sərf edə bilər.  Böyümə,  çiçək,  gilə və toxumun  formalaşdırıl-ması bütün  bunlara bitki 

enerji  sərf  edir.  Başqa  bitkilərdə  olduğu  kimi  üzüm  bitkisində  də  qida  maddələrinin 

sorulması,  onlardan  qida  maddələrinin  sintez  edilməsi,  axırıncının  köklərdə  , 

yarpaqlarda  ,  zoğ  və  meyvədə  çevrilmələri,  eləcə  də  canlı  olan  protoplazmaya  sərfi. 

Beləliklə,  aydın  olur  ki,  tənəffüs  assimilyasiyaya  əks  prosesdir.  İstər  istəməz  belə  bir 

sual çıxır: nə üçün bitki bir tərəfdən üzvi maddələr yaradır, digər tərəfdən onları dağıdır. 

Tənəffüs  vaxtı  parçalanan  üzvi  maddələrin  miqdarı  assimilyasiya  vaxtı  toplanan 

maddələrin miqdarından az olur. 

Tənəffüsün  intensivliyinə  mühitin  temperaturunun  böyük  təsiri  vardır.  0° 

temperaturda  tənəffüs  çox  zəif  gedir.  Əgər  havanın  +10°  temperaturunda  tənəfüsün 

gücü 100% qəbul edilsə, +20°C-də təqribən 200%, +30°-də 300% olmalıdır. 

Əgər maddələrin sintezi işıq olanda gedirsə, tənəffüs həmişə gedir. Adətən bitkinin 

cavan orqanlarında tənəffüs güclü  gedir, bu baxımdan zoğun ucu və  yaxşı  yetişməmiş 

gilələr turş olur. Üzüm yarpağında tənəffüs fəal  gedir. 20-27°C temperaturda 100 orta 

ölçülü  yarpaq  24  saat  ərzində  tənəffüs  üçün  3-4q  şəkər  tələb  edir.  Üzüm  bitkisində 

tənəffüsə sərf olunan assimilyatlar 27% təşkil edir. 

Tənəffüs  vaxtı  ayrılan  enerji  üzüm  bitkisinin  fəaliyyəti  üçün  lazım  olan  o 

maddələrin  sintezinə  sərf  olunur  ki,  onlar  canlı  maddələr,  bitkinin  qurulmasına  aid 

materiala, qida maddələrinə aid deyil. Bu birləşmələrə fermentlər, rəngləyici maddələr, 

aromat və dad maddələri, çaxır və alma turşuları, qlükozidlər və vitaminlər aiddir. 

Tənəfüsün  intensivliyi  toxumalardakı  sudan  da  aslıdır.  Optimal  fizioloji  nəmlikdə 

tənəffus  maksimumu  çatır.  Ancaq  torpaqdakı  və  toxumdakı  su  hava  ilə  antoqonistlik 

təşkil edə bilər.Torpağın su ilə basdırılması hava çatışmazlığından kökləri korlaya bilər. 

Salxımlar  tənəkdən  ayrıldıqdan  sonra  həyat  fəaliyyətini  dayandırmır.  Onlar  nəfəs 

almaqda davam edir. Tənəffüs prosesini müşaiyət edən dəyişkənliklər salxım dəridikdən 

sonra  onun  keyfiyyətini  pisləşdirir.  Elə  etmək  lazımdır  ki,  gilənin  tənəffüs  prosesi 

zəifləsin.  Məhsulun  tezliklə  sərinləşdirilməsi  və  onu  aşağı  temperaturda  saxlanması, 

eləcə də kükürd anhidridindən ağıllı istifadə edilməsi gilədə tənəffüs prosesini zəiflədir. 

0°-dən aşağı  temperaturda tənəffüs tamamilə dayanır.  Üzüm  kolunda, eləcə də hər bir 

canlı  hüceyrədə  tənəffüs  prosesi  24-dən  çox  mürəkkəb  hissəcikli  prosesdən  keçir.  Bu 

kiçik hissəcikli proseslərdə ferment və forforit turşusunun əhəmiyyəti vardır. 

  

Bitkidə maddələrin yerdəyiĢməsi

 

Üzüm  bitkisində  çox  maddələr  yerini  dəyişir.  Məlumdur  ki,  yetişmiş  üzümün 



giləsində olan şəkər yarpaqda əmələ gəlir. Torpağa gübrə verərkən nəzərə alınır ki, qida 

maddələrindən  ibarət  olan  kübrə  üzüm  bitkisinin  böyümə  baş  verən  orqanlarına 

veriləcəkdir. Assimilyatların-şəkərlərin əmələ gəlmə yeri yarpaqdır. Üzvi maddələrin bu 

yerdəyişməsi  çox  böyük  məsafədə  baş  vermir,  yəni  maddələr  mübadiləsi  və 

yerdəyişməsi  hüceyrədən  hüceyrəyə  keçir.  Assimilyatların  böyük  məsafəyə  verilməsi 



 

66 


xüsusi  ötürücü  ələkvari  borularla  həyata  keçirilir.  Radioaktiv  karbon  turşusu  ilə  subut 

etmək olar ki, əsas zoğların və bic zoğların yarpaqları öz maksimum iriliyinə çatdıqda 

assimilyatları  sintez  etməyə  başlayır.  Assimilyatların  axım  istiqaməti  bütün  yarpaqlar 

üçün eyni deyildir. Vegetasiyanın gedişində assimilyatların aşağı və yuxarı hərəkəti ilə 

yanaşı zoğun uc hissəsinə doğru cəhd etməsi də məlumdur. 

Normal  zoğun  ilk  iki  yarpağı  (aşağıdan)  assimilyatları  əsasən  aşağıya  kökə  doğru 

yönəldir,  orta  yarpaqlar  həm  aşağıya,  həm  də  yuxarıya,  yuxarıdakı  2-3  yarpaq  yalnız 

zoğun uc hissəsinə  yönəldir. Müəyyən olunmuşdur ki,  qida maddələri  üzüm  bitkisinin 

bütün  orqanlarında  toplanır.  Şəkərlər  və  amin  turşuları  yerlərini  dəyişməlidir  ki, 

onlardan  ehtiyat  maddələri-nişasta,  zülallar  və  yağlar  əmələ  gəlsin.  Karbohidratlar 

saxaroza formasında floyema ilə hərəkət edir. Beləliklə, tənəffüs və böyümə üçün lazım 

olan  ehtiyat  qida  maddələri  bitkidə  lazım  olan  yerlərə  çatdırılmalıdır.  Bu  maddələr 

floyemanın ələkvari boruları ilə hərəkət edir. 

Qida  maddələri  floyema  ilə  əsasən  yuxarıdan  aşağıya  doğru  hərəkət  edir,  əvvəlcə 

onlar  yuxarı  orqanlara  doğru  gedir  və  orada  ehtiyat  halında  toplanır.  Həll  olunmuş 

şəkildə  torpaqdan  alınan  maddələr  oduncaqla  yuxarıya  doğru  nəql  edilir.  Ancaq  bu 

maddələrin  bir  qismi  floyema  ilə  də  hərəkət  edə  bilir.  Su  və  qida  maddələrinin  eninə 

hərəkəti ( orqanın eninə) özək şuaları ilə baş tutur. 

Cavan,  hələ  lazımı  iriliyə  çatmamış  yarpaqda  tənəffüsə  sərf  olunan  şəkər 

fotosintezin  yaratdığı  şəkərdən  çox  olur.  Bu  məsələ  bic  zoğlarının  nizamlanmasına 

(onların  ucunun  qoparılmasına  və  yaxud  tam  qoparılmasına  parazit  xarakteri 

daşımayana qədər əsas verir. Yetişməmiş gilələrdə də tənəffüsün intensivliyi böyükdür. 

Təcrübələr  göstərmişdir  ki,  Rislinq  sortunda  100  kq  məhsul  10  gündə  3  kq  şəkər  sərf 

edir. 


Yuxarıda qeyd edildiyi kimi, assimilyasiyanın ilk məhsulu şəkərlərin çoxsaylı sadə 

malekullarını  zəncirləyən  nişastadır.  O  hər  bir  canlı  hüceyrədə  toplanır.  Istənilən 

məqamda  fermentlərin  köməyi  ilə  nişasta  mütəhərrik  şəkərə  çevrilə  bilir  və  yerini 

dəyişib  lazım  olan  yerə  gedə  bilir  (nişastanın  səfərbər  olunması).  Sadə  şəkər 

molekulundan  hüceyrə  qlafının  divarının  qurulmasında  material  kimi  istifadə  olunan 

sellüloza əmələ gəlir. 

Şəkərlərin sadə növlərindən olan qlükoza (üzüm şəkəri) və fruktoza (meyvə şəkəri) 

piylərin, yağların, dabbaq maddələrinin, üzvi turşuların (çaxır, alma, limon), rəngverici 

maddələrin  və  zülal  birləşmələrinin  əmələ  gəlməsində  və  ehtiyat  maddələrinin 

yaranmasında mühüm rol oynayır. 

 

Torpaqdan suyun udulması. 

 

Karbon və oksigenin bir hissəsini istisna etməklə bütün elementlər köklər vasitəsilə 



udulur. Onlar suda həll olunduqdan sonra köklər vasıtəsilə udulur. Torpaq suyu duzların 

qarışdırılmış məhluludur və sərbəst sudur. Az və çox dərəcədə bu su torpaq hissəcikləri 

ilə möhkəm əlaqəli olduğuna görə əvvəlcə torpaq hissəciklərindən ayrılmalıdır. Kökün 

uducu  orqanı-kök  tükcükləri  torpaq  zərrəcikləri  ilə  möhkəm  birləşmiş  olur.  Kök 

tükcükləri  zərrəciyə  birləşmiş  suyu  udur.  Tükcüyün  hüceyrələri  vasitəsi  ilə  suyun 

udulması  yalnız sorma qüvvəsi ilə həyata keçirilir. Üzüm bitkisinin kökünə daxil olan 

suyun əsas hissəsi torpaqdan udulur. Transpirasiya vasitəsi ilə yarpaq hüceyrələrinin su 



Yüklə 4,4 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə