Prof. ġərifov Famil Həsən



Yüklə 4,4 Mb.
Pdf görüntüsü
səhifə29/207
tarix30.04.2018
ölçüsü4,4 Mb.
#40643
növüDərs
1   ...   25   26   27   28   29   30   31   32   ...   207

 

61 


İlk vaxtlarda cavan yarpaqlar boy nöqtəsində qatlanmış vəziyyətdə olur və sanki onu 

qoruyur.  Bu  onunla  izah  olunur  ki,  böyümə  üst  tərəfə  nisbətən  alt  tərəfdə  güclüdür. 

Cavan yarpaqlarda damarlanma, tüklülük və rəng güclü olur. 

Yarpaq saplağı  genişlənmiş novdana bənzər əsası  ilə zoğu üç tərəfdən əhatə edir . 

Əsasından  uzaqlaşdıqca  saplaq  girdələşir,  yarpaq  ayasına  birləşən  yerində  bir  qədər 

genişlənmiş olur. Yarpağın uzunluğu sortdan və böyümə şəraitindən asılı olaraq dəyişə 

bilir.  Saplağın  yarpaq  ayasını  günəşə  doğru  çevirmək  qabiliyyəti  vardır.  İşıq 

çatışmadıqda saplağın uzanma qabiliyyəti vardır, ancaq bu halda aya dəyişməz qalır. 

Yarpaq  ayası  iriliyi,  dişcikli  kənarları,  bütöv  və  müxtəlif  dərəcəli  kəsimliyi  ilə 

fərqlənir.  Yarpaq  ayasının  formasının  beş  əsas  tipdə  olması  qeyd  olunur:  tumurcuq 

şəkilli,  girdə,  ürəkşəkilli,  paz  şəkilli  və  yumurtavari.  Yarpaqlar  bir-birindən  üçdən 

yeddiyə qədər pəncələri ilə fərqlənir. Yuxarı və aşağı yan kəsiklər və kasa oyuğu ilə də 

fərqlənir. 

Yarpağın  kənar  oyuqları  çətinliklə  görünən,  dərini  qədər  (əgər  onlar  baş  damarın 

uzunluğundan kiçik deyilsə), çox dərin (baş damarın ¾ hissəsi qədər və baş damardan 

uzun) olur.Onlar işıq gələn yerin forması və dibi ilə fərqlənir. 

 Kənar  və  kasa  oyuqları  açıq  və  yaxud  qapalı  olur.  Açıq  və  qapalı  oyuqların  özü 

formasına görə müxtəlifdir. Oyuqlar da müxtəlif formalıdır. 

Yarpaq  ayası  lət  və  damarlardan  ibarətdir.  Baş  damar  5  ədəd  olur.  Orta  damar 

yarpaq ayasını qeyri-bərabər iki hissəyə bölür. Onlar biri digərindən uzun və yoğunluğu 

ilə fərqlənir. Hər bir damar yarpaq pəncəsində dişciklə qurtarır. Baş damardan müxtəlif 

dərəcəli budaqlanmalarla kiçik damarlar ayrılır. 

Yarpaq dişcikləri iriliyinə görə (iri,orta, kiçik və çox kiçik ), formasına (üçbucaqlı , 

düz,  mişar  şəkili,  girdə-iti,  üçbucaq-dartılmış),  və  enli  (dar,  orta,  enli  )  olması  ilə 

fərqlənir. 

Yarpaq  əksər  sortlarda  tüklü  olur.  Tükcüklər  cod,  hörümçək  toruna  bənzər  və 

yapıxmış olur. 

Yarpağın  rəngi  açıq-yaşıldan  tünd-yaşıla  qədər  dəyişir.  Sortdan  başqa,  yarpağın 

rənginə onun becərildiyi şəraitin də təsiri vardır. Kolun yaşı artdıqca yarpağın əlamətləri 

dəyişir. 

Vegetasiyanın  əvvəlində  cavan  yarpaq  və  zoğlarda  kəskin  dəyişən  rənglər  olur 

(bürüncü,  qızılı-sarı,  çaxırı-qırmızı).  Zoğ  uzandıqca  və  yarpaq  böyüdükcə  bu  rənglər 

itməyə başlayır, ancaq sorta məxsus tipik rənglər qalır. Vegetasiyanın sonunda yarpaq 

payız  rəngi  alır.  Ağ  və  çöhrayı  giləli  sortlarda  rəng  sarı,  qara  giləlilərdə  qırmızı  olur. 

Göstərilən rənglər bəzən müxtəlif kəsafətli yaşıl fonda olur. 

 

 



 

 

 



 

 

 



Yarpağın anatomiyası 

 



 

62 


Yarpağın  eninə  kəsiyinə  mikroskop  altında  baxdıqda  görünür  ki,  üstdən  və  altdan 

incə  möhkəm  qabıqla  örtülüdür.  Üst  tərəfdən  səthə  perpendikulyar  dartılmış 

hüceyrələrdən  ibarət  barmaqvari  toxumalar  vardır.  Bu  toxumaların  altında  toplayıcı 

hüceyrələrdən  ibarət  qat  yerləşir.  Alt  tərəfdən  qabığın  altında  hüceyrələr  arası  hava 

boşluğu olan dodaqvari parenxim yerləşir. Barmaqvari və dodaqvari toxumaların altında 

xlorofil dənələri yerləşir. Yarpağın alt tərəfində çoxlu miqdarda ağızcıqlar (1 mm

2

 – də 


140-150  ədəd  )  vardır.  Ağızcıq  vasitəsilə  dodaqvari  parenximdəki  hüceyrələrarası 

fəzaya  hava  keçir.  Epidermisin  altında  bir-iki  ötürücü  dəstənin  qarşısında  kollenximin 

müxtəlif  ölçülü  yastı  sapları  yerləşir.  Həlqəvi  yerləşən  dəstələr  arasında  özək  şuaları 

yerləşir. Hər bir dəstə sıx parenxim hüceyrələri ilə əhatə olunub.  

Damarlarda budaqlanma artdıqca ötürücü dəstələrin sayı  zalır. Ən incə budaqlarda 

bir dəstə olur, axırıncı budaqda isə bir ədəd spiral şəkilli boru olur. Yarpaq ayası hər iki 

tərəfdən  (üst  və  alt  )  epidermislə  örtülüdür.  Epidermis  rəngsiz,  bir-biri  ilə  möhkəm 

birləşmiş hüceyrələrdən ibarətdir. Epidermis kutikula ilə örtülüdür. Yarpağın alt tərəfinə 

nisbətən  üst  tərəfində  kutikula  qalındır.  Müxtəlif  sortlarda  kutikula  müxtəlif  dərəcəli 

inkişafa malikdir. Sıx tükcüklə örtülü yarpaq ayasında kutikula nazik olur. Ağızcıqların 

sayı yarpağın üst və alt tərəflərində eyni deyildir. Üst səthin hər mm

2

-da 2 minə qədər 



ağızcıq olur və onlar əsasən damarlar boyu düzülmüşdür. Yuxarıda qeyd edildiyi kimi 

alt tərəfdə ağızcıqlar daha çoxdur. Yarpaq səthində ağızcıqların miqdarı geniş miqyasda 

sortdan, işıqlanma şəraitindən, yarpağın yaşından, onun zoğda yerləşmə yerindən və s. 

asılıdır.  Aşağıda  yerləşən  yarpaqlara  nisbətən  üst  yarpaqlarda  ağızcıq  çox  olur. 

Yarpağın  səthinə  görə  ağızcıqların  yerləşməsi  müxtəlif  sortlarda  müxtəlifdir:  yarpaq 

səthi ilə bir səviyyədə, bir qədər dərində və səthin üstündə. 

Üst səthin epidermisinin altında çoxlu xloroplastlı barmaqvari parenximlər yerləşir. 

Barmaqvari toxumaların altında toplayıcı hüceyrə qatı yerləşir, ondan aşağıda çoxsaylı 

hüceyrə aralarından ibarət çoxqatlı dodaqvari toxumalar yeləşir. Dodaqvari toxuma 4-7 

qat  hüceyrədən  ibarətdir  və  bu  yarpağın  qalınlığının  əsasını  təşkil  dir.  Bilavasitə 

epidermisin altında rafidli iri hüceyrələrə rast gəlinir. 

Yarpaq  ayasının  və  saplağın  epidermisi  tükcük,  qılcıq  və  mirvari  vəzləri  şəklində 

çıxıntılar  verir.  Tükcüklər  və  qılcıqlar  müxtəlif  formalı  olur.  Mirvari  vəzcikləri  çox 

xırda  ağ  rəngli  kürəciklərdir  və  əsasən  saplaq  və  damarda  yerləşir.  Vəzcik  xaricdən 

epidermislə örtülüdür. Daxilində çoxlu plastik maddələri olan iri, nazik divarlı bucaqlı 

parenxim hüceyrələrdən ibarətdir. 

Yarpaq  saplağın  zoğa  birləşən  yerində  ayırıcı  toxumalar  əmələ  gəlir.  Payızda  bu 

toxumalar mantar qatına çevrilir. İlk vaxtlar parenxim boşluqlarını ötürücü toxumalarla 

doldurur.  Beləliklə,  yarpaq  zoğdan  ayrılır.  Bu  vaxta  yaxın  xloroplastlar  dağılır  və 

yarpaq  payız  rəngini  alır.  Yarpağın  qidalanması  dayanır.  Ayırıcı  mantar  qatı  əmələ 

gəldikdən sonra külək və hər hansı mexaniki təsirlərdə yarpaq qopub düşür. 

Yazda yüksək temperatur və nəmlikdə, yağışdan sonra, səhər və axşam saatlarında 

yarpağın kənar və qurtaracaq dişlərində kiçik məhlul damcıları görünür. Gündüzlər bu 

damcılar quruyur və onların  yerində  alma, quzuqulağı  və başqa turşuların duzlarından 

ibarət ağ örtük əmələ gəlir. 

Yarpağın  dişciklərində  konsentrik  yerləşən  epidermis  hüceyrələrindən  ibarət 

şəkildəyişmiş ağızcıqlar olur. Bu hüceyrələr arasında iri yarıqlar olur. Şəklini dəyişmiş 

belə ağızcıqlar hidatoqlar adlanır. Kök təzyiqinin təsiri altında şirə hidatoqlardan kənara 




Yüklə 4,4 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə