Prof. ġərifov Famil Həsən



Yüklə 4,4 Mb.
Pdf görüntüsü
səhifə37/207
tarix30.04.2018
ölçüsü4,4 Mb.
#40643
növüDərs
1   ...   33   34   35   36   37   38   39   40   ...   207

 

77 


yaxud ikisi toxum əmələ gətirir. Ikiqat mayalanma prosesi 48-72 saat çəkir. 

 

 Üzüm giləsinin böyüməsinin və yetiĢməsinin əsas 



qanunauyğunluqları. 

 

Üzüm  bitkisinin  orqanlarının  fiziologiyası  öyrənilərkən  salxım  və  gilə  daha  çox 

diqqətdə  olmuşdur.  Bu  ondan  irəli  gəlir  ki,  salxım  və  gilə  daha  çox  təsərrüfat 

əhəmiyyəti  kəsb  edir.  Ona  görə  də  bir  çox  onilliklər  ərzində  salxım  və  gilənin 

böyüməsini  və  onlarda  qiymətli  qida  maddələrinin  toplanmasının  öyrənilməsinə 

çoxsaylı  tədqiqat  işləri  həsr  edilmişdir.  Bir  çox  yüzilliklər  ərzində  çoxsaylı  emprik 

müşahidələrlə  üzümün  keyfiyyəti  və  bu  keyfiyyəti  təmin  edən  amillər  üzrə  anlayış 

formalaşmışdır.  İkinci  elə  bir  kənd  təsərrüfat  bitkisi  yoxdur  ki,  onun  keyfiyyəti 

haqqında  bu  qədər  məlumat  əldə  edilmiş  olsun.  Bu  üzüm  bitkisi  və  onun  emal 

məhsullarıdır. 

Anatomik quruluşuna görə üzüm salxımı cavan və yetişmiş zoğu xatırladır. 

Gilə  epikarpiyadan  (qabıq),  mezokarpiyadan  (lət)  və  endokarpiyadan  ibarətdir. 

Qabıq epidermisdən və onun altında 10-15 qat hüceyrədən ibarətdir. Qabığın quruluşu, 

o  cümlədən  qalınlığı,  möhkəmliyi,  hüceyrə  qatlarının  miqdarı,  eləcə  də  kutinkulanın 

tərkibi  hər  sort  üçün  spesifiklik  təşkil  edir  və  əhəmiyyətli  dərəcədə  gilənin  çürümə 

(Botritis  Cinerea)  xəstəliyinə,  nəqliyyata  və  saxlanmağa  davamlı  olmasını  müəyyən 

edir. 

Qabıq  iki  yarım  zonaya  bölünür  2-dən  8-9-a  qədər  ensiz  tangental  uzanmış  və 



qalınlaşmış divardan ibarət xarici zona. Yenə də tangeltal istiqamətli bir neçə qat- daxili 

zona.  Hüceyrə  qatlarının  sayı,  onların  qalınlığı  və  möhkəmliyi  birinci  zonada  sortlar 

üzrə eyni deyildir. Epidermis bir qat hüceyrə qatından ibarətdir. 

Gilənin ən çox hissəsini lət (mezokarp) təşkil edir. Lət parenxim quruluşlu 11-16 qat 

iri  hüceyrələrdən  ibarətdir.  Hər  bir  hüceyrə  nazik  membrandan  ibarətdir  və  hüceyrə 

şirəsi-üzüm  şirəsi  ilə  doludur.  Gilə  lətinin  hüceyrə  membranları  bir-birinə  yaxın 

oturmamışlar, onların arasında hüceyrə araları vardır ki, bunlar vasitəsilə xarici mühitlə 

qaz  mübadiləsi  aparılır.  Lətdə  iki  zona  fərqlənir.  Birincisi  birbaşa  qabığın  altında 

yerləşir  və  bir  neçə  qatdan  ibarətdir.  Bu  hüceyrələrin  membranı  çox  nazikdir  və  gilə 

yetişəndə  çox  yumşalır.  Ikinci  zonada  çox  hissəsi  radial  yerləşən  hüceyrələrdən 

ibarətdir. Onların membranı bir qədər qalındır və yumşalmırlar. Toxuma yaxın və ona 

birləşən lət endokarpiya adlanır. 

Giləni  təşkil  edən  ümumi  hüceyrə  qatı  25-30-dur.  Beləliklə,  gilənin  həcminin 

böyüməsi qatların sayı ilə yox, onların böyüməsi ilə bağlıdır. 

Tədqiqatlara  görə  gilənin  böyüməsinin  ilk  mərhələsində,  yəni  mayalanmadan 

onların 2-3 mm-ə çatmasına qədər böyümə hüceyrələrin bölünməsi hesabına, sonra isə 

isə onların böyüməsi hesabına baş verir. 

Süfrə üzümlərində 6-7 kənar hüceyrə qatı epidermislə birlikdə gilənin qabığını təşkil 

edir.  Süfrə  sortlarının  gilələrində  qabıqdan  mezokarpiyaya  keşid  xüsusi  anatomik 

quruluşlu deyildir. 

Texniki  sortlarda  qabığın  hüceyrə  qatları  azdır,  hüceyrələr  xırdadır  və  membranı 

qalındır.  Buna  görə  də  texniki  sortların  gilələrinin  qabığı  hiss  olunan  dərəcədə  lətlə 

sərhədlənir. Mezokarpiya incə membranlı daha iri hüceyrələrdən ibarətdir və əzildikdə 



 

78 


qabıqdan asanlıqla ayrılır. 

 Salxım və gilənin böyüməsi bir çox tədqiqatların obyekti olmuşdur. Çiçək qrupu və 

gilənin  həcminin  böyüməsi  tsikl  boyu  qeyri-bərabər  gedir.  Çiçək  qrupunun  saplağı, 

eləcə  də  onun  digər  orqanları  əvvəlcə  surətlə  böyüyür,  sonra  onların  böyüməsi 

yavaşıyır, çiçəkləmənin əvvəlində demək olar ki, dayanır. Kütləvi çiçəkləmə dövründə 

çiçək  qurupunun  böyüməsinin  yeni  dalğası  başlayır  və  gilənin  noxud  boyda  olmasına 

qədər  davam  edir.  Beləliklə,  çiçək  qrupunun  iki  böyümə  dövrü  müşahidə  edilir. 

Çiçəkləmə  məqamında  çiçək  qrupunun  oxunda  böyümənin  dayanması  elə  bil  çiçək 

qrupunun  salxıma  keçidini,  yəni  mayalanmanın  sonunu,  yumurtalığın-gilənin 

böyüməsinin başlanğıcını göstərir. Yeni orqan-gilə ilə salxım əmələ gəlir. 

C. Uinklerə görə üzüm sortlarında gilənin böyüməsini bir-birindən aydın seçilən üç 

fərqli  dövrə  bölmək  olar.  Bir  çox  çəyirdəkli  meyvə  bitkilərində  və  üzümdə  birinci 

dövrdə  gilənin  həcmi  sürətlə  böyüyür,  rüşeymin  böyüməsi  zəifləyir,  ikinci  dövrdə 

rüşeym böyüməsi sürətlənir ancaq  gilənin  böyüməsi  yavaşıyır. Üçüncü dövrdə  gilənin 

böyüməsi yenidən surətlənir. Gilə ilə toxum arasında bu cür böyüməni onların arasında 

bir növ rəqabət kimi qiymətləndirmək olar. Gilə ilə toxum arasındakı bu cür inkişaf S 

şəkilli əyri adlanır. 

Tədqiqatların nəticələri göstərir ki, rüşeymin böyüməsinə lazım olan qida maddələri 

ən  çox  meyvə  və  gilənin  lətində  toplanır.  Ağ  oval  kişmişi  sortunda  toxum  rüşeymi 

böyümənin  ikinci  dövrünə  bir  həftə  qalmış  toxum  rüşeymi  olur.  Bu  nöqteyi  nəzərdən 

salxımda noxudlanmış gilələr digər gilələrə nisbətən tez yetişməyə başlayır. 

 Hiberellin  və  başqa  fizioloji  fəal  maddələrin  salxım  və  gilənin  böyüməsinə 

əhəmiyyətli dərəcədə təsiri vardır. Bu məsələ üzrə aparılan tədqiqatlar göstərmişdir ki, 

hiberllinlə işlənmədə salxım xeyli uzanır (salxımın əsasəndan əsas oxun axırına qədər). 

Hiberellinlə  işləmə  çiçəkləməyə  2-3  həftə  qalmış  aparıldıqda  müsbət  nəticələr  alınır. 

Yəni  salxım  darağı  uzanır  ki,  bu  da  seyrəltməyə  bərabər  olur.  Toxumlu  sortlarda  da 

hiberellinin  əhəmiyyəti  vardır,  ancaq  toxumsuz  sortlarda  salxım  və  gilənin  böyüməsi 

daha tez və çox nəzərə çarpır. Aparılan müşahidələrə görə hiberellinin təsirindən salxım 

daha  çox  uzanır.  Müəyyən  həddə  qədər  hiberellin  məhlulun  qatılığı  artırıldıqda  və 

işləmələrin  təkrarları  artırıldıqda  (məs:  3  dəfə  )  müsbət  nəticə  tez  nəzərə  çarpır. 

Hiberellinin təsirindən təkcə salxım və gilə həcmcə artmır, həm də onların çəkisi artır. 

K.V.Cmirnovun tədqiqatlarına görə üzümün hiberellinlə işlənməsində aşağıdakılara nail 

olunur: 

1) mərkəzi ox və yan budaqlar uzanır. 

2)  gilələr  böyüyür,  bu  böyümə  toxumsuz  və  funksional  dişi  tipli  çiçəkləri  olan 

üzümlərdə daha faydalı olur. Toxumun rudimenti nə qədər xırda olsa bir o qədər təsirli 

olur . Toxumlu sortlarda bu əməliyyat həmişə faydalı olmur. 

3) üzümün nəqliyyata davamlılığı azalır. 

4) salxımın orta çəkisi artır. 

5)  gilənin  böyüməsi  və  salxımın  çəkisinin  artması  hesabına  məhsuldarlıq  1,5  –  3 

dəfə artır. 

6)  ikicinsli  çiçəyi  olan  sortlarda  toxumsuzluq  çoxalır,  funksional  dişi  tipli  sortlara 

özgə erkəkcik tozcuğunu əvəz edir. 

Hiberellin  üzrə  başqa  tədqiqatlarda  müəyyən  olunmuşdur  ki,  hiberellin  turşusunun 

(ÇA-3  )  tətbiqi  nəticəsində  Konkord  sortunda  məhsulun  yetişməsi  15  gün  tezləşir. 



Yüklə 4,4 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə