Prof. ġərifov Famil Həsən



Yüklə 4,4 Mb.
Pdf görüntüsü
səhifə34/207
tarix30.04.2018
ölçüsü4,4 Mb.
#40643
növüDərs
1   ...   30   31   32   33   34   35   36   37   ...   207

 

71 


cəmi  25-30  sm  uzunluğunda  olur.  Bu  təqdirdə  gələcək  bar  barmağı  üçün  zoğ 

çatışmazlığı baş verir. 

Bəzən  elə  hallar  olur  ki,  zoğun  yuxarılarında  çiçək  qrupu  istər  əsas,  istərsə  də  bic 

zoğlarında bığcıqdan sonra əmələ gəlir. Bunu bitkidə qida rejiminin pozulması ilə izah 

etmək olar. 

Qeyd edildiyi kimi əvəzedici tumurcuqlar əsas tumurcuğun ətrafında yerləşir, onlar 

iri və mürəkkəb quruluşlu tumurcuğa çevrilə bilər və yaxud o qədər zəif olur ki, inkişaf 

əvəzinə oduncağın içərisində qalır.  

Gövdə yoğunlaşdıqca onlar çox zəif böyüməkdə davam edir. Vaxt keçdikcə onların 

böyümə konusunda yeni təpəciklər əmələ gəlir. 

Beləliklə,  əvəzedici  tumurcuqlar  çoxillik  oduncaqda  yatmış  tumurcuğa  çevrilir. 

Bəzən əsas tumurcuq da oyanmır və onlar da yatmış tumurcuğa çevrilir. Bəzən səhvən 

yatmış  tumurcuğu  adventiv  kök  adlandırılır.  Tədqiqatlarla  müəyyən  edilmişdir  ki, 

V.Vinifera da adventiv tumurcuq əmələ gətirmir.  

Əlverişli  şərait  olduqda  yatmış  tumurcuq  regenerasiya  edərək  qışlayan  tumurcuq 

kimi o da zoğa çevrilir. Bu zoğlar morfoloji cəhətcə əsas zoğdan az fərqlənir. Əsas fərq 

ondadır  ki,  haramı  zoğ  güclü,  yoğun  və  çıxdığı  yerə  zəif  birləşmiş  olur.  Yatmış 

tumurcuqdan çıxan qışlayan gözcük növbəti ildə normal göstəricilərə malik olur.  

Yuxarıda qeyd etdiyimiz kimi bir çox Orta Asiya sortlarında və bizim yerli Təbrizi 

sortunda əvəzedici tumurcuqlar barsız olur. Odur ki, bu sortların haramı zoğları barsız 

olur. Yaş artdıqca yatmı tumurcuğun məhsuldarlığı azalır. 

K.Stoyev  yazır  ki,  yatmış  tumurcuqlar  üzüm  bitkisində  canlı  böyümə  nöqtələrinin 

ehtiyat mənbəyidir. Çoxillik oduncaqda kambi qatı və oduncaq hissə sağlam olduqda bu 

ehtiyat daha etibarlı olur.  

Yatmış  tumurcuqların  formalaşması  fasiləsiz  və  labüddür.  Normal  təbii  şəraitdə 

kolun çoxillik hissələrindən çıxan çoxlu haramı zoğlar o deməkdir ki, həm kolun yükü 

nisbətən azdır, həm də normal enerjisi vardır. Kolun yükü normadan az olduqda yatmış 

tumurcuqların oyanması və onlardan çıxan zoğların inkişafı intensivləşir. Nə qədər ki, 

qidalanma zoğun uzunu boyu bərabər getmir, barlı təpəciklərin (çiçək qrupu başlanğıcı) 

yaranması  və  onların  diferensasiyası  bərabər  ola  bilməz.  Bu  səbəbdən  də  tumurcuğun 

keyfiyyəti (tumurcuğun barlılığı) nəzəri və praktiki əhəmiyyət daşıyır. 

Öz  tədqiqatlarını  tumurcuğun  məhsuldarlığının  öyrənilməsinə  həsr  etmiş  bir  çox 

müəlliflər hesab edirlər ki, zoğun orta zonasında yerləşən tumurcuqların çiçək qrupları 

çox və daha iri ölçülü olur.  

V.Kolesnikə görə çiçək qruplarının intensiv artması dekabr-yanvar aylarına təsadüf 

edir. 


J.N. Kondonun məlumatına görə dərin yuxu fazası başa çatdıqdan sonra tumurcuqda 

embrional zoğun böyüməsi bərpa oluna bilir və buğumaraları bir qədər də artmış olur. 

Bu  böyümə  tumurcuğun  yuxarı  meristem  hüceyrələrinin  böyüməsi  ilə  yox,  əvvəllər 

əmələ gəlmiş buğumların və buğumaralarının dartılması hesabına baş verir. 

Bitki  orqanlarının  istirahət  vəziyyətini  fizioloqlar  böyümə  vəziyyətinə  qarşı 

qoyurlar.  İstirahət  o  orqanlara  aiddir  ki,  onlar  boy  vemə  qabiliyyətinə  malikdir. 

Orqanlarda istirahəti tumurcuğun embrional toxumaları və kambi törədir. 

Yuxarıda  qeyd  edildiyi  kimi  yarpaq  qoltuğunda  yerləşən  tumurcuqlar  qışlamadan 

sonra  yazda  oyanır.  Ona  görə  də  "qışlayan  tumurcuq"  və  yaxud  "qışlayan  gözcük" 



 

72 


adlanır.  Onun  payız  və  qış  vəziyyəti  istirahət  vəziyyəti  adlanır.  Bitkilərin  istirahət 

vəziyyətində  böyümə  tamamilə  dayanır,  maddələr  mübadiləsinin  intensivliyi  aşağı 

düşür, hüceyrələrdəki  maddələr  ciddi dəyişikliyə məruz qalır. N.A.Maksimov  istirahət 

anlayışını aşağıdakı kimi qəbul edir: istirahət edən orqanlarda boyatmadan (hətta onlara 

əlverişli şərait yaradılsa belə) başqa həyat fəaliyyətinin bütün hallarını müşahidə etmək 

olar. 


Qışlayan  gözcüyün  gələcək  inkişafı  üçün  payız-qışın  aşağı  temperaturunun  nə 

dərəcədə əhəmiyyəti hələ lazımınca öyrənilməmişdir. Bir çox müəlliflərin (J.N. Kondo) 

fikrincə üzüm bitkisi payız-qışın aşağı temperaturunun təsirinə məruz qalmayınca, onlar 

yazda oyanmaq xüsusiyyətini  qazanmaz və  gələcəkdə inkişaf etməz. Bizim fikrimizcə 

bu məsələnin əsaslı yoxlanmasına ehtiyac vardır. Azərbaycan şəraitində tək-tək illərdə 

qış  mülayim  keçir  və  üzüm  bitkisi  payız-qış  soyuqlarını  görmür.  Bundan  başqa 

dünyanın  bir  çox  hissələrində,  məsələn,  Ərəbistan  yarımadasında  və  Afrikada  üzüm 

bitkisi  aşağı  temperaturu  yaşamır,  ancaq  üzüm  bitkisi  yaşayır  və  məhsul  verir.  Bu 

məsələnin  həlledici  məqamı  vegetasiyanın  sonunda  üzüm  bitkisinin  aşağı  temperatur 

tələb  etməsidir  (J.N.Kondo  ).  Üzüm  bitkisinin  soyuğa  olan  tələbi  ödənilmədikdə 

meristem  hüceyrələri  mübadilə  reaksiyasını  -  tumurcuqları  fəal  böyümə  mərhələsinə 

keçə bilmir. 

Üzüm  çubuqlarını  ilk  yazda  soyuducuda  0°C  temperaturda  saxladıqda  onun  üzvi 

istirahəti 1,5 ay çəkir. A.J.Potapenko müəyyən etmişdir ki, qış nə qədər üzünmüddətli 

olarsa yazda tumurcuqlar bir o qədər tez açar. 1-8°C temperatur şəraitində kolun uzun 

müddət  qalması  üzvi  istirahət  fazasını  qısaldır.  Beləliklə,  soyuqla  bitkiyə  təsir 

göstərilməsi istirahət dövrünün qısalmasına təsir göstərən vasitə hesab edilir. 

 

 Çiçəyin morfologiyası, anatomiyası və fiziologiyası 



 

Üzüm bitkisində çiçəklər çiçək qrupunda yerləşir. Hər bir üzüm sortunda müəyyən 

formada  və  irilikdə  çiçək  qrupu  olur.  Bunlar  böyüdükcə  gələcək  salxımın  forma  və 

iriliyinə yaxınlaşır. Çiçək qrupu mürəkkəb salxım və süpürgəni xatırladır. Çiçək qrupu 

hələ  qışlayan  gözcükdə  embrion  vəziyyətdə  olarkən  əmələ  gəlir,  qışlayan  gözcüklə 

birlikdə qışlayır və ilk yazda tumurcuqlar açan kimi onlar da görünməyə başlayır. Çiçək 

qrupu və bışcıq gövdə quruuşlu olub bir tipli orqan hesab edilir.  

Bığcıq  zoğun  uzunu  boyu  müəyyən  qayda  ilə  düzülür:  iki  buğum  bığcıqla,  bir 

buğum bığcıqsız və qayda ilə zoğun uzunu boyu davam edir. Bığcıqlar əmələ gələn kimi 

fırlanıb  özünə  dayaq  axtarır.  Hər  iki  saatdan  bir  bığcıq  fırlanır  və  bu  vəziyyət  bir-iki 

sutka davam edir, dayağa rast gəlmədikdə artıq fırlanmır və tədricən quruyur. Bığcıqlar 

sadə  və  budaqlanmış  olur.  Budaqlanmışların  bir  tərəfində  kiçik  və  iri  çiçək  qrupları 

vardır.  Əksər  hallarda  kiçiklərdə  çiçəklər  tökülür,  bığcıq  qalır,  bəzilərində  isə  tərsinə, 

bığcıq quruyur, kiçik çiçək qrupu zingiləyə çevrilir. Ona görə də çiçək qrupu ilə bığcıq 

gövdə qruluşludur. 

Çiçək  qrupunun  əsas  oxundan  bir-birindən  müxtəlif  məsafədə  müxtəlif  dərəcəli 

budaqlanmalar gedir, axırıncı budağın ucunda çiçək saplağı yerləşir. Çox iri salxımlarda 

ikinci və üçüncü dərəcəli budaqlanmalar gedir. Əsas oxun zoğa birləşdiyi yerdən birinci 

budaqlanmaya qədər olan hissəsi saplaq adlanır. 

Bığcıqdan fərqli olaraq çiçək qrupunda budaqlanma monopodialdır. Çiçək qrupunun 




Yüklə 4,4 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə