Prof. ġərifov Famil Həsən



Yüklə 4,4 Mb.
Pdf görüntüsü
səhifə19/207
tarix30.04.2018
ölçüsü4,4 Mb.
#40643
növüDərs
1   ...   15   16   17   18   19   20   21   22   ...   207

 

40 


sortlar əldə etmişlər. Amur üzümünün yarpaqları payızda qırmızı rəng alır, 

ona görə də park, çardaq və divarların yanında bəzək məqsədi ilə əkilir. 

      Amur  üzümünün  vətənində  ildə  700  mm-ə  qədər  atmosfer  çöküntüləri 

olur. Ona görə də orta qurşaqda becərilən quraqlıq illərdə o zəif böyüyür və 

zoğları  pis  yetişir.  Amur  üzümü    Antraknoz,  Serkosporioz  və  mildiunun 

yerli  forması  (plazmopera  amurenzis  pros)  tutulur,  ancaq  bu  xəstəliyin 

amerikan formasına nisbətən davamlıdır. 

     M.F.Tsebriy. 

L.Y.Lebedeva, 

N.İ.Denisov, 

Y.İ.Potapenko, 

A.İ.Potapenko,  İ.N.Martınova,  F.İ.Şatilov  tərəfindən  Amur  üzümünün 

şaxtaya davamlı tezyetişən formaları seçilmişdir. Bu üzümlər Komsomolsk 

rayonunda da becərilə bilir. 

     Amur  üzümünün  bu  formaları  Amur  vilayətində,  Primorsk,  Xabarovsk 

diyarlarında,  hətta  Orta  Asiya  Respublikalarında  da  becərilir.  Daşkənd 

vilayətində suvarılan şəraitdə sentyabrın əvvələrində yetişir və 25q/100sm

 



şəkər toplayır. 

     V.Tunbergii  sieb  et  Zucc  növ  uzaq  Şərqdə  Primorsk  diyarının  Ussuri 

hissəsində dənizkənarı qayalıqlarda, Çində, Yaponiyada, Koreyada ağac və 

kolluqlarda  bitir.  Kol  tipli  lian  olub  haçalı  bığcıqlar  əmələ  gətirir.  Zoğun 

üzərindəki hər üçüncü bügüm bığcıqsız (bu 1∕2 düsturu adlanır), zoğu güclü 

,cavan  vaxtı  narıncı  rəngli  tükcüklərlə  örtülü  olur.  Yarpağı  3-5  pəncəli 

olub,  eni  uzunundan  artıq  olduğundan  ürəkvari  formasını  alır.  Yarpağı 

dişli,  damarları  bərk  və  tükcüklə  örtülüdür.  Yarpaq  ayasının  üstü  yaşıl 

rəngli, tüksüz, alt hissəsi qonur rəngli tükcüklərlə əhatə olunmuşdur. 

      Çiçəkləri ikievlidir, çiçək  qrupu six  tükcüklə  örtülüdür. Giləsi  yeməyə 

yararsız,  xırda,  rəngi  qara,  üzəri  mum  təbəqəsi  ilə  örtülü,  qabığı  kobud, 

içərisində  3-  4  ədəd  xırda  üçkünc  ,  ucu  qısa,  nazik,  aşağısı  enli,  qarın 

tərəfindəki  yarıq  çətin  görünən  toxum  olur.  Yarpağın  payız  rəngi 

qırmızımtıldır. Avropada bu növ bəzək bitkisi kimi becərilir. 

      Coignetial  (  koiqnetceal  üzümü).    Bu  növ  yabanı  halda  Yaponiyada, 

Koreyada,  Saxalində,  ən  çox  Xokkaydo  da  rast  gəlinir.  Onun  kolları  çox 

güclü böyümə qabiliyyətinə malikdir. 

      Vitis  cinsinə  daxil  olan  növlərin  içərisində  bunun  yarpaqları  ən  iridir. 

Yarpağın uzunluğu 30 sm-ə, eni 28 sm-ə çatır, səthi bütövdür. 

      Şaxtaya 

davamlılığı  yüksəkdir.  Yaponiyanın  yüksək  dağlıq 

rayonlarında daimi qar olan yerlərin yaxınlığında bitir və məhsul verir. Ona 

görə də 1885-ci ildə Fransaya gətirilərək Avropanın ən şimal regionlarında 

becərmək cəhdləri o qədər də uğurlu olmamışdır. Alınan şərabın keyfiyyəti 

aşağı olduğundan bu növ üzrə aparılan eksperimentlər dayandırılmışdır. 



 

41 


     Şərqi  Asiya  qrupuna  daxil  olan  növlər  icərisində  öyrənilənlərdən  biri 

Lanata  Roxburgli  Saxalində,  Koreyada  və  Yaponiyada  yayılmışdır. 

Colgnetial Pullat növü də vardır və o da yuxarıda qeyd olunan rayonlarda 

yayılmışdır. 

 

ġimali Amerika növləri. 

 

Bu  qrupa  daxil  olan  növlər  biomorfoloji  xösusiyyətləri  ilə  bir-

birindən xeyli fərqlənir, ən başlıcası isə bu növlərin təbii halda, habelə süni 

şəraitdə  bir-biri  ilə  asan  tozlanaraq  qiymətli  hibridlər  əmələ  gətirməsidir. 

Bu  baxımdan  seleksiyada  şaxtaya  davamlı,  giləsi  yüksəkkeyfiyyətli 

sortların  yaradılması  məqsədi  ilə  Amerika  növlərinin  iştirakı  ilə 

fillokseraya davamlı calaqaltılar yaradılmışdır. 

 

Üzümün  Amerika  növləri  Şimali  Amerikanın  şərq  hissəsində 



Meksikadan  Kanadaya  qədər  meşələrdə,  çay  sahillərində  ağaclara 

dırmaşaraq və qayalara qalxaraq lian şəklində bitir.Bu yerlərin təbii şəraiti 

üzüm bitkisi üçün əlverişlidir. 

 

Yüksək  çarpaz  tozlanmaq  qabiliyyəti  olan  amerikan  üzümləri 



onlarda  böyük  dəyişkənliyə  və  çoxlu  miqdarda  təbii  növarası  hibridlərin 

yaranmasına səbəb olmuşdur.  

 

Amerikan  növlərinin  hamısı  iki  evlidir:  bir  bitkidə  erkək  çiçəklər, 



digərində funksional dişi tipli çiçəklər olur. Salxımı xırdadır, giləsi 4 mm-

dən 25 mm-ə qədərdir. Bir çox növlərdə gilələr xüsusi dada malikdir. 

 

Breyder  1964-cü  ildə  müəyyənləşdirmişdir  ki,  Amerika  növləri  və 



bilavasitə  hasiledicilərin  məhsulundan  hazırlanan  şərab  zəhərli  olur  və 

təcrübə heyvanlarına mənfi təsir etmişdir. Bunu həmin hibridlərin şirəsində 

fillokseraya  davamlı  maddələrin  olması  ilə  izah  edirlər.  Ancaq  pasterizə 

olunmuş və təzə şirə zərərsiz olur. 

 

Şirənin zəhərli olmasını belə izah edirlər: həmin maddələr etil spirti, 



xüsusilə  şərabda izoamil, izobutil və b.spirtlər olan mühitdə zəhərli olur. 

Bilavasitə  hasiledicilərin  məhsulundan  şərab  hazırlanması  qadağan 

olunmuşdur.  Həmin  hibridlərin  məhsulunun  təzə  halda  və  spirtsiz  içkilər 

kimi istifadə olunması məsləhət görülür. Bütün bunlar Breyderin və onun 

əməkdaşlarının  fikridir.  Hazırda  bilavasitə  hasiledici  sortlar  dünyanın 

üzümçülük  ölkələrində,  xüsusilə  Gürcüstanda,  az  miqdarda  Azərbaycanda 

becərilir  və  ondan  şərab  da  hazırlanır,  ancaq  insanlar  bu  içkidə  heç  bir 

təhlükə görmürlər. 

 

Bəzi növlərin gilələrinin yeyilmək üçün yararlı olmasına baxmayaraq 



onlar Amerikanın kəşfindən sonra mədəni halda becərilməyə başlanmışdır. 


Yüklə 4,4 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə