Prof. ġərifov Famil Həsən



Yüklə 4,4 Mb.
Pdf görüntüsü
səhifə18/207
tarix30.04.2018
ölçüsü4,4 Mb.
#40643
növüDərs
1   ...   14   15   16   17   18   19   20   21   ...   207

 

38 


Əslində heç bir üzüm sortunun giləsində qara rəng olmur, qara adlandırılan 

bu  rəng  tünd-  bənövşəyidir.  Morfoloji  əlamətlərinə  görə  yabani  üzümlərə 

çox yaxındır. 

      Qərbi Avropa ekoloji-coğrafi qrupuna mənsub olan sortlar əsasən Qərbi 

Avropada  yayılmışdır  (Fransa, Almaniya, İtaliya, İspaniya, Portuqaliya  və 

onlara yaxın ölkələr). Bu ölkələrin hər birinin  özünün yerli sortları vardır. 

Hazırda  bu  sortlar  dünyanın  hər  yerinə  sürətlə  yayılmaqdadır.  Fransada 

calaq üzüm  tingi  istehsalı  o qədər genişlənmişdir ki,  onun  məhsulu  (ting) 

demək olar ki, dünyanın 5 qitəsində artıq özünə yer eləmişdir. 

      Azərbaycan  Respublikasında  bu  sortlar  əsasən  üzüm  kolleksiyalarında 

tək-tək nüsxələrdən olardı. 2003-cü ildən bizim respublikada bu sortlardan 

minlərlə hektar iri sənaye üzümlükləri salınmışdır. O cümlədən Avstraliya, 

Afrika və Çin son illərdə bu sortlardan geniş miqyasda istifadə edirlər. 

Bu  sortlar  aşağıdakı  əlamətləri  ilə  səciyyələnir:  yarpağın  alt  tərəfində 

hörümçək  toruna  bənzər  tüklüdür,  kənarları  aşağıya  doğru  əyilmiş  olur. 

Salxımı  iri  deyil,  sıxdır,silindrik  və  yaxud  konusvaridir.  Gilələri  girdə  , 

xırda və orta irilikdədir, qara və ağ rənglidir, ləti şirəlidir. Toxumu  xırda 

və qısa dimdiklidir. 

      Bu  qrupun  sortları  əsasən  yerli  yabanı  üzümlərdən  əmələ  gəlmişdir. 

Morfoloji əlamətlərinə görə yabanı üzümlərə çox yaxındır.  

      Daha  şimal  mənşəli  sortlar  bundan  əvvəlki  qruplarla  müqayisədə  yerli 

yabanı  üzümlərin  əlamətlərini  daha  çox  özündə  saxlamışdır.  Bunlar  daha 

qısa  veqetasiya  müddəti  və  daha  çox  şaxtaya  davamlılığı  ilə  xarakterizə 

olunur.  Bu  bitkilər  uzun  gün  bitkisidir  və  böyümə  gücü  nisbətən  zəifdir. 

Onlarda  barlı  zoğlar  daha  çox  olur,  bir  barlı  zoğda  3-4  salxım  olur,  bar 

əmsalı 1-dən çoxdur. Kolları qısa və orta uzunluqlu kəsməni tələb edir.  

     Bu  qrupun  sortlarının  hamısı  texniki  sortlardır.  Partenokarp  sortlar 

demək olar ki yoxdur və bunlara misal olaraq aşağıdakıları göstərmək olar: 

Aliqote,  Pino  qrupu,  Kaberne,  Kaberne  sovinyon,  Sovinyon,  Rislinq, 

Semilyon, Alikant, Merlo və.s. 

     Bu  üç  qrupun  yerli  köhnə  sortlarından  başqa  avropa-asiya  üzümlərinə 

daha gec tapılan və yaradılan sortlar da daxildir. 

     Əsas qruplar üzrə sortların bioloji xüsusiyyətlərinin öyrənilməsi onların 

sorta  məxsus  aqrotexnikasının  işlənib  hazırlanmasında  əsas  vasitələrdən 

hesab edilir. 

      Şimali Afrika qrupu ( konvar Nord-Afrika). 

Əksər  sortları  uzun  veqetasiya  müddətli  və  və  həmişə  yaşıldır. 

Tumurcuqları  gec  açılır,  yarpaqları  gec  tökülür,  şaxtaya  və  göbələk 

xəstəliklərinə davamsızdır İstifadə  istiqaməti əsasən süfrə üzümçülüyüdür. 



 

39 


 

Üzümün ġərqi Asiya növləri. 

 

       Şərqi Asiyada üçüncü dövrdən qalan çoxlu üzüm növləri bitir (39 növ). 

Ümumilikdə bu növlər az öyrənilmişdir və gilələrin pis keyfiyyətinə görə 

onlar  mədəni  halda  becərilmir.  Bu  üzümlər  Amur  və  yaxud  Ussuriya 

üzümü  adlanır.  Ussuriya  ölkəsində  Amur  sahillərində  bitdiyindən  ona 

―Ussuriya‖  və  yaxud  ―Amur‖  üzümü  adı  verilib.  Bu  növə  daxil  olan 

üzümlər Ussuriya ölkəsində Amur çayı sahillərində qumsal, rütübətli, qışı 

sərt olan bir şəraitdə, iynəyarpaqlı bitkilər, xüsusilə sidr ağacları ilə birlikdə 

qalın  meşələrdə  habelə  Çində,  Yaponiyada  və  Xabarovsk  diyarının  açıq 

sahələrində bitir. 

      Amur  üzümünün  qiymətli  xüsusiyyətlərindən  biri  onun  çox  aşağı 

şaxtaya  davamlılığı  qabiliyyətindən  ilk  dəfə  İ.V.Miçurin  istifadə  edərək 

ölkənin  orta  qurşağı  üçün  şaxtaya  davamlı  sortlar  yaratmışdır  (  Şimal  ağ 

üzümü,  Şimal  qara  üzümü,  Asktik,  Buytur,  Rus  konkordu,  Metalliçeski, 

Kolxoznıy, №135, Qaraşirin, və.s) 

      Yabanı  halda  Amur  üzümü  çoxlu  miqdarda  barlı  zoğlar  əmələ  gətirir 

(60 % və daha çox). Bar əmsalı 1,7 -dir.  

Şərqi  Asiya  üzüm  qrupuna  çoxlu  miqdarda  növ  daxildir.  Bunların 

içərisində ən çox əhəmiyyət kəsb edəni  Amurenzis – Rupr-dur. 

      Yaponiya  və  Koreyada    V.Thunbergii  Sieb  et  Zucc,  şərqi  Hindistanda 

v.tomentoca  Heyne  və  V.Lanata  Roxb  növlərinə  rast  gəlinir.  Saxalində, 

Koreya  və  Yaponiyada  V.Colgnetiai  Pulliat  növləri  dekorativ  məqsədə 

becərilir. Cənubi Saxalində V.Kaemferi Koch bəzək bitkisi hesab edilir. 

V.Amurenzis    Ruprechtit  erkək  və  funksional  çiçəyi  olan  ikievli  bitkidir. 

Yarpağin səthi qabarcıqlıdır, alt tərəfi cod tüklüdür. Salxımı xərdadır (10-

15 sm), giləsi xırdadır (7-11 sm), girdə,qara şirəli, az şəkərlidir. 

      Amur  üzümü  şimal  rayonlar  üçün  daha  əlverişli  hesab  edilir. Kollarda 

şirə hərəkəti  +5°C-də başlayır. Vegetasiya müddəti +8-10ºC-də başlayır və 

digər  növlərə  nisbətən  tez  başa  çatır.  Amur  üzümü  -40°C  şaxtaya  tab 

gətirir, qələm və calaqla çoxaldılır. Gilələri hər il yetişmir, 10-15q/100 sm

3

 

şəkər toplaya bilir. Uzaq Şərq diyarinda amur üzümünü təzə halda və emal 



üçün  istifadə  olunur.  Seleksionerlər  iri  giləli  və  yüksək  şəkərli    formalar 

əldə etmişlər. 

       Seleksionerlər bundan istifadə edərək şaxtaya davamlı sortlar alınması 

işini  davam  etdirirlər.  Y.İ.Potapenko  adınna  Novoçerkaskda  Ümumrusiya 

Elmi-Tədqiqat  Üzümçülük  və  Şərabçılıq  İnstitutunda  şaxtaya  davamlı  və 

yüksək  keyfiyyətli    Fiolotovıy  rannıy,  şimal  Saperavisi  və  bir  sıra  başqa 




Yüklə 4,4 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə