Prof. ġərifov Famil Həsən



Yüklə 4,4 Mb.
Pdf görüntüsü
səhifə15/207
tarix30.04.2018
ölçüsü4,4 Mb.
#40643
növüDərs
1   ...   11   12   13   14   15   16   17   18   ...   207

 

32 


fillokseraya  davamlı  əkin  materialı  alınmasına  ehtiyac  qalmazdı.  V. 

Rotundifoliya  Michx  yarımcinsinin  carpaz  tozlandırılmasından  alınmış 

toxumlarından 70-ə qədər mədəni sort alınmışdır.  

Vitis  Munsoniana  Simps.  Floridanın  bataqlıq  yerlərində  bitir.  Zəif 

böyümə  gücünə  və  xırda  gilələrə  malikdir.  Biomorfoloji  xüsusiyyətlərinə 

görə  V.Rotundifoliya  növünə  yaxındır,  ancaq  ondan  fərqli  cəhətləri  də 

vardır.  Kolları  zəif  böyüyən,  gilələri  nisbətən  xırda,  rəngi  tünd  göydür. 

Qabığı  və  ləti  zəif  və  ətirsizdir.  V.  Rotundifoliyaya  nisbətən  az 

öyrənilmişdir. Xromosomlsrın sayı 2

n

=40 



Euvitis Planch yarımcinsinin növləri- bığcıqları budaqlıdır, Birillik 

zoğlarında  mərcimək  olur,  buğumlarında  diafraqma  vardır,  ikinci  qabığı 

zolaq  şəklidə  ayrılır,  toxumun  bel  tərəfindəki  xalaza  ətrafında  şırımlıdır. 

Xromosom 2

n

=38-dir. 



Vitis  Rotundifoliya    növündən  meşə  şəraitində  təbii  seçmə  və 

hibridləşdirmə  yolu  ilə  20-dən  çox  sort  alınmışdır.  Bunların  içərisində  ən 

geniş  yayılanı  Skapperionq  sortudur.  Bu  sortun  kolları  çox  güclüdür.  Bir 

kolu  0,4  ha  sahəni  tutur  və  baxımsızlıq  şıraitində  1  ton  gilə  verir.  Belə 

becərmə şəraitində salxımlar yığılır, kol silkələnərək gilələr tökülür. Ancaq 

keyfiyyətinə görə V.Vinifera L. Məhsulundan geri qalır. 

Yuxarıda  qeyd  edilən  kimi  V.Rotundifoliya  fillokseraya  tam 

immundur, göbələk xəstəliklərinə, nematoda qarşı nisbətən davamlıdır. Bu 

yeganə  növdür  ki,Şimali  Amerikanın  tropik  və  subtropik  zonalarında 

becərilir.    

Vitis  Rotundifoliya  növündən  meşə  şəraitində  təbii  seçmə  və 

hibridləşmə  yolu  ilə  20-dən  çox  sort  alınmışdır.  Bunların  içərisində  ən 

geniş  yayılanı  Skapperionq  sortudur.  Bu  sortun  kolları  çox  güclüdür.  Bir 

kolu  0,4  ha  sahəni  tutur  və  baxımsızlıq  şəraitində  1  ton  gilə  verir.  Belə 

becərmə  şəraitində  salxımlar  yıgılmır,  kol  silkələnərək  gilələr  tökülür. 

Ancaq keyfiyyətinə görə V.Vinifera məhsulundan geri qalır. 

       Yuxarıda  qeyd  edilən  kimi  V.Rotundifoliya  fillokseraya  tam 

immundur, göbələk xəstəliklərinə nematoda qarşı nisbətən davamlıdır. Bu 

yeganə  növdür  ki,  Şimali  Amerikanın  tropik  və  subtropik  zonalarında 

becərilir. Avropada və digər gitələrdə bu növ becərilmir. 

       1962-ci  ildə  ABŞ-da  çoxsaylı  çarpaz  tozlanmalardan  alınan  F  hibridi 

Vitis  Vinifera  birinci  dəfə  olaraq  Evvitislə  V.Rotundifoliya  arasında 

müvəfəqiyyətli  əlaqə  yaratmaq  mümkün  olmuşdur.  Bu  hibridlər  Fransaya 

gətirilmiş  və  1974-cü  ildə  SSRİ-yə  gətirilərək  Moldova  Elmi  Tədqiqat 

üzümçülük və şərabçılıq İnstitutunda əkilmişdir və nəticədə ilk dəfə olaraq 



 

33 


xromosomu  2n=38  və  2n=39  olan  uzaq  hibridlərin  alınmasına  nail 

olmuşdur. 

       Keçən əsrin 80-ci illərində SSRİ-də xromosomu 2n=57 və 2n=76 olan 

F3  uzaq  hibridlər  alınmışdır.  Bu  məsələ  yüksək  keyfiyyətli  giləli  olan, 

kompleks  xəstəlik  və  zərərvericilərə  davamlı  və  fillokseraya  qarşı  mütləq 

immun  sortların  alınmasında  V.Rotundifoliya  genlərin  keyfiyyətinin  sabit 

saxlanılmasında  donor  rolunu  oynaya  bilər.  Bu  hibridlər  əsasında 

Moldovada,  Ukraynada  və  Rusiya  elmi-tədqiqat  üzümçülük  və  şərabçılıq  

institutlarında intensiv işlər aparılır. 

       Xromosomları  2n=38  olan  Envitis  yarımcinsi  kifayət  qədər 

öyrənilmişdir.  Onun  68  növündən  20-i  mədəniləşdirilmişdir  və  onlar 

keyfiyyətli  məhsul  alınmasında,  fillokseraya  davamlı  calaqaltıların 

alınmasında və seleksiya işlərində istifadə olunur.  

       Buzlaşma  dövrünə  qədər  Euvitis  yarımcinsinin  yüksək  istiliyi  və 

nəmliyi  olan  tropik  iqlimli  onun  şimal  hissəsində  (Arktikada),  Şimali 

Amerikada və Şərqi Asiyada geniş yayılmışdır. Qitələrin ayrılmasından və 

buzlaşma  dövründən  sonra  onlar  3  coğrafi    qrupda-Avropa-Asiya,  Şərqi-

Asiya  və  Amerikada  qalmışdır.  Ayrılmış  qitələrdə  ciddi  iqlim  dəyişikliyi 

nəticəsində üzümün bir çox növləri cənuba doğru çəkilmiş, çoxu isə məhv 

olmuşdur. Avropa qitəsində bir növ V.Vinifera qalmışdır ki, bu da Aralıq 

dənizi hövzəsinin Şimal hissəsində,Qərbi Aiyada və Şimali Afrikada geniş 

yayılmışdır.  

       Şərqi Asiyada şaxtaya davamlı 42 növ, o cümlədən V.Amurenzis Rupr, 

V.Coignettae  Full  və  bir  çox  digər  növlər  qalmışdır.  Şimali  Amerikada 

buzlaşma  nisbətən  az  olduğundan  amerikanın  və  şərqi  Asiyanın  üzüm 

növləri indiyə qədər qalmışdır.. (28 növ ). Qitələrin ekoloji şəraitinin təsiri 

altında üzüm növləri uzun müddətli təkamül prosesində morfoloji əlamətlər 

kimi  bioloji  xüsusiyyətlərinə  görə  də  növlər  arasında  ciddi  fərqlər 

yaranmışdır.  Ən    çox  dəyişkənliyə  uğrayan  V.Viniferanın  Avropa-Asiya 

qruplu  üzümləri  məruz  qalmışdır.  Avropa-Asiya  qitəsinin  son  dərəcə 

kəskin  iqlim  şəraitində  çoxlu  miqdarda  formaların  yaranmasına  səbəb 

olmuşdur.  Lakin  eyni  cinsin  nümayəndələri  olduqlarına  görə  növlərin 

hamısında  cinsə  məxsus  xüsusiyyətlər  öz  aralarında  yaxşı  tozlanması  və 

calaq  tutması  xüsusiyyətləri  saxlanmışdır.  Onların  gilələri  iri  deyil,qara 

rənglidir ləti şirəlidir, tez vaxtda şəkər toplamaq qabiliyyəti vardır.  

       Mədəni  üzüm  sortlarının  başlanğıcı  hesab  edilən  vitis  cinsinin 

aşağıdakı növləri əsil üzüm hesab edilir.  

Vitis Viniferanın Avropa-Asiya növləri, üzümçülüyün Aralıq dənizi  

hövzəsi, Qara dəniz və Xəzər dənizi reqionlarında intişar tapmışdır. 



Yüklə 4,4 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə