Prof. ġərifov Famil Həsən



Yüklə 4,4 Mb.
Pdf görüntüsü
səhifə163/207
tarix30.04.2018
ölçüsü4,4 Mb.
#40643
növüDərs
1   ...   159   160   161   162   163   164   165   166   ...   207

353

 

 



ƏlveriĢsiz mühit Ģəraitinin təsirindən üzüm bitkisində əmələ gələn 

xəstəliklər və onlara qarĢı mübarizə tədbirləri. 

 

 Əlverişsiz  mühit  şəraitinə  bir  çox  amillər  daxildir:  Havada  və  torpaqda 

temperarurun,  nəmliyin,  duzların,  qida  maddələrinin  optimaldan  artıqlığı  və 

azlığı.  Göstərilən  amillərin  hər  biri  ayrıca  bəhsdir  və  onların  bir  qismi  kitabın 

müvafiq bəhslərində izah edilmişdir. Bu bəhsdə əlverişsiz mühit şəraitinin mənfi 

təsrinin üzüm bitkisinin ayrı-ayrı orqanlarında təzahüründən bəhs olunur. 

 Torpaqda  müşahidə  edilən  hər  hansı  bir  çatışmazlıq  üzüm  bitkisi  üçün 

əlverişsiz  mühit  şəraiti  hesab  edilir.  Torpağın  tərkibində  əhəng  çox  olduqda 

tənəkdə  xloroz  xəstəliyi  əmələ  gəlir.  Xloroz  xəstəliyini  əmələ  gətirən  ekoloji 

səbəb torpağın bitki üçün əlverişsiz olması və maddələr mübadiləsinin pozulması 

müxtəlif səbəblərdən olur, məsələn, torpaqda rütubətin azlığı, havada və torpaqda 

temperaturun azlığı və  ya həddən artıq çoxluğu, köklərin zədələnməsi, torpaqda 

duzların çoxları, dəmirin azlığı və s. 

 Üzüm  bitkisində  xloroz  xəstəliyinə  tutulmanın  ilk  əlamətləri  belədir: 

yarpaqlar və zoğların ucu saralmağa başlayır, lakin damarlar boyu nazik zolağın 

rəngi  yaşıl  qalır.  Xəstəlik  artdıqca  sarılıq  yarpağın  bütün  ayası  boyu  yayılır  və 

nəhayət,  kənarlarda  qonur  nekroz  ləkə  əmələ  gəlir.  Bu  ləkələr  vaxt  keçdikcə 

quruyur və tökülür. 

 Xloroz  xəstəliyinin  təsirindən  yarpaqlardakı  xlorofil  dənələri  dağılır. 

Yarpaqlar fəaliyyətini  itirir, zoğlar böyüməmiş qalır.xloroza tutulmuş tənəklərin 

məhsuldarlığı ildən-ilə azalır, nəhayət, tamamilə məhsul vermir. 

 Xloroz  xəstəliyinə  başqa  bitkilər  də  tutulur.  Üzüm  bitkisi  üzərində  aparılan 

müşahidələr  göstərmişdir  ki,  xloroz  xəstəliyi  torpaqda  həll  olunan  əhəngin 

artıqlığından  əmələ  gəlir.  Fillokseraya  davamlı  calaqaltılar  xloroz  xəstəliyinə 

daha tez tutulur. 

 Xloroz  xəstəliyinə  ən  çox  davamsız  İzabella  sortu  xəstəliyə  davamlı 

Berlanderiyə calansa alınan yeni bitki xəstəliyə az tutulacaq və əksinə Berlanderi 

İzabellaya calansa, xəstələnə bilər. 

Bu  xəstəliyə  qarşı  bir  sıra  mübarızə  üsulları  mövcuddur.  Bunlardan  biri  ən 

qədim hesab edilən kollara və torpağa dəmir-kuporosu çilənməsi və verilməsidir 

(kökdən və kökdənkənar). Torpağa verdikdə hər kola 150-200 q dəmir kuporosu 

hesablanır.  Tənəklər  kəsildikdən  sonra  onların  yaraları  və  bütün  kol  15%-li 

dəmir-kuporosu  məhlulu  ilə  çilənməlidir.  Yaaz  və  yayda  0,5-1%-li  dəmir 

kuporosu məhlulu ilə bir neçə dəfə çiləmə aparılmalıdır. Lakin bu tədbirlər xloroz 

xəstəliyini həmşəlik ləğv etmir, belə tədbirlər bir neçə il təkrar olunmalıdır. 

 Torpaqda  turş  mühit  yaradılması  ilə  də  xloroz  xəstəliyinə  qarşı  mübarizə 

aparılır. 



354

 

 



 Xloroz  xəstəliyinin,  əlverişsiz  mühitin  digər  amillərin  təsirindən  üzüm 

bitkisində  çiçəklər  tökülür.  Bunlardan  üzvi,  fizioloji,  meteroloji  və  pataloji 

səbəbləri göstərmək olar. Belə səbəblər yuxarda izah edilmişdir. 

 Əlverişsiz  mühit  şəraitinin  təsirindən  və  parazit  xarakterli  zədələnmələrdən 

ayrı-ayrı orqanlarında aşağdakı əlamətlər ola bilər: 

 Kökdə.  1.  kök tumurcuqlarının tam cürümə dərəcəsinə qədər qonurlaşması. 

Bu,  yazda  köklrin  çox  yerləşdiyi  torpağın  üst  qatında  şaxta  nəticəsində 

zədələnmişdir. 

 2.  İri  köklərin  toxumalarında  qonur  nekroz  ləkələrin  olması.  Bu,  fuzarioz 

göbələk  xəstəliyi  nəticəsində  madddələr  mübadiləsinin  pozulması  nəticəsində 

olur. 

 3.  Oduncaqla  qabıq  arasında  ağ  göbələkciklərdən  ibarət  sap  şəkilli 



salxımlar.sallanır.  Bu,  rütubətli  torpaqlarda  Pocallina  Hekatriks  (Rosallinia 

Necatrix) kök çürümə göbələyi tərəfindən əmələ gətirilən zədələr. 

 4. Kiçik  gözcüklərin  böyümə zonasında açıq-yaşıl dimdik şəkilli şişlər olur. 

Yaşlı köklərdə bu şişlər daha iridir. Bu fillokseranın kök formasının zədəsidir. 

 5.  Yaşlı  və  cavan  köklər  didilmiş  kimi  olur.  Belə  zədəni  Avropa  və 

Zaqafqaziya mərmər böcəkləri əmələ gətirir. 

 Yeraltı Ģtamb. 1. Tinglikdə və cavan üzümkükdə bitkinin yeraltı ştambında 

didilmiş yaralar olur. Bunu Avropa və Zaqafqaziya mərmər böcəyi törədir. 

 2.Tingin  yeraltı  ştambında  uzununa  və  eninə  zolaqlar  şəklində  nekrotik 

ləkələr var, bu ləkəni nekroz və fuzaryoz əmələ gətirir. 

 ġtamb  və  çoxillik  qollar.  1. Müxtəlif formada və irilikdə çıxıntı və qaynaq 

şəklində  fırlar  əmələ  gəlir.  Bunlar  aşağı  temperaturun  təsirindən  çoxillik 

hissələrin çatlamasından yaranır. 

 2. Kambi təbəqəsinin və oduncağın donması nəticəsində qollar quruyur. 

 3.  Yaşlı  hissələrdə  nekrozun  olması  tənək  kəsilərkən  təzə  yaralardan 

çürüdücü bakteriaların keçməsinin əlamətidir. 



 YetiĢmiĢ  zoğlar.  1.  Sağalmağa  başlayan  nekroz  şəkilli  yaralar  olur.  Bunlar 

dolunun təsirindən əmələ gələn zədələrdir. 

 2.  Zoğun  oduncağının  ələkli-sulu  borularında  qara  nekrotik  nöktələrlə 

birlikdə qonur ləkələr olur. Bunlar aşağı temperaturun təsirindən yaranır. 

 3.  Qabıqda  iri,  yayılmış  vəziyyətdə  tünd-qəhvəyi  ləkələr  olur  ki,  bu  da 

oidium xəstəliyinin əlamətidir. 



Gözcüklər 

 

1.

 



Aşağı temperatur nəticəsində əsas və əvəzedici tumurcuqlar qaralır, yaxud 

qonurlaşır. Bu əlamət payız-qış və yaz şaxtalarının təsirindən əmələ gəlir. 

2.

 

Şişmiş  gözcüklərin  zədələnməsi.  Bunları  Kırım  və  Türkiyə  böcəkləri 




Yüklə 4,4 Mb.

Dostları ilə paylaş:
1   ...   159   160   161   162   163   164   165   166   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə