Psixologiya 1



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə101/197
tarix20.09.2017
ölçüsü4,67 Mb.
#647
1   ...   97   98   99   100   101   102   103   104   ...   197

 

 

 



337 

 

münasibətlərin  təzahür  formalarını  ifadə  edir.  Ona  görə  də 



emosiyaları,  hisslərin  təzahür  formaları  kimi  baĢa  düĢmək 

lazımdır.  Emosiyaların  inkiĢafının  ali  səviyyəsi  davamlı 

hissləridir.  Ġnsanlar  öz  hisslərini  emosiyalar  formasında 

yaĢayırlar. 

Emosiyalar  –  insan  təcrübəsinin  hissi  fundamenti  hesab 

olunur.  Onlar  ətraf  aləmlə,  cəmiyyətlə  qarĢılıqlı  münasibətləri 

zənginləĢdirir  və  xatirələrə  dinamiklik  verir.  Ġnsan  hiss  və 

emosiyaların  köməyilə  gündəlik  həyatında  rastlaĢdığı  bioloji, 

psixoloji,  sosial  gərginliklərdən  azad  olur.  Bu  psixoterapevtik 

funksiya kimi orqanizmin relaksasiyasına kömək edir. 

Təsəvvür edin ki, siz yalnız düĢünən, hərəkət edən, lakin 

hiss etməyən varlıq olsaydınız nə baĢ verərdi?  

Hiss  və  emosiya  əslində  bədənlə  Ģüurun  birgə 

fəaliyyətinin  son  məhsulu  və  ya  təzahür  formasıdır.  Hiss  və 

emosiya diqqət,  hafizə,  duyğu,  qavrayıĢ, təfəkkür, təxəyyül  və 

orqanizmin mürəkkəb kombinasiyasıdır.  



İnsanın idrak fəaliyyətində hisslərin rolu. Ġnsanın psixi 

həyatı  çoxcəhətli,  rəngarəng  olsa  da  o  vəhdətdədir.  Ġdrak 

prosesləri  (duyğu,  qavrayıĢ,  diqqət,  hafizə,  təfəkkür,  təxəyyül, 

nitq) emosiya və hisslərlə dialektik vəhdət təĢkil edir. Bu köklü 

qanunauyğunluq  müasir  təlim  nəzəriyyəsi  üçün  fundamental 

əhəmiyyətə malikdir. Belə ki, hissələrin qeyri adi qüvvəsindən 

istifadə  etməklə  Ģagirdin  və  ya  tələbənin  idrak  fəaliyyətini 

fəallaĢdırmaq  yolu  ilə,  təlim  prosesinin  məhsuldarlığını 

yüksəltmək olar. 

Təlim  prosesində  öyrəncilərin  emosional  cəhətdən 

fəallaĢdırılması nəinki elmi, həm də köklü praktik məsələ kimi 

meydana çıxır. 

Ġnsan hafizəsi adətən seçici xarakter daĢıyır. Hafizənin bu 

önəmli  xüsusiyyəti  onun  hər  bir  növündə  öz  təsdiqini  tapır. 

Belə bir önəmli qanunauyğunluq ilk növbədə insanın cisim və 

hadisələrə  münasibəti  ilə  müəyyən  olunur.  BaĢqa  sözlə  desək 

insanda  müəyyən  hiss  və  emosional  hal  doğuran  qıcıqlandırıcı 



 

 

 



338 

 

(söz,  hərəkət,  hadisə,  cism,  və  s.)  yaddaĢda  daha  yaxĢı 



saxlanılır. Psixologiyada hisslərlə hafizənin qovĢağında önəmli 

bir fenomen – emosional hafizə fenomeni əmələ gəlmiĢdir. 



«Kinli  adamın  yaddaşı  uzun  olar»,  «İlan  vuran  ala 

çatıdan  qorxar»  tipli  atalar  sözləri    empirik  surətdə  hisslərin 

hafizə və qavrayıĢa göstərdiyi təsiri təsdiq edir. 

 QavrayıĢ  sahəsində  tədqiqat  aparan  klinist-psixoloqlar 

psixologiyada  təsbit  olunan  faktı  təsdiq  edirlər.  Sübut 

olunmuĢdur  ki,  insan  onun  üçün  təhlükə  törədən,  həyatı  üçün 

qorxulu  olan  cisim  və  hadisələri  bir  qayda  olaraq  düzgün 

qavramır.  Yaxud  da  əksinə  insan  sevinc  hissini  yaĢayanda, 

sevəndə  kiməsə  vurulanda  ətrafda  baĢ  verən  hadisələrin, 

insanların  yalnız  yaxĢı  cəhətini  görür,  onları  dəyiĢdirmək 

istəmir,  olduğu  kimi  qavrayır,  tənqidi  münasibət  bəsləyə  bil-

mir.  «Sevən  adamın  gözü  kor  olar»  dedikdə məhz  sevgi hissi-

nin qavrayıĢa göstərdiyi təsir ön plana çəkilir. 

Hisslərin idrak fəaliyyətində rolu təkcə qavrayıĢ və hafizə 

prosesləri  ilə  məhdudlaĢmır.  Təfəkkür,  təxəyyül  və  nitq  kimi 

idrak prosesləri də hisslərlə vəhdətdə cərəyan edir.  

Təfəkkür  və  hiss,  ət  və  dırnaq  kimi  bir-birindən 

ayrılmazdır (Ə.Ə.Əlizadə). Onların vəhdətdə inkiĢaf etdirilməsi 

müasir  Azərbaycan  məktəbi  üçün  prioritet  olmalıdır.  Təhsil 

müəssisələrində  təlim-tərbiyə  iĢlərinin  bu  istiqamətdə 

qurulması  daha  da  ahəngdar,  kamil  Ģagird  Ģəxsiyyətinin 

formalaĢdırılması deməkdir. Ali psixi funksiya kimi təfəkkürlə 

hiss  arasında  funksional  –  genetik  əlaqə  mövcuddur.  Yeni 

təhsil  konsepsiyası  Ģagirdin,  tələbənin  təfəkkürünü  inkiĢaf 

etdirməyi  əsas  məqsəd  kimi  qarĢıya  qoyur.  Bu  yolda  hafizə 

artıq  köməkçi  vasitəyə  çevrilir.  Mütəxəssislərin  fikrincə  son 

dövrdə  bir  çox  yerlərdə,  təhsil  son  dərəcədə  rasionallaĢdırılıb 

və verballaĢdırılıb. Belə olan Ģəraitdə uĢaqların affektiv – emo-

sional  duyumu  öləziyir.  Nəticədə  insanlar  arasında  laqeidlik, 

etinatsızlıq,  biganəlik,  soyuqluq  əmələ  gəlir.  Odur  ki,  Ģagird 

təfəkkürünün  fəallaĢdırılması,  onun  inkiĢafı  hiss  və  emosiya-




 

 

 



339 

 

lardan  təcrid  olunmuĢ  halda  yox,  onunla  vəhdətdə,  onun 



köməyi  ilə  həyata  keçirilməlidir.  Eksperimental  Ģəkildə  sübut 

olunmuĢdur ki, emosional fəallıq olmadan hər hansı mürəkkəb 

fikri    və  praktik  məsələnin  həlli  subyektiv  surətdə  mümkün 

deyildir.  Odur  ki,  hər  hansı  mürəkkəb  məsələ  iki  planda  həll 

edilir: 1) emosional,    2) intellektual

Emosional həll dedikdə, Ģəxsdə məsələnin həlli prinsipi-

nin  tapılmasına  olan  inam  hissinin  əmələ  gəlməsidir.  Bundan 

sonrakı əməliyyatla əlaqədar olaraq emosional fəallıq da artır. 

Məsələnin  emosional  planda  həlli,  onun  intellektual  planda 

həllini  surətləndirir.  Belə  ki,  emosiyalar  idrak  proseslərini 

nəinki  fəallaĢdırır,  həm  də  problemlə  bağlı  qavrayıĢın, 

hafizənin, təfəkkürün məzmununa seçici təsir göstərir. 

Müasir  təlim  nəzəriyyəsinin  mühüm  tələbi  -  Ģagirdlərin 

təfəkkürünün  inkiĢaf    etdirilməsi  problemini  yalnız  hiss  və 

emosiyaların  fəallaĢdırılması  zəminində,  təfəkkürlə  hissin 

vəhdətinin təmin edilməsi əsasında uğurla həll etmək olar. 

Təxəyyül  ali  psixi  funksiya  kimi  idrak  fəaliyyətində 

mühüm  rol  oynayır.  O,  ilk  növbədə  hissləri  fəallaĢdırmağın 

baĢlıca vasitəsidir. Təxəyyül gücündən itsifadə etməklə gələcək 

peĢəsi qanadında səyahət edən gənc tələbə öz hisslərini daha da 

rövqləndirir. Bununla da özünün təlim fəaliyyətinə  münasibəti 

dəyiĢir  və  tələbə  daha  səylə  oxumağa  baĢlayır.  Təxəyyülün 

aktivləĢdirilməsi 

tələbənin 

emosional 

cəhətdən 

fəallaĢdırılmasının önəmli Ģərtlərindən biridir. 

Beləliklə,  idrak  poseslərinin  motivasiya  əsası  bilavasitə 

hisslərlə  bağlıdır.  Hiss  və  emosiyaların  köməyi  ilə  Ģagirdlərin 

idrak  fəallığının  artırılması  müasir  dərsə  verilən  psixoloji 

tələblərdəndir. 

 

IV 13.2. Hisslərin xarici ifadəsi və əsas keyfiyyətləri 

 

Hisslərin  xarici  ifadəsi.  Biz  ünsiyyətdə  olduğumuz 




Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   ...   97   98   99   100   101   102   103   104   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə