Psixologiya 1



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə104/197
tarix20.09.2017
ölçüsü4,67 Mb.
#647
1   ...   100   101   102   103   104   105   106   107   ...   197

 

 

 



346 

 

alınması da zəruridir. 



Affektlər.  Affektlər  surətlə  yaranan,  qüvvətli,  nisbətən 

tez  keçib  gedən  emosional  hallardır.  Affektlər  insanı  tez 

bürüyən,  sürətlə  ötüb  keçən,  iradi  nəzarətin  pozulması  ilə 

səciyyələnən  emosional  prosesdir.  Bu  zaman  insan  keçirdiyi 

qorxu,  hiddət,  qəzəb  və  s.  hisslərə  güclü  Ģəkildə  qapılır. 

Adətən,  insana  qarĢı  ədalətsiz,  normalara  uyğun  gəlməyən, 

mənliyə  toxunan  hərəkətlər  onu  bir  anda,  sürətlə  özündən 

çıxarır  və  kəskin  hərəkətlərə  yol  verməsinə  səbəb  olur.  Ġnsan 

bu  cür  hərəkətlərin  icrasına  əvvəlcədən  hazırlaĢmır.  Onun 

bütün hərəkətləri Ģüurun nəzarətindən kənar baĢ verir. Fizioloji 

affekt adlanan bu hal tez də keçib gedə bilir. 

Stress  (ingiliscə  –  stress  –  təzyiq,  gərginlik  deməkdir)  – 

insanın fəaliyyət və ünsiyyət prosesində çətin və mürəkkəb fi-

ziki,  zehni  iĢlər  görərkən,  eləcə  də  təhlükə  zamanı  təcili  və 

məsuliyyətli  qərar  qəbul  etmək  zərurəti  qarĢısındaqaldıqda 

keçirdiyi  psixi  vəziyyətdir.  Mahiyyətcə  stress  –  insanın  keçir-

diyi normal vəziyyətlərdən biridir. Onun insana pis təsiri həmin 

emosional vəziyyətin hansı səviyyədə baĢ verməsi ilə bağlıdır. 

Belə  ki,  stress  halı  bəzi  vaxtlarda  insanın  məqsədyönlü 

fəaliyyətinə  pozucu  təsir  göstərir,  bəzən  isə    əksinə  qüvvə  və 

enerjini  artırır,  fikrin  cəmləĢməsinə  müsbət  təsir  göstərməklə, 

çətin məsələnin tez və asanlıqla həll olunmasına Ģərait yaradır. 

Bu mənada görkəmli Kanada fizioloqu H.Selye stressi «ümumi 

adaptasiya  sindromu»  adlandırmıĢ  və  onun  üç  mərhələdən 

ibarət olduğunu göstərmiĢdir: 1. həyəcanlanma. 2. müqavimət. 

3.  əldən  düĢmə  və  üzülmə.  H.Selye  stressi  –  hər  hansı 

fövqaladə  təsirə  qarĢı  qeyri  –  spesifik  müdafiə  reaksiyası 

adlandırmıĢdır.  Deməli  psixi  proseslərin  diqqətin,  qavrayıĢın, 

hafizənin,  təfəkkürün  gediĢinə  dolaĢıqlıq  yaradan  psixi 

vəziyyəti  distress    adlandırmaq  olar.  Uzunmüddətli  distress 

vəziyyəti  insanda  bəzi  xəstəliklərin  (infarkt,  beyin  insultu, 

keçəllik, diĢ tökülməsi və s.) yaranmasına səbəb olur. Psixoloji 

stress  emosional  və  informasion  stressə  bölünür.  Emosional 




 

 

 



347 

 

stress təhlükəli, çətin, qorxulu Ģəraitdə özünü biruzə verir. Belə 



olan  halda  psixi  fəaliyyətin  gediĢində  neqativ  məzmunlu 

dəyiĢiklik  təzahür  edir.  Ġnformasion  stress  isə  informasiya 

gününün  həddən  ziyadə  çoxluğu  nəticəsində  tapĢırığın 

öhdəsindən gələ bilməkdə özünü göstərir.  

Stressin bir forması da eustressdir. Eustress – xoĢ xəbər, 

yaradıcılıq müvəffəqiyyəti, xoĢa gələn fiziki iĢ və s. nəticəsində 

yaranan  müsbət  gərginlik  vəziyyətidir.  Eustress  –  əmək 

fəaliyyətini  artırır  və  bədənin  xəstəliklərə  qarĢı  müqavimətini 

gücləndirir.      

Frustrasiya.  Frustrasifa  -  (latınca  frustrasio  –  aldanma, 

nahaq  gözləmə,  əhval  pozuntuluğu)  –    insanın  düĢdüyü  psixi 

vəziyyət formasıdır. Ġnsanın öz məqsədinə çatmasına maneçilik 

törədən  real  və  ya  xəyali  maeələrlə  rastlaĢması  nəticəsində 

keçirdiyi emosional hal – frustrasiya adlanır. Onun mahiyyətini 

daha yaxĢı baĢa düĢmək üçün aĢağıdakı nümunə ilə tanıĢ olaq:  



İmatahan  olduğu  üçün,  gecə  saat  3-ə  qədər  yatmayıb 

suallara 

hazrlaşmısınız.  Gec  yatdığınıza  görə,  otaq 

yoldaşınızın    da  nə  vaxt  oyandığını  və  evdən  çıxdığını  da 

bilməmisiniz. Zəngli saatı da qurmağı unutmusunuz. Belə olan 

halda,  imtahana  gecikdiyiniz  üçün  bir  fincan  çay  da  içməyib 

tələsik avtobus dayanacağına yollanırsınız. Dayanacağa çatan 

kimi  universitetin  yanından  ötən  avtobusun  elə  indicə 

uzaqlaşdığını  görürsünüz.  İmtahana  gecikməmək  üçün 

universitetə  qismən  yaxın  gedən  başqa  avtobusla  getməyə 

qərar verirsiniz. Əl qaldırmağınıza baxmayaraq, onlar da dolu 

olduğu  üçün  sizi  götürmək  üçün  saxlamırlar.  Artıq  sınağa 

yarım saat qalıdığı üçün məcbur olub taksi saxlayırsınız. Yolda 

tıxac olduğu üçün taksi sizin zənn etdiyinizdən də ləng getməyə 

məcburdu. Elə universitetə azacıq qalmış arxadan gələn maşın 

sizin  maşınla  toqquşur.  Sürücü  maşını  yolun  kənarında  sax-

layaraq, həmin sürücü ilə mübahisə etməyə başlayır. Bu halda 

siz  həyəcanla  saata  baxıb  imtahana  8  dəqiqə  qaldığını 

görürsünüz. Sürücü «Mən gedə bilmərəm» – deyib, yol polisi-


 

 

 



348 

 

nin  gəlməsini  gözləyir.  Sürücünün  haqqını  ödəyib,  qalan  yolu 



piyada  getməyə  məcbur  olursunuz.  Auditoriyaya  girəndə 

müəllimin  sizi  soruşduğunu  eşidirsiniz.  Bileti  çəkib  əyləşəndə, 

qələmi unudub evdə qoyduğunuz məlum olur. Belə bir şəraitdə 

başınızı əlləriniz arasına alaraq durur və yaxında olan tələbə 

yoldaşınızdan qələm istəyirsiniz. 

Yuxarıda göstərdiyimiz misalda, tələbənin düĢdüyü psixi 

vəziyyət  onun  keçirdiyi  emosional  hal,  frustrasiya  halıdır.  Bu 

cür halı, psixi vəziyyəti elə dilimizdə iĢlədilən əngəllənmə sözü 

ilə  ifadə  etmək  olar.  Onda  frustrasiyanı,  əngəllənmə  duyğusu, 

hissi kimi xarakterizə etmək olar. 



Beləliklə,  insanın  qarşısına  qoyduğu  məqsədə  nail 

olmasına,  onu  əldə  etməsinə  real  və  xəyali  surətdə  əngəllər 

törədən  cisim  və  hadisələrlə  qarşılaşdığı  zaman  keçirdiyi 

hisslər frustrasiya və ya əngəllənmə hissi adlanır. BaĢqa sözlə 

frustasiya  insanın  hər  hansı  bir  uğursuzluğa,  itgiyə  əlacsızlıq 

hissi, bihadə sərf olunan cəhdlə müĢayət olunan  mənfi – emo-

sional təəssüratıdır. 

Frustrasiya əsasən insanın narazılıq və ya təmin olunma-

maq səviyyəsi onun dözüm səviyyəsindən üstün olduqda əmələ 

gəlir.  Frustrasiya  özünü  itirmək,  qəzəb  aqressiya,  küskünlük, 

həyəcan, inamsızlıq və s. Ģəkildə təzahür edir. Həyəcan – fru-

strasiya  halətinin  katalizatorudur.  Həyəcan  –  mövcud 

vəziyyətin  və  davranıĢın  gələcəkdə  ortalığa  çıxaracağı  nəticə 

ilə bağlı olaraq yaranır. Bu hiss insanı gələcəkdə arzu etmədiyi 

bir durumda olmaqdan qorunmasına yönəldir.  

Frustrasiya həyəcan və aqressivliklə müĢayət olunan pro-

sesdir.  Yuxarıda,  imtahana  gecikən  tələbənin  həm  həyəcan, 

həm də frustrasiya halətinə düĢməsi bunu  sübut edir. 

Ġmtahandan  müvəffəqiyyət  qazanıb-qazanmamasını  dü-

Ģünərkən  həyəcanlanan  tələbə,  onu  oyatmadığı  üçün  otaq 

yoldaĢına,  saatı  qurmadığı  və  qələmi  unutduğu  üçün  özünə 

hirslənir,  acığı  tutur.  Frustrasiya  Ģəraitində  narazılıq  səviyyəsi 

üstünlük  təĢkil  etdiyi  üçün  ətrafda  baĢ  verən  hadisələri 




Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   ...   100   101   102   103   104   105   106   107   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə