327
Təxəyyül prosesində təxəyyül surətlərinin yaradılmasında
istifadə edən tərkib üsullarından biri də nəzərə çarpdırmaq,
yaxud aksentləĢdirmədir. AksentləĢdirmə zamanı xarakterik
olan cəhət odur ki, surətlərin yaradılması prosesində
birləĢdirilən, tərkib edilən elementlərdən biri qabarıq, daha
nəzərə çarpacaq Ģəkildə olur. YoldaĢlıq Ģarjlarının,
karikaturaların yaradılmasında rəssam həmin tərzdən istifadə
edir.
Təxəyyül
sutlərinin
yaradılması
prosesində
sxematikləĢdirmə, tipikləĢdirmə deyilən tərzlərdən də istifadə
edilir.
IV. 12. 4. Təxəyyül və oyun
Təxəyyül və oyun bir-biri ilə sıx əlaqəyə malikdir.
Məktəbəqədər yaĢ dövründə istər evdə ailə tərbiyəsi, istərsə də
bağçada aparılan tərbiyə nəticəsində uĢaqların oyun prosesində
onların təsəvvür ehtiyatı xeyli artır, yaddaĢ fəaliyyəti,
təfəkkürləri inkiĢaf edir, uĢaqlarda yeni tələbatlar əmələ gəlir.
Bütün bunlar isə onların təxəyyüllərinin geniĢ və məzmunlu
xarakter alması ilə nəticələnir.
Ġstər əvvəlki dövr, istərsə də məktəbəqədər yaĢ dövrü ol-
sun, ümumiyyətlə, uĢaqlarda təxəyyül oyun prosesində inkiĢaf
edir.
3-4 yaĢlı uĢaqlarda da belə bir tələbat əmələ gəlir. UĢaq
edə bilməyəcəyi bir iĢ görmək istəyir, özünü kiməsə
oxĢatmaq, bənzətmək istəyir. Oyun prosesində uĢaq özünü atın
üstündə oturan, at çapan atlıya, təyyarəçiyə, sürücüyə, mü-
əllimə, həkimə bənzədir. UĢaq öz oyununda təqlid yolu ilə bu
peĢə sahiblərinin zahirdə olan hərəkətlərini yamsılayır. Təbiidir
ki, bütün bunlar uĢağın idrakına, psixikasının inkiĢafına güclü
təsir edir. UĢaq oyun prosesində cisimlərin əlamətlərini,
insanların funksiyalarını, insanlar arasındakı münasibətləri
328
dərk etməyə baĢlayır. Oyun prosesində uĢaq ancaq gördüklərini
mütləq mənada təkrar etmir. O, öz oyununda əks etdirdiyi,
təqlid etdiyi iĢə, hərəkətə yeni, nəyi isə əlavə edir. UĢağın oyun
fəaliyyətində yaradıcılıq ünsürləri nəzərə çarpır.
UĢağın təxəyyülünün yaradıcı funksiyası özünü büruzə
verir. UĢaq Ģəraiti dəyiĢdirir, predmetləri yeni qaydada
yerləĢdirməyə can atır, əĢyalara özü bildiyi funksiyaları həvalə
edir. Uzun ağac parçası-ata, stul- avtomobilə, gəlinciklər-
müəllimə, anaya, uĢağa çevrilir.
Oyun prosesində uĢağın təxəyyülü ixtiyari xarakter
daĢımağa baĢlayır. Belə ki, təxəyyül obrazları əvvəlcədən
müəyyən olunmuĢ məqsədlə bağlı olaraq yaradılır. Lakin,
məktəbəqədər yaĢ dövrünün əvvəllərində bu məqsəd uĢağın
özü tərəfindən deyil, böyüklər tərəfindən uĢağın qarĢısında
qoyulur. Məsələn, kubikləri uĢağın qabağına tökür və deyirik:
«Bu kubiklərdən evcik qur». KarandaĢ və ağ kağız verir və
deyirik: «PiĢik çək». UĢaq da öz bacarığı dairəsində bu iĢi
görür və bu prosesdə onda istər-istəməz təxəyyül fəaliyyəti
canlanır.
Məktəbəqədər yaĢın sonrakı dövrlərində uĢaq özü
fəaliyyətə baĢlamamıĢdan qabaq qarĢısına müəyyən məqsədlər
qoyur. Beləliklə də, nəticə etibarı ilə uĢağın təxəyyül fəaliyyəti
ümumən onun fəaliyyətinə bir ixtiyarilik gətirir. Təxəyyülün
uĢaqlarda inkiĢafı onların oyunlarını daha mürəkkəb və
davamlı edir. Psixoloqlardan V.S.Muxinanın tədqiqatlarına
əsasən oyun 3-4 yaĢlı uĢaqlarda 10-15 dəqiqə, 5 yaĢlı
uĢaqlarda 40-50 dəqiqə, 6-7 yaĢlı uĢaqlarda bir neçə saat da-
vam edə bilir.
UĢaqlarda oyun fəaliyyətinin bu Ģəkildə olan inkiĢafı
onların təxəyyülünü də zahiri köməyə ehtiyacı olan bir
fəaliyyətdən elementar Ģəkildə olsa da söz yaradıcılığını və
bədii yaradıcılığı həyata keçirməyə imkan verən daxili bir
fəaliyyətə çevirir.
329
Bəzən yanlıĢ olaraq uĢağın oyun prosesində özünü
göstərən fantaziyanın, necə deyərlər, «çox yüksəkdən uçuĢunu»
uĢaqlarda təxəyyülün böyüklərə nisbətən daha çox inkiĢaf
etməsi kimi qiymətləndirirlər. Əslində isə uĢaqlarda təxəyyülün
inkiĢafı böyüklərə nisbətdə aĢağı səviyyədə olur.
UĢağın həyat təcrübəsi çox az, bilikləri məhdud olduğun-
dan o, bu və ya digər təxəyyül obrazını yaradarkən obyektiv
varlığa xas olan qanunauyğunluqları nəzərə almır, həyatı
reallığı pozur.
Oyun prosesində uĢağın duyğuları, qavrayıĢı, hafizəsi və
təfəkkürü inkiĢaf edir və bütün bunlar onun təxəyyül
fəaliyyətinin də inkiĢafına səbəb olur. Getdikcə uĢağın təxəyyül
fəaliyyəti keyfiyyət dəyiĢmələrinə uğrayır. Məsələn, 3-4 yaĢlı
uĢağın oyununda müəyyən bir predmet baĢqa bir predmetin
əvəzləyicisi kimi istifadə edilir. UĢaq kibrit qutusunu beĢik, ki-
britin dənələrini isə uĢaq, çağa kimi hesab edir və öz oyununu
qurur. Göründüyü kimi burada əvəz edənin əvəz edilənə
oxĢaması o qədər də vacib deyil. Lakin 5-6 yaĢlı uĢaq heç za-
man oxĢarlıq baxımından bu qədər bir-birindən uzaq olan
/kibrit qutusu-beĢik/ predmetləri öz oyununda biri digərinin
əvəzləyicisi /bədəli/ kimi götürməz. Bu yaĢda təxəyyüldə
yaradılan obrazların əvəzləyiciləri, real olanın özünə müəyyən
dərəcədə oxĢaması uĢaq tərəfindən zəruri sayılır. O, oyuncaq
gəlinciklərdən, maĢınlardan, kürək və dırmıxdan, su
qablarından və s. istifadə edərək oynunu qurur.
Beləliklə də təxəyyül xüsusi bir psixi proses olmaq
etibarilə uĢağın oyun prosesində inkiĢaf edən qavrayıĢ, hafizə
və təfəkkür kimi psixi proseslərin arasında aralıq bir mövqe tu-
tur. Bu psixi proseslərin inkiĢafı ilə təxəyyülün inkiĢafı
arasında qarĢılıqlı təsir mövcud olur.
IV. 12. 5. Təxəyyül və yaradıcılıq
Dostları ilə paylaş: |