Psixologiya 1



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə161/197
tarix20.09.2017
ölçüsü4,67 Mb.
#647
1   ...   157   158   159   160   161   162   163   164   ...   197

 

 

 



531 

 

Ģagirdlərə dolaĢıq, çətin, ikinci dərəcəli, o qədər də yenilik xa-



rakteri  daĢımayan  materiallar  təqdim  olunduqda  onlarda 

asanlıqla  həmin  materiallara  qarĢı  psixoloji  doyumluluq 

yaranır. Təlim prosesindəki fəallıqları aradan qalxır. 

İkincisi, təlimin xarakteri, bu sahədə müvəffəqiyyət əldə 

edilməsi  öyrədən  adamın  -  müəllimin  Ģəxsi  keyfiyyətlərindən, 

pedaqoji  və  metodiki  ustalığından,  hər  bir  halda  tətbiq  etdiyi 

konkret  tədris  metodundan,  Ģagirdlərin  psixologiyasını  də-

rindən  bilməsindən  və  s.  asılıdır.  Müəllim  öz  Ģəxsi 

keyfiyyətləri ilə Ģagirdlərə nümunə olmalıdır. Yüksək pedaqoji 

bacarıq  və  qabiliyyətlərə  malik  olmayan  müəllim  öz 

vəzifəsinin  öhdəsindən  lazımınca  gələ  bilməz.  Onda  yüksək 

pedaqoji mərifət, pedaqoji ünsiyyət keyfiyyəti formalaĢmalıdır. 

Müəllim  təlim  materialını  didaktik  yolla  iĢləyərək  Ģagirdlərə 

zəruri  məlumatı  verməyi,  onların  fəaliyyətini  səfərbər  edə 

bilməyi, Ģagirdlərin əqli inkiĢafına təkan verməyi bacarmalıdır. 

Təlimin  müasir  metodlarından  yerli-yerində  istifadə  edə 

bilməyən  müəllim  öz  vəzifəsinin  öhdəsindən  lazımınca  gələ 

bilməyəcəkdir.  

Nəhayət,  üçüncüsü,  təlim  prosesi  öyrədilənin-Ģagirdin 

xüsusiyyətlərindən, onun fərdi psixi inkiĢaf xüsusiyyətlərindən 

(əqli,  emosional,  iradi),  onda  təlimə  qarĢı  münasibətin 

yaranmasından,  onun  meyl  və  maraqlarından,  tələbat  və 

öyrənməyə qabillik imkanlarından da çox asılıdır. BaĢqa sözlə, 

təlim  prosesi  Ģagirdlərin  fərdi-psixoloji  və  yaĢ  xüsusiyyətləri 

ilə sıx bağlıdır. Bu cəhətlər nəzərə alınmadan təlim fəaliyyətini 

təĢkil  etmək  və  lazımi  müvəffəqiyyətə  nail  olmaq  mümkün 

deyildir.  



Təlim fəaliyyətinin strukturu. Ġnsan təlimin köməyi ilə 

bəĢəriyyətin  təcrübəsinə  yiyələnir.  Bu  təcrübəni  öyrənmədən 

onun  həyatda  baĢ  çıxarması  mümkün  deyildir.  Həmin 

təcrübənin öyrənilməsinin, mənimsənilməsinin baĢlıca yolu isə 

təlimdir.  Ona  görə  də  öyrənmənin  strukturunu  bilmədən,  bu 

strukturu  nəzərə  almadan  təlim  fəaliyyətini  təĢkil  etmək  də 




 

 

 



532 

 

çətinləĢərdi.  Öyrənmənin,  təlimin  psixoloji  strukturuna 



aĢağıdakı  komponentləri  daxil  etmək  mümkündür:  İdrak 

tələbatları,  təlim  motivləri  təlim  məqsədləri  və  vəzifələri, 

tədris 

işləri, 

özünənəzarətə 

keçən 

nəzarət, 

özünüqiymətləndirməyə keçən qiymətləndirmə. 

Tədris  iĢləri  də  müxtəlif  olur.  Buraya  təhrikedici  (icrae-

dici),  proqram-məqsədli,  fəal  əməliyyatlı,  nəzarət-tənzimedici 

(qiymətləndirici, yoxlayıcı, təshihedici) iĢləri aid etmək olar. 

Ümumiyyətlə, psixoloji tədqiqatlar əsasında əldə edilmiĢ 

faktlar  belə  bir  cəhəti  əsaslandırmağa  imkan  verir  ki,  idrak 

tələbatlarının  ödənilməsi  insanın  normal  Ģəkildə  inkiĢafı  üçün 

zəruri Ģərtdir.  Eyni cəhət insanın öyrənməsinə, təlim fəaliyyə-

tinə  də  aiddir.  Öyrənmə  məhz  insanın  idrak  tələbatlarından 

baĢladıqda onun fəallığını təmin edən əsas amilə, motivə çevri-

lir.  Yuxarıda  qeyd  etdiyimiz  kimi,  vasitəsiz  motiv  olan  idrak 

motivləri  ilə  yanaĢı,  vasitəli  motivlər  də  Ģagirdi  öyrənməyə 

təhrik edir. Bu mənada təlimin motivləĢməsi, motivasiya sahə-

sinin  yaranması  mühüm  əhəmiyyətə  malikdir.  Təlim  motivləri 

barədə  sonrakı  bölmədə  qeyd  olunduğuna  görə  burada  həmin 

məsələni geniĢ Ģərh etmirik. 

Öyrənmənin 

strukturunda 



təlim 

məqsədləri 

və 


vəzifələrinin  də  özünəməxsus  yeri  və  rolu  vardır.  Məhz  bu 

cəhət  öyrənmənin  təlim  xarakteri  daĢımasına  imkan  verir. 

BaĢqa  sözlə,  öyrənmə  planlı,  müəyyən  məqsəd  və  vəzifələri 

yerinə  yetirəcək  Ģəkil  aldıqda  təlimə  çevrilir,  bilik  bacarıq  və 

vərdiĢlərin  mənimsənilməsinə  gətirib  çıxarır.  Deməli,  təlim 

fəaliyyətinin məqsədi müvafiq bilik, bacarıq və vərdiĢlərin əldə 

edilməsindən  ibarətdir.  Lakin  əgər  Ģagirddə  həmin  bilik, 

bacarıq  və  vərdiĢlərə  yiyələnmək  tələbatı  yoxdursa  həmin 

məqsədə nail olması mümkün deyildir. 

Nəhayət,  qeyd  etdiyimiz  kimi,  öyrənmənin  məqsəd  və 

vəzifələrini həyata keçirməyə imkan verən tədris işləri də onun 

strukturunda  əsas  yerlərdən  birini  tutur.  Bu  cür  iĢlərə,  birinci 

növbədə,  icraedici  (təhrikedici)  iĢlər  daxildir.  Öyrənən  adam 



 

 

 



533 

 

həmin tədris iĢlərindən istifadə etmədən müvafiq bilik, bacarıq 



və  vərdiĢlərə  yiyələnə  bilməz.  Bu  cür  iĢlər  insanı  fəaliyyətə 

yönəldən iĢlərdir. Ona görə də burada öyrənmənin motivləri öz 

təsirini göstərir. Proqram məqsədli iĢlərə gəldikdə, bu cür tədris 

iĢləri  proqram  tələblərini  ödəməklə  bağlı  olan  Ģifahi  və  yazılı 

çalıĢmalardan,  laborator  iĢlərindən  və  s.  ibarət  olur.  Fəal-

əməliyyatlı  tədris  iĢləri  Ģagirdlərin  fikri  fəaliyyətini 

fəallaĢdırmağa yönəldilən, onlarda idrak fəallığı yaradan iĢlər-

dir.  Bu  cür  tədris  iĢləri  Ģagirdlərin  əqli  inkiĢafına  təkan  verir, 

onları 

sadəcə 


reproduktivlikdən 

uzaqlaĢdırır. 

Onlar 

oxuduqlarını yadda saxlayıb, yada salmaqla kifayətlənmir, eyni 



zamanda həmin materialı dərk edir, anlayırlar. 

Təlimin strukturuna daxil olan nəzarət-tənzimedici tədris 

iĢlərinin  də  rolu  böyükdür.  Bu  iĢlər  əsasən  qiymətləndirici, 

yoxlayıcı  və  təshihedici  xarakter  daĢıyır.  Bunların  köməyi  ilə 

Ģagirdlərin təlim fəaliyyətini idarə etmək mümkün olur. Burada 

xüsusilə 

özününəzarətə 

keçən 


nəzarətin 

və 


özünüqiymətləndirməyə 

keçən 


qiymətləndirmənin 

rolu 


böyükdür. 

 

 



VI. 24.2. Təlim və psixi inkiĢaf 

 

Təlim  və  psixi  inkiĢafın  qarĢılıqlı  əlaqəsi  daima  diqqəti 



cəlb  edən  məsələlərdən  biri  olmuĢdur.  Lakin  ilk  baxıĢda  asan 

görünən  bu  məsələ  daim  mübahisələrə  səbəb  olmuĢ,  təlim  və 

psixi inkiĢafın qarĢılıqlı əlaqəsi məsələsi həmin sahədə tədqiqat 

aparan 


alimlər  tərəfindən  müxtəlif  istiqamətdə  Ģərh 

olunmuĢdur. 

Vaxtilə alman psixoloqu V.Ştern belə bir müddəanı əsas 

tuturdu  ki,  təlim  inkiĢafın  arxasınca  gedir  və  ona  uyğunlaĢır. 

Bu  fikrin  əksinə  olaraq  görkəmli  rus  psixoloqu  L.S.Vıqotski 

təlim  və  tərbiyənin  uĢağın  psixi  inkiĢafında  həlledici  rolunu 




Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   ...   157   158   159   160   161   162   163   164   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə