Psixologiya 1



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə164/197
tarix20.09.2017
ölçüsü4,67 Mb.
#647
1   ...   160   161   162   163   164   165   166   167   ...   197

 

 

 



540 

 

bəsində  təlimə  qarĢı  mənfi  münasibət  yaradır.  Belə  uĢaqların 



gələcək  planları  təlimlə  bağlı  olmur.  Onların  maraqları 

müxtəlif olur ki, bunların içərisində idrak maraqları da mühüm 

yer tutur. 

Geridə qalan ikinci tip Ģagirdlər arasında da iki yarımtip 

müəyyənləĢdirmək mümkündür. 

Bunlardan  birinci  yarımtipə  özünün  təlimdəki  müvəf-

fəqiyyətsizliyini, 

kollektivdəki 

uğursuz 

vəziyyətini 

sinifdənkənar  əqli  fəaliyyətlə  əvəz  edən  Ģagirdləri  aid  etmək 

olar.  Onların  gələcək  haqqında  arzuları  məhz  sinifdənkənar 

məĢğuliyyətin  həmin  sahəsi  ilə  bağlı  olur.  Bu  cür  Ģagirdlərdə 

təlimin geniĢ sosial motivləri formalaĢmamıĢ olur. 

Ġkinci  yarımtipə  məxsus  olan  Ģagirdlərin  təlimdəki 

müvəffəqiyyətsizlikləri  onları  baĢqaları  ilə,  xüsusilə  məktəb-

dənkənar  qruplarla  əlaqəyə  girmək  üçün  yollar  axtarmağa 

yönəldir.  Belə  uĢaqlarda  tez-tez  mənfi  sosial  istiqamətə  malik 

olan maraq və meyllər müĢahidə olunur. Bu Ģagirdlər çox vaxt 

Ģagird mövqeyini itirirlər. Onlar intizamı kobudcasına pozurlar 

və müəllimlərin yanında etibarlarını itirirlər. 

Dərsdə  geridə  qalan  üçüncü  tip  Ģagirdlərin  xarak-

teristikasını vermək o qədər də çətin deyildir. Bu tipə aid olan 

Ģagirdlər bir növ birinci tip Ģagirdlərin zəif öyrənməyə qabillik 

xüsusiyyətini  və  ikinci  tip  Ģagirdlərin  asosial  istiqamətlərini 

özlərində əks etdirirlər. 

Geridə qalma, təlimdə müvəffəqiyyətsizliyin səbəblərinin 

və  onların  tiplərinin  təhlili  müəllim  üçün,  Ģübhəsiz,  böyük 

əhəmiyyətə  malikdir.  Çünki  bu  zaman  məktəbdə  özünə  yer 

edən bu xəstəliyin qarĢısını almaq və aradan qaldırmaq imkanı 

yaranır.  Lakin  hələ  psixoloji  tədqiqatlar  həmin  xəstəliyin 

qarĢısını  almağın  tam  səmərəli  yollarını  aĢkara  çıxara 

bilməmiĢdir.  Bu  sahədə  aparılan  ayrı-ayrı  tədqiqatlara  istinad 

edərək  təlimdə  geridə  qalmanın  aradan  qaldırılmasına  kömək 

edə biləcək bəzi yolları nəzərdən keçirək. 

Birinci tipə mənsub olan Ģagirdlərlə (öyrənməyə  qabillik 




 

 

 



541 

 

keyfiyyəti aĢağı olan) birinci növbədə elə iĢ aparmaq tələb olu-



nur  ki,  onların  müvəffəqiyyətlə  oxumalarını  ləngidən,  ona 

mane  olan  fikri  fəaliyyət  xüsusiyyətləri  yenidən  qurulmuĢ  ol-

sun. 

ÜmumiləĢdirmə qabiliyyətinin zəif inkiĢaf etməsi, əyani-



əməli  təfəkkürün  məntiqi  təfəkkürə  nisbətən  üstünlüyü  həmin 

Ģagirdlərlə iĢ apararkən təlimin ilk mərhələsində əyani obrazla-

ra  istinad  etmək  zəruridir.  Bu  zaman  müəllim  elə  bir  Ģərait 

yaratmalıdır  ki,  istifadə  olunan  əyani  vəsait  Ģagirdlərin 

diqqətini  əsas  fikri  məsələnin  həllindən  uzaqlaĢdıran  ikinci 

dərəcəli əlamətlərə yönəltməsin. 

Həmin Ģagirdlərlə aparılan mümarisələrin xarakterinə də 

xüsusi  fikir  verilməlidir.  Sübutluluğun  məntiqi  strukturunun 

inkiĢafına,  əqli  nəticələrin  formalaĢmasına  imkan  verən 

mümarisələrdən  geniĢ  istifadə  olunmalıdır.  Öyrənməyə  qabil-

liyi  zəif  olan  Ģagirdlərlə  müqayisəli  təhlil  tələb  edən 

mümarisələrin aparılması daha faydalıdır. 

Müəllim elə bir Ģərait yaratmalıdır ki, hər bir Ģagird orada 

özünü  göstərə  bilsin,  müəllim  isə  Ģagirdləri  hər  bir,  hətta  ən 

kiçik müvəffəqiyyətinə görə rəğbətləndirsin. 

ġagirdlərə  verilən  tapĢırıqlar  içərisində  elələri  də 

olmalıdır  ki,  Ģagirdlər  müstəqil  Ģəkildə  asanlıqla  yerinə  yetirə 

bilsinlər. Belə olduqda, Ģagirdlərdə müstəqil iĢləri yerinə yetir-

məyə qarĢı müsbət münasibətin formalaĢması imkanı yaranır. 

 

         



VI.24.4. Öyrənmənin müvəffəqiyyətini təmin  

 edən amillər 

 

Adətən,  öyrənmənin  müvəffəqiyyətini  təmin  edən 

amilləri daxili və xarici olmaqla iki yerə bölürlər. Öyrənmənin 

daxili  amillərini  bir  növ  subyektiv  amillər  adlandırmaq 

mümkündür.  Bu  cür  subyektiv  amillərdən  xüsusilə  təlimin 

motivlərini aid etmək olar. Sonrakı bölmədə təlim motivlərinin 

mahiyyəti  və  növləri,  onların  öyrənməyə  təsiri  qeyd 




 

 

 



542 

 

olunduğuna görə burada onları Ģərh etmirik.  



Psixoloji  ədəbiyyatda  öyrənmənin  müvəffəqiyyətini 

təmin edən daxili amil kimi diqqət və ustanovkaya xüsusi yer 

verirlər.  Bizə  hər  an  saysız-hesabsız  cisim  və  hadisələr  təsir 

edir. Bunların içərisindən hal-hazırda bizə lazım olan, tanımaq 

və  öyrənmək,  mənimsəmək  istədiyimiz  cisim  və  hadisələri 

ayıra, seçə bilmədən qarĢımıza  qoyduğumuz məqsədə nail ola 

bilmərik.  Bunlar  isə  diqqətin  bilavasitə  iĢtirakı  olmadan 

mümkün  deyildir.  Xüsusilə  təlim  fəaliyyətində  diqqətin 

oynadığı  rolu  nəzərə  alaraq  K.D.UĢinski  yazmıĢdır:  «Diqqət 

Ģüurumuzun  elə  bir  yeganə  qapısıdır  ki,  Ģüurumuzda  olan  hər 

bir  Ģey  mütləq  buradan  keçir.  Ona  görə  də  Ģagirdləri  təlim 

prosesində həmin qapını açıq saxlamağa alıĢdırmaq lazımdır». 

Təcrübə göstərir ki, müəllim dərsdə Ģagirdlərin diqqətini təĢkil 

etməyi  bacarmasa  heç  bir  informasiyanı  mənimsədə  bilməz. 

Ona  görə  də  diqqət  öyrənmənin  müvəffəqiyyətini  təmin  edən 

ən mühüm daxili amillərdən biri kimi özünü göstərir. Bu cəhəti 

nəzərə  alaraq  müəllim  təlim  prosesində  diqqətin  qanuna-

uyğunluqlarından geniĢ istifadə etməlidir. 

Qeyd  etdiyimiz  kimi  öyrənmənin,  mənimsəmənin 

səmərəliliyini təmin edən digər daxili amil ustanovkadır.  

Ġnformasiyaların seçilməsi, iĢlənməsi və onlardan istifadə 

edilməsi  prosesində  insan  Ģəxsiyyətinin  təzahür  etmə  halını 

psixoloqlar ustanovka adlandırırlar. Ustanovka dedikdə tələbatı 

müəyyən tərzdə təmin etməyə hazırlıq baĢa düĢülür. Ustanovka 

müəyyən  bir  fəaliyyətə  Ģəxsiyyət  tərəfindən  dərk  edilməyən 

hazırlıq halətidir. AparılmıĢ müĢahidə və eksperimentlər fərdin 

ustanovkasının  təlim  fəaliyyətində  mühüm  əhəmiyyətə  malik 

olduğunu göstərmiĢdir. 

Məsələn,  psixoloji  eksperiment  zamanı  iki  qrupda  eyni 

material  eyni  yolla  öyrədilmiĢ,  hər  iki  qrupda  eyni  miqdarda 

təkrar  aparılmıĢdır.  Lakin  qrupların  birinə  qabaqcadan 

xəbərdarlıq  edilmiĢdir  ki,  həmin  materialı  necə  öyrəndiklərini 

soruĢana  qədər  bir  daha  təkrar  aparılmayacaq,  istənilən  vaxt 



Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   ...   160   161   162   163   164   165   166   167   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə