Psixologiya 1



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə165/197
tarix20.09.2017
ölçüsü4,67 Mb.
#647
1   ...   161   162   163   164   165   166   167   168   ...   197

 

 

 



543 

 

onlar  yoxlanıla  bilərlər.  Ġkinci  qrupa  materialı  öyrənmək 



tapĢırılarkən  bildirilmiĢdir  ki,  yoxlamadan  əvvəl  mütləq 

materialı  bir  daha  təkrar  etməyə  imkan  olacaqdır.  Sonradan 

gözlənilmədən hər iki qrupda sorğu aparılmıĢdır. Nəticədə bi-

rinci  qrupa  nisbətən  ikinci  qrupun  nümayəndələri  bir  daha 

təkrar edəcəklərini zənn edərək materialı pis yadda saxlamıĢlar. 

Onlarda verilən materialı qəti, birdəfəlik öyrənmək ustanovkası 

yaranmamıĢdır. 

AparılmıĢ  psixoloji  tədqiqatlar  göstərmiĢdir  ki,  bu  cür 

öyrənmə  ustanovkası  qarĢıya  qoyulan  yaddasaxlama  məqsədi, 

yaddasaxlamanın  müddəti,  möhkəmliyi  və  xarakterindən 

asılıdır.  Hər  Ģeydən  əvvəl  öyrənmə  o  zaman  səmərəli  olur  ki, 

Ģagird  öz  qarĢısına  yaddasaxlama  məqsədi  qoysun.  Təcrübə 

göstərir  ki,  qarĢıya  öyrənmək,  yadda  saxlamaq  məqsədi  qoy-

madan səmərəli yaddasaxlama mümkün deyildir. Bəzən Ģagird 

müəyyən bir materialı oxuyur və ya dinləyir. Lakin qarĢısında 

onu  öyrənmək,  yadda  saxlamaq  məqsədi  qoymadığına  görə 

suallara  ya  ötəri  cavab  verir,  ya  da  heç  cür  cavab  verə  bilmir. 

Onun  yadında  olsa-olsa  emosional  cəhətdən  təsirli  faktlar 

qalmıĢ  olur.  Bəzi  Ģagirdlər  belə  halda  «bilmədim 

soruĢacaqsınız»  tipli  cavablarla  yaxalarını  qurtarmağa 

çalıĢırlar. ġagirdin qarĢısında yaddasaxlama məqsədi qoyduqda 

(istər  müəllim,  istərsə  də  Ģagirdin  özü  tərəfindən)  o,  verilən 

materialı  yaxĢı  öyrənir.  Ona  görə  də  müəllim  təlim 

fəaliyyətində  öyrənmənin  həmin  səmərəli  yolunu  nəzərdən 

qaçırmamalıdır,  Ģagirdləri  həmiĢə  öyrənmə  zamanı  öz 

qarĢılarına yaddasaxlama məqsədi qoymağa alıĢdırmalıdır.  



Öyrənmənin  müvəffəqiyyətini  təmin  edən  xarici 

amillər.  Öyrənmənin  müvəffəqiyyətini  təmin  edən  xarici 

amillər  təlim  materialının  xüsusiyyətləri  ilə  bağlıdır.  Bu 

xüsusiyyətlər  çoxdur.  Psixoloqların  apardıqları  tədqiqatlar 

həmin  xüsusiyyətlərin  sistemini  müəyyənləĢdirməyə  imkan 

vermiĢdir. 

Təlim  materiallarının  xarici  amil  kimi  öyrənmənin 




 

 

 



544 

 

müvəffəqiyyətini təmin edən xüsusiyyətlərindən birincisi onun 



məzmunudur.  Təlim  materiallarının  əsas  məzmununu 

məlumatlar, anlayıĢlar, prinsiplər, qaydalar, bacarıq və vərdiĢ-

lər təĢkil edə bilir. Həmin məzmunun düzgün seçilməsi təlimin 

səmərəliliyi  üçün  zəruridir.  Təlim  materialları  məzmunca 

dolğun,  anlayıĢları  dəqiq  açacaq,  Ģagirdlərin  yaĢ  və  bilik 

səviyyələrinə uyğun olmalıdır.  

Təlim  materialını  öyrənmənin  müvəffəqiyyətini  təmin 

edən  xarici  amil  kimi  ikinci  mühüm  xüsusiyyəti  onun 



formasıdır. Adətən, təlim materialları müxtəlif formaya malik 

ola  bilər.  Forma  etibarilə  o,  əĢyavi,  obrazlı,  sözlü  və  simvolik 

Ģəkildə ifadə  edilir. Təlim materialının göstərilən formalarının 

hər  birinin  özlərinə  məxsus  dil  və  üslub xüsusiyyətləri  vardır. 

Ona  görə  də  təlimin  həmin  formalarından  və  onların 

xüsusiyyətlərindən  asılı  olaraq  öyrənmə,  mənimsəmə  də 

müxtəlif  Ģəkildə  gedir.  Bu  baxımdan  təlim  prosesində  həmin 

cəhətlərin  nəzərə  alınması  zəruridir.  Müəyyən  yaĢ  dövründə 

təlim  materialının  müvafiq  formasından  istifadə  olunması 

öyrənmənin  müvəffəqiyyətini  təmin  etmək  üçün  mühüm 

əhəmiyyətə malikdir.  

Psixoloji tədqiqatlar əsasında materialın formaca  düzgün 

tərtib  edilməsinə  verilən  psixoloji  tələblər  müəyyən-

ləĢdirilmiĢdir.  Bu  tələblərə  düzgün  əməl  edilməsi  təlim 

materiallarını Ģagirdlərin səmərəli Ģəkildə öyrənmələrinə imkan 

yaradır.  Belə tələblərdən biri fikri istinadların, mətnin quruluĢ 

«vahidinin»  qabarıq  Ģəkildə  verilməsidir.  Bu  tələbə  görə 

təqdim  edilən  təlim  materialının  əsas  cəhətlərini  qabarıq 

Ģəkildə  nəzərə  çarpdırmaq  lazımdır.  Material  elə  tərtib 

olunmalıdır  ki,  əsas  cəhətləri  bir-birindən  dərhal  fərqlənə  bil-

sin,  onları  birləĢdirmək,  qruplaĢdırmaq  və  ümumiləĢdirmək 

mümkün olsun (A.A.Smirnov). 

Öyrənmənin  müvəffəqiyyətinə  təsir  göstərən  xarici 

amillərdən  biri  də  təlim  materiallarının  çətinlik  dərəcəsidir. 

Öyrənmənin səmərəliliyinə, onun sürətinə və düzgünlüyünə bu 



 

 

 



545 

 

amilin böyük təsiri vardır. 



Materialın  çətinliyi  onda  olan  informasiyaların  mək-

təblinin idrak imkanlarına müvafiq olmaması ilə  müəyyən edi-

lir. Materialın ayrı-ayrı ünsürləri arasında əlaqənin zəif olması, 

onun bir tərkib hissəsinin özündən sonra gələn tərkib hissəsini 

ətraflı  aydınlaĢdıra  bilməməsi,  səbəb-nəticə  əlaqəsinin 

pozulması, ardıcıllığın itməsi, mətn daxilində qayda və tərifləri 

üzə  çıxarmaq  imkanı  verən  ümumiləĢdirmənin  zəif  olması 

materialın çətinlik dərəcəsini artırır. Ona görə də bu cür mate-

riallar Ģagirdlər tərəfindən çətin mənimsənilir. 

Təlim  materialının  öyrənməyə  təsir  edən  əsas 

xüsusiyyətlərindən  biri  də  onun  əhəmiyyətidir.  Materialın 

əhəmiyyətlilik dərəcəsi  müxtəlif sahələrlə bağlı  ola bilər. Ma-

terial, ola bilsin ki, Ģagirdlərə təqdim edilmiĢ digər materialları 

mənimsəmək,  qarĢıda  duran  məsələni  həll  etmək,  yeni 

məlumatlar əldə etmək, Ģagirdlərdə Ģəxsiyyətin bu və ya digər 

keyfiyyətlərini  formalaĢdırmaq  və  s.  baxımından  əhəmiyyətli 

olsun.  Bunların  hamısında  materialdan  insanın  faydalanması 

nəzərdə  tutulur.  Əgər  verilmiĢ  təlim  materialı  heç  cür 

faydalanmağa imkan vermirsə, onun öyrənilməsi də bir o qədər 

səmərəsiz  olacaqdır.  Çox  vaxt  dərsliklərdə  və  ya  Ģagirdlərə 

təqdim olunan əlavə ədəbiyyatdakı materiallar bu tələbə cavab 

vermədiyinə  görə  Ģagirdlər  tərəfindən  rəğbətlə  qarĢılanmır, 

əksinə  asanlıqla  psixoloji  doyumluluq  yarada  bilirlər. 

Ümumiyyətlə  götürdükdə  təlim  materialının  əhəmiyyətliliyi 

qnostik  (idraki),  praktik  (əməli),  etik  (əxlaqi),  estetik  (bədii), 

sosial (ictimai), tərbiyəvi (pedaqoji) sahələri əhatə edir. 

Lakin buradan heç də belə bir nəticə çıxarmaq olmaz ki, 

materialın  təkcə  öz-özlüyündə  əhəmiyyətli  olması  onun 

müvəffəqiyyətlə 

mənimsənilməsini 

təmin 

edə 


bilər. 

Öyrənmənin  müvəffəqiyyətlə  getməsi  üçün  material  Ģagird 

üçün əhəmiyyətlilik kəsb etməli, onun tələbat və maraqlarına 

cavab verməlidir. 

Təlim  materialının  anlaşıqlılığı  da  onun  öyrənilməsinə 



Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   ...   161   162   163   164   165   166   167   168   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə