120
Təsadüfi deyildir ki, beynəlxalq əlaqələrin inkiĢafı müx-
təlif dillərə malik olan insanların ünsiyyətində, informasiya
mübadiləsində çətinliklər yaradır. Bu cür çətinliyi aradan
qaldırmaq üçün müxtəlif ölkələrdən olan insanların baĢa düĢə
biləcəyi simvollardan istifadə edilir. Bu məqsədlə o qədər də
çətin olmayan görmə simvolları dünya miqyasında geniĢ
yayılmıĢdır. Bu cür simvollara aeroportlarda, avtotraslarda da-
ha çox rast gəlmək olur. Həmin simvolların köməyi ilə insanlar
dayanacaqlar, yeməkxanalar, yanacaq və təmir yerləri və s.
barədə məlumat əldə edirlər.
Qeyri – verbal ünsiyyət vasitəsi kimi geniĢ yayılmıĢ
vasitələrə üzün və bədənin ifadəli hərəkətlərini xüsusilə qeyd
etmək lazım gəlir. Üzün ifadəli hərəkətlərindən (mimikadan),
jestlərdən istifadə etməklə insanlar bir – birinə razılıq və
narazılıqlarını, sevinc və kədərlərini və s. məlumatları çatdıra
bilirlər. Lakin heç də jest və mimikalar həmiĢə vahid Ģəkildə,
eyni cür baĢa düĢülmür və Ģərh olunmur. Müxtəlif mədəniyyət
və sosial inkiĢaf pilləsinə malik olan insanlar bunları müxtəlif
Ģəkildə dərk edirlər. Məsələn, baĢımızı yuxarıdan aĢağıya
hərəkət etdirdikdə razılıq, təsdiq, yanlara hərəkət etdirdikdə
narazılıq, inkar kimi baĢa düĢülür, Ģərh olunur. Əksər xalqlarda
baĢın həmin hərəkətləri məhz bu cür də Ģərh olunur. Lakin bol-
qarlarda bu tamamilə əksinə baĢa düĢülür.
Bununla belə psixoloqlar aĢkara çıxarmıĢlar ki, çox vaxt
bədənin, üzün ifadəli hərəkətləri, qeyri – verbal yolla çatdırılan
məlumatlar həmsöhbətə verbal yoldan daha güclü təsir göstərir.
Məsələn, insan sevincdən doğan göz yaĢları ilə dostlarını
inandırmağa çalıĢsa ki, «Məndə hər Ģey yaxĢıdır!» onlar onun
sözünə deyil, daha çox göz yaĢına inanacaqlar.
Ġnsanların müxtəlif birliyində, o cümlədən dərs zamanı
qeyri – verbal ünsiyyət vasitəsi kimi müxtəlif intonasiyadan,
bir anlığa danıĢığı dayandırmaqdan, öskürməkdən və s. dən
istifadə edilir. Məsələn, mühazirə zamanı tələbələrin müəyyən
hərəkətlərinə narazılığını bildirmək üçün müəllimin səs tonunu
121
yüksəltməsi, alçaltması, bir anlığa danıĢığını dayandırması,
öskürməsi tələbələrin sakitləĢməsinə, müəllimin nə demək
istədiyini baĢa düĢmələrinə səbəb olur.
Ġnsanın geyimi, paltarı da onu əhatə edənlərə onun
əhvalı, hissləri, nə demək istəməsi, ədası barədə məlumat verir.
Ġnsanlar onları əhatə edən adamlara öz mənasibətlərini
təkcə geyimləri, ədaları ilə deyil, həmin adamlarla ünsiyyət
zamanı hansı distansiyanı, məsafəni tutmalarına əsasən də
çatdıra bilirlər. Bu yolla bir növ qeyri – verbal Ģəkildə
ətrafdakılara öz münasibət tərzlərini çatdırırlar. Bu baxımdan
mütəxəssislər Ģəxsiyyətlərarası ünsiyyətdə aĢağıdakı dörd zo-
nanın mümkünlüyünü qeyd edirlər.
Birincisi, intim ünsiyyət zonası (yarım metrdən bilavasitə
bədənlə təmasa qədər olan məsafə). Adətən bu məsafədə
valideynlər övladları, olduqca yaxın dostlar, sevgililər ünsiyyət
saxlayırlar. Adətən, az tanıdığın bir adam sənə bu zonada
yaxınlaĢdıqda özünü narahat hiss edirsən. BaĢqasına sənin bu
cür yaxınlaĢmağın həmin adamda sənin ona yaxın münasibət
bəsləməyin barədə fikir doğurur. Psixoloji eksperimentlər
göstərmiĢdir ki, xoĢbəxt ər – arvad məhz bu məsafədə ünsiyyət
zamanı özlərini rahat hiss edirlər. Əksinə, bir – biri ilə yola
getməyənlər bu məsafədən uzaq dayanırlar.
İkincisi, şəxsi ünsiyyət zonası (0,5 metrdən 1,5 metrə
qədər olan məsafə). Müxtəlif mədəniyyət, mədəni inkiĢaf
səviyyəsində bu zonanın sərhəddi müxtəlif olur. Adətən, bu
məsafədə bir – biri ilə yaxĢı, yaxın tanıĢ olan adamlar ünsiyyət
saxlayırlar. Bu məsafə adamların bir – birinə toxunmalarına, əl
vermələrinə, əllə çiyninə vurmalarına imkan verir.
Mütəxəssislərin qeyd etdiyi kimi, adamların əksəriyyəti bu
zonanı özlərinin Ģəxsi məkanı hesab edir və yad adamlarla bu
zonada ünsiyyətə meylli olmurlar.
Təsəvvür edin ki, mikroavtobusda oturmusunuz. Dayana-
caqda yeni bir sərniĢin maĢına minərək bütün yerlər boĢ olduğu
halda sizin yanınızda oturur. Bu zaman siz istər – istəməz
122
özünüzü narahat hiss edirsiniz. Yəqin ki, siz belə halların
Ģahidi olmusunuz ki, adamların sıx olduğu yerdə, məsələn,
liftdə, metro vaqonunda, avtobusda insanlar bir – biri ilə vizüal
təmasdan qaçır, pəncərədən baxmağa, gözlərini vaqondakı rek-
lam Ģəkillərə zilləməyə cəhd göstərirlər. Bu cür davranıĢ tərzi
Ģəxsi məsafə sərhəddini gözləmək cəhdindən irəli gəlir.
Üçüncüsü, formal ünsiyyət zonası (1,5 metrdən 3 metrə
qədər olan məsafə). Adətən bu məsafəni iĢgüzar adamlarla
ünsiyyət, eləcə də təsadüfi, az əhəmiyyətli söhbət zamanı
gözləyirlər.
Dördüncüsü, ümumi ünsiyyət zonası (3 metrdən uzaq
məsafə). Bu məsafədə birinci və ikinci ünsiyyət zonalarındakı
davranıĢı həyata keçirmək mümkün deyildir və yersizdir. Hətta
bu məsafədə iĢgüzar ünsiyyət də həyata keçirilə bilməz. Bu
məsafədə sadəcə olaraq, məsələn, mühazirəni dinləyirsən və
deyə bilirsən ki, ümumi ünsiyyət sitüasiyasına düĢmüsən.
II. 4. 3. Ünsiyyət Ģəxsiyyətlərarası qarĢılıqlı
təsir kimi
Sosial
psixologiyada
ünsiyyətin
ən
mühüm
cəhətlərindən biri kimi onun qarşılıqlı təsir prosesi olması,
baĢqa sözlə interaktiv cəhəti diqqəti cəlb edir. Ünsiyyətə
girərkən insanlar hər hansı sual, xahiĢ, əmr, izahat və s. zamanı
qarĢılarına baĢqasına bu və ya digər Ģəkildə təsir etmək
məqsədini də qoyur. Bu zaman o baĢqasından nəyisə
öyrənmək, ona təsir etmək, onu yersiz hərəkətdən
uzaqlaĢdırmaq, onunla dostluq əlaqələri yaratmaq, ondan
hansısa bir köməkliyi əldə etmək və ya ona öz kömək əlini
uzatmaq və s. istəyini güdə bilir. Bu zaman ünsiyyətin nəzərdə
tutulan məqsədi onun hər iki iĢtirakçısının birgə fəaliyyət
tələbatına uyğun olursa öz müsbət bəhrəsini verə bilir, təsir
birtərəfli deyil qarĢılıqlı xarakter daĢıyır. Belə ki, A. fərdin
hərəkəti B – in davranıĢında dəyiĢikliyə səbəb olur, onun cavab
Dostları ilə paylaş: |