Psixologiya 1



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə53/197
tarix20.09.2017
ölçüsü4,67 Mb.
#647
1   ...   49   50   51   52   53   54   55   56   ...   197

 

 

 



179 

 

namik  istiqamətdən  izah  edən  istiqamətin  baxıĢlarını  həmin 

formulaya tətbiq etdikdə B= F(P) alınır. Bu isə o deməkdir ki, 

psixodinamik  istiqamətdə  Ģəxsiyyətin  davranıĢı  faktiki  olaraq 

yalnız  fərdin  daxili  subyektiv  psixoloji  xassələri  ilə 

əlaqələndirilir və onunla izah olunur. Burada sosial mühitin ro-

lu nəzərə alınmır.  

ġəxsiyyət  haqqında  sosiodinamik  istiqamətə  gəldikdə, 

həmin  nəzəriyyə  tərəfdarları  Ģəxsiyyətin  davranıĢını  xarici 

mühitin  təsiri  ilə  bağlayır,  Ģəxsiyyətin  daxili  xassələrinə 

əhəmiyyət  vermirlər.  BaĢqa  sözlə  B  =  F  (E)  formulu  əsas 

götürülür.  



İnteraksionistik  istiqamətin  tərəfdarları  isə  B=F  (P,E) 

formulunu  əsas  götürürlər.  Bununla  da  onlar  Ģəxsiyyətin 

davranıĢını, fəallığını daxili və xarici  amillərin qarĢılıqlı təsiri 

ilə bağlayırlar. Bu ideyadan çıxıĢ edən psixoloqlar Ģəxsiyyətin 

fəallığının  mənbəyinin  onun  tələbatlarından  ibarət  olduğunu 

irəli sürürlər.  



ġəxsiyyətin  istiqamətinin  xarakteristikası.  Yuxarıda 

Ģəxsiyyətin  strukturundan  danıĢarkən  onun  ən  mühüm 

bloklarından biri kimi istiqamətini qeyd etdik və buraya onun 

tələbatlarının,  davranıĢ  motivlərinin,  maraq  və  meyllərinin, 

dünyagörüĢünün,  əqidə  və  ideallarının  və  s.  daxil  olduğunu 

qeyd etdik.  



Tələbat  orqanizmin  və  ya  şəxsiyyətin  nəyə  isə  obyektiv 

ehtiyacını  əks  etdirən  psixi  hadisədir.  Tələbatlar  həm  insan, 

həm də heyvana mənsub olmaqla bioloji, yalnız insana mənsub 

olmaqla  sosial  və  ya  mənəvi  xarakter  daĢıya  bilər.  Bununla 

belə 


insanların 

və 


heyvanların 

bioloji 


tələbatlarını 

eyniləĢdirmək  mümkün  deyildir.  Dərk  olunma  və  ödənmə 

xüsusiyyətlərinə  görə  insan  tələbatları  bir-  birlərindən  əsaslı 

Ģəkildə  fərqlənir.  Ġnsan  tələbatları  onun  dərk  olunmuĢ 

ehtiyacları ilə  bağlı olur. Hər hansı bir  dərk olunmuĢ ehtiyac 

adamı  o  ehtiyacın  ödənilməsi  ilə  əlaqədar  Ģəraitdən  asılı  edir. 

Bu  asılılığın  psixi  təəssüratdan  keçirilməsi  nəticəsində  adam 



 

 

 



180 

 

fəallaĢır. 



Tələbatların ödənilməsi, görülən iĢ, istifadə edilən alətlər 

yeni tələbatlar doğurur. Ġnsanın tələbatları olduqca müxtəlifdir. 

Adətən  mənĢəyinə  görə  tələbatları  iki  yerə  bölürlər:  təbii  və 

mədəni tələbatlar.  

Təbii  tələbatlar  –  fərdin  yaĢayıĢını  və  nəslini  davam 

etdirmək  üçün  Ģərait  və  ehtiyacların  inikası  əsasında  yaranır. 

Təbii  tələbatlara  qida,  təmizlik,  isti  və  soyuqdan  mühafizə, 

istirahət, nəsli davam etdirmək və s. ehtiyaclar misal ola bilər. 



Mədəni tələbatlar – fərdin daxil olduğu sosial qruplarda 

mövcud  mədəniyyətin  psixi    inikası  nəticəsində  yaranır.  

Mədəniyyət, sosial qrupda, tarixi inkiĢaf prosesində insanların 

əli  və  dühası  ilə  yaradılmıĢ  cisim,  hadisə  və  münasibətlər 

mövcuddur.  Hər  konkret  tarixi  cəmiyyətin  özünəməxsus 

geyim, ünsiyyət, məiĢət və s. dəbləri və onların inikası əsasında 

yaranan  tələbatlar  sistemi  vardır.  Fərd  cəmiyyət    daxilində  ən 

kiçik yaĢlarından real gerçəkliyi dərk etmə prosesində adət və 

ənənələrə,  yaĢayıĢ  və  davranıĢ  tərzinə  yiyələnir,  sosiallaĢma 

prosesi  keçirir.  SosiallaĢma  prosesində  fərd  sosial    qrupun 

tələbatlar  sistemini,  onların  ödənilməsi  yol  və  vasitələrini  də 

mənimsəyir.  Mədəni  tələbatlar  öz  məzmunu  etibarı  ilə  sosial 

tələbatlardır.  Ona  görə  də  Ģəxsiyyət  ən  təbii  ehtiyaclarını  belə 

daxil  olduğu  sosial  qrupun  mədəniyyəti  çərçivəsində  ödəyir. 

Beləliklə,  cəmiyyətin  tarixi  inkiĢaf  səviyyəsindən  asılı  olaraq, 

orada  yaĢayan  adamların  tələbatlar  sistemi  istər  məzmun, 

istərsə də forma nöqteyi- nəzərindən bir-birindən fərqlənirlər.  

Tələbatları,  onların  məzmunlarının  səciyyəsinə  görə 

təsnif edərkən maddi və mənəvi tələbatları müəyyənləĢdirirlər. 

Maddi 


tələbatlar-maddi  ehtiyaclardan  doğur.  Mənəvi 

tələbatlara  insanların  siyasətə,  əxlaqi  davranıĢa,  dinə,  elmə, 

incəsənətə  və s. olan tələbatları daxildir.  

Maddi  və  mənəvi  tələbatlar  bir-birilə  ayrılmaz  surətdə 

bağlıdır. Mənəvi tələbatların təmin olunması üçün daima maddi 

Ģeylərin olması tələb edilir ki, bunlar da öz növbəsində maddi 




 

 

 



181 

 

tələbatların predmetini təĢkil edir.  



Buradan  isə  aydın  olur  ki,  mənĢəyinə  görə  təbii  olan 

tələbat, eyni zamanda predmetinə görə maddi tələbat ola bilər. 

MənĢəyinə görə mədəni olan tələbat predmetinə görə ya maddi, 

ya  da  mənəvi  ola  bilər.  Deməli,  həmin  təsnifat  tələbatların  ol-

duqca  müxtəlif  növlərini  əhatə  edir  və  onların  insan  Ģüurunun 

inkiĢaf  tarixinə  və  yönəldikləri  obyektlərə  münasibətini  ifadə 

edir.  

  ġəxsiyyətin  davranıĢ  motivləri.  Qeyd  etdiyimiz  kimi, 



tələbatlar Ģəxsiyyətin davranıĢının, fəallığının mənbəyini təĢkil 

edir.  Məhz  buna  görə  də  onlar  insanı  fəaliyyətə  təhrik  edən 

səbəblər,  baĢqa  sözlə  motivlər  rolunu  oynayır.  Motiv  (latınca 

movero-hərəkətə gətirən) insanı hər hansı bir məqsədəyönəlmiĢ 

iĢə, fəaliyyətə təhrik edən səbəbdir. 

Təcrübə göstərir ki, motivlər bir-birindən onlarda təzahür 

edən  tələbatların  növünə,  onların  kəsb  etdiyi  formalara, 

geniĢliyinə və ya məhdudluğuna, onların reallaĢdığı  fəaliyyətin 

konkret  məzmununa  görə  fərqlənir.  Fəaliyyətin  mürəkkəb 

növləri, bir qayda olaraq bir motivə deyil, eyni vaxtda bir necə 

təsir  göstərən  və  qarĢılıqlı  təsirdə  olan  motivə  cavab  verir  ki, 

bunlar  da  insanın  hərəkət  və  əməllərinin  ĢaxələnmiĢ 

motivləĢmə sistemini təĢkil edir. Motivləşmə elə  motivlər bir-

liyidir  ki,  Ģəxsiyyətin  istiqamətini,  yönəliĢliyini  müəyyən 

etməklə onun fəaliyyətinin səmərəliliyini də Ģərtləndirir. 

Əvvəlki  fəsildə  qeyd  etdiyimiz  kimi,  motivləri  dərk 

edilən  və  dərk  edilməyən  olmaqla  iki  yerə  bölürlər.  Psixoloji 

ədəbiyyatda  dərk  edilən  motivlərə  tələbatlarla  yanaĢı 

maraqları, dünyagörüşünü, əqidə və idealları; dərk edilməyən 

motivlərə isə ustanovkanı, həvəsi və s. aid edirlər.  



Maraqlar.  Maraqlar  insanın  idrak  tələbatlarının  emo-

sional  təzahürləridir.  BaĢqa  sözlə,  maraq  Ģəxsiyyətin,  gerçək 

həyatın müəyyən bir sahəsinə, müəyyən bir fəaliyyətə, bu və ya 

digər biliyi əldə etməyə az və ya çox yönəlməsində ifadə olu-

nan  fərdi  psixi  xüsusiyyətdir.  ġəxsiyyətin  istiqaməti  onun 



Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə