Psixologiya 1



Yüklə 4,67 Mb.

səhifə75/197
tarix20.09.2017
ölçüsü4,67 Mb.
1   ...   71   72   73   74   75   76   77   78   ...   197

 

 

 



255 

 

faktı xatırlamaq yerinə düĢər.  



MəĢhur həkim Botqin öz klinikasında belə bir hadisə ilə 

rastlaĢmıĢdır:  Xəstə  bütün  duyğulardan  məhrumdur.  Onun 

ancaq  bir  gözü  azacıq  görmə  qabiliyyətini  saxlamıĢdır.  Bir  də 

əlinin  üstə  kiçik  bir  sahədə  dəri  duyğusu  hələlik  qalır.  Həkim 

göstərir  ki,  əgər  xəstə  həmin  görən  gözünü  yumursa,  əlindəki 

hissiyyatın qaldığı sahəyə heç kim toxunmursa, bu zaman xəstə 

huĢa gedir, xarici aləmlə heç bir əlaqəsi qalmır. 

 

     



I V . 8 . 2 .     D u y ğ u l a r ı n   t ə s n i f a t ı  

 

Müasir  psixologiyada  duyğuların  təsnifatını  müxtəlif 



prinsiplər  əsasında  aparırlar.  Bunlardan  biri  duyğuları 

reseptorların  yerləĢməsnə  görə  təsnif  etməkdən  ibarətdir. 

Müasir fizioloji və psixoloji ədəbiyyatda reseptorları üç qrupda 

birləĢdirirlər: ekstreoseptorlar, intreoseptorlar, proprioseptorlar.  

Ekstreoseptorlar  bədənin  xarici  səthində  yerləĢir. 

Ekstreoseptorların  yaratdığı  duyğular  da  ekstreoseptiv  və 

yaxud xarici duyğular adlanır. Bunlara görmə, eşitmə, iybilmə

dadbilmə və dəri duyğuları daxildir. 

Ġkinci  qrup  reseptorlar  daxili  üzvlərin  səthində  selikli 

qiĢasında  yerləĢir.  Bunlara  isə  intreoseptorlar  deyilir. 

Ġntreoseptorların  yaratdığı  duyğular  intreoseptiv  və  ya  daxili 



duyğular  adlanır.  Üzvü  duyğular  bu  reseptorlarla  bağlı  olan 

duyğulardır. 

Nəhayət üçüncü qrup reseptorlar əzələlərdə, oynaqlarda, 

onları 


birləĢdirən 

vətərlərdə 

yerləĢir. 

Bunları 


isə 

proprioseptorlar  adlandırırlar.  Bu  reseptorlarla  bağlı  olan 

duyğular  proprioseptiv  duyğular  adlanır.  Hərəkət  duyğusu  və 

müvazinət duyğuları bu bölgəyə daxildir. 

Duyğuların  reseptorların  bilavasitə  qıcıqlandırıcılarla 

təmasından  asılı  olaraq  kontakt  və  distant    duyğulara  da 

ayırırlar. Bu baxımdan eksteroseptiv duyğular iki cür olur: 




 

 

 



256 

 

1) kontakt duyğular. Dad və dəri duyğusu kontakt duy-



ğulardır. Bu duyğular qıcıqlandırıcının duyğu orqanlarına 

bilavasitə təsiri zamanı əmələ gəlir. 

2)  distant  duyğular.  Bunlara  görmə,  eşitmə  və  iybilmə 

duyğularını aid etmək olar. Bu duyğuların əmələ gəlməsi üçün 

qıcıqlandırıcının müəyyən məsafədən təsir etməsi kifayətdir. 

 Bu təsnifata uyğun olaraq duyğuların ayrı- ayrı növlərini 

qısaca nəzərdən keçirək. 

Görmə  duyğusu.  Bu  duyğu  rənglərin  və  iĢığın 

inikasından  ibarətdir.  Biz  iki  cür  rəngi  duyuruq:  xromatik  və 

axromatik. Xromatik rənglər boyalı rənglər olub spektrin bütün 

rənglərini  əhatə  edir.  Xromatik  rəngləri  görmə  duyğusu  380 

milli  mikrodan  780  milli  mikrona  qədər  uzunluqda  olan 

elektromaqnit  dalğalarının  görmə  üzvünə,  gözə  təsiri  zamanı 

əmələ  gəlir.  Ən  qısa  elektromaqnit  dalğasında  bənövĢəyi,  ən 

uzun elektromaqnit dalğasında isə qırmızı rəngi duyuruq. Hansı 

uzunluqda  olan  dalğa  hansı  rəngi  yaradır?  Bunu  aĢağıdakı 

cədvəldən görə bilərik: 

          

Dalğanın  uzunlu-

ğu 

Müvafiq uzunluqda olan dalğanın 

yaratdığı rənglər 

          380 – 450 

          480 

          500 

          521 

          540 – 560 

          572 

          600 – 650 

          650 - 780 

          BənövĢəyi 

          Mavi 

          Göy 

          YaĢıl 

          YaĢıl 

           Sarı 

           Çəhrayı 

           Qırmızı  

        


Görmə  duyğularının  reseptorları  gözün  torlu  qiĢasında 

yerləĢir.  Burada  iki  cür  hüceyrələr:  çöpcüklər  və  kolbacıqlar 

mövcuddur.  Çöpcüklər  iĢığı,  kolbacıqlar  rəngləri  duyma 

orqanıdır.  Çöpcüklər  pozulduqda  toyuq  korluğu,  kolbacıqlar 




 

 

 



257 

 

pozulduqda isə yarasa korluğu baĢ verir. 



EĢitmə  duyğusu.  Bu  duyğular  səslərin  inikasından 

ibarətdir.  EĢitmə  duyğusu  dəyiĢən  hava  dalğalarının  eĢitmə 

analizatoruna  təsiri  nəticəsində  əmələ  gəlir.  Qulağa  təsir  edən 

dalğa  aĢağı  və  yuxarı  təzyiq  kimi  əlamətləri  ilə  xarakterizə 

olunur. Dalğaya xas olan bu cəhətlər səsin ucalığını, gurluğunu 

və  tembirini  yaradır.  Səsin  ucalığı  dalğanın  tezliyi,  quruluğu 

dalğanın amplitudası, tembri isə dalğanın formasından asılıdır. 

Ġnsan qulağı saniyədə 20 dən 20 000-ə qədər hersə bərabər olan 

səsləri  eĢidə  bilir.  Hers  səsi  əmələ  gətirən  dalğanın  tezliyinin 

fiziki ölçü vahididir. 



Ġybilmə duyğuları. Ġybilmə duyğusu çox müxtəlif iylərin 

inikasından ibarətdir. Adətən insanlar iyləri onların xoĢ yaxud 

xoĢagəlməz  olması  baxımından  fərqləndirirlər.  Ġybilmə 

duyğusunun  reseptoru  burun  boĢluğunun  yuxarı  hissəsində 

yerləĢir.  Bu  hissədə  yerləĢən  hüceyrələr  müxtəlif    iylərə  qarĢı 

çox  həssas  olur.  Cisimlərin  havada  uca  bilən  mikroskopik 

hissəcikləri  hava  ilə  birlikdə  burun  boĢluğuna  daxil  olur  və 

reseptorlara  təsir  edir.  Beləliklə  də  iybilmə  duyğusu  əmələ 

gəlir. 

Dadbilmə  duyğuları.  Müxtəlif  maddələrin  suda,  yaxud 

tüpürcəkdə  həll  olunması  nəticəsində  onların  ağız  boĢluğunda 

dad  reseptorlarına  təsiri  zamanı  əmələ  gəlir.  P.P.Lazarevin 

nəzəriyyəsinə görə, ağız boĢluğunda dörd növ dad reseptorları 

yerləĢir.  Elə  bu  reseptorlar  da  dörd  növ  dad  duyğusunun 

yaranmasına  səbəb  olur:  Ģirinlik,  acılıq,  duzluluq,  turĢluluq 

duyğuları. 

Dilin selikli qiĢasının müxtəlif sahələrinin həm eyni, həm 

də  müxtəlif  dad  qıcıqlandırıcılarına  həssaslığı  cürbəcürdür. 

Məsələn adamın dilinin ucu Ģirinə, ətrafı  turĢuya, kökü acıya 

daha həssasdır. 

Dəri  duyğuları.  Xarici  aləmin  cisimlərinin  bir  sıra 

xassələrini əks etdirir. Dəri duyğuları üç yerə ayrılır: toxunma,  

temperatur, ağrı duyğuları. 





Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   197


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə