Psixologiya 1



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə83/197
tarix20.09.2017
ölçüsü4,67 Mb.
#647
1   ...   79   80   81   82   83   84   85   86   ...   197

 

 

 



281 

 

olduqca  böyükdür.  Əgər  hafizə  olmasaydı  hər  Ģey  insana 



həmiĢə  yeni  görünərdi.  Hafizə  olmasaydı  insan  «əbədi  olaraq 

yeni  doğulmuĢ  uĢaq  vəziyyətində  qalardı»  (Ġ.Seçenov).  Bütün 

psixi  proseslərin  ən  mühüm  xarakteristikası  olan  hafizə  insan 

Ģəxsiyyətinin vahidliyini və tamlığını təmin edir.  

Hafizə  və  onun  mexanizmləri  ta  qədim  zamanlardan 

mütəfəkkirlərin diqqətini cəlb  edən bir problem  olmuĢdur. Bu 

baxımdan  hafizənin  psixoloji,  fizioloji,  biokimyəvi  və  s. 

nəzəriyyələri  meydana  çıxmıĢdır.  Hafizənin  psixoloji 

nəzəriyyəsində hələ vaxtilə Aristotelin irəli sürdüyü assosiasiya 

anlayıĢı  xüsusilə  diqqəti  cəlb  edir.  Bu  anlayıĢ  bütün  psixi 

törəmələrdə  məcburi  prinsip  kimi  irəli  sürülmüĢdür.  Bu 

prinsipə görə əgər müəyyən psixi törəmələr Ģüurda eyni vaxtda 

və ya bir-birinin ardınca meydana gəlirsə, onların arasında as-

sosiativ  əlaqə  yaranır  və  bu  əlaqələrin  hər  hansı  bir  ünsürü 

yenidən  canlandıqda  Ģüurda  mütləq  onun  bütün  ünsürlərinin 

təsəvvürünü  yaradır.  Assosionistlər  obyektlərin  məkan-zaman 

yaxınlığından, oxĢarlığından və fərqindən asılı olaraq üç asso-

siasiya  tipini  ayırmıĢlar:  qonĢuluq  üzrə,  oxĢarlıq  üzrə,  əkslik 

üzrə.  Bunların  yaddasaxlama  və  yadasalmada  əsas  rol 

oynadığını göstərmiĢlər.  

Hafizə haqqında fizioloji nəzəriyyənin əsasını akademik 

Ġ.P.Pavlov  qoymuĢdur.  Bu  Ġ.P.Pavlovun  ali  sinir  fəaliyyətinin 

qanunauyğunluqları haqqında təliminin əsas müddəaları ilə sıx 

bağlıdır.  BaĢqa  sözlə,  fizioloji  nəzəriyyə  hafizənin  fizioloji 

əsasını  beyin  qabığında  müvəqqəti  əlaqələrin  yaranması, 

möhkəmlənməsi və canlanması ilə bağlayır. 

Hafizə haqqında biokimyəvi nəzəriyyə tərəfdarları belə 

hesab  edirlər  ki,  beyində  müəyyən  üzvlərin  möhkəmlənməsi, 

hifz  edilməsi  və  yada  salınması  proseslərinin  mexanizmləri 

əsasında  xarici  qıcıqlandırıcıların  təsiri  altında  sinir 

hüceyrələrində baĢ verən spesifik kimyəvi dəyiĢmələr durur. 

         Hafizə  mərkəzi  harada  yerləşir?  Son  illərdə  aparılan 

psixolo;i  tədqiqatlar  təsdiq  edir  ki,  yadasalma  və  xatırlama 




 

 

 



282 

 

emosiya  və  motivasiya  ilə  sıx  bağlıdır.  Məlum  olur  ki, 



informasiyanın  möhkəmləndirilməsində  psixikanın  affektiv  və 

motivasiya fəallığını təmin edən qabıqaltı sahə əhəmiyyətli rol 

oynayır.  Bütövlükdə  beynin  psixi  funksiyasının  lokalizasiyası 

hələ  də  tamamilə  öyrənilməmiĢdir.  Hələ  də  informasiyaların 

beyində  necə  kodlaĢdırılması,  deyək  ki,  görmə  reseptorlarının 

məlumatlarının  necə  və  beynin  hansı  sahəsində  qorunduğunu 

tamamilə öyrənmək mümkün olmamıĢdır.  

Beyində  psixi  funksiyanın  necə  lokallaĢdırılması 

haqqında ilkin məlumatlar beyin travmaları almıĢ xəstələri mü-

Ģahidə etməklə toplanmıĢdır. MüəyyənləĢdirilmiĢdir ki, beynin 

arxa  nahiyəsinin  zədələnməsi  görmənin,  alın  nahiyəsinin 

zədələnməsi  emosiyanın,  sol  yarımkürənin  zədələnməsi  nitqin 

pozulmasına səbəb olur.  

Lakin son zamanlara qədər çoxluğun təəccübünə səbəb 

olan fakt ondan ibarət idi ki, yalnız heyvanlarda deyil, həm də 

insanlarda  da  beynin  böyük  bir  sahəsinin  zədələnməsinə  bax-

mayaraq, hafizə pozulmur.  

Qəbul  edilən  yeganə  qanunauyğunluq  ondan  ibarət  idi 

ki,  beynin  daha  çox  zədələnməsi  ilə  hafizənin  pozulması 

arasında  asılılıq  mövcuddur.  Bu  kütlənin  təsiri  qanunu 

adlanır.  Yəni  beyin  toxumalarının  pozulması  nisbəti  ilə 

hafizənin  pozulması  nisbəti  düz  mütənasibdir.  Hətta,  beynin 

cərrahiyyə yolu ilə 20 faizi götürüldükdə belə, hafizə itmir. Elə 

bu  səbəbdən  də  hafizə  mərkəzinin  lokalizasiyasının  olmasına 

Ģübhə  yarandı.  Bəzi  psixoloqlar  isə  hesab  edirdilər  ki,  hafizə 

orqanı bütövlükdə beyindir.  

Son vaxtlar baĢ verən iki elmi yenilik psixikanın infor-

masiya  mərkəzinin  dəqiq  öyrənilməsinə  ümidləri  artırmıĢdır. 

Birinci,  müəyyənləĢdirilmiĢdir  ki,  beynin  bir  sıra  sahələrinə 

təsir  göstərilməsi  nəticəsində  Ģüurda  mürəkkəb  zəncirvari  ya-

dasalma  baĢ  verir.  Yəni  insan  çoxdan  unutduqlarını  xatırlayır. 

Cərrahiyyə  əməliyyatından  sonra  unutduqlarını  asanlıqla  yada 

sala  bilir.  Ġkinci,  müəyyənləĢdirilmiĢdir  ki,  hafizə  mərkəzi  və 



 

 

 



283 

 

ya 



hər  halda  məlumatların  qısamüddətli  hafizədən 

uzunmüddətli  hafizəyə  ötürülməsini  tənzim  edən  sahəsinin 

fəaliyyəti yeni informasiya daxil olanadək mümkün olmur. Bu 

mərkəz  «qippokamp»  adlanır  və  beynin  gicgah  sahəsində 

yerləĢir.  Qippokampın  iki  tərəfli  götürülməsindən  sonra 

xəstələr cərrahiyyə əməliyyatına qədər baĢ verənləri yada salır, 

lakin  əməliyyatdan  sonra  baĢ  verənləri  isə  yada  sala  bilmirlər. 

Əvvəllər  toplanmıĢ  informasiyaların  harada  qorunduğu  sualı 

hələ də öyrənilməmiĢ qalır.  

Hafizə  probleminin  yekun  həlli  uzun  illər  boyu  psix-

ologiya  və  fiziologiyanın  mübahisə  obyekti  olmuĢdur.  Onun 

həlli beyində informasiya daĢıyıcısı olan fiziki təbiətinin (mo-

lekullar,  zülallar  və  s.)  öyrənilməsi  nəticəsində  mümkün 

olacaqdır.  

  

 

IV.10.2. Hafizənin prosesləri 



 

Yuxarıda qeyd olunduğu kimi, hafizənin yaddasaxlama, 

yadasalma, tanıma və unutma kimi prosesləri vardır. 

Hafizə psixikanın funksional bütövlüyünün, üç mühüm 

prosesin 

nəticəsində 

yaranır. 

Onlardan 

birincisi 

yaddasaxlamadır.  Bu  prosesdə  beynə  daxil  olan  müxtəlif 

informasiyaların  təhlili,  identifikasiyası  və  kodlaĢdırılması 

aparılır. Hafizə prosesinin ikinci mərhələsi informasiyanın hifz 

olunmasıdır.  Prosesin  üçüncü  mərhələsi  ixtiyari  və  ya  qeyri-

ixtiyari  yadasalmadır.  Ġnformasiyanın  yada  salınmasını  haqlı 

olaraq  hafizənin  əsas  funksiyası,  insanın  öz  təcrübəsindən 

istifadə edə bilməsinin əsası hesab edirlər.  



Yaddasaxlama  duyub  qavradıqlarımızın  beyində  hifz 

olunması  prosesidir.  Bu  zaman  yeni  qavranılanların  əvvəllər 

əldə 

etdiklərimizlə 



əlaqələndirilməsi 

yolu 


ilə 

möhkəmləndirilməsi baĢ verir.  

Anlamadan  asılı  olaraq  yaddasaxlamanın  məntiqi  və 



Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə