Psixologiya 1



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə81/197
tarix20.09.2017
ölçüsü4,67 Mb.
#647
1   ...   77   78   79   80   81   82   83   84   ...   197

 

 

 



274 

 

əsasına  görə  hərəki  təbiətə  malikdir».  Ritmi  eĢitmək  mümkün 



deyil. Biz ritmdən o zaman təsirlənirik ki, biz onu icra edirik. 

Zaman  obyektiv  mövcudluqdur,  lakin  onun  qavranılması 

subyektiv  xarakterdə  olur.  Əgər  qavradığımız  zaman  maraqlı 

hadisələrlə zəngindirsə, bizə elə gəlir ki, vaxt əslində olduğun-

dan  sürətlə  keçir.  Əksinə,  həmin  vaxtda  baĢ  verən  hadisələr 

maraqsızdırsa  biz  vaxtın  çox  ağır,  ləng  keçdiyini  zənn  edirik. 

Hadisələrə  münasibətimiz  keçirdiyimiz  hisslər  də  zamanın 

qavranılmasına  təsir  edir.  Hadisələr  bizdə  müsbət  hisslər 

yaradırsa vaxt sürətlə keçir. Deməli, zaman qavrayıĢı çox dəqiq 

olmur,  ona  subyektiv  amillər  təsir  göstərir,  adam  vaxtı 

qiymətləndirməkdə  ciddi  səhvlərə  yol  verir.  Elə  buna  görə  də 

vaxtı düzgün qiymətləndirmək üçün saatdan istifadə edirik.                                                                                                                   



Hərəkət  qavrayıĢı.  Hərəkət  qavrayıĢı  həm  məkan,  həm 

də  zaman  amillərindən  -  cismin  uzaqlığından,  onların 

yerdəyiĢmə  sürətindən,  həm  də  qavrayanın  özünün  məkanda 

hərəkətindən  asılıdır.  Məsələn,  saatın  əqrəbinin  hərəkətini 

bilavasitə  görmək  olmur.  Onun  əvvəlki  yeri  ilə  hazırki  yerini 

müqayisə  etməklə  hərəkət  etdiyini  söyləyirik.  Həddən  artıq 

surətli  hərəkətləri  də  qavramaq  mümkün  olmur.  Hərəkətin 

qavranılması bir sıra analizatorların fəaliyyəti ilə bağlıdır. Belə 

ki, 

görmə, 


hərəkət, 

eĢitmə 


analizatorları 

hərəkətin 

qavranılmasında iĢtirak edir. 

Hərəkətin qavranılmasında hərəkətin müxtəlif xassə və 

xüsusiyyətləri  əks  olunur.  Məsələn,  hərəkətin  səciyyəsi 

(əyilmə,  qalxma),  forması  (düzxətli,  əyrixətli),  istiqaməti 

(aĢağı, yuxarı, sola, sağa), müddəti (uzun, yoxsa qısa müddət), 

sürəti (cəld, ağır və s.). 



Qarşıda məqsədin olub-olmasından asılı olaraq  

qavrayıĢın iki növü mövcuddur: 



1)

 

Qeyri ixtiyari qavrayış 

2)

 

İxtiyari qavrayış  

QarĢıya xüsusi məqsəd qoymadan hər hansı bir obyektin 

qavranılmasına qeyri-ixtiyari qavrayış deyilir. Öz qeyri-adiliyi, 



 

 

 



275 

 

yeniliyi,  cazibədarlığı  ilə  fərqlənən  bu  cür  obyektləri  xüsusi 



niyyət olmadan qavrayırıq. 

QarĢıya  qoyduğumuz  məqsədə  müvafiq  olaraq  bir 

obyekti  baĢqalarından  ayıraraq  qavradıqda  baĢ  verən  inikas 

prosesinə  ixtiyari  qavrayış  deyilir.  Müəllimin  mühazirəsini 

dinlədikdə,  teatr  tamaĢasına  baxdıqda,  kitab  oxuduqda  biz  bu 

cür hərəkət edirik. 



QavrayıĢda illuziyalar. Hiss üzvlərimizə bilavasitə təsir 

edən  cisimlər  bəzən  olduğu  kimi  deyil,  təhrif  edilmiĢ  Ģəkildə 

qavranılır.  Belə  təhrif  edilmiĢ,  düzgün  olmayan  qavrayıĢa 

illuziya deyilir. (bax: Ģəkil 13). 

 

 



ġəkil 13. 

 

           Görmə 



qavrayıĢında 

illuziya  daha  çox 

özünü  göstərir.  ġəkildə    göründüyü  kimi,  üfüqi  düz  xəttlər 

fondan asılı olaraq, əyri xəttlər kimi qavranılır. Ġlluziyalar təkcə 

görmə  ilə  bağlı  deyil,  hərəkət,  lamisə,  ağırlıq,  temperaturun 

qavranılmasında da baĢ verə bilir. 

Ġnsanın  psixoloji  haləti  ilə  bağlı  olaraq  da  qavrayıĢ 

təhrif olunur. Məsələn,  diqqətin zəifləməsi, affekt halı zamanı 

illuziya hadisəsi özünü göstərir. 

        MüĢahidə  və  müĢahidəçilik.  Ġxtiyari  qavrayıĢın  tipik 

nümunəsi müĢahidədir. MüĢahidə hər hansı fəaliyyət sahəsində 

müəyyən  plan  üzrə  cərəyan  edən  davamlı  və  müntəzəm 

qavrayıĢa deyilir. 

Təlim  iĢində,  elmi-tədqiqat  iĢlərində,  bədii  yaradıcılıqda 

bir  sözlə,  insanın  fəaliyyətinin  bütün  sahələrində  müĢahidənin 

böyük əhəmiyyəti vardır. MüĢahidənin  müvəffəqiyyəti bir çox 

cəhətdən asılıdır: 



1.  Hər  Ģeydən  əvvəl  müĢahidənin  səmərəliliyi  insanın 


 

 

 



276 

 

qarĢısında  duran  məqsəddən,  müĢahidənin  planından  asılıdır. 



Müəyyən  edilmiĢdir  ki,  insan  gözü  gündə  100000-ə  qədər 

sıçrayıĢlı  hərəkət  edir.  Bu  sıçrayıĢlar  bir-biri  ilə 

əlaqələndirilməmiĢ, məqsədsiz olur. Belə vəziyyətdə müĢahidə 

edən  həmin  qarma-qarıĢıq  təəssüratlardan  baĢ  çıxara  bilməz. 

Ona  görə də müĢahidənin istiqamətini göstərən,  necə deyərlər, 

bir «kompas» lazımdır. Belə bir «kompas» məhz, müĢahidənin 

planı və qarĢıya qoyulan məqsəddir. 

2.  MüĢahidənin  müvəffəqiyyətli  olması  üçün  ona 

qabaqcadan  hazırlaĢmaq,  keçmiĢ  təcrübə,  müĢahidəçinin  biliyi 

böyük  əhəmiyyət  daĢıyır.  Ġnsan  nə  qədər  geniĢ  biliyə,  zəngin 

təcrübəyə  malik  olarsa,  onun  qavrayıĢı  da  bir  o  qədər  zəngin 

olar. 

3. Nəhayət, müĢahidə səbr və təmkin tələb edir. Hər hansı 

bir  obyekti  müntəzəm  olaraq,  dəfələrlə  həm  də,  müxtəlif 

cəhətdən müĢahidə etmədən düzgün nəticəyə gəlmək olmaz. 

Ġnsanın  sistematik,  uzun  müddət  həm  də  planlı  Ģəkildə 

qavrama  qabiliyyəti  müĢahidəçilik  adlanır.  MüĢahidəçilik 

qabiliyyəti  olan  insan  predmetlərə,  hadisələrə  sadəcə  olaraq 

baxmır.  O,  cisim  və  hadisələrdən  mühüm  olan,  yeni  olan 

cəhətləri  görməyi  bacarır.  MüĢahidəçi  adam  cisimlərdə  oxĢar 

olan, fərqli olan cəhətləri görür. 

MüĢahidəçilik 

Ģəxsiyyətin 

ən 


mühüm, 

qiymətli 

keyfiyyətidir.  Bu  xüsusiyyət  ona  ətraf  aləmdə  baĢ  verən 

hadisələri  düzgün  qavrama  və  onlarla  düzgün  münasibətdə 

olmaq imkanı verir. 

Akademik Ġ.P.Pavlov müĢahidəçiliyi elmi idrakın mühüm 

Ģərti  hesab  edirdi.  O,  özünün  yaratdığı  bioloji  stansiyanın 

fasadında  bu  sözləri  yazmıĢdı:  «MüĢahidəçilik,  müĢahidəçilik 

və yenə də müĢahidəçilik». 

K.D.UĢinski 

də 

müĢahidəçiliyin 



əhəmiyyətini 

qiymətləndirərək  yazırdı:  «Əgər  təlim  uĢaqlarda  əqli  inkiĢafa 

nail  olmaq  istəyirsə,  o  uĢaqlarda  müĢahidəçilik  qabiliyyətini 

inkiĢaf etdirən çalıĢmalara üstünlük verməlidir». 




Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə