Psixologiya 1



Yüklə 4,67 Mb.

səhifə76/197
tarix20.09.2017
ölçüsü4,67 Mb.
1   ...   72   73   74   75   76   77   78   79   ...   197

 

 

 



258 

 

Toxunma  (lamisə)  duyğusu  vasitəsilə  biz  predmetlərin 



dərinliyini,  bərkliyini,  yumĢaqlığını,  kələkötürlülüyünü,  yaxud 

səthinin  hamar  olmasını  və  sair  kimi  xüsusiyyətlərini  əks 

etdiririk.  Toxunma  duyğusunun  reseptorları  bir  milyona  qədər 

olmaqla  dəri  üzərində  müxtəlif  sıxlıqda  səpələnmiĢdir.  Bu 

nöqtələr  dilin  ucunda,  barmaqların  ucunda,  bədənin  digər 

hissələrinə  nisbətən  daha  sıx  yerləĢmiĢdir.  Dəri  duyğuları 

hərəkət  duyğusu  ilə  sıx  surətdə  əlaqədardır.  Korlar  hərfləri 

toxunma və hərəkət duyğusunun vasitəsi ilə oxuyurlar. 



Temperatur  duyğusu.  Ġstilik  və  soyuqluq  duyğusu 

olmaqla iki növ duyğu kimi mövcuddur. 

Ġstilik  duyğusu,  bədənin  temperaturundan  artıq  hərarətə 

malik olan cisim dəriyə toxunduqda əmələ gəlir. 

Soyuqluq duyğusu isə bədən temperaturundan aĢağı olan 

cisim bilavasitə dəriyə təsir etdikdə yaranır. 

Ağrı duyğuları. Ağrı duyğuları müxtəlif xarakterdə olur. 

Biz küt və bərk ağrıları,  sanki kəsən, doğrayan, deĢən ağrıları, 

davamlı və ani ağrıları duyuruq. 

Dəri  duyğularının  hər  birinin  özünə  məxsus  reseptorları 

vardır.    Dəridə  olan  bir  çox  nöqtələr  toxunma,  digər  nöqtələr 

soyuqluq,  üçüncülər  istilik,  nəhayət  baĢqa  nöqtələr  ağrı 

duyğularını yaradır. 

Əzələ-hərəkət  duyğuları.  Bədənin  ətraf  üzvlərinin 

vəziyyətini,  hərəkətini,  bu  hərəkətin  istiqamət  və  surətini,  bu 

zaman  əzələlərin  gərilmə  dərəcəsini  əks  etdirən  duyğulara 

deyilir.  Əzələ-hərəkət  duyğuları  insanın  həyatında  böyük  rol 

oynayır.  Əmək  fəaliyyəti  zamanı  olduqca  mürəkkəb  hə-

rəkətlərin  icrası,  bu  hərəkətlərin  tənzim  olunması  hərəkət 

duyğusunun  sayəsində  mümkün  olur.  Əzələ-hərəkət  duyğusu 

görmə  qavrayıĢında,  lamisə  qavrayıĢında  müstəsna  dərəcədə 

əhəmiyyət daĢıyır. 

Müvazinət  duyğuları.  Bu  cür  duyğular    baĢın  və 

bədənin fəzadakı vəziyyətinin inikasından ibarət olub, bədənin 

hərəkətinin  istiqamətini,  kordinasiyasını  saxlamağa  xidmət 



 

 

 



259 

 

edir.  Bu  duyğunun  reseptoru  daxili  qulaqda  yerləĢən  yarım-



dairəvi kanalcıqların içərisindəki endolimfa və bu kanalcıqların 

divarında  olan  sinir  uclarıdır.  Bədənin  vəziyyəti  dəyiĢdikdə 

endolimfa hərəkətə gəlir və kanalın divarında olan sinir uclarını 

qıcıqlandırır.  Bununla  da  biz  bədənimizin  vəziyyətini  əks 

etdiririk. 

  Üzvü duyğular daxili üzvlərin vəziyyətinin daxilindəki 

dəyiĢmələrin  inikasından  ibarətdir.  Bu  duyğular  aclıq, 

susuzluq,  toxluq,  ürək  bulanması  haqqında,  bədənin  sağlamlıq 

və  xəstə    vəziyyətdə  daxili  üzvlərində  baĢ  verən  ağrılar 

haqqında  xəbər  verir.  Üzvi  duyğuların  reseptorları  daxili 

üzvlərin  səthində,  selikli  qiĢasında  yerləĢən  sinir  uclarından 

ibarətdir. Üzvü duyğulara cinsi duyğuları da daxil edir. 

 

IV.8.3. Duyğuların ümumi qanunauyğunluqları 

 

Hər  bir  duyğuya  xas  olan  xarakterik  cəhətlərlə  yanaĢı 

bütün  duyğulara  aid  olan  ümumi  cəhətlər  də  mövcuddur.  Son 

psixoloji  ədəbiyyatlarda  bu  ümumi  cəhətlərin  aĢağıdakılardan 

ibarət olduğu göstərilir. 

       Keyfiyyət  cəhəti.  Bu,  bir  duyğunu  baĢqa  duyğulardan 

fərqləndirən  cəhət  olub  duyğuya  xas  olan  modallıq 

xüsusiyyətidir. 

Duyğunun  intensivliyi    duyğulara  xas  olan  baĢqa  bir 

ümumi  cəhət  olub,  təsir  edən  baĢqa  qıcıqlandırıcının  qüvvəsi 

və reseptorun funksional vəziyyəti ilə müəyyən edilir. 

Duyğuların davamlılığı onun zaman xarakteristikasından 

ibarətdir.  Bu  da  hiss  üzvlərinin  funksional  vəziyyətindən, 

qıcıqlandırıcının  gücü  və  təsir  müddətindən  asılıdır.  Nəhayət, 

duyğulara  aid  olan  ümumi  cəhətlərdən  biri  də  duyğuların 



məkan  lokallığıdır.  Bu  o  deməkdir  ki,  reseptorların 

göndərdikləri  siqnalların  təhlili  imkan  verir  ki,  biz 

qıcıqlandırıcının hansı məkandan təsirini də əks etdirək. BaĢqa 



 

 

 



260 

 

sözlə,  iĢığın  haradan  düĢdüyünü,  istinin  haradan  gəldiyini, 



yaxud,  bədənimizin  hansı  hissəsinə  mexaniki  təsirin  olduğunu 

əks etdiririk.  

Duyğulara  aid  olan  qanunauyğunluqlardan  biri  də  

həssaslıq və onun ölçülməsi məsələsidir.  

Həssaslıq 

analizatorun 

duyma 


qabiliyyətidir. 

Mütəxəssislər  həssaslığın  iki  növünü  qeyd  ediblər:  mütləq  və 

fərqləndirmə  həssaslığı.  Mütləq  və  fərqləndirmə  həssaslığı 

duyğunun mütləq və fərqləndirmə həddləri ilə ölçülur. 



Duyğunun mütləq aşağı həddi zorla duyğu əmələ gətirə 

bilən qıcıqlandırıcının ən kiçik kəmiyyəti ilə müəyyən edilir

Bu kəmiyyət nə qədər kiçik olarsa həssaslıq bir o qədər yüksək 

olar.  Bu,  duyğunun  mütləq  həddi  və  həssaslıq  arasında  tərs 

mütənasib  asılılıq  olduğunu  göstərir.  Bunu  riyazi  olaraq  belə 

ifadə etmək olar:              

                        E = 1/p 

Burada    E-mütləq  həssaslıq,  P  isə  qıcıqlandırıcının 

mütləq hədd kəmiyyətidir. 

Duyğuların  aĢağı  həddi  müvafiq  analizatorun  mütləq 

həssaslıq səviyyəsini müəyyən  edir. Yəni  P-nin kəmiyyəti nə 

qədər kiçik olarsa E-nin göstəricisi bir o qədər yüksək olar və 

ya əksinə. 

Mütləq  həssaslığın  aĢağı  duyğu  həddi  ilə  yanaĢı  yuxarı 

duyğu  həddi  də  vardır.  Duyğu  yaratmaqda  davam  edən  ən 

yüksək  qıcıq  qüvvəsinə  və  ya  kəmiyyətinə  həssaslığın  yüksək 

mütləq  həddi  deyilir.  Məsələn,  eĢitmə  duyğusunda  səs 

dalğasının  20  hersə  bərabər  olan  kəmiyyəti  duyğunun  aĢağı 

mütləq  həddi  hesab  olunursa,  20  000  hersə  bərabər  kəmiyyəti 

bu  duyğuda  yuxarı  mütləq  hədd  kimi  qəbul  olunmuĢdur.  Həm 

aĢağı,  həm  də  yuxarı  hədd  kəmiyyətləri  insanın  fəaliyyətinin 

xarakterindən, 

onun 

yaĢından, 



reseptorun 

funksional 

vəziyyətindən,  qıcıqlanmanın qüvvəsindən və davamlılığından 

asılı olaraq dəyiĢilir. 



Fərqləndirmə  həddi,  fərqləndirmə  həssaslığı  məsələsi 




Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   197


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə