Qabriel Qarsia Markes "Patriarxın payızı" Roman



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə49/81
tarix20.09.2017
ölçüsü5,01 Kb.
#913
növüYazı
1   ...   45   46   47   48   49   50   51   52   ...   81

ilk növbədə zabitlərin qarınlarının altındakıları anlamağa çalışırdı. - «Sən o adam 
deyilsən ki, heç nə olduğun halda, səni həmin o heç nədən yapıb düzəltmişəm? Sən 
o adam deyilsən ki, gecələri qupquru döşəmədə ağnayırdın, indi mənim hesabıma 
qızıl cıqqalı çarpayıda yatırsan? Sizi hansı ana doğub?» O, kiminsə, onun şəxsən 
imzaladığı, üzüyünün möhürüylə qətranladığı teleqramını qulaqardına vurduğunu 
yaxşı başa düşürdü; bu səbəbdən də təhlükəsizlik tədbirləri ilə şəxsən özü məşğul 
olmaq qərarına gəldi və belə bir əmr verdi: «Əmr edirəm: qırx səkkiz saat ərzində 
Demetrio Aldous tapılıb diri vəziyyətdə yanıma gətirilsin, ölüsü tapılsa belə, 
mənim yanıma diri vəziyyətdə gətirilməlidir və işdi, əgər o, ümumiyyətlə, 
tapılmasa, onun, mənim hüzürüma gətirilməsi mütləqdir». Əmr o qədər aydın və 
qorxulu idi ki, elan olunmuş vaxt başa çatmamış, bir-birinin ardınca xəbərlər gəldi: 
«Onu dərənin dibindən tapdılar, mənim generalım! Onun bütün yaraları, hansı 
möcüzəyləsə, orda bitən qızılı çiçəklərin məlhəmindən sağalıb. O, bizlərdən diridi, 
mənim generalım, sapsağlam və zədəsizdi və bütün bunlar, xatirəsini 
murdarlamağa cəhd edən adama bir daha öz xeyirxahlığını və insanpərvərliyini 
sübut edən ananızın, həmin bu güllərə şəfa qabiliyyəti verən sehrli qüvvəsinin 
nəticəsidir». Bu adamı iplə qarğıya sarıyıb qrendyorlar dəstəsinin müşayiəti ilə 
gizli hindu cığırlarıyla dağlardan üzü aşağı endiriblər; qabaqda atlı çapır, kilsə 
zəngləri cingildəyə-cingildəyə dörd bir yana xəbər yayırdı ki, əla həzrətlərin istəyi 
yerinə yetirildi, Demetrio Aldous tutulub diri gətirildi. Onu prezident sarayına 
gətirib, səhiyyə nazirinin şəxsi nəzarəti altında, hörmətli qonaqlar üçün ayrılmış 
yataq otağında yerləşdirdilər ki, orda öz missiyasını başa çatdıra bilsin, hər biri, üç 
yüz əlli səhifə olacaq yeddi qorxulu cildi hazırlayıb qurtara bilsin: «Mən, Demetrio 
Aldous, Allahın əmri ilə, Müqəddəs ritual konqreqatının auditoru, prokuror və 
postulator, bu ilin aprel ayının on dördüncü günü, yer üzündə ədalətin bərpası 
naminə, Allahın bərqərar olması naminə imza atıram və imzamı öz möhrümlə 
təsdiq edərək, bildirirəm ki, burda yazılanların hamısı həqiqətdir, həqiqət və yalnız 
həqiqət». – «Budur, baxın, əla həzrətləri!» Və həqiqətən, hər biri qətran möhürlə 
möhürlənmiş həmin bu Bibliyaya bənzər yeddi nəhəng cildlərdə yazılanların 
hamısı həqiqət idi; bu aydın və qəddar həqiqətləri, həsir kreslosunda oturub üzünü 
şlyapası ilə yelləyə-yelləyə gözünü qırpmadan oxunanlara qulaq asan və hər 
öldürücü həqiqətdən sonra güclə seçiləcək səsiylə «aha» deyən daşsifətli, donuq 
qocaya, yalnız əsəbləri tam sakit adam oxuya bilərdi. «Aha» - deyə o, şlyapasıyla 
naharın qalıqlarına yığışan aprel milçəklərini qovaraq, bəzən kösöv kimi yandırcı 
həqiqəti həqiqət dalınca udmalı olurdu. «Bütün bunlar uydurmadı, əla həzrətləri, 
gülməli bir məzhəkədir…» - o, qulaq asır və yenə sakitcə «aha» - deyirdi, çünki 
əslinə baxsan, bütün bu yazılanlar həqiqətən elə məzhəkə idi və bu tamaşanın 
müəllifi, özü də bilmədən, o, özü olmuşdu; anasının meyitinin ümumxalq 
tamaşasına çıxarılmasından tutmuş, Bendisyon Alvaradonun diri-diri çürüməsi 
barədə yayaılan söz-söhbətlərə birdəfəlik son qoyulmasınacan; yaxud tabutun buz 
qırıqlarıyla doldurulub, oba-oba gəzdirilməsi tamaşa, sirk deyildimi?!.. – Yaxud, 
anasının ölüiündən sonra, yaratdığı möcüzələrindən xəbər tutanda, meyiti təntənəli 
izdihamın müşayiəti ilə ölkənin, dindən-imandan uzaq, ucqar yerlərinə 
göndərilməsi… Ona bircə şey lazım idi: hamı başa düşsün ki, anasına, bütün bu 
uzun-uzadı təhqiramiz illərdən sonra müqəddəslik verilib və bu müqəddəslik ona, 
 
99


əzablı gənclik illərinin – əzab-əziyyətlə, min bir zəhmətlə quş quyruqları rənglədiyi 
illərinin, o fani günlərinin əvəzinə verilib. – «Mənim ağlıma belə gəlməzdi ki, 
həmin bu matəm izdihamından, camaatı aldatmaq üçün istifadə edəcəklər!» Sən 
demə, elə birinci gündən izdihamı yalan müşayiət edirmiş… - hər şey ondan 
başladı ki, suçiçəyi çıxaranların yaraları camaatın gözü qarşısında, birdən-birə 
yoxa çıxıb təmizləndi; məlum məsələydi ki, pulun hesabına; sonra iki yüz pesoya 
bir adam qəbirdən xortladı – ağzı torpaqla dolu, vahiməli cır-cındır içində 
izdihamın qarşısında yerin içindən çıxdı; sonra bütün bu möcüzələrin, dövlət 
dairələrinin fırıldağı olduğunu deyən qaraçı qadına səkkiz yüz peso verdilər ki, o, 
camaatın gözü qarşısında, dediyi o qələtə görə cəza əlaməti kimi ikibaşlı uşaq 
doğsun.  
Bir nəfər belə olsun, pul almayan möcüzə şahidi tapılmadı; ən başlıcası isə o idi ki, 
bütün bunların, mərhumənin oğluna yaltaqlıqdan savayı ayrı bir şey olmadığını 
Demetrio Aldous, hələ istintaqın əvvəlində yəqin etmişdi. – «Xeyr, əla həzrətləri, 
bütün bunlar, sizin əyanlarınızın murdar fırıldaqlarıdı!» Bu, onun hakimiyyəti 
dövründə baş verən ən əxlaqsız, ən dinsiz-imansız, ən gözəçarpan fırıldaq idi. - 
«Çünki, bütün bu möcüzələri düzüb-qoşanlar, pullu şahidlər yığanlar, sizin rejimin 
ən sədaqətli ardıcılları idi, əla həzrətləri!» - «Aha!» - «İzdihamı aparanlar da onlar 
idi, ananız Bendisyon Alvaradonun paltarının tikələrini camaata, müqəddəs 
təbərrik kimi satanlar da onlar idi…» «Aha!» - «Ananızın üzü təsvir olunmuş 
ikonaların, profili həkk olunan medalların istehsalını da onlar açmışdı» - «Aha!» - 
«Onun saçlarını satıb dövlətlənənlər də onlar idi…» - «Aha!» - «…tabutunun 
suyunu satanlar da…» - «Aha!» - «Kələ-kötür rənglərlə məhrumənin bədəninin 
yeri həkk edilən döşəkağıları satanlar da… - bu döşəkağıları bir əldən, yüz-yüz 
hindu bazarlarında altdan satırdılar…» - «Aha!» - «Tabut, kilsənin baş nefesində 
qoyulduğu zaman mərhumənin cənazəsi önündən keçən sonsuz adam axını dəhşətli 
surətdə aldadılmışdı; mərhumənin cəsədi ona görə dəyişilməz qalmamışdı ki, bu 
bədən, camaata izah olunduğu kimi, müqəddəs idi, yaxud ona görə yox ki, oğlunun 
şəninə, meyitin dərisi mum və kosmetikayla örtülmüşdü, ona görə yox ki, bu cəsəd 
sadəcə, təbiət muzeylərinə düzülmüş heyvan müqəvvaları kimi, adi qaydada, içinə 
saman təpilmiş müqəvva idi…» - «Aha!» - o dedi və tezliklə bütün bu deyilənləri 
öz gözüylə görmək imkanı qazındı: «Mən, şüşə sərdabənin qapağını açanda, qara 
matəm lentləri mənim nəfəsimdən ovulub töküldü, cansız kəlləyə taxılmış portağal 
güllərindən çələngi çıxaranda isə gördüm ki, at tükü kimi möhkəm saçların, demək 
olar, hamısı, təbərrük kimi satılması üçün kökündən qoparılıb və onda mən, səni 
qucağıma götürdüm, ana; sənin qurumuş sümüklərini fatanın cırıq-sökük tikələri 
ilə birgə götürdüm; sən günün altında qurudulmuş balqabaq kimi yüpyüngül idin
səndən, qədim sandıq dibinin iyi gəlirdi; mən, sənin içində nəyinsə qızdırmalı 
titrəməylə vurnuxduğunu eşidirdim və düşünürdüm ki, bu, sənin ruhunun 
pıçıltılarıdı, lakin bu, öz iti bıçaqlarını içəridə oynada-oynada, səni yalaya-yalaya 
səni içindən yonan güvə idi; odu ki, mən səni uzun müddət qucağımdan yerə 
qoymadım, çünki sən elə mənim əllərimdəcə ovulub dağılırdın, hissə-hissə 
sökülürdün; axı, sənin bütün içalatın ovulub çıxarılmışdı; daha, əli sinəsinin üstə 
yatan xöşbəxt ananın bədənindən əlamət qalmamışdı; bədənindən qalan kövrək toz 
dumanı əllərimin içindəcə, sümüklərin, arada bir fosforlu qığılcımları ata-ata külə 
 
100


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə