Qafar Çaxmaqlı armenizmdən terroriZMƏ erməNİ İdeoloji



Yüklə 132,69 Kb.
Pdf görüntüsü
səhifə3/66
tarix15.03.2018
ölçüsü132,69 Kb.
#31520
1   2   3   4   5   6   7   8   9   ...   66

 

 
verməzdimi?  Bunu  Alman  nasistlərinin  nümunəsində  dünya  görmədimi?  Nədən 
onların Ermənistanın örnəyində təkrarlanmasına imkan verilir? Osmanlı dövlətinin 
rəhbərləri də bu millətin dövlət idarə edəcək bir səviyyədə olmadığını bildiyindən 
onlara  milli  mədəniyyətlərini  inkiĢaf  etdirməsi  xaricində  daha  üstün  azadlıqlar 
verilməsinə  qarĢı  idi.  Amma  mümkün  olmadı.  ġərqi  Anadoluda  və  yaxud  da 
Kilikiyada  yaradılması  nəzərdə  tutulan  suni  Erməni  dövlətini  Cənubi  Qafqazda, 
Azərbaycanın  Ġrəvan  xanlığının  keçmiĢ  ərazilərində  qurdular.  1918-ci  ilin  28 
mayında  elan  olunan  bu  ―terrorçu  xristian  dövləti‖(C.Makkartninin  deyimi  )  yüz 
ildən çoxdur ki, bolgəyə sabitliyi yaxın buraxmır, burada yaĢayan xalqlar isə təhdid 
altındadırlar. 
 
 
“Armenizm”(Ermənilik) nədir?   
 
―Armenizm - bilik və inancların  milli-dini sistemi, təkallahlığı qəbul edən və milli 
tarixi 
və 
ata-baba 
torpaqlarının  
müqəddəsliyini 
qoruyan  
ideoloji 
təlimdir‖.   Erməni  elmi-fəlsəfi  ədəbiyyatında  armenizmə  belə  tərif  verilir.  Deyilir 


 

 
ki,  Ermənilik  (Armenizm),   bilik  və  inanclar  sistemini  özündə  əks  etdirən 
ideologiya  kimi  erməni  xalqını,  onun  ailə  dəyərlərini   və  ənənələrini  qoruma 
fəaliyyətidir.  Həmçinin   milli  dövlətə  sahib  çıxmadır.   Daha  doğrusu,  ―köhnə  və 
yeniyə‖!  Bu  ideoloji  nəzəriyyə   on  illər  boyu  bir  çox   erməni  alimləri  tərəfindən 
müstəqil  Ģəkildə,  bir-birindən  xəbərsiz  iĢlənib  hazırlanmıĢdır.  "Erməni  çox  erkən 
zamanlardan  xristianlığı   "  erməniləĢdirmiĢdi  ".   Erməninin  əsil  dini 
elə  armenizmdir ". Erməni millətinin  əsas ideoloqlarından hesab olunan Garegin 
Njdenin bu təsbiti bütün ermənilər üçün  əsas olaraq götürülmüĢdür. Çünki Njde de 
digər  erməni  filosoflar  kimi  erməni  xalqının  xristianlıqdan  öncə  də  ali  bir  irqə 
məxsus  olduğunu  iddia  edənlərdəndir.  Onlar  xəyallarında  təkəbbürlü  bir  erməni 
obrazı  canlandırır və bu fikri  baĢqalarına da sırımağa çalıĢırlar ki, ermənilər baĢqa 
xalqlardan  daha  üstün  və  daha  ağılllıdır.  Hətta   ermənilər  301-ci  ildə   xristian 
dinini  qəbul  etməklə  də  bu  dini  ĢərəfləndirmiĢdir.(23)  Erməniliyi  (armenizmi) 
milli   və  dini  kimlik  kimi  ortaya  qoymaq  və  reallaĢdırmaq   o  zaman  mümkün 
olardı  ki,   bu  iĢin  həyata  keçirilməsi  üçün  güclü  psixoloji  faktorlar  olsun,  bu  iĢi 
baĢa çatdıracaq zəruri komponentlərin ahəngdar birləĢməsi təbii olaraq baĢ versin. 
Armenizm   gərəkli  dəlilləri, arqumentləri   ortaya  qoyulması   gediĢinin  nəticəsidir 
ki,   bu   prosesin   sonunda   erməni   siyasi   kimliyi  və  onun   potensialı   Njdenin 
dediyi kimi  ifadə edilir.  Bəllidir ki,  erməni varlığının  yeni mərhələdə hər hansı 
Ģəkildə  kənarda  tutulması   mümkün  olmaz,  çünki   armenizm  milli  inkiĢafın  əsas 
komponentidir,  ondan  imtina  etmək,  onu  cəmiyyətin  əsas  ünsürü  olmaqdan 
kənarlaĢdırmaq  zərərli  nəticələrə  gətirib  çıxarardı.  Və  hələ  də  bu  fikir  mübahisə 
doğurur ki, ermənilərin özlərinin məqbul hesab elədikləri bi milli sistem zərərlidir 
yoxsa  yox.    Sivilizasiyanın   bu  yeni  mərhələsində   zəruri  artım   üçün   armenizm 
yeni  domain  rolundadır,  buna  görə  də  Ģərait  də  yetiĢdirilmiĢdir,  ayrı-  ayrı 
Ģəxslərin   düĢüncə  sistemində  onun  detalları  ideoloji  təlim  üçün   yetərli  qədər 
iĢləyə bilir. Ermənilərin bundan baĢqa bir nəzəriyyələri yox kimidir.  Bu zərərli də 
olsa  nəzəriyyədən  yapıĢmaq  zorundadırlar.  Onlar  dünyanın  müxtəlif  ölkələrinə 
yayılmıĢ erməni diaspora təĢkilatlarını birləĢdirmək üçünbundan yaxĢı nəzəriyyəyə 
malik  deyillər.   Erməni  milli  mənliyini,  milli  kimliyini  təyin  etmək  üçün   tarixi 


 
10 
 
keçmiĢə  nəzər  nəzər  salsaq  görərik  ki,  elə   Erməni  tipi  də   erməni  milli  özülü 
üzərində qurulmuĢdur. Erməni milliyyətçiliyinin kökünü Vardavar deyilən Erməni 
bayramında  axtarmağın  daha  məntiqli  olduğunu  iddia  edənlər  də  var.  Bu  tip 
ideoloqlar  keçmiĢ  Ermənistana  dönməklə  milli  özünüdərki  möhkənləndirmək 
istəyirlər.  Amma  bunun  mümkün  olacağı  çətin  ehtimaldır.  Qədim  və  ya  keçmiĢ 
adlandırılan ―Ermənistan‖ xəyali bir məfhumdur, heç bir elmi əsasa söykənməyən 
iddiadan baĢqa bir Ģey deyildir, onu hər hansı bir ideoloji düĢüncə sisteminə daxil 
etmək isə suni baxıĢ olacaqdır. Tarixdə mövcudluğunu bildiyimiz ―Armeniya‖ nın 
bu  gün  Ermənistan  deyilən  dövlətə  və  ―hay‖  deyilən  millətə  heç  bir  aidiyyatı 
yoxdur.  Bu  artıq  sübut  olunmuĢ  mövzudur,  ermənilərin  bu  ―Armeniya‖nı 
özününküləĢdirmək  çəhdi  uğur  qazanmır.  Diqqətli  Qərb  alimləri  bu  cəhdlərə 
gülürlər.   301-ci  ildə  Xristianlığı  qəbul  etdikləri  iddia  olunan  Ermənilər 
bunaqədərki bütün məbədləri yıxıb dağıtmıĢdılar,onun yerinə isə heç bir Ģey yarada 
bilməmiĢdilər.  Özlərini  qonĢularından,  əsasən  də  müsəlmanlardan  fərqləndirmək 
üçün yaĢadıqları məkanları bu dinə( və ya  dinlərə) sitayiĢ edən insanlardan uzaq 
tutmaq  üçün  nə  milli,  nə  də  dini  bir  ideologiya  yarada  bilməmiĢlər.  BaĢqa  sözlə, 
xristianlıq  bir  millət  olaraq  ermənilərə  fərqli  görünüm  verməmiĢdir.  Milli 
ideolojiləri  də  Xristian  dini  ilə  sıx  bağlı  olmamıĢdır.  Indi  Ġrəvan  yaxınlığında, 
təxminən  onun  32-ci  kilometrliyində  yerləĢən  Qarni  məbədinə  bir  neçə  min 
Erməninin  toplaĢaraq  Vardavar  bayramını  kutlayarkən  demək  istəyirlər  ki,  əsil 
Ermənilər  onlardır  və  dinləri  də  Xristianlıq  deyil,  bax  bu  dindir.  Çox  qəribədir 
ki,   onlar  bu  bayramı  Xristian  təqvimlərinə  də  daxil  etmiĢlər.  Burada  qəribə  bir 
məntiqsizlik  yaranmırmı?  Amma  bu  təriqət  sahibləri  özləri  üçün  müqəddəs  kitab 
da  yaratmıĢlar.  1990-cı  ildə  Slak  Kakosyan  adlı  təriqət  rəhbərinin  kitabı 
yayılmıĢdır.  Baxın,  bu  Camaata  aidliyi  ilə  öyünən  ideoloqlardan  biri  Zöhrab 
Petrosyan  nə  fikirdədir:    ―Biz  ermənilər  bilmirik  ki  əsil  dinimiz  nədir?  Kilsədə 
Ģam yandırmaq və sinəsindən xaç asmaq xristian olmaq demək deyil‖. Ermənilərin 
hamısı  bu  dində  səmimi  deyillər.  Vardavar  bayramında  aktiv  iĢtirak  edənlərdən 
biri- ―Erməni –Ari ordeni‖ adlı ultramilliyyətçi təĢkilatın rəhbəri Armen Avetisyan 
Erməniləri  Xristianlıqdan  imtina  etməyə  səslədiyinə  görə,  2005-ci  ildə  3  il  həbsə 


Yüklə 132,69 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə