Qafar Çaxmaqlı armenizmdən terroriZMƏ erməNİ İdeoloji



Yüklə 132,69 Kb.
Pdf görüntüsü
səhifə5/66
tarix15.03.2018
ölçüsü132,69 Kb.
#31520
1   2   3   4   5   6   7   8   9   ...   66

 
14 
 
qüdrətli  dövlətimiz  olmuĢdur,  bu  məsələnin  üstünə  gələndə  ki,  sizin  dövlətiniz 
olmamıĢdır,  bəhanə  axtarırlar  və  tapırlar.  Deyirlər  ki,  ―bizim  dövlət 
qura   bilməməzin   günahkarı  Türklərdir‖,    ―Bizim  dövlətimiz  olsaydı  dünyaya 
daha  çox  töhfə  verərdik‖  ,―biz  yalnız  özümüzü  qorumaq  instinqti  ilə  yaĢadıq‖  və 
s.   Bu iddiaların da her birinin məntiqi cavabı var.  Sual da verə bilərik. Türklərin 
Anadoluya  kütləvi axınları 1071 Malazgirt savaĢından sonra  baĢlamıĢdır. Erməni 
belə  qədim  və  güclü  məllət  idisə  ona  qədər  niyə  dövlətini  qura 
bilməmiĢdi?   Ermənistan  adının  Hayastan  ilə və  erməni  sözünün  Hayk  ilə  əlaqəsi 
olmadığı qəbul edildikdə,  bu xalq adını haradan və nə səbəblə almıĢ olursa olsun, 
Ermənistan  adlandırdıqları  məkanın  harasında   qədim   tarixlərdə  yaĢamıĢ  bütün 
birliklərə  Erməni  deyilmiĢ  olması  nə  qədər  normaldırsa  ,  bu  erməni 
dediyimiz   topluluğun  ,  bu  gün  bu  sözdən  anladığımız  mənada  yəni  Hayk,  ya  da 
Hay mənasında erməni olduqlarını qəbul etməyin o dərəcə anormal olacağı ortaya 
çıxar. Bunun nəticəsi olaraq da, yazılı sənədlərdə erməni adının ilk keçdiyi gündən 
bəri  bu  bölgədə,  bu  günki  anladığımız  mənada  ermənilərin  yaĢamıĢ  olduqları 
düĢüncəsi  dərhal  iflas  edəcəyinin  fərqinə  varmalıyıq,   çünki  erməni  olan 
cəmiyyətin  bu  bölgəyə  gəldiyi  tarix,  yerləĢdiyi  dövrlər  və  əsrlər    toplu 
yaĢadıqlarından xəbər vermir. Yenə də bu faktı qabartmaq məcburiyyətindəyik ki, 
ermənilər  Anadolunun  heç  bir  bölgəsində  çoxluq  təĢkil  etməmiĢlər.  Bu   bölgə  ilə 
coğrafi termin olaraq istifadə olunan  ―Ermənistan‖   (Armenia )  heç də bu xalqın 
varlığının iĢarəti deyildir.  Bir az da dərinə getsək, Armenianın  hududlarının eyni 
olması  üçün  hər  hansı  bir  səbəb  olmadığı  da  ortaya  çıxar.  Bu  sadə  səbəbdən  ki 
burada  ən  qədim  dövrlərdən  müxtəlif  xalqların  sıx  Ģəkildə  məskunlaĢdığı 
ərazilərdi.  Buranı  bir  xalqa  aid  etmək  özü  saxtakarlıqdır.  Hətta  istənilən  milli 
dövlətin ərazisi onun özünə aid edilə bilməz. Dövlətlətin formalaĢmadığı dövrlərdə 
bu ərazilərdə yaĢayan xalqların bu gün orada məskunlaĢanlar qədər haqqı var. Bu 
gün Ermənistanda erməni dediyimiz toplum yaĢayır. Məgər bu ərazilərə orada min 
illər  boyu  yaĢamıĢ  insanların  haqqı  yoxdur.  Ermənilərin  qonaq  kimi 
gəldikləri   Qarabağda  yaĢama  haqqı  varsa,  bu  tanınırsa,   Ġrəvan  xanlığının 
ərazilərində  bu  yeri  hər  hansı  səbəbdən  tərk  etmiĢ  Azərbaycan  türklərinin  də 


 
15 
 
yaĢama   haqqı  var.   Ermənilik  ideolojisində  əsas  Ģey  erməniləri  dünyanın  ən 
qədim,  ən  sivil,  ən  ağıllı  ,  ən  istedadlı,   mehriban,  ən  barıĢsevər,   ən  fenomenal 
xalqı  olmasını  təqdim  etməkdir.   Həm  də  ermənilər  dünya  üçün  çox  boyük 
xidmətlər  vermiĢ  ,ç  ox  simalar  yetiĢdirmiĢ  xalq  olmuĢlar.  -  Onların  ideologiyası, 
təbliğat  ikiüzlü  deyil.   Eyni  zamanda  onlar  dünyanın  ən  məzlum  və  çoz 
məĢəqqətlər  görmüĢ  millətidir.  Hətta  dünyada  ilk  Soyqırımı  da  onlara  tətbiq 
edilmiĢdir. Ona görə ki, onlar ali irqdən olmuĢlar, ali irqdən olmayanlar bu millətin 
onlardan  öndə  olduqlarından  çox narahat olmuĢ  və onları  qırmıĢlar. Ġndi  istənilən 
erməniyə  bu  sualı  versən  ki,  siz  nədən  bu  soyqırıma  məruz  qaldınız?  Cavabı  bu 
olar ki, ―bizi gözləri götürmədi‖.   Bu erməni Ġdeoloji Ağacının əsas silahıdır. Bu 
çeĢidli  fəaliyyət  sahələrinə  paylanmıĢdır.  Amma  Ermənilik   bütün  ideolojilərdən, 
ayrı-ayrı  Ģəxslərin  baxıĢlarından  yuxarıda  böyük  bir  təlim  olmuĢdur.  Heç  bir 
erməni  mütəffəkir,  siyasətçi  və  ideoloq   bu  təlimin  kənarına  çıxmamıĢdır. 
Ermənilik  hər  Ģeydən  üstün  durumda  olduğundan  bütün  ideoloji  təlimlərin 
mayasında bu durmuĢdur. 
Ermənilik  özündə  nəyi  ehtiva  edir?  Erməniliklə  bağlı  hazırlanan  bir  proqramada 
yazılanlar. Görün onlar  nələri hədəfləyirlər.  Nələr etmək istəyirlər. 
1.    Öncə   özümüz,  ermənilər  üçün:  Dünyanın  və  bizim  qonĢuların  hamısından 
üstünük,  həm  də  mədəniyik,   bizim  qonĢular-  türklər  (ərəblər,  farslar,  gürcülər, 
livanlılar və s.)  köçəridirlər, vəhĢidirlər,  buna görə də bizi hər zaman məhv etmək 
istəyiblər. 
Belə 
ki, 
biz  
məcburuq 
bəzi 
xalqları  ,  ilk  növbədə 
düĢmənlərimiz   Türkləri   məhv  etmək   yolunu  seçmiĢik.  Və  doğma  erməni 
torpaqlarımızı  Türklərdən    azad  edəcəyik,  Qərbi  Ermənistanı  onların  əlindən 
mütləq alacağıq. Biz güclü dövlət  qurub  nəhayət, bütün erməni xalqının arzularını 
yerinə  yetərəcəyik.  "  Dənizdən  dənizə  Böyük  Ermənistan"ı  (Aralıq  dənizi,  Qara 
dəniz və Xəzər dənizi arasınada olan torpaqlar) quracağıq. 
2.  Xristian  dünyası  üçün:   Ermənilər  yalnız  xristian  olduqları  üçün  Asiyadan 
gələn   köçərilər  bizi  məhv  etmək  istədilər,  indi  də  bizi  tamamən   məhv  etmək 
üçün  bu yoldan, bu məqsəddən vaz keçməmiĢlər. Avropa , Amerika üçün  Erməni 
xalqının  özü , onun    mədəniyyəti, incəsənəti, dili  bir   möcüzədir. Buna görə də 


 
16 
 
sivil  dünya    əzabkeĢ  erməni  xalqını  mühafizə  etməyə  borcludur.  Bu  zalim 
Türklərlə (gürcülərlə, ərəblərlə və b).  mübarizədə ona yardım etməlidir. 
3.  Ruslar  üçün:   Yuxarıdakılar  eynən  bu  bölümə  də  aiddir.   Bunlara  yalnız 
aĢağıdakı əlavə edlə bilər:Ermənilər və Ruslar iman qardaĢlarıdır, ermənilər ruslar 
üçün  təbii  müttəfiqdir,  daimi  dostlardır.  Ona  görə  də  həmiĢə  Rusiya  erməniləri 
qorumalıdır. 
4.  Yəhudilər  üçün:  Ermənilər  və  yəhudilər  iki  qədim   xalqlardır,  Nuhdan  gələn 
qardaĢlardır, onlar ən müdrik və əzabkeĢ millətlər olmuĢlar.  Buna görə də, onlar 
bir  yerdə olmalıdırlar,   bir  birinə  nəinki  zərər  verməli,  əksinə  ən  səmimi  müttəfiq 
kimi davranmalıdırlar,  həmiĢə bir-birinə kömək etməli, birlikdə olmalıdırlar. 
5.  Azərbaycanlılar  üçün  (və  gürcülər  üçün  -  ermənilər  1919-cu  ildə  onlarla 
mühariə  etmişlər):  Ermənilər  -  azərbaycanlılarla  (gürcülərlə)   əbədi  qonĢulardır, 
bir yaĢamıĢıq və qardaĢ xalqlar kimi yaĢayacağıq. Və bütün münaqiĢələrdə, onların 
arasında  müharibələrdə  xarici  qüvvələrin  suçu  var,  bu  müharibə  onlara  (  iĢarə 
Rusiya, Amerika, Fransa və s-dir) lazımdır ki, digər ölkələr günahlandırır. Belə ki, 
azərbaycanlıların   məruz  qaldıqları  vəziyyətdə  ermənilərin  günahı  yoxdur,  onlar 
eyni   taleyin  qurbanlarıdır.  Amma   Dağlıq  Qarabağ  və  iddia  edilən   digər 
torpaqların  ( Naxçıvan da daxil olmaqla ) ermənilərdə bulunması barıĢın əsas Ģərti 
olaraq  qəbul  edilməlidir.   Hər  iki  xalq  (?)   düĢünüb-  daĢınıb  bir-  biri  ilə 
barıĢacaqlar,  bir-  birinə  qonaq  da  gedəcəklər.  Çox  maraqlıdır  ki,  bəzi 
azərbaycanlılar ermənilərin ortaya atdıqları bu ideyanı bəyənir və torpaqların iĢğalı 
ilə  barıĢmaq  yolunu  tuturlar.  Sanki  bu  çox  cəlbedici  bir  ideyadır  və  gec-tez  bu 
qaçılmaz olacaq. Gürcülər isə Cavaxetiyanı (Ahıska ) ermənilərə verməlidirlər. 
Erməniliyin  mahiyyəti  aĢağıdakı  kimi  ümumiləĢdirilmiĢdir.  Ermənilik  mədəni  bir 
ideolojidir, mahiyyəti etibarı ilə də sivil və demokratikdir. Ona görə də uzun əsrlər 
davam edir və qarĢıya qoyulan məqsədə də gec- tez nail olunur. 
Budur Armenizmin İnanc Simvolları: 
Şəhadət: " Mənim iradəmi dinlə Hayk! 
Şəhadət: - Bizim Allah birdir. Ona bərabər kimsə yoxdur! 
Şəhadət: - Onun qanunları başımızın üstündədir! 


Yüklə 132,69 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə