“qafqaz evi “ İdeyasi mühaciRƏT ƏDƏBİyyatinda



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə21/114
tarix30.12.2017
ölçüsü2,8 Kb.
#18713
1   ...   17   18   19   20   21   22   23   24   ...   114

 
 
63 
     İttihad  partiyasının  buraxılması  haqqında  aktda  isə 
deyilirdi: “Burjua “azadlığı” çərçivəsində Müsavatla açıq müba-
rizə  aparan  “İttihad”  hesab  edir  ki,  Qırmızı  Sovet  hissələrinin 
Azərbaycana  gəlməsi  müsavatçılarla  mübarizədə  müsbət  həllini 
tapır.  Və  öz  məqsədinə  çatmış  “İttihad”  səhnədən  gedir”  [111, 
s.8]. 
     Lakin 1920-ci ilin yazından İttihad gizli fəaliyyətə keçərək 
özünü  güclü  antisovet  bir  partiya  kimi  göstərə  bildi.  “Vətən  ya 
ölüm”,  “Mərkəzi  İttihad”,  “Quranın  əmin-amanlığı”  adlı  üç 
müstəqil qrupa bölünən partiya Azərbaycanın qəzalarındakı təşki-
latlarını gizli mübarizə şəraitinə keçirmiş, eyni zamanda Dağıstan 
və İranla əlaqələr yarada bilmişdi. XΙ ordunun Xüsusi Şöbəsinin 
qaldırdığı  cinayət  işinin  materiallarına  görə  İttihad  1920-ci  ilin 
axırlarında  Azərbaycanda  silahlı  üsyan  yolu  ilə  hakimiyyəti  ələ 
almağa  çalışırdı.  Onlar  Dağıstanda  İmam  Qotsinski  və 
Əlixanovun  başçılıq  etdiyi  qiyamçıların.  Eləcə  də  Lənkəran  və 
Zəngəzur  üsyançılarının  köməyi  ilə  qarşıya  qoyulan  məqsədə 
çatmağın mümkün olacağı qənaətində idilər. 
     Üsyan üçün qış  mövsümünün  seçilməsi,  daha çox  suların 
donması və Həştərxanla rabitənin kəsilməsi üzündən bolşeviklərin 
Bakıya  əlavə  hərbi  qüvvələr  yeritmək  imkanından  məhrum 
olmaları ilə bağlı idi. Dağıstanda isə yerli əhali təyin olunan vaxt 
üsyana qalxıb Vladiqafqaz-Bakı dəmiryol xəttini kəsməyi planlaş-
dırmışdı.  Abşeron  kəndlərində  üsyan  Bakıdan  verilən  siqnalla 
qalxmalı  idi:  “Abşeron  üsyançılarının  bir  hissəsi  Zığı...  o  biri 
hissəsi isə Bakı ətrafındakı dəmiryol məntəqələrini tutmalı idi ki, 
bu da Həsənovda tapılmış planda təsdiq olunur” [111, s.14]. 
     Üsyanı “qabaqlayan” Xüsusi Şöbə, İttihadın sədri Qarabəy 
İsmayıl oğlu Qarabəyov da daxil olmaqla partiya rəhbərliyinin və 
fəallarının 155 nəfərini həbs etdi. 
     1921-ci  il  yanvarın  25-də  XΙ  Ordunun  Xüsusi  Şöbəsinin 
üçlüyü: XΙ Ordunun Xüsusi Şöbə rəisi Pankratov, Operativ hissə 
rəisi  Aşukin,  baş  hərbi  müstəntiq  Qubin  “Silahlı  üsyan  yolu  ilə 
Azərbaycanda Sovet hakimiyyətinin devrilməsi və başda “İttihad” 


 
 
64 
olmaqla  burjua  hakimiyyəti  yaratmaq  məqsədini  qarşıya  qoyan 
əksinqilabi təşkilatın 155 üzvü və əməkdaşının işi üzrə aşağıdakı 
qərarı  qəbul  etdi:  “1.  Qarabəy  İsmayıl  oğlu  Qarabəyov.  2. 
Məmməd Həsən Həsənov. 3. Cəmil bəy Ləmbəranski. 4. Əlibəy 
Teymur oğlu Aşurbəyov-HFK-nın Xüsusi Şöbəsinə qöndərilsin” 
[111, s.18]. 
     Partiyanın  Moskvanın  Butırka  həbsxanasına  göndərilən  4 
nəfər MK üzvündən başqa,  yerdə  qalan fəalları amnistiya hüqu-
qundan  məhrum  edilməklə  müxtəlif  həbs  düşərgələrinə  sürüldü, 
bəziləri isə dilindən iltizam alındıqdan sonra müvəqqəti azadlığa 
buraxıldı. 
     1921-ci ilin əvvəllərindən başlayaraq məram və xarakterinə 
görə  İttihada  yaxın  olan  dini  təmayüllü  bir  neçə  partiyanın  da 
fəaliyyəti gücləndi. 
     Bunlardan “İslam” partiyasının fəaliyyəti daha çox nəzərə 
çarpırdı  ki,  adından  da  göründüyü  kimi  o  islamçılıq  təbligatı 
aparır,  “Azərbaycan  müsəlmanları  üzərində  Türkiyənin  təsirini 
yaymağa çalışırdı. “İslam”in əsas rəhbərləri də türkiyəli zabitlər 
idi” [72, v.63]. 
     Məramları, sosial bazaları oxşar olduğundan İttihadla İslam 
birləşərək  yeni  İttihadi  İslam  (İslam  Birliyi)  partiyası  yaratdılar. 
Əsasən kasıb və ortabab kəndliləri öz sıralarına cəlb edən İttihadi 
İslam  çox  sürətlə  böyüyürdü.  135  nəfərdən  ibarət  rəhbərlik 
heyətinə malik olan yeni birliyin “təkcə Şəmkir rayonunda 3000 
nəfər üzvü var idi” [72, v.134]. 
      Şəkidə İttihadi islam “İstiqlal İttihad” adı altında fəaliyyət 
göstərirdi.  Lənkəranda  isə  demək  olar  ki,  bütün  ruhanilər  bu 
partiyanın tutduğu mövqeyi müdafiə edirdi. Partiyanın Bakidakı 
rahbərləri  İsfəndiyar  Məmmədov,  Nadir  Şirinbəyov,  Xan  Əli 
Tapdıq oğlu, Miri Mir Cabbarov idi. 
     1921-ci il 5 may tarixli Bakı konfransında İttihadi İslam o 
qədər də geniş nüfuza malik olmayan “İslam Əl-Quran”la birləşib 
yeni ad-“Milləti İslam” adını qəbul etdi [72, v.135]. 


 
 
65 
     AKP  Mk-nın  informasiya  bülleteninin  [72,  v.63]  məlu-
matına görə əsas şüarları-“Din üçün ölümə hazır ol!”, “Ya ölüm, 
ya vətən!” olan Milləti İslamın nəzdində terrorçu qrup da fəaliyyət 
göstərirdi. Bu qrup Miri Mir Cabbarovun rəhbərliyi ilə Yevlaxda 
Ə.  Qarayevə,  Gəncədə  Həmid  Sultanova  və  Gəncə  Siyasi 
Bürosunun rəisi İbrahim Əliyevə sui-qəsd planlaşdırmışdı. 
     1921-ci  ilin  əvvəllərində  Gəncədə  təşkilatçılarının  əksə-
riyyəti türkiyəli zabitlər olan “Günəş-Qafqaz” partiyası da yaranıb 
fəaliyyətə başlamışdı. Rəhbərliyinə Cabbar Qoşqarov, Abbas bəy 
Usubbəyov  (Nəsibbəy  Yusifbəylinin  qardaşı  oğlu)  və  Seyidəli 
İsrafilverdiyevin daxil olduğu bu partiyanın nəzdində güclü hərbi 
mərkəz formalaşdırılmışdı. 
     Azərbaycanın  Qərbində  öz  fəaliyyətini  daha  da  güclən-
dirmək  məqsədilə  Milləti  İslam  “Günəş-Qafqaz”  la  birləşmək 
qərarına gəldi. 1921-ci il iyunun 3-də bu iki partiya Gəncə toplan-
tısında  birləşmə  qərarı  qəbul  etdikdən  sonra  “Azərbaycan  Milli 
Müdafiə İslam Firqəsi” (AMMİF) adlanmağa başladı. AMMİF-ə 
yeni  sədr  Cabbar  Qoşqarov,  sədr  müavini  Əli  Səmədov,  katib 
Abbas bəy Usubbəyov seçildi və partiyanın 21 nəfərdən ibarət MK 
tərkibi  formalaşdırıldı.  Bundan  əlavə  Xosrov  Əfəndiyevin 
rəhbərlik etdiyi hərbi şöbə (köməkçi İsfəndiyar Məmmədov idi), 
Seyidəli  İsrafilverdiyevin rəhbərlik  etdiyi  təbligat-təşkilat  şöbəsi 
yaradıldı, Xəlil Şakirov, Tahir Quliyev isə Türkiyə ilə əlaqəçilər 
təyin edildi. 
     Türkiyədən  xeyli  zabitin  cəmləşdiyi  AMMİF-i  əslində 
hərbi təşkilat hesab etmək olar. 
     Az. ÇK (FK) belə hesab edirdi ki, qarşısına silahlı üsyanla 
sovet hakimiyyətini yıxmaq məqsədi qoyan bu partiyanın hər bir 
üzvü həlledici məqamda  özləri ilə ən azı on nəfəri hərəkata qoş-
mağa qabil idi. Buna görə də Az. ÇK (FK) önləyici tədbirlər gör-
mək üçün yerlərə xüsusi dəstlər göndərdi. Aparılan əməliyyatlar 
nəticəsində  1921-ci  ilin  iyununda  AMMİF-in  rəhbərlik  də  daxil 
olmaqla  230  nəfər  fəal  üzvü  həbs  edildi  [73,  v.311].  Həbs 
edilənlərdən 22 nəfəri güllələndi (əsasən rəhbərlik), 61 nəfər 5 il 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə