“qafqaz evi “ İdeyasi mühaciRƏT ƏDƏBİyyatinda



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə24/114
tarix30.12.2017
ölçüsü2,8 Kb.
#18713
1   ...   20   21   22   23   24   25   26   27   ...   114

 
 
72 
yeni  bir  mərhələyə  (1923-1927)  qədəm  qoymasını  şərtləndirən 
əsas amillərdən idi. 
     Sovet hakimiyyətinin ilk illərində gizli Müsavat haqqında 
dövlət orqanlarının məlumatlılıq dərəcəsi barədə tarixşünaslıqda 
və arxiv materiallarında müxtəlif fikirlər mövcuddur. 
     Z. Bunyadov yazır: “1920-ci ilin may ayından Az. ÇK (FK) 
təxmini  həbslərə  başladı.  Həbs  olunanları  üç-dörd  ay  ara  ver-
mədən  sorğu-suala  tutdular.  Nəticədə  Fövqəladə  Komissiya  hə-
min dövrdə, demək olar ki, fəaliyyət göstərən bütün partiyaların 
üzvləri barədə özünə lazım olan məlumatları yığa bildi. Toplanmış 
materiallar,  FK-ya  “Müsavat”in  fəaliyyətindəki  zəif  və  güclü 
cəhətləri  müəyyənləşdirmək,  öncülləri,  potensial  fəalları  aşkara 
çıxarmaq...  yaxın  gələcəkdə  qəti  addımlar  atmaq  imkanı  verdi” 
[111, s.40]. 
     AKP MK-nın tam məxfi sənədlərində bu məsələ ilə bağlı 
ziddiyyətli mülahizələr var: “Müsavatın gizli təşkilatı özünü heç 
bir sahədə göstərmir” [72, v. 64]. Həmin ilin iyun ayının tam məx-
fi sənədlərində isə (AKP MK) deyilir: “Qarabağda müsavatçılar o 
qədər  güclüdür  ki,  kommunistlərin  fəaliyyəti  görsənmir”  [72, 
v.114]. 
     Xatırladırıq ki, N. Nərimanov da Siyasi Büronun iclasında 
Azərbaycanda  İttihaddan  başqa  qalan  partiyaların  çox  zəif 
olduğundan bəhs etmişdi. 
     Deyilənlərdən belə qənaətə gəlmək olar ki, ilk illərdə sovet 
hakimiyyətinin  gizli  müsavatın  fəaliyyəti  ilə  bağlı  məlumatı 
dolaşıq və ziddiyyətli, təsəvvürü isə dumanlı idi. Bir sıra hallarda 
isə  ayrı-ayrı  sahələrlə  bağlı  tam  məlumatsızlıq  hökm  sürürdü. 
Məsələn,  gizli  Müsavatda  hərbi  təşkilatlar  1921-ci  ildən  baş-
layaraq formalaşsa da, sovet hakimiyyəti 1923-cü il kütləvi həbs-
lərində də onların üstünü aça bilmədi. Hərbi təşkilatlar və özəklər 
ancaq 1926-cı ildəki kütləvi həbslər zamanı aşkarlanıb ləğv edildi. 
     1920-1923-cü illərdə gizli Müsavatın demək olar ki, Azər-
baycanın  bütün  qəzalarında  təşkilatları  və  özəkləri  yaradılmış, 
onlarla  partiya  MK-nın  əlaqəsi  qurulmuş,  hərbçilər,  zabitlər 


 
 
73 
arasında iş aparılaraq çoxsaylı hərbi özəklər formalaşdırılmışdı. Ə. 
V. Yurdsevər yazır: “Gizli “Müsavat” təşkilatı, Quzey Qafqasya 
və Gürcüstan milli təşəkkülləriylə sıxı irtibat (rabitə-X.İ .) təmin 
etmişdi.  Bilxassə  gürcü  gizli  Milli  Mərkəzi  ilə  sıxı  işbirliyi 
qurmuşdu. Kuryerlərimiz Mərkəzi Ümumi (MK-X. İ.) ilə Tiflis və 
Təbriz arasında müntəzəm irtibatı saxlamaqdaydı. Ənvər Paşanın 
Türküstanda  girişdiyi  milli  ayaqlanma  hərəkatına  yardım  üçün 
Azərbaycan  subayları  (zabitləri-X.  İ.)  oraya  qoşmuşdu”  [352,  N 
282. 1991]. 
     1920-ci ilin iyulundan Müsavatda MK yanında siyasi işlər 
komissiyasının rəhbəri olan, əski parlament üzvü Rəhim Vəkilov 
istintaqa verdiyi ifadədə deyirdi:  “Mən “Müsavat”la gürcü men-
şevikləri arasında rabitə yaradırdım. “Müsavat”la əlaqə saxlamaq 
üçün  1922-ci  ilin  noyabrında  Momardaşvili,  sonralar  isə  Put-
karidze yanıma gəldi. [111, s.49]. 
     Hələ  1920-ci  ilin  dekabrında  isə  Müseyib  Bədəlbəyov 
Tiflisdə  məskunlaşan  və  fəal  iş  aparan  əski  parlament  üzvü  və 
Daxili  İşlər  Naziri  Mustafa  Vəkilli  ilə  əlaqə  yaradaraq,  ondan 
müəyyən məbləğ pul (təşkilat üçün) və bəzi materiallar almışdı. 
Əsasən  beynəlxalq  vəziyyətin  təhlilinə  həsr  olunmuş  bu 
materiallarda gizli Müsavatın seçdiyi taktikaya müəyyən aydınlıq 
gətirən məqamlar da  yox deyil:  “Gürcülər  ermənilərə, ermənilər 
də gürcülərə inanmır (onlar hələ sovetləşməmişdi və Azərbaycan 
mühacirləri  çalışırdılar  ki,  bu  respublikalar  bolşeviklərə  qarşı  iş 
birliyi yaratsınlar-X. İ.)-onlar bir-birini aldadır. Türkiyənin vəziy-
yəti ağırdır, onun ərazisinin bir hissəsi Antanta tərəfindən tutulub. 
Türkiyə ancaq öz azadlığı uğrunda mübarizə aparır. Ingiltərə və 
Fransa  kimi  güclü  dövlətlərə  isə  inanmaq  olmaz.  Onlar  bir 
əsgərlərini də qurban verməyəcəklər. Lakin hər bir qruplaşmaya 
yardım edəcəklər ki, toqquşmalar, çəkişmələr baş alıb getsin. Bu 
da  ki,  Müsavatın  prinsiplərinə  ziddir.  Təşkil  olunmaq  lazımdır. 
Sovet  hökuməti  devrilən  zaman  hakimiyyəti  heç  kimə  vermək 
olmaz.  Hər  cür  avantüradan  qaçmaq  lazımdır.  Gəncədəki  üsyan 


 
 
74 
zamanı aranın qarışmasından istifadə edən ermənilərin xeyli türk 
qırmasını unutmaq olmaz” [140, N-2 (6), 1994]. 
     Təkcə  R.  Vəkilovun  rəhbərlik  etdiyi  komissiyanın  fəaliy-
yəti  1920-23-cü  illərdə  Müsavatın  hərtərəfli  geniş  iş  apardığını 
təsdiq  edir.  Kərbəlayı  Vəli  Mikayılov,  Seyid  Hüseyn  Sadıqov, 
Əlövsət  Nəcəfovun  daxil  olduğu  bu  komissiyanın  proqramı  üç 
bölmədən ibarət idi: 
     Ι. Nəzəriyyə və son məqsəd: 
     a) Azadlıg və müstəqillik; b) Millət və millətçilik; v) İslam 
beynəlmiləlçiliyi;  c) 
Mərkəzsizləşdirmə;d)  Türkçülük  və 
Turançılıq; e) Xalqçılıq və respublikaçılıq. 
      ΙΙ. Yaxın məqsəd və vəzifələr: 
     a)  İdarəetmə  forması;  b)İqtisadi  məsələ;  v)Aqrar  məsələ; 
c)Fəhlə məsələsi; d)Ədliyyə; e)Maarif. 
      ΙΙΙ. Partiya quruculuğu: 
     Partiya nizamnaməsi, intizamı, təşkilatı, təşkilat prinsipləri, 
təbliğat,  partiya  üçün  natiqlik  sənətinin  əhəmiyyəti,  işə  sədaqət, 
yazmaq bacarığı və s. məsələlər bu bölməyə daxil edilmişdi. 
     Gizli  Müsavatın  quruluş  prinsipi  belə  idi:  “Təşkilat  üçər 
kişilik hücrələr (özəklər) şəklində qurulmuşdu. Hər hücrə bir təm-
silçilik  vasitəsilə  daha  yuxarı  hücrə  ilə  bağlanmış  bulunuyordu. 
Yalnız şəhər komitələri və onlar ətrafında qurulan komisyonlar və 
Mərkəzi  Ümumi  komisyonları  beşər  və  yeddisər  kişidən  qurula 
bilirdi” [352, N-282. 1992]. 
     Qeyd edək ki, bu təşkilatdaxili sirlərin, müsavatçılar barədə 
məlumatın yayılmaması üçün sınaqdan çıxmış bir quruluş prinsipi 
idi. 
     1923-cü ilin  kütləvi  yay  həbslərində  Sovet  hakimiyyətinə 
gizli Müsavatla bağlı başqa yeniliklər də bəlli oldu: 
     - Partiya Türk Konsulluğu vasitəsilə xaricdəki mühacirlərlə 
əlaqə yaratmışdı; 
     - Müsavatçılar təsadüfən aşkarlanan gizli mətbəədə 19-cu 
sayına qədər “İstiqlal” qəzetini yayımlaya bilmişdi. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə