“qafqaz evi “ İdeyasi mühaciRƏT ƏDƏBİyyatinda



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə25/114
tarix30.12.2017
ölçüsü2,8 Kb.
#18713
1   ...   21   22   23   24   25   26   27   28   ...   114

 
 
75 
     1923-cü  ilin  yayında  müsavatçıların  ilk  kütləvi  həbsləri 
nəticəsində MK-nın iki nəfər üzvü-Əbdül Vahab Məmmədzadə və 
Məmməd  Sadıx  Quliyev  Siyasi  komissiyanın  rəhbəri  Rəhim 
Vəkilov və digər müsavatçılar həbs edildi. 
     Həbsxanada  olarkən  müsavatçılar  partiyanın  buraxılması 
haqqında  bəyannamə  imzaladılar.  Bu  bəyannamədə  deyilirdi: 
“...Biz  Sovet  platformasında  işləməyə,  bütün  qüvvəmizi  Sovet 
hakimiyyətinə sərf etməyə hazırıq. Şübhələri dağıtmaq və heç bir 
söz-söhbətə yol verməmək üçün elan edirik ki, qeyri-leqal fəaliy-
yət göstərən “Müsavat” təşkilatı buraxılmış hesab olunur. 
     Müsavat  Partiyası  MK  üzvləri:  Əbdul  Vahab  Məmməd-
zadə, Məmməd Sadıx Quluzadə; partiya üzvləri: Ələkbər Salman-
zadə,  Həmid  Qarayev,  Novruz  Ağayev,  Seyid  Huseyn  Sadıqov, 
Nəriman bəy Nərimanbəyov, Kərbəlayi  Vəli Mikayılzadə, Cəfər 
Cabbarzadə, Rəhim Vəkilov, Əliağa Əlizadə, Əliövsər Nəcəfov, 
Məmməd Seyid Axundzadə” [111, s.41-42]. 
     Bəyannamə  imzalandıqdan  az  sonra  MK  üzvləri  də  daxil 
olmaqla  sənədi  imzalayanlar  azadlığa  buraxıldı.  Az.  DSİ-nin 
istintaq materiallarından aydın olur ki, bu aksiyanın səbəbi məhz 
sənədin imzalanması idi. 
     Ancaq  çox  keçmədən  azad  olunanlar  Müsavatın  buraxıl-
ması haqqında bəyannamənin FK-nın təsiri altında imzalandığını 
və onun əhəmiyyətsiz sənəd olduğunu açıqlayır, partiya üzvlərini 
fəallığa,  təşkilata  maddi  yardım  göstərməyə  çağırırdılar.  Bu 
məqsədlə vərəqələr çap edilib yayılmışdı. 
     1923-cü ilin payızında faciəli təsadüf baş verdi: “Şəhərin 3-
cü və yaxud 4-cü rayonlarında qəlp çervon hazırlayan gizli mətbəə 
və  ya  litoqrafiya”  [167,  s.26]  axtaran  polis  təsadüfən  Çadrovı 
küçəsindəki (indiki Mirzağa Əliyev) 6 saylı mənzildən qeyri-leqal 
mətbəə aşkar etdi. Məlum oldu ki, bu “İstiqlal” qəzetinin, eləcə də 
ayrı-ayrı bəyannamələrin, çağırış vərəqələrinin nəşr edildiyi gizli 
Müsavat mətbəəsidir. 


 
 
76 
     Ə. V. Məmmədzadə, K. V. Mikayılzadə, R. Vəkilov və b. 
müsavatçılar  təkrar  həbs  edilib  Yaroslav  vilayətinə  sürgünə 
göndərildilər. 
     Beləliklə, MK-nın Ι tərkibi dağıdıldı. (Bir az əvvəl Müsa-
vatın  buraxılmasından  danışan  kommunistlər,  indi  onun  Ι  gizli 
MK-sının güclə ləğv edilməsini göstərirdilər). 
     1920-23-cü  illərdə  Müsavatın  güclü  təşkilatları  Bakı  və 
Qarabağ qəza təşkilatları, ən güclü silahı isə gənclər arasında iş, 
təbliğat idi. 
     Gizli Müsavatın fəaliyyətində ikinci mərhələ (1923-1927) 
1923-cü  ilin  sonlarında  ΙΙ  MK-nın  formalaşdırılması  ilə  başladı. 
Birinci  kütləvi  həbslərdən  yayına  bilmiş  M.  B.  Məmmədzadə 
İrana keçməmişdən öncə “Əhməd Hacınski və Dadaş Həsənova 
MK-nın I tərkibi tərəfindən onların ΙΙ tərkibə üzv təsdiq olunduq-
larını bildirdi” [140, N-3,1995]. 
     Ilk  dövrlərdə  təşkilat  fəallığını  azaldaraq,  əsasən  həbs 
olunanlara və onların ailələrinə yardımla kifayətlənməyə çalışırdı. 
Bu  cür  taktikanın  seçilməsinə  aparılan  kütləvi  həbslər,  Qarabağ 
üsyanının  yatırılması,  nəhayət  Müsavatın  buraxılması  ilə  bağlı 
imzalanmış bəyannamə, sözsüz ki, təsir etməyə bilməzdi. 
     1921-1922-ci  illərə  baxanda  SSRİ-nin  beynəlxalq  vəziy-
yətinin  yaxşılaşması,  iqtisadiyyatda  nisbi  dirçəliş,  Gürcüstan  və 
Azərbaycandakı  üsyanların  qanla  boğulması  da  müsavatçıların 
fəaliyyətinə neqativ təsir edən amillərdən idi. 
     Lakin bunlarla yanaşı Müsavatın Xarici Bürosunun forma-
laşması,  Türkiyənin  parçalanma  təhlükəsindən  xilas  olaraq  yeni 
tipli dövlət halında təşəkkül etməsi (müsavatçılara belə bir inam 
hakim  idi  ki,  Türkiyənin  vəziyyəti  düzəldikdən  sonra  Azərbay-
cana  yenidən  yardım  əlini  uzadacaq)  müsavatçıları  mübarizəyə 
ruhlandırırdı. 
     MK-nın  ΙΙ  tərkibi  1923-cü  ilin  sonlarında  formalaşsa  da 
onun  ilk  yığıncağı  1925-ci  ildə  keçirildi.  Bu  yığıncaqda  hərbi 
özəklərlə və tələbə gənclərlə işin sürətləndirilməsi məsələləri mü-
zakirə edildi. 


 
 
77 
     Gizli Müsavatın 1923-1927-ci illərdə əsas fəaliyyət istiqa-
mətlərini aşağıdakı kimi ümumiləşdirmək olar: 
     - Müsavat Partiyasının təşkilat və taktiki yöndə qeyri-leqal 
vəziyyətdə bərpasının davamı. 
     -  Türkiyə  konsulluğu  ilə  yaranmış  əlaqələri  möhkəm-
ləndirmək. 
     - Kəşfiyyat xarakterli materiallar toplamaq. 
     -  Mükəmməl  strukturlara  malik  milli  hərbi  təşkilatlar 
yaratmaq. 
     - Millətçilik tərbiyəsinin təşkili, maarifçilik. 
     - Əlifba islahatına mane olmaq yönündə iş (təbliğat xarak-
terli). 
     - Dövlət aparatının daxildən sarsıdılması. 
     - Hakimiyyəti ələ keçirməyə hazırlıq. 
     Bu  mərhələdə  müsavatçılar  öz  üzvlərini  və  tərəfdarlarını 
gizli yollarla Kommunist Partiyasının, eləcə də dövlət aparatının 
içərilərinə yeridərək dinç yolla hakimiyyəti ələ almağın əsaslarını 
hazırlayırdı.  Eyni  zamanda  Müsavatın  kəşfiyyat  şəbəkəsi  də 
fəaliyyətdə  idi.  Bu  barədə  Ə.  V.  Yurdsevər  yazırdı:  “İstihbarat 
servislərimiz  G.P.U.  (DSİ)  və  Sovet  əsgəri  qərargahına  qədər 
yayılmış bulunurdu” [352, N-282, 1991]. 
     Əlifba islahatının qarşısını almaq üçün təşkilat güclü təb-
liğat kampaniyası aparırdı. Latın qrafikasının tətbiqinə mane ol-
maqda müsavatçıların məqsədi: 
a)
 
Azərbaycan xalqının tarixi, mədəni kökündən, qaynaqlar-
dan ayrı düşməsinin, türk dünyasının fərqli  əlifbalarla parçalan-
masının qarşısını almaq; 
b)
 
Sovetlərin zəiflətməyə çalışdığı türkçülük şüurunu güclən-
dirmək idi. 
     Ümumiyyətlə, əlifba məsələsinə Müsavatın baxışı həmişə 
siyasi xarakter kəsb  edib. 
     Müsavat bu dövrdə ruslaşdırma siyasətinə qarşı da kəskin 
müqavimət  göstərirdi.  Təşkilatın  yaydığı  vərəqələrdən  birində 
deyilirdi:  “Azərbaycanlı  nə  üçün  rus  dilində  təhsil  almalıdır. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə