“qafqaz evi “ İdeyasi mühaciRƏT ƏDƏBİyyatinda



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə22/114
tarix30.12.2017
ölçüsü2,8 Kb.
#18713
1   ...   18   19   20   21   22   23   24   25   ...   114

 
 
66 
müddətinə, 15 nəfər 1 il müddətinə azadlıqdan məhrum edildi; 14 
nəfərə  isə  5  il  icbari  həbs  cəzası  hökmü  oxundu.  Partiyanın  ələ 
keçmiş qalan üzvlərinin bir hissəsi sürgünə göndərildi, bəziləri də 
şərti olaraq azadlığa buraxıldı. Iyul əməliyyatlarından yayına bilən 
Molla  Miri,  Əhməd  Şükür,  Nadir  Şirinbəyov,  Hüseyn  Xəlil, 
Kərbəlayi  Ağa,  Kərbəlayi  Rəsul,  Məmməd  Tağı  Tağızadə,  Adil 
Əlizadə və Zeynal Zeynalov kimi tanınmış fəallar qanundan kənar 
elan olundular. 
     Qeyd  edək  ki,  siyasi  partiyalara  qarşı  repressiya  Qafqaz 
Bürosunun  qərarı  ilə  bütün  Zaqafqaziyada  həyata  keçirilirdi. 
1921-ci il 16 iyulda Az. K(b)P Siyasi Bürosunun məxfi iclasında 
menşevik və b. partiyaların ləgv edilməsi ilə bağlı Qafqaz Buro-
sunun teleqramı oxunarkən N. Nərimanov ona münasibətini belə 
ifadə  etmişdi:  “Azərbaycanda  bu  teleqramı  “İttihad”çılara  qarşı 
mübarizə aparılmalıdır” kimi başa düşmək olar, çünki bizdə men-
şeviklər və başqa təşkilatlar çox zəifdir” [68, v.46]. 
     Az.  DSİ-nin  məlumatına  görə  [140,  N-1(6),  1993]  dini 
təmayüllü  təşkilatlar  Azərbaycanda  1930-cu  illərə  qədər  fəaliy-
yətdə idi. Bunlardan “Milləti İslam” adı altında fəaliyyət göstərən 
müstəqil  qrupu  nisbətən  sonralar  yaranan  “Allahlılar  ittifaqı”, 
“Əzrail  firqəsi”,  “Həqiqət  ordusu”  və  b.  təşkilatları  göstərmək 
olar.  Başqa  partiyalarla  bir  neçə  dəfə  birləşərək  müxtəlif  adlar 
altında  fəaliyyət  göstərməsinə  baxmayaraq  sovet  mənbəşünas-
lığında İttihad 1922-ci ildən sonra əsasən öz əski adı ilə adlanır. 
Bu  ilk  növbədə  partiyanın  nüfuzu,  sosial  bazasının  gücü  və 
xaricdəki  mühacirlərin  (İttihadçılar)  Azərbaycandakı  proseslərə 
təsiri ilə bağlı idi. 
     1921-ci ilin yay həbslərindən sonra zəifləyən partiya, 1923-
cü  ildə  İranla  güclənən  əlaqələr  sayəsində  yenidən  özünə  gələ 
bildi.  Ittihadçıların  Təbriz  komitəsinin  Gəncəyə  göndərdiyi 
emissarın  (Müzəffər  Əliyev)  köməyi  ilə  Kazımbəyin  rəhbərliyi 
altında  qeyri-leqal  hərbi  mərkəz  yaradıldı.  Həmin  il  partiyanın 
təşkilatçılığı  ilə  Kürdəmirdə  sovet  hakimiyyətinə  qarşı  güclü 
silahlı üsyan baş verdi. Bu üsyan da qan içində boğulduqdan sonra 


 
 
67 
ittihadçılar daha dərin gizli fəaliyyətə keçərək, son dərəcə ehtiyatlı 
davranış taktikası seçdilər. 
     1926-cı  ildə  İranla  yeni  əlaqələr  yaradılması  ilə  “Sərhəd 
bölgələrində silahlı bandalarla iş birliyinin qurulması nəticəsində 
ittihadçılar  sovet  hökumətini  növbəti  silahlı  çıxışla  hədələməyə 
başladı.  Onların  əsas  gücləri  Əlyanlı  banditlərində  idi”  [82, 
v.194]. 
     1926-cı il martın 4-də tanınmış ittihadçı Xosrov bəy Sulta-
nov Parisdən Tehran və Təbrizə gələrək, Azərbaycanla əlaqələrin 
möhkəmləndirilməsi  ilə  bağlı  bir  sıra  tədbirlər  gördü.  Lakin  o, 
1925-ci  ildə  olduğu  kimi  bu  dəfə  də  partiyaya  daxildə  rəhbərlik 
edəcək güclü bir lider tapa bilmədi. General Ə. Şıxlinskiyə partiya 
rəhbərliyini həvalə etmək cəhdi baş tutmadı. 
     Əsas məramı təbliğatın, silahlı çıxışların köməyi ilə sovet 
hakimiyyətini devirmək olan İttihadın gizli fəaliyyət dövrünü bir 
neçə  mərhələlərə  bölmək  olar:  birinci,  1920-1923-cü  illər  fəal 
antisovet çıxışları, silahlı üsyanlar, eyni zamanda maramı və sosial 
bazası oxşar olan partiyalarla birləşmə; ikinci, 1923-1926-cı illər 
nisbətən  ehtiyatlı  fəaliyyət  və  Müsavatla  əsaslı  şəkildə  ya-
xınlaşma; üçüncü Müsavatla 1927-ci ildən başlanan birləşmə mər-
hələsi.  Bu  mərhələdə  İttihad  bir  partiya  kimi  demək  olar  ki, 
Müsavatın içərisində tədricən əriyib tarix səhnəsindən çıxır. Düz-
dür,  Sovet  tarixşünaslığının  bildirdiyi  kimi  hələ  1923-cü  ildən 
başlayaraq  Azərbaycanın  bəzi  yerlərində  (məsələn  Qarabağda) 
“İttihadçılar Müsavatın bayrağı  altında fəaliyyət göstərirdi” (72, 
v.100).  Digər  tərəfdən  1929-cu  ildə  belə  İttihad  bəzi  rayonlarda 
müstəqil olaraq fəaliyyətdə idi: “Təşkilat 5 nəfərdən ibarət  gizli 
komitəyə malik idi. Onlar Gəncədəki Azdiviziya alayında iş apar-
mağı  və  terror-diversiya  xarakterli  tədbirləri  həyata  keçirməyi 
planlaşdırmışdı” [140, N1(6), 1993]. 
     Ancaq hər iki məqamda sovet mənbəşünaslığında təhriflər 
var:  birinci  məqamda  (İttihadçıların  Müsavat  bayrağı  altında 
fəaliyyəti) Müsavatı da silahlı dövlət çevrilişlərində ittiham etmək 
motivləri görünür, ikinci məqamda isə (İttihad bir sıra rayonlarda 


 
 
68 
müstəqil  fəaliyyət  göstərməkdədir)  repressiyanın  geniş-
ləndirilməsi, kütləviləşdirilməsi üçün təhlükə ocaqlarının çoxluğu 
süni şəkildə qabardılır. 
     Fikrimizcə, İttihadın Müsavatın içərisində əriməsini sürət-
ləndirən  amillərdən  biri  də  tanınmış  ittihadçıların  mühacirətdə 
Müsavat  Partiyasının  sıralarına  daxil  olması,  (məsələn,  M.  Y. 
Mehdiyev), yaxud da onların müsavatçılarla bir təşkilatda (AMM-
də) birləşməsi idi. Əslində İttihadın xaricdə müstəqil bürosu yox 
idi. Onlar əsasən Müsavatın Başqanı M. Ə. Rəsulzadənin rəhbərlik 
etdiyi Azərbaycan Milli Mərkəzində cəmləşmişdilər. 
     Azərbaycanda İttihadçıların Müsavat bayrağı altında cəm-
ləşməsi  güclü  və  amansız  zor  aparatına  qarşı  milli  müqavimət 
imkanlarını  artırdı.  Mühacirlər  də  strateji  məqsədləri  eyni  olan 
qüvvələrin birləşməsinə təbii ki, mane olmaq fikrində deyildi. 
     Azərbaycanda  milli  müqavimət  hərəkatının  aparıcı  qüv-
vəsi, ideoloji istiqamətvericisi Müsavat partiyası olmuşdu. Parti-
yanın gizli fəaliyyətə keçməsi barədə qərar 27 aprel gecəsi qəbul 
edildi. Ə. V. Yurdsevər bu barədə yazırdı: “Partiya çalışmaların-
dakı  davamlılığın  başqa  bir  dəlili  də  gizli  Müsavat  təşkilatının 
doğrudan doğruya öndərimiz M. Ə. Rəsulzadənin təsvibi (razılığı-
X. İ.) və direktiviylə qurulmuş olmasıdır. Həmən 27 nisan axşamı 
Mirzə  Bala ilə  birlikdə  kəndisini  evində ziyarət  edərək təsvibini 
almış  və  arkadaşlardan  Məmməd  Sadıq  Quluzadə  (Xülusi)  və 
Məmməd Həsən  Baharlını mərhum şair Cəfər Cabbarlının  şəhər 
kənarındakı iqamətgahında toplayaraq yemin mərasimiylə ilk gizli 
partiya Mərkəzi Ümumisini qurmuşduq” [352, N-282, 1991]. 
     M.  Ə.  Rəsulzadənin  tövsiyəsi  ilə  gizli  Müsavatın  rəhbər-
liyinə M. B. Məmmədzadə gətirilmiş, Ə. V. Nəmmədzadə (Yurd-
sevər)  onun  müavini  (Bakı  komitəsinin  təşkili  ona  həvalə  olun-
muşdur).  M.  Sadıq  Quluzadə  siyasi  işlər  komissiyasının  sədri 
(Azərbaycan qəzalarında partiyanın gizli təşkilatlarını qurmaq ona 
həvalə  olunmuşdur),  Məmməd  Həsən  Baharlı  maliyyə  komis-
siyasının sədri, Cəfər Cabbarlı isə gizli MK-nın Baş katibi təyin 
olunmuşlar. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə