“qafqaz evi “ İdeyasi mühaciRƏT ƏDƏBİyyatinda



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə99/114
tarix30.12.2017
ölçüsü2,8 Kb.
#18713
1   ...   95   96   97   98   99   100   101   102   ...   114

 
 
311 
«Bu  toplantıdan  sonra,  yəni  1941-ci  ilin  avqustundan  müsəl-
manların kütləvi şəkildə qətlə yetirilməsi nisbətən azalmışdı» [5]. 
  Yüz  minlərlə  əsirin  taleyi  get-gedə  alman  rəsmilərini  ciddi 
narahat edirdi. Belə bir zamanda hərbi düşərgələri gəzən iki türk 
generalı  əsirlərin  milli  mənsubiyyətlərə  görə  qruplaşdırılması 
ideyasını ortaya atdı. İdeyanı maraqla qarşılayan alman rəsmiləri 
1941-ci  il  sentyabrın  30-da  hərbi  düşərgələrin  komendantlarına 
əsirlərin qeydiyyatdan keçirilməsi üçün kartoteka tərtib edilməsi 
barədə göstəriş verdi. Elə həmin ay general Reyneke sovet hərbi 
əsirləri ilə necə rəftar olunması barədə təlimat və əmr imzaladı. 
Otuza qədər komissiya əsir düşərgələrini dolaşaraq adamları milli 
mənsubiyyətlərinə  görə  qruplaşdırmağa  başlamışdı.  Əslində  bu 
addımla milli legionların əsası qoyulurdu. Əsirlərlə işin aparılması 
Şərq  məntəqələri  nazirliyinə  həvalə  olunmuşdu.  1941-ci  ilin 
iyulunda yaradılan bu nazirliyə, 1893-cü ildə Pribaltikanın Revel 
şəhərində doğulan və 1918-ci ildə Moskvada ali təhsil alan Alfred 
Rozenberq  başçılıq  edirdi.  Arxiv  materiallarındakı  məlumatlara 
görə o, «1913-cü ildə Bakıda babasının «qızıl toy» təntənələrində 
də  iştirak  etmişdi»  [6].  Bir  sözlə,  Şərq  Naziri  Rusiyaya  və 
Qafqazlara  pis  bələd  deyildi.  Hərbi  əsirlərlə  bağlı  bütün 
səlahiyyətləri əlində cəmləşdirmək istəyən Rozenberq Xarici İşlər 
Nazirliyi ilə münaqişədə idi. 
  Bəs  bu  iki  nazirlik  arasında  fikir  ayrılıqlarına,  bir  sıra 
hallarda isə gizli və açıq ixtilaflara səbəb olan nə idi? 
  Hələ müharibənin ilk aylarında, 1920-ci il aprel çevrilişindən 
sonra,  M.  Ə.  Rəsulzadə  başda  olmaqla  mühacirətə  gedən 
Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları və rəhbərləri hərbi 
əsirlərin  taleyi  ilə  maraqlanmağa  başlayır.  1941-ci  ildə  M.  Ə. 
Rəsulzadə  (həmçinin  1917-1921-ci  illərdə  Rusiya  imperiyası 
ərazisində qurulan digər milli cümhuriyyət liderləri) Almaniyaya 
dəvət  edilir.  Yaranmış  məqamdan  istifadə  edən  Məmməd  Əmin 
silahdaşları Mustafa Vəkillini, Xosrov bəy Sultanovu, Miryaqub 
Mehdiyevi və başqalarını da Berlinə dəvət edir. Əski dostların bir 
araya  gəlməsi  ilə  yeni  bir  təşkilatın  –  «Azərbaycanın  bolşevik 


 
 
312 
istilasından  xilasını»  hədəf  götürən  «Milli  Komitə»nin  əsası 
qoyulur.  Komitə  hərbi  əsirlərin  vəziyyətlərinin  yaxşılaşdırılma-
sına  çalışır,  eyni  zamanda  Almaniyanın  Azərbaycanın  müstəqil-
liyini tanıması, Sovetlərin məğlub olacağı təqdirdə bu müstəqil-
liyə təminat verilməsi istiqamətində XİN-lə danışıqlar aparırdı. 
  Bu  dövrdə  əski  mühacirlərin  müxtəlif  Avropa  ölkələrində 
çoxsaylı  təşkilatları  fəaliyyət  göstərirdi.  Həmin  təşkilatların 
əksəriyyəti milli legionların yaradılması ideyasını dəstəkləyir və 
formalaşacaq  bu  silahlı  qüvvələrin  məhz  Şərq  cəbhəsində 
vuruşmasını istəyirdilər. 
   Almaniya  XİN  Sovetlər  Birliyində  türklərin  çoxluğunun, 
eyni  zamanda  1917-1921-ci  illərdə  müstəqil  cümhuriyyət  quran 
milli  təmsilçilərin  maraqlarının  nəzərə  alınmasının  tərəfdarı  idi. 
Xarici  siyasət  idarəsi  bolşevizmin  təkcə  hərbi  həmlələrlə  deyil, 
milli münasibətlər zəminində də sarsıyacağı qənaətində idi və bu 
mülahizələrə önəm verərək əski mühacirlərlə, onların qurduqları 
təşkilatlarla iş birliyinə can atırdı. Elə bu məqsədlə XİN səlahiy-
yətlisi  Şülenburq  Fransa,  İsveç,  Türkiyə,  İtaliya  və  Balkanlarda 
məskunlaşan  tanınmış  mühacirlərə  Berlinə  gəlmək  üçün 
dəvətnamə  göndərdi.  1942-ci  ilin  may  ayında  dəvət  olunanlar 
gəlib  Berlinin  Adlon  otelində  yerləşdilər.  Buna  görə  də  Şülen-
burqun  mühacirlərlə  tarixi  görüşləri  «Adloniada»  adlandırıldı. 
Gələn  mühacirlər  arasında  məşhur  adamlar  çox  idi.  Bunlardan 
Quzey Qafqaz liderləri Əli Xan Qandəmir, Heydər Bammat, Səid 
Şamil,  gürcü milli-demokratlarının lideri Spiridon Kedia,  «Tetri 
Georgi»  hərəkatının  qurucusu  Leo  Kereselidze,  prins  Datxo 
Vaçnadze, prins İrakli Baqration (taxt-tac iddiaçısı), Azərbaycan 
Xalq Cümhuriyyətinin qurucusu M. Ə. Rəsulzadə, Xəlil Xasməm-
mədov, Fuad Əmircan və b. - nı göstərmək olar.  
   «Adloniada»  XİN  və  Şərq  Nazirliyi  arasındakı  gizli  mü-
naqişələri  üzə  çıxardı.  Şülenburqun  türküstanlı  Vəli  Xan  Qəy-
yumu daha çox mühacir toplamaq üçün Parisə göndərməsindən və 
«Adloniada»dan  bərk  qəzəblənən  Rozenberq  «XİN-in  səla-
hiyyətlərini  aşması  ilə  bağlı  Hitlerə  şikayət  etdi.  Hitler  isə 


 
 
313 
əsəbiləşib XİN-in Sovetlər Birliyinin məsələləriylə ilgilənməsini 
ən  sərt  tonda  yasaqlayan  bir  təlimat  verdi»  [7].  Digər  tərəfdən 
XİN-in  başqa  bir  əməkdaşı,  Türkiyə  ilə  münasibətlərin  həmişə 
istiləşməsinin və SSRİ-dən olan mühacirlərlə əlaqələrin yaxşılaş-
masının tərəfdarı sayılan əski Ankara səfiri fon Papen də Hitlerin 
qəzəbinə  tuş  gəlmişdi.  Fon  Papen  pantürkizmi  təşviq  etməklə 
Türkiyə  üzərindən  SSRİ-nin  içərilərində  yeraltı  fəaliyyəti 
gücləndirməyin,  eyni  zamanda  Krıma  muxtariyyət  verilməsinin 
tərəfdarı idi. 
  1942-ci  ilin  iyulunda  «Hitler  fon  Papenin  də    fəaliyyətinə 
qızğın şəkildə təpki göstərdi və hərb siyasətində Türkiyənin xarici 
siyasətdə nəzəri etibara almanın yanlış olduğunu bəyan etdi» [8]. 
  Rozenberq milli təmsilçilərlə iş aparmaq səlahiyyətini XİN-
dən  «qopardıqdan»  sonra  mühacirlərin,  Almaniyanın  milli 
müstəqillikləri  tanıması  məsələsi ilə bağlı müraciətlərinə məhəl 
qoymur, danışıqları aylarla uzadaraq bezikdirici və gərgin mühit 
yaradırdı.  Vəziyyətin  bu  şəkil  aldığına  görə  «Adlon»  a  yığışan 
milli  təmsilçilər  danışıqların  davam  etdirilməsinə  lüzum  görmə-
dilər  və  onların  böyük  əksəriyyəti  Berlini  tərk  etdi.  Bu  dövrdə 
Almaniyada yüksək nüfuz sahibi olan Hilal Münşi (1919-cu ildə 
Azərbaycan  Xalq  Cümhuriyyətinin  Avropaya  təhsil  almağa 
göndərdiyi  tələbələrdən  idi.  1934-1939-cu  illərdə  «Qurtuluş» 
dərgisini  yayınlamışdı)  M.  Ə.  Rəsulzadəni  bir  müddət  Berlində 
ləngitməyə  və  onun  alman  rəsmiləri  ilə  görüşünü  təşkil  etməyə 
nail olmuşdu. 7 Oktyabr 1942-ci ildə M. Ə. Rəsulzadə Krım tatar 
mühaciri Krımalla birgə Alman Ordusu rəhbərliyi, XİN və Şərq 
Nazirliyi ilə yenə uzun-uzadı danışıqlara başladı. Bu danışıqlarda 
dəyişməyən şərt Almaniya tərəfindən Azərbaycan müstəqilliyinin 
tanınması idi. Lakin danışııqların bir nəticə vermədiyini görən M. 
Ə.  Rəsulzadə  1942-ci  ilin  sonlarına  yaxın  Berlini  tərk  edib 
Buxarestə getdi. Hitler «heine komite» (heç bir komitə istəmirəm) 
deyərək,  milli  cümhuriyyət  liderlərinin  yaratdıqları  mühacir 
təşkilatları    ilə  işbirliyini  məqbul  saymırdı.  Onun  fikrincə,  öz 
cümhuriyyətlərinin  müstəqilliyi  məsələsində  heç  bir  güzəştə 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   95   96   97   98   99   100   101   102   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə