Qafqazin coğrafiyasi (İQTİsadi,sosial və Sİyasi coğrafiyasi) Qafqazın coğrafiyası


Kurort-turizm sahələrinin coğrafiyası



Yüklə 166,34 Kb.
səhifə10/20
tarix30.12.2023
ölçüsü166,34 Kb.
#165927
1   ...   6   7   8   9   10   11   12   13   ...   20
qafqaz-cografiyasi-hamisi-by-rustem

Kurort-turizm sahələrinin coğrafiyası .
Qafqaz artıq çoxdan dünyanın müalicə, istirahət və turizm üçün geniş tanınmış regionlarından sayılır. Dağ mənzərəli, dəniz sahilləri iqlimi , müalicə kurortları, alpinizm yerləri həmişə müalicə və turizm üçün cəlbedici olmuşdur. 90-cı illərdən sonra Qafqazda gedən siyasi proseslər – müstəqil dövlətlərin yaranması ilə bağlı baş verən etnik münaqişələrin sayını kəskin surətdə azaltdı. Əhalinin maddi çətinlikləri də onların müalicə və istirahətində müəyyən müddət çətinlik yaratdı.
Hazırda isə regionda yaranmış sakitlik və əhalinin rifah halının yaxşılaşması kurort-turizm obyektlərı tələbatı artırmışdır. Dağların yüksəkliklərindən, rütubət almalarında, bitki örtüyündən müalicə mineral bulaqlarından və s. Asılı olaraq dağ-iqlim kurortları yaradılmışdır. Qara-Azov dənizləri sahillərində iri kurort turizm mərkəzləri yaadılmışdır.
Şimali Qafqazın müalicə kurortlarından – Kislovodsk, Pyatiqorsk, Yesuntiki, Jelezobogsk, Qara dəniz sahillərində Böyük Soçi, Gelencik, Anapa, Tuapse. Dağlarda Donbay, Arxız, Elbrusyanı və b.
Gürcüstan kurort-turizm ehtiyatları ilə zəngin olan kimi Qafqazda seçilən ölkədir. Bu növ ehtiyatlar təbii və antropogen obyektlərdən ibarət olur. Qafqaz sıra dağları, çay və gölləri, mineral bulaqlar, meşələr və alp çəmənlikləri, qarlı şirvələri, dəniz sahilləri ölkənin rekreasiya potensialını təşkil edir . Tarixi-mədəni və etnoqrafik obyektlər antropogen obyektlər sırasına aidir.
Gürcüstanın ən cəlbedici yerləri Hərbi Gürcüstan yolu , Kükürdlü suları olan məşhur Tiflis şəhəri, Qara dəniz sahilləri və Barjomi-Abastumani kurort rayonlarıdır. Gürcüstan keçmişdə çox iri kurort-turizm regionu olmuşdur. Keçən əsrin 90-cı illərindəm sonra kənardan gələn turistlərin sayı azaldı. Hazırda ölkədə bu sahənin inkişafına ciddi fikir verilir. Xaricdən və bizim respublikadangələn turistlərin sayı artır.
Gürcüstanda mehmanxanaların sayı 2005-ci ildə 374 olmuşdur. Onlarda yerlərin sayı 20.4 min təşkil etmişdir. Ən iri mehmanxan və turizm mərkəzləri Tbilisidə Qara dəniz sahillərində, Barjomi ərazisindədir. 1995-ci ildə Gürcüstan dövləti turizmi prioritet sahə elan etmişdir. Mükəmməl özəl və dövlət turizm idarəçiliyi yaradılmışdır.Gürcüstanda istirahət edənlərin arasında Azərbaycandan gələnlər də çoxluq təşkil edir
Qafqazın şərqində yerləşən Azərbaycan zəngin kurort-turizm ehtiyatlarına və antropogen xarakterli obyektlərə malikdir. Onun zəngin təbii rekreasiya ehtiyatları B.və K.Qafqaz dağları, mineral-müalicə suları olan Kəlbəcər-Laçın rayonu, Naxçıvan MR., subtropik zona olan Lənkəran-Astar, Xəzər dənizi sahilləri . Azərbaycan dünyada yeganə olan Naftalan müalicə sularına malik olan ölkədir. Son illərdə çoxlu mehmanxana, turist mərkəzləri(Qəbələ,Nabran,Abşeron sahilləri) yaradılmışdır. Bakı-Qobustan mədəni-tarixi abidələrlə zəngindir.
Azərbaycanda mehmanxanaların sayı 499 olmuşdur .(2010-cu il). Həmin ildə ölkəyə 2 mln. yaxın turist vgəlmişdir . Ən çox turistlər RF.dan, Gürcüstandan, İran və Türkiyədən gəlmişlər.

Yüklə 166,34 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə