Qafqazin coğrafiyasi (İQTİsadi,sosial və Sİyasi coğrafiyasi) Qafqazın coğrafiyası


Qafqazın fiziki-coğrafi , iqtisadi-coğrafi, siyasi-coğrafi mövqeyi



Yüklə 166,34 Kb.
səhifə2/20
tarix30.12.2023
ölçüsü166,34 Kb.
#165927
1   2   3   4   5   6   7   8   9   ...   20
qafqaz-cografiyasi-hamisi-by-rustem

Qafqazın fiziki-coğrafi , iqtisadi-coğrafi, siyasi-coğrafi mövqeyi.
Qafqazın müasir ərazisi 440.4 min km2 təşkil edir . Əhalisi 30 mln. nəfərdir . Regiona Cənubi Qafqazın 3 dövləti (Gürcüstan , Azərbaycan , Ermənistan) , Rusiya Federasiyasının(RF) 2diyarı (Krasnodar , Stavrapol) və 7 respublikası (Adıgey , Dağıstan , İnquşetiya , Çeçenistan ( İçgeriya) , Kabardin-Balkar , Qaraçay-Çərkəz, Şm.Osetiya (Alanya)) daxildir .
Qafqaz Qara , Xəzər dənizləri arasında yerləşir . Onun sərhədləri şimalda Kuma-Manıç çökəyi , cənubda İran və Türkiyə ilə sərhədlənir .Qərbdən-şərqə və şimaldan-cənuba gedən qədim ticarət yolları və müasir TRASEKA (İpək yolu) Şimal-Cənub dəhlizi məhz Qafqazdan keçir.
Qafqazın fiziki-coğrafi mövqeyi. Qafqaz Avrasiyanın qovşağında yerləşir . Fiziki-coğrafi bölgüyə görə Asiyaya aid edilir , lakin burada yerləşən ölkələr Avropanı seçim etmişlər və onun qurumlarına daxil edilmişdir . Qafqaz mülayim və subtropik enliklərin təmas zonasında yerləşir .
İqtisadi-coğrafi mövqeyi. Dünyanın iqtisadi xəritədə tutuduğu mövqeyə deyilir . Daha geniş mənada bu regiondan kənarda yerləşən , onun inkişafına təsirə görə olan mövqedir . Burada Qara dəniz vasitəsilə dünya okeanına çıxmaq Avropaya yaxın yerləşmək , Xəzər dənizi vasitəsilə şimala və qərbə çıxışları vardır. Qafqazın iqtisadi-coğrafi mövqeyinə görə Şimali Qafqazla Cənubi Qafqaz arasında fərqlər vardır . RF ucqar cənubunda yerləşir. Qara, Azov və Xəzər dənizi ilə əhatələnməsi ona həm dünya yollarına çıxmağa , Volqa –Don kanalı vasitəsilə RF, Avropa əlaqəsi təmin olunur . Xəzər dənizi vasitəsilə İran və Yaxın Şərqə çıxışını təmin edir. Onun sərhədləri Mahaçqala , Qara dənizdə Norosiyyat Tuapse limanları vardır. Cənubi Qafqazdan Rusiya və Şərqi Avropaya çıxan yolları üzərində yerləşir. Cənubda Gürcüstan və Azərbaycanla sərhədlənir .
Siyasi-coğrafi mövqeyi və Gürcüstanla viza rejimi saxlanılır , Azırbaycanla sərhədləri tam müəyyənləşib , sərbəst gediş gəliş təmin olunur. Şimalı Qafqaz milli etnik ziddiyyətlər , terrorizm davam edir . Artıq uzun illərdən bəri bu ziddiyyət davam edir .
Qafqaz həmdə müxtəlif dinlər , mədəniyyətlərin qovuşduğu regiondur . Əsas dinlər xristianlıq və islam dinidir . C.Qafqaz fiziki coğrafi mövqeyi onun Qafqaz dağlarından cənubda əsasən subtropik enlikdə yerləşməsidir(iqtisadi və siyasi coğrafi mövqeyi haqqında bax seh.1)



Yüklə 166,34 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə