Qafqazin coğrafiyasi (İQTİsadi,sosial və Sİyasi coğrafiyasi) Qafqazın coğrafiyası



Yüklə 166,34 Kb.
səhifə14/20
tarix30.12.2023
ölçüsü166,34 Kb.
#165927
1   ...   10   11   12   13   14   15   16   17   ...   20
qafqaz-cografiyasi-hamisi-by-rustem

Stavropol diyarı .Sahəsi 66.5min kv kilometrdir. Əhalisi 2.7 mln nəfərdir. Dənizlərə çıxışı yoxdur. Təbii şəraiti həm insanları yaşayışı və həm də k/t-nın inkişafı üçün əlverişlidir.Ərazisi təpəli düzənliklərdən təşkil olunub. Torpaqları münbitdir , Yağıntının az düşməsi k/t inkişafını çətinləşdirir. Ərazisində çoxlu müalicə palçıqları olan göllər vardır. Məşhur Qafqaz mineral bulaqları onun ərazisində yerləşir. Az miqdarda neft və qaz ehtiyatları vardır .
Əhalisi. Təbii artımı çoxaz olsada qaçqınların axımı onun əhalisini artırır. Çeçenistanda baş verən milli etnik münaqişələr buraya çoxlu ruslar və qeyri ruslar köçmüşdürSon illər burada azərbaycanlıların, ermənilərin Şimali Qafqaz xalqlarının axımı artmışdır. Əhalinin 84%-i ruslar təşkil edir. Sənayesi qida , elektroenergetika, kimya, maşınqayırma və s təşkil olunubdur. Ən iri sənaye mərkəzləri Stavropoldur. Kurort şəhərləri –Kislovodsk,Pyatiqorsk,Yesuntiki və b.
Kənd təsərrüfatı. Kənd təsərrüfatı taxılçılıq və zərif yunlu qoyunçuluqüzrə ixtisaslaşmışdır. Böyük qoyun sürüləri var , yun qırxımına görə RF yüüksək yer tutur. Suvarma inkişaf etdirilir. Belə torpaqlara tərəvəz və bostan bitkiləri yetişdirilir. Otlaqlara su çıxarılır. Nəqliyyat şəbəkəsi seyrəkdir. Boru kəmər , avtomobil hava nəqliyyatı inkişaf etdirilibdir. Xüsusilə Minaloks Podi hava limanı Rusiyanın bir çox şəhərləri ilə və xariclə əlaqədədir.


Azərbaycanın Qafqaz regionunda iqtisadi və geosiyasi əhəmiyyəti.
Azərbaycan Respublikası ikinci dəfə müstəqil bir dövlət kimi tanındıqdan sonra ona qarşı Ermənistanın təcavüzü başladı. Ermənilə xarici qüvvələrin köməkliyi ilə Azərbaycanın 11 inzibati rayonunu işğal etdi. Ölkənin keçmişdə mövcud olan iqitisadi əlaqələr kəsildi.
Vəziyyətdən çıxış yolu Heydər Əliyevi ölkə rəhbərliyinə gətirildi. Daha sonra Ermənilərlə müqavilə bağlandı və ən başlıcası Xəzər dənizinin neft-qaz ehtiyatlarının mənimsənilməsi üçün “Əsrin müqaviləsi” bağlandı. Ölkəyə xarici iri neft şirkətləri dəvət olundu. Həyatda keçirilən bu strategiya Azərbaycanın beynəlxalq əlaqələrini genişləndirdi, ölkədə tədricən kasıbşılığın aradan qaldırılmasında əsaslı dayaq rolunu oynadı.Xəzərin nefti xaricə çıxarıldı , dünyanın iri ölkələri ABŞ,Türkiyə və b . Azərbaycanın tərəfdaşına çevrildi. Xüsusilə Türkiyə ilə yaxınlıq əsas neft-qaz kəmərlərinin bu olkə ərazisindən keçməsi bizim iqtisadi inkişafı sabit aparmağa imkan verdi . Azərbaycan qərb şərq və şimal cənub əlaqələrini genişləndirmək üçün əlverişli mövqeyə malikdir. Elə buna görə TRASEKA və Şimal Cənub dəhlizləri məhz Azərbaycan ərazisindən keçir.
SSRİ dağıldıqdan sonra dünyanın qüvvələr balansı dəyişdi. Azərbaycan C.Qafqazda hegemon rol oynamağa başladı. Qafqaz nəqliiyat dəhlizi olmaqla Avropanı-Asiya ilə birləşdirir. İri neft-qaz ehtiyatları Azərbaycanın C.Qafqazda iqtisadi rolunu artırdı. Ölkəmiz Qafqaz və dünyanın bir cox təşkilatları ilə əlaqələr yaratdı. Onların bir çox bölmələri Azərbaycan ərazisində fəaliyyət göstərir. Azərbaycan, Gürcüstan və Türkiyənin nəqliyyat sahəsində əməkdaşlığı neft-qaz kəmərlərinin bu ölkələr arasında keçməsini təmin etdi .
2010-cu ildə TRASEKA ilə 51 mln. ton yüklər daşınıb və 322 mln. manat əldə olunub.



Yüklə 166,34 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə