Qafqazin coğrafiyasi (İQTİsadi,sosial və Sİyasi coğrafiyasi) Qafqazın coğrafiyası


Qafqazın mədəni-tarixi abidələrinin coğrafiyası



Yüklə 166,34 Kb.
səhifə11/20
tarix30.12.2023
ölçüsü166,34 Kb.
#165927
1   ...   7   8   9   10   11   12   13   14   ...   20
qafqaz-cografiyasi-hamisi-by-rustem

Qafqazın mədəni-tarixi abidələrinin coğrafiyası.
Qafqazda ənənəvi olaraq müxtəlif mədəniyyətlərin dinlərin və dillərin kontaktı baş verir. Ölkənin xalqın mədəni irsinin tərkib hissəsi olan insan cəmiyyəti tərəfindən yaradılmış hər bir obyekt mədəniyyət abidəsi hesab olunur . Onların sırasına məscidlər, kilsələr, yazıları olan daş plitələr, qayaüstü yazılar, arxeoloji qazıntılar,qalalar, saraylar, tarixi-bədii dastanlar ( məs. Dədə Qorqurd)və s. Yəqin ki Azərbaycanın mədəni –tarixi abidələrindən – Azıx mağarasını , Qobustan qayaüstü yazıları,Qız qalasını, Əcəmi məqbərəsini və. s yaxşı tanıyırsınız.
Gürcüstanın Mtsxeti şəhəri ilə üzbəüz olan Armazi dağı ibadət yeri adlanır. Qərbi Gürcüstanda yerləşən Van kompleksi və bu ölkənin ərazisində yerləşən bir sıra kilsə komoleksləri ilə bağlı Gürcüstanla Ermənistan arasında mübahisələr gedir . Ermənilər həmin abidələrə iddia irəli sürürlərAzərbaycan ilə Gürcüstan sərhəddində yerləşən Keşişlər dağı (gürcülər bunu Qarace adlandırırlar) kilsə abidəsi də mübahisə doğurmuşdur. Sərhəd bu abidənin ortasından keçir . Gürcülər onu tam götürmək istəyirlər.
Qfqazın bir sıra mədəni tarixi abidələri YUNESKO-nu siyahısına salınmışdır. YUNESKO –elm, təhsil və mədəniyyət sahələrində BMT-nin ixtisaslaşdırılmış təşgilatıdır. 1946-cı ildə təşkil olunub. Mərkəzi Parisdədir . Gürcüstanın Baqrat kompleksi, Gelati monastrı, Azərbaycanın Qız qalası , Şirvanşahlar sarayı, Ermənistanın Xaqbada monastr kompleksi,Eçmenzdin yaxınlığındakı Zvartnos camesi , Şm Osetiyanın , Dağıstanın və digər Şm.Qafqaz bölgəlırinin abidələri YUNESKO siyahısına salınmışdır.
Ermənistan ərazisində Artaşat, Tiqranakert şəhərlərinin qalıqları aşkar edilmişdir. Feodalizm dövründə bu ölkənin ərazisində Arzini, Eçimedzin,Ağtamara sarayı, müqəddəs Xaç kilsəsi və b . tikilmişdir. Qədim Azərbaycan torpaqlarında yaranmış Ermənistan xalqımıza məxsus olan tarixi abidələri dağıtmiş və yaxud dəyişdirilərək erməniləşdirilmişdir.
Qafqazın nəqliyyatı və iqtisadi əlaqələri .
Nəqliyyat Qafqaz kimi dağlıq ərazilərin inkişafında əhəmiyyətli rol oynayır. Ərazisi qədimdən məskunlaşması, mürəkkəb dağlıq relyefi və dəniz sahilləri keçidləri təsərrüfat sahələrinin ixtisaslaşdırılması və s.amillərin təsiri altında Qafqazda müxtəlif nəqliyyat sahələri inkişaf etdirilmişdir.
Regionun qədim yolları Qara və Xəzər dənizləri sahillərindən Baş Qafqaz dağlarının keçidlərindən salınmışdır. Onlardan ən əhəmiyyətlisi Hərbi Gürcüstan, Hərbi Osetiya dağ keçidləridir. Son illər Qori şəhərindən çıxan və yeraltı tuneldən keçən dağ yolu çəkilmişdir. Hazırda bu Osetiya adlanan yol həm Gürcüstanı, həm də Ermənistanı Rusiya ilə əlaqələndirir.
Qafqazda dəmir yolunun inkişafı Bakı neftinin təsiri altında formalaşmışdır. Nefti dünya bazarına və Rusiyaya daşımaq üçün Bakı-Batumi dəmiryolu və neft –kəməri çəkilir. Xəzər və Volqa çayı ilə neft kəməri çəkilir. Rusiya istiqamətində isə Bakı-Rustov dəmir yolu çəkilir. Xəzər və Volqa çayı ilə nefti daşıyan gəmilər 9tanker) işə salınır. Bakı Xəzərdə iri limana çevrilir. Daha sonra Bakı-Culfa-İrəvan-Gümrü-Qars dəmir yolu çəkilir O zamanlar Qars Rusiyanın tərkibində idi. Culfadan həm də Təbrizə və Tehrana gedən dəmir yolu çəkilir. Sonrakı illərdə Qara dəniz sahili ilə dəmir yolu isə salınır. Ş. və Ç. Qafqazı əlaqələndirən ən əsas dəmir yolu Xəzərin sahilindən keçən Bakı-Dərbənd yolu məhz bu yolla ağır yüklər daşınır. Son illərdə isə TRASEKA (Avropa-Qafqaz-Asiya) nəqliyyat dəhlizi yaradılır. Hazırda bu dəhlizlə yüklər daşınır. 2012-2013-cu ilin əvvəlinə Axalkalaki-Qars dəmir yolu işə salınacaqdır. Bu yolun qlobal əhəmiyyati vardır. Belə ki, birbaşa Sakit okeanın-Atlantik okeanı ilə birləşdiriləcəkdir. Bu isə yüklərin Avropadan Asiyaya və əks istiqamətə daha tez və davamlı olaraq daşınmasına şərait yaradacaqdır.Bu yol həmçinin işğalçı Ermənistanı kənarda qoyacaq və onun qapalı qalmasını gücləndirəcəkdir. Yeni dəmir yolu Azərbaycan-Türkiyə və Gürcüstanın birgə çalışmaları nəticəsində başa çatdırılacaqdır. Onun tikintisi ilə bağlı Azərbaycan dövləti Gürcüstana iri həcmdə və uzun müddətə kredit verdi. İşə salınana yeni dəmir yolu Azərbaycanın tranzit əhəmiyyətini artıracaq və ona iqtisadi və siyasi dəyər verəcəkdir.
Bu yolla Xəzər hövzəsi və Orta Asiya ölkələrindən neft və digər məhsulların Avropaya daşınmasını həyata keçiriləcəkdir. Qafqaz dağlıq ölkə olduğuna görə avtomobil nəqliyyatı üstün yer tutur. Qeyd etmək lazımdır ki avtomobil yolları həm ölkələrin daxili rayon və şəhərlərini əlaqələndirir və həm də onların xarici çıxışını asanlaşdırır. Qafqazın əsas avtomobil magistral yolları: 1) Bakı-Dərbənd-Krasnodar; 2) Bakı-Tbilisi-Batumi-Türkiyə-Poti-Suxumi-Şm.Qafqaz; 3) Bakı-Astara-İran; 4) Bakı-Biləsuvar-İran ərazisindən keçməklə Naxçıvan ; 5) Naxçıvan-Sədərək körpüsü-İqdır-Türkiyə. Hazırda Ermənistan Bakı-Naxçıvan dəmir yolu və avtomobil yolları blokadaya alınmışdır. İrandan Rusiyaya gedən yük avtomobilləri Astara
C.Qafqazı Ş.Qafqazla birləşdirən və Qafqaz dağ aşrımlarından keçən avtomobil yolları-Hərbi Gürcüstan yoludur. Bu yol Tbilisini-Vladiqafqazla ( Şm. Osetiya resp) birləşdirir. İkinci yol Qori-Vladiqafqaz istiqamətində keçən Hərbi Osetiya yoludur. Hazırda bu yol intensiv istifadə olunur.
Qafqaz dağlıq ölkə olduğuna görə avtomobil nəqliyyatı əhəmiyyətli rol oynayır. Beləki avtomobil nəqliyyatı Qafqazın rayon və şəhərlərini əlaqələndirməkdə də rolu böyükdür . Avtomobil nəqliyyatı ilə tez xarab olan ərzaq məhsulları yaxın məsafələr həm də müxtəlif sənaye yüklərini daşınır. İri tonnajlı avtomobillə daha uzaq regionlara k/t məhsulları (meyvə, tərəvəz, yeyinti sənaye məhsulları) daşınır.

Yüklə 166,34 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə