Qafqazin coğrafiyasi (İQTİsadi,sosial və Sİyasi coğrafiyasi) Qafqazın coğrafiyası



Yüklə 166,34 Kb.
səhifə7/20
tarix30.12.2023
ölçüsü166,34 Kb.
#165927
1   2   3   4   5   6   7   8   9   10   ...   20
qafqaz-cografiyasi-hamisi-by-rustem

3.Əmək ehtiyatlarından istifadə.Bütövlükdə Qafqaz respublikalarında təbii artım yüksək olduğuna görə ( Gürcüstan istisna olmaqla) əmək qabiliyyətli gənclərində sayı çox olur . Əhalinin tərkibində əmək qabiliyyətli gənclər 25%-dən yüksəkdir .
Şimali Qafqazda əhalinin 34% iqtisadiyyatın müxtəlif sahələrində çalışır . Təsərrüfat sahələrində çalışan əhalinin 17%-i sənaye, 19%-i isə k/t-da məşğuldur . Özü də burada Rusiyanın digər regionlarında fərqli olaraq k/t-da daha çox əhali çalışır.
Şimali Qafqazın nəqliyyat və rabitə sahələrində əmək ehtiyatlarının 7.3%-i çalışır.
Özü də burada fərdi sektorda daha çox əhali məşğul olur nəinki dövlətdə. Əsas növ k/t məhsulları istehsalında fermer təsərrüfatlarının da xüsusi çəkisi yüksəkdir . Şm Qafqazın əhalisinin yarısından çoxu qeyri-istehsalatda- xidmət, təhsil, səhiyyə və d. sahələrdə çalışırlar.
Şimali Qafqazın respublikalarında artan işçi qüvvəsi iş yerləri olmadığına görə işsiz qalırlar . Məhz həminj işsiz gənclərdə ayrı-ayrı qruplara daxil olaraq dövlətə qarşı çıxırlar . Məhz buna görə Rusiyanın Şm.Qafqaz regionunda terrorizm xeyli irəliləmişdi.


Qafqaz ölkələrinin təsərrüfat sahələrinin coğrafiyası
Təbii şəraiti, zəngin təbii ehtiyatlara malik olan Qafqaz regionu təsərrüfatı sənaye-aqrar xarakteri daşıyır. Üstün yeri sənaye tutsa da Qafqaz regionunda kənd təsərrüfatı da güclü inkişaf etmişdir . Region ərazisində üstün yeri hasilat sənaye sahələri tutur. Neft-qaz , filiz , hidroenerji, rekreasiya ehtiyatlarının istifadəsi əsasında Qafqazda neft-qaz sənayesi güclü inkişaf etmişdir . Onun iri mərkəzi Azərbaycanın Bakı sənaye rayonunda burada ildə 50 mln. tona qədər neft , 26 mln m3 qaz (2010-cu ildə) hasil olunmuşdur .
Şimali Qafqazda neft-qaz hasilatı əsasən Çeçenistan , Dağıstan, Krasnodar və Stavropolda inkişaf etdirilir . Əvvəllər neft və qazı Rusiyanın digər rayonlarına göndərirdilər, hazırda həmin yerlərdə istifadə edilir. Bakı, Krasnodar, Mykopda neft emalı zavodları yerləşir .
Elektrik enerjisi əsaəsn yerli yanacaq və SES-lər hesabına inkişaf etdirirlir. Azərbaycanda və Ermənistanda istilik elektrik stansiyaları üstünlük təşkil edir . Əlavə olaraq Ermənistanda ( Ruzdonda) AES fəaliyyət göstərir. Region üçün təhlükə yaradır.
Azərbaycanda DRES-lər Mingəçevir, Şirvan,Bakıda fəaliyyət göstərirlər. İEM-lər Gəncə,Sumqayıt şəhərlərindədir . Son illər ölkənin müxtəlif rayonlarında modul elektrik stansiyalar tikilmişdir.(Astara, Quba və s.). Ən iri SES-lər kaskad şəklində Kür çayı üzərində salınmışdır. Mingəçevir, Şəmkir, Yeni Kənd, Tərtər çayında Sərsəng SES, Araz çayının Naxçıvan İran sərhəddində birgə SES salınmışdır. Son illərdə Azərbaycanda alternativ enerji mənbələrindən istifadə artır.
Gürcüstanda istilik stansiyaları ilə yanaşı həm də çox sayda SES fəaliyyət göstərir. Onun İnquri, Rioni,Kür çay üzərində SESlər vardır .
Şimali Qafqazda elektrik enerjisinin əsas hissəsini İES-lər verir. Terek,Sulak və b.çaylar üzərində SES-lər tikilibdir.
Maşınqayırmada əsas yerli neft, qaz və yeyinti sənayesi üçün avadanlıqlar, çəltik yığan kombaynlar istehsalı tutur. Azərbaycanda avtomobil zavodları Naxçıvanda, Şamaxıda və Gəncədədir.
Metallurgiya sənayesi həm Şimali , həm də Cənubi Qafqazda inkişaf etdirilir. Qara metallurgiya inkişafı Daşkəsən dəmir filizi və metal qırıntısına əsaslanır. İri mərkəzlər Rustavi,Sumqayıt şəhərlərindədir. Rustavi Daşkəsən dəmir filizi əsasında çuqun, polad, prokat istehsal edir . Hazırda işləmir . Gürcüstanın Giyatura mədənlərində manqan çıxarılır.

Yüklə 166,34 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə