Qafqazin coğrafiyasi (İQTİsadi,sosial və Sİyasi coğrafiyasi) Qafqazın coğrafiyası



Yüklə 166,34 Kb.
səhifə9/20
tarix30.12.2023
ölçüsü166,34 Kb.
#165927
1   ...   5   6   7   8   9   10   11   12   ...   20
qafqaz-cografiyasi-hamisi-by-rustem

Cənubi Qafqazın əsas ixtisaslaşdırılmış k/t sahələrinə bağçılıq, üzümçülük, çayçılıq, subtropik meyvəçilik(limon, portağal, feyxoa və b.), tütünçülük, pambıqçılıq,taxılçılıq, tərəvəzçilik və s. Heyvandarlıq əsasən yerli tələbatı öz məhsulları ilə təmin etməyə yönəldilib.
Taxılçılıq Qərbi və mərkəzi Gürcüstanda( qərbində qarğıdalı, şərqində taxılçılıq) yerləşir. Azərbaycanın mərkəz və Şəki-Zaqatala, Quba-Xaçmaz rayonlarında yetişdirilir. Azərbaycanda ildə 2 mln tondan çox taxıl istehsal olunur. Dəmyə şəraitində taxıl yetişdiril.
Ermənistanda yaylalarında, Şimali Qafqazda taxılçılıq əsasən Stavropol və Krasnadorda geniş yer tutur. Krasnodarın çay vadilərində , həm də çəltik əkinləri yerləşir. Şimali Qafqazdaildə 10 mln. tondan çox buğda istehsal olunur , Rusiyanın iri taxılçılıq rayonu sayılır.
Texniki bitkilərdən C.Qafqazda pambıq,tütün,son illərdə şəkər çuğunduru və zeytun Ş.Qafqazda şəkər çuğunduru,günəbaxan və tütün əsas yer tutur. Şimali Qafqazın düzənlik ərazilərində qara torpaqlar yayılmışdır. Elə bu torpaqlarda iri əkin sahələrini təşkil edirlər. Əsas yeri taxılçılıq(buğda,qarğıdalı,çəltik) və texniki bitkilər (şəkər çuğunduru,tütün və günəbaxan) tutur. Düzən ərazilərdə iri buynuzlu maldarlıq, donuzçuluq, dağlı sahələrdə qoyunçuluq yayılmışdır. Stavropolun quru çöllərində zərif yunlu qoyunçuluq yayılmışdır.
Kartof və tərəvəz istehsalı Qafqazın ərazisində geniş yayılmışdır. Tərəvəz hər yerdə geniş yer tutur. Üzümçülük və bağçılıq Şm.Qafqaz respublikalarının dağətəyi yerlərində C.Qafqazın bütün respublikalarında yayılmışdır. Çayçılıq və subtropik meyvəçilik ən çox Gürcüstanda xüsusilə onun Qara dəniz sahillərinin rütubətli subtropik ərazilərində, Azərbaycanın Lənkəran ,Astara rayonlarında , Krasnadarın Qara dəniz sahillərində yayılmışdır. Heyvandarlıq Qafqazın qədim və ənənəvi sahalərindən sayılır. Onun intensiv k/t sahələri yerləşən düzən rayonlarında iri buynuzlu mal-qara ( Şm.Qafqazda həmçinin donuzçuluq) inkişaf etdirilir. Qoyunçuluq Qafqazın hər yerində yayılmışdır.
Şimali Qafqaz özünü taxıl, şəkər vəheyvandarlıq məhsulları ilə təmin edir. C.Qafqaz isə bir çox taxıl, şəkər, bitki yağları,heyvandarlıq məhsullarının bir çox növləri ilə öz tələbatını ödəyə bilmir.
Balıqçılıq regionun dənizlərində və daxili su hövzələrində yayılmışdır. Bu sahə Azərbaycanda, Krasnador ölkəsində və Dağıstanda da yaxşı inkişaf etmişdir.
Qafqazın iri və geniş çeşidli kənd təsərrüfatı məhsullarını əsasında güclü aqrar-sənaye kompleksi inkişaf etdirilmişdir.
C.Qafqaz respubliklarında üzümşülük-şərabçılıq,meyvəçilik-konserv və şirə istehsalı, tərəvəzçilik-konserv, çayçılıq-çay emalı, tütünçülük-siqaret istehsalı, şəkər çuğunduru-şəkər, günəbaxan-yağ emalı, üzümçülük-şərabçılıq, tütün-siqaret,ət –süd emalı, quşçuluq-aqrar sənaye və s.

Yüklə 166,34 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə