Qafqazin coğrafiyasi (İQTİsadi,sosial və Sİyasi coğrafiyasi) Qafqazın coğrafiyası



Yüklə 166,34 Kb.
səhifə17/20
tarix30.12.2023
ölçüsü166,34 Kb.
#165927
1   ...   12   13   14   15   16   17   18   19   20
qafqaz-cografiyasi-hamisi-by-rustem

Kabardin Balkar Respublikası
Kabardin-Balkar Rusiya fedrasiyasının tərkibində olan muxtar respublikadır.Respublikanın sahəsi 12.5 min km2, əhalisi 789 min nəfərdir. Şimali Qafqaz iqtisadi rayonunun tərkibinə daxil olan Kabardin-Balkar Böyük Qafqazın şimal yamacına bitişik Kabardin düzənliyini əhatə edir . Resoublikanıən Qafqaz dağlarının “girəcəyində” yerləşməsi onun tarixi inkişafında əasalı rol oynamışdır.Təbii şəraitinin bütün komplekslərinin səciyyəsinə görə Kabardin Baalkar dağlıq, dağətəyi və düzənlik hissələrinə bölünür. Dağlıq hissə respublikanın ən çox sahəsinin, düzənlik 1/3-ni və dağətəyi qalan ərazini tutur. Respublikanın cənubhissəsində Böyük Qafqazın ən yüksək dağlıq vilayətləri yerləşmişdir. Ən yüksək əraziləri Elbrus (5943) Dıxtau (5203) , Şxara (520) və s.-dir . Şaquli istiqamətdə dəyişən kontinenetal iqlimə malikdir. Kabardin düzənliyində yanvarın orta temperaturu -40 S, iyunun orta temperaturu isə 230S-dir. Kabardin-Balkar Böyük Qafqazın əsas müasir buzlaşma rayonlarındadır. Resoublikanın çayları zəngin enerji ehtiyatlarına malikdirlər. Respublikanın əsas çayları başlangıclarını yüksək dağlıq zonanın buzlaşmarından və daima çaylarından gotürürlər. Çayları Terek hövzəsinə aiddir. Ən böyük çayları Terek, Çekli və Çerekdir. Respublika ərazisinin 1/6 hissəsinin meşələr tutur. Kabardin düzənliyində əsasən qaratorpaqlar və tünd-şabalıdı torpaqlar, dağlıq zonada isə dağ-çəmən torpaqları yayılmışdır.Ərazisinin nisbətən az hissəsi subalp və alp çəmənliklərində yerləşmişdir. Kabardin-Balkar zəngin faydalı qazıntılara malik olan respublikadır.Nadir metalları filiz ehiyatlarına görə respublika Qafqazda birinci yeri tutur. Qızıl və Muşta rayonlarının hövzələrində qurğuşun filizləri, Tırnıauz dağında molibden və volfram çıxarılır. Balkan çayının yuxarı axarında böyük əhəmiyyət kəsb edən molibden və volfram yatağı mövcuddur. Bunlardan başqa sənaye əhəmiyyəti kəsb edən faydalı qazıntılardan, respublika ərazisində polimetal filizləri, daş kömür, tikinti materialları və mineral sualr çıxarılır.
Kabardin-Balkar respublikasının əhalisi 789 min nəfərdir. Əhalinin orta sıxlığı hər km2 62.9 nəfərdir. Respublika əhalisi ərazi üzrə qeyri-bərabər məskunlaşmışdır. Əhalinin çox hissəsi qədimdən respublikanın düzənlik və dağətəyi hissəsində yerləşib. Buda burada təbii-tarixi mühiin əhalinin təsərrüfat fəaliyyəti üçün əlverişli olması ilə izah olunur. Urban, Bakson, Moysk,Terek və Qroxladnı əhalinin ən çox məskunlaşdığı rayonlardır.
Dağ ərazilərində əhali seyrək məskunlaşmışdır. Yaşayış məntəqələri burada çay vadiləri boyunca yerləşmişdir. Yerli əhali əsasən Kabardinlə (48%) və balkarlardan (12%) ibarətdir. Digər xalqlardan ruslar, ukraynalılar, osetinlər, tatarlar, gürcülər və s. yaşayırlar. İri şəhərləri Nalçik,Qroxladnı, Mayski, Baksan və s.
Respublikada mövcud olan müxtəlif mineral sualr və digər təbii sərvətlər burada kurort təsərrüfatının inkişafı üçün əlvürişli şərait yaratmışdır. Kabardin-Balkariya iri turizm və alpinizm bazasıdır.
Kabardin-Balkariya inkişaf etmiş çox sahəli sənaye və yüksək intensivli kənd təsərrüfatı respublikasıdır. Sənayesi dağ-mədən əlvan metallurgiya, maşınqayırma və metal emalı , kimya , yüngül, yeyinti, tikinti materialları, ağac emalı sahələrindən ibarətdir.Əlvan metallurgiya sənayesi volfram-molibden filizi yataqları əsasında yaradılmışdır. Ən böyük müəssisə Tırnıauz dağ-metallurgiya kombinatı və Nalçik metalurgiya zavodudur. Maşınqayırma sənayesi elekrotexnika aparatalrı, dəzgahqayırma, cihazqayırma müəssisələrindən ibarətdir. Mərkəzləri Nalçik,Terek, Qroxladır və Maysk şəhərləridir. Kimya sənayesinin lak-boya və şin təmiri müəssisələri təşkil edir.
Respublika kənd təsərrüfatının aparıcı sahələri taxılçılıq və heyvandarlıqdır. Əkin sahəsinin yarıdan çoxunda dənli bitkilər ən çox buğda və qarğıdalı beçərilir. Əkinçiliyin digər sahələrindən texniki bitkilər tərəvəz bostan bitkiləri, kartof və yem bitkiləri əkinləri üstünlük təşkil edir. Meyvəçiliyin və üzünçülüyün inkişafı üçün əlverişli şərait var . Heyvandarlığın əsas istiqaməti südlük və südlük-ətlikdir. Atçılıq, arıçılıq və baramaçılıq əhalinin qədimdən məşgul olduqları təsərrüfat sahələridir.
Avtomobil nəqliyyatı, nəqliyyat növləri içərisində ən inkişaf etmiş sahəsidir. Dəmiryol nəqliyyatı inkişaf etməkdədir.



Yüklə 166,34 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə